Contents
  1. I səhnə
  2. Iı səhnə
  3. Iıı səhnə

Page 3 of 3 · 67%

Söylə bir parça da, lütfən, nə olur?

Xəyyam

Söylə, gəlsin bana eşqinlə qürur. Sevda

(oqur)

“Bir gün dedi gül bülbülə: bən böylə gözəlkən Zevq almada hər kəs nə için əşki-tərimdən? Bülbül dedi: dünyada o kimdir gülə bir gün, Yıllarca zəbun etməyə şən könlünü şivən!” Bu sırada ağaclar arasında bir bülbül ötər.

Məlikşah

İştə, bülbülləri inlətdi səsin.

XacəNizam

Sözlərindən yenə Sevda bədbin.

Sevda

Söylənən şe’ri yaratmış Xəyyam,
Könlüm ancaq alır ondan ilham.

Saqiyə şərbət gətirir. Təpsini qapı yanında iskəmlə üzərində qoyub içəri girər, bir
qədəh daha gətirər. Sabbah qapı arasında görünür, Xacə Nizamın qədəhinə zəhər
qatar. Geri dönən Saqiyəyə

Sabbah

Bu qədəh, söylə, kimindir əcəba?

Saqiyə

Baş vəzirin... Niyə sordun?

Sabbah

Olur a...

(Şübhəli baqışla uzaqlaşan Saqiyəni süzüb yanında

duran Əbu Tahirə)

Dur, bizim Xacə bulur şimdi cəza.

ƏbuTahir

(şaşqın)

Nə imiş?

Sabbah

Sonra duyarsın, sonra...

XacəNizam

(qədəhi alar)

Buzlu şərbətmi? Xayır, bən içəməm.

Sevda

(onunkunu alıb önündəki qədəhi ona verir)

Bunda buz yoq, alınız.
Onlar şərbət, Xəyyam şərab içər.

Sabbah

(Sevdaya işarətlə)

Vay, sərsəm!..
Şimdi bir anda o gül yüz solacaq,
Solacaq, inləyərək məhv olacaq.

ƏbuTahir

Niçin, anlat? Sabbah

Var o şərbətdə zəhir.

ƏbuTahir

Ona qıymaqmı olur?

Sabbah

Fərqi nədir?!
Bəni öldürdü onun işvələri,
O da olsun, bəri gəl, haydı bəri.

Çəkilib gedərlər, bu sırada yerdəki dəsti bir tərəfə yuvarlanıb qırılır. Xəyyam acı
gülümsəyişlə göyə doğru.

Xəyyam

“Badə ibriqimi qırdın, ya Rəb!
Dərdimi başdan aşırdın, ya Rəb!
Bən mey içdimsə, əcaib bir hal,
Məst olub sənmi şaşırdın, ya Rəb”.

Məlikşah

(Sevdaya)

Dinləmək istiyoruz bir də səni.
Sevda ağır hallar keçirir, qədəhi alıb yoqlar.

Sevda

Bu qədəh, iştə, xərab etdi bəni,
Gəmirir köksümü binlərcə böcək
Həpsi atəşli zəhər püskürəcək...
Xəyyam Sevdanın başının əllərinə alır. Xəyyam

Ah, nədən söndü səadət günəşi.

XacəNizam

(ətrafa)

Bən əminim, bu da Sabbahın işi.

Xəyyam

Nazlı Sevda! Sana kim qıydı, gülüm?
İlk baharında nə layiq bu ölüm?
Söylə, ey sevgili, eşsiz diləyim.
Kim zəhər qatdı gülər ömrünə, kim?!

(Ağlar)

Saqiyə

Onlar... onlar...

XacəNizam

(təlaşla)

Nə dedin?

Saqiyə

Ah, onlar...

(Yan odayı göstərirkən zəlzələ başlar, Saqiyə yıqılır, bağça kənarında

görünən çardağın bir qismi parçalanıb düşər)
Məlikşah

Bu nə dəhşət, köpürür tufanlar?!

(Ətrafda qarğaşalıq və cığlıq qopar) XacəNizam

İştə hər yanda böyük vəlvələ var.

Qomşuqızlar

(bağçada qaçışaraq)

Ah, aman zəlzələ var, zəlzələ var.
Son sözlər təkrar olur, məclisə pərişanlıq gəlir.

Xəyyam

(kinli və acı fəryadla cənazəyə)

Qalq, oyan!.. Ah, niyə susdun, gözəlim?!
Həp təbiət, bəşəriyyət zalim...
Söylə, kimdən diləyim bən imdad?..
Həp təbiət, bəşəriyyət cəllad!..

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets