Biz kimik və istədiyimiz nədir
Contents
Page 1 of 4
BİZ KİMİK VƏ İSTƏDİYİMİZ NƏDİR MÜQƏDDİMƏ
Tarix kitablarına nəzər yetirdikdə türk millətinin qədim hallarını öyrənməyə dürüst qadir ola bilmirik. Çünki türk tarixinə dair lazımi məlumatlar hələ toplanmayıb. Ancaq bunu bilirik ki, türklər Altay dağlarının ətrafında olarmışlar. Oradan dəfələrlə dəstə çəkib qibləyə tərəf gediblər və qırğınlar ilə bir yerdə çox yerlər ələ gətiriblər. Təbiətən cürətli, rəşadətli və cəngavər olduqları üçün türklər Türküstanda, İranda, Hindistanda, Qafqazda, Avropa və Afrikanın bəzi nöqtələrində çox müddət ağalıq sürüblər.
Bizim Azərbaycan da türk axıntısından əmələ gəlmə bir ölkədir. Türk tarixi qarışıq olduğu kimi, bizim Azərbaycanın tarixi daha da qarışıqdır. Biz barədə Aləmdə bir tarix heç yazılmayıb. Ancaq dürüst bunu deyə bilərik ki, qədim zamanlardan bəri (məsələn, min illər bundan əvvəl) Azərbaycan gah müstəqil və gah yarı müstəqil bir halda yaşayıb. Dillərdə Azərbaycan indiki Iranın şimaliqərbindən ibarət idisə də, cənubi Qafqazın şərq tərəfi onun əksərən hakimiyyəti altında olardı. Məsələn, on ikinci əsr miladidə məşhur şair Xaqani zamanı Şirvan şahlığını Azərbaycan Atabəyliyinə tabe görürük. İndiki Gəncə vilayəti, yəni Kür ilə Arazın arası, qədim zamanlar “Aran” adlanırdı. Aran əyaləti də paytaxtı Gəncə ilə birlikdə çox zamanlar Azərbaycan Atabəyliyinin bir hissəsi olmuşdur. Min illik müddətində Azərbaycanın zahiri şəkli hədsiz dəfələr dəyişilib: gah vəqti bir hökmdar əlinə keçib qonşu torpaqlara da əl uzadıb, gah da bölük-bölük olub, xanlar, əmirlər və məliklər rəyasətinə düşüb. Azərbaycanımız çox davalar və çox millətlər görüb və hərə də həyatımıza bir təsir buraxmamış olmayıb.
Xülasə, keçmişimiz necə olub müfəssəl bir surətdə müvərrixlərimiz gələcəkdə yazarlar, bilərik. Hal-hazırda biz tarixi pillələrdən keçib, min qovğa görəndən sonra uyuşub, sabit bir şəkil almışıq. Böyük türk millətinin bir şöbəsini təşkil eləyirik. Millətə məxsus bir amillərə dəxi malikik: ayrıca dilimiz, adət və qaidəmiz, ədəbiyyatımız var. Əsrlərcə rəyasətpərvər hakim dairələr tapdağı olan xalqımız həmişə mədəni həyatında davam edib, milli simasını itirməyib, hətta İranın cazib nəfsləri, rusluğun dəhşətli zərbələri türklüyümüzü məhv edə bilmədi: şirin dilimiz və ədəbiyyatımız salamat qaldı. Xalqımızın gözəl bir xasiyyəti var ki, hansı millət ilə yaşadı (istər hakim, istər məhkum) öz dilini qolaylıqla yadından çıxartmaz. Bu həqiqət həm tarixdə, həm hal-hazırda görünmədədir. Nadir şah İranın mənfəəti üçün, məmləkətin bir tərəfindən o biri tərəfinə millətlər köçürürdü. Məsələn, farsları daşıdardı türk arasına və Qafqazdan türkləri göndərərdi fars əyalətinə. Qəribə budur ki, Qafqaza köçürülən farslardan indi bir əsər qalmayıb: hamısı türkləşib. İrandakı türklər isə dilləri, adət və qaidələri ilə indiyədək dururlar. Xorasan vilayətində Şirvan adlı bir türk kəndi var (yəqin Qafqazdan buraya köçürülüb). Dörd tərəfi fars ola-ola bu kənd türklüyünü əsla itirməyib. Uzaq getməyək: Azərbaycanda tək-tük erməni var ki, dilimizi bilməyə. Hətta Rusiyadan gəlmə malağanlar da öyrəniblər.
Deməli, mədəniyyətimizin əsasını təşkil edən dilimizdə bir cazibə var. Qeyriməcburi olaraq özgələri tərəfinə çəkir və təsiri altında saxlayır. Bu səbəbdəndir ki, rus hökuməti bizi zor ilə dilimizdən uzaqlaşdırmaq meylində olduğu halda, biz rus mühacirlərini türkləşdirirdik. Yenə həmin səbəbdəndir ki, ermənilər Avropa mədəniyyəti ilə bizdən çox-çox əvvəl aşina ola-ola yenə bizim mədəniyyətə bac verirlər: dilimizi öyrənirlər, musiqimizdən həzz aparırlar; hətta ədəbiyyat tariximizdə də erməni adları görünür. Diqqət yeri buradadır ki, özgə millətləritürk mədəniyyətinə baç verdirməyə heç də səy eyləmirik, zor da işlətmirik.
Bizi bir millət edib, gələcəyimizə parlaqlıq ümidini bəslədən həmin mədəniyyətimizin bu xüsusiyyəti, bu mənıliyidir.
I. əsl məqsəd
Dünyada hər bir millətin xoşbəxt yaşamasına səbəb ancaq o millətin öz milli idarəsi ola bilər. Milli idarə də milli torpaqda, yəni müəyyən bir ölkədə bərqərar ola bilər. Hər kəs ki, milli ölkədən məhrumdur, yəhudi kimi həmişə başı qapazlı olar. Halımızı nəzərə aldıqda özümüzü xoşbəxt gördüm. Çünki biz Azərbaycan kimi dövlətli bir ölkəyə malikik. Deməli, əvvəlinci məsələ milli ölkədir. Milli ölkə olduqda ikinci məsələ sakin xalqdır. Bir xalq ki, bir dinli, bir qanlı, bir adətli, bir tarixli oldu, o xalqın mənası artar.
Azərbaycanda hamıdan artıq olan biz türkləri mülahizə etdikdə özümüzü xoşbəxt görürəm, çünki torpağımıza söykənsək, heç bir düşmən bizə xətər yetirə bilməz. Ölkə və cəmaətdən başqa bir böyük məsələ də var. Bu məsələ də hakimiyyət məsələsidir. Bu hakimiyyət,yəni ölkəmizin ixtiyarı kimin əlinə düşsə, üstümüzdə o ağa olacaq.
Bizim Azərbaycan min il bundan əvvəl də mövcud idi. Onda həm ölkəmiz var idi, həm də xalqımız. Lakin hakimiyyət bizim əlimizdə deyildi. Gəldi-gedər bir xan və ya bəy faydamızı gözləyə bilmirdi. Rusların hakimiyyəti bizi dəxi də pis hallara gətirdi; ixtiyarımızı əlinə alıb, bizi həm torpağımızdan, həm də millətimizdən məhrum qılmaq istədi. Vətənimizi rus köçəriləri ilə doldurdu.
Böylə olan surətdə bizim üçün ən vacib məsələ Azərbaycanın hakimiyyətini öz əlimizə almaqdır. Bu isə istiqlal ilə olur. Odur ki, Azərbaycan istiqlalı firqəmizə ələm olmuşdur.
Türk ədəmi-mərkəziyyət firqəsi “Müsavat”ın əsl məqsədi də bundan ibarətdir.
Ola bilər ki, öz ixtiyarımız öz əlimizə düşdükdə ədalətsizlik baş versin. Ədalətsizliyi yox etmək üçün Azərbaycan hakimiyyəti gərək xalqın öz istədiyi adamların əlinə keçsin. Ta ki, milli idarə xalqın xahişi ilə olub camaatın hər bir sinfinin ehtiyacını nəzərə alsın. “Musavat” ın ümdə istədiyi budur ki, ümumxalq imtiyazlı siniflərin keyfi-nəşəsinə qurban olmasın. Deməli, biz müsavatçıların bu saat iki fikri var: biri Azərbaycanın xarici işlərinə dairdir, digəri də daxili işlərinə.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-biz-kimik-ve-istediyimiz-nedir
Use ← → keys to move, R for a random poem
More by this author
O vaxtdan iyirmi il keçir, iyirmi təcrübə və sınaq ili. Bu iyirmi il müddətində yuxarıda göstərdiyim qəhrəmanlarım bir çox mühüm siyasi hadisələr şahidi olmuşlar, kimi axıra qədər şahidliyində davam etmiş, kimi isə hadisələrə qarışıb mübarizə etmişdir. Siyasət yolu ilə gedənlərlə, təbiidir ki, təkrar-təkrar görüşəcəyik, lakin bir sıra “şahidlər” in aqibətindən burada da bəhs edə bilərik, çünki bunlarla görüşmək imkanı bir daha olmayacaqdır. Təəssüflə deyə bilərəm ki, Əli hələ tələbə ikən özünü asıb öldürdü.Yerdə qalanları həyatlarını öz ixtisaslarına həsr edərək yaşayır və başqa-başqa mühit və intereslər təsirində bir-biri ilə görüşməyə belə lüzum duymurlar. Fərəməz evlənmiş, lakin yenə əvvəlki flirt aləmindən çəkilməmişdir. Tosyadan olan qız arabir Kiyevdən ona qonaq gəlir, lakin daimi olaraq anasının yanında yaşamağı tərcih edir. Pərviz pambıq sahəsində mühüm bir şura işçisidir, əksər vaxtı qəzalarda keçər. Şəhərə gəldikdə təsadüfən sabiq yoldaşlarının məclisinə düşərsə,
İkinci kitab, bir neçə söz“1917-ci ildə” həyatımızın iyirmi beş illik məsafəsini təsvir edəcək roman silsiləsinin ikinci cildidir. Inqilabdan əvvəl siyasətlə az məşğul olmuş türk ziyalıları inqilabdan sonra ayrı-ayrı firqələrə və siyasi qruplara ayrılır. Bunlardan bir hissəsi xaricə köçüb, Avropa kapitalistlərinin təsirinə düşür. O biri hissə şuralar platformasında duraraq çalışır. Oktyabr inqilabı əskimiş həyatı yıxır və onun yerində yeni və parlaq bir həyat qurur. Maarif və mədəniyyət geniş əməkçi kütləsinin arasına yayılaraq yeni adamlar, şura ziyalı və mütəxəssisləri doğurur.Bu yeni dövrü qismən təsvir edəcək “Tərtər” adlı romandan sonra “Xaricdə” və “Çırpışmalar” (1905-1909-cu illər) yazılacaq ki, roman silsiləsinin dördüncü və beşinci cildlərini təşkil edəcək.
İkinci kitab, birinci hissə1**Qalitsiyanın kiçik bir şəhərində əsgər libaslı iki gənc qarşı-qarşıya gəldi. Bir-birlərini görüb tanıdıqda üzlərində heyrət deyil, sevinc parladı.
İkinci kitab, ikinci hissə1**Rüstəmbəy sabah qatarı ilə Kiyevə gəldi. Ternopolda bir axşam qalıb, məzuniyyətə icazə almışdı. Artıq bir ay istirahət edə bilərdi.
Poems by other poets
Könül çıxart başdanBu xam sevdanı
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Gülgəz (Qaranı)Başına döndüyüm, qurvan olduğum,Yoxdu sənin kimi, yaxası Gülgəz.
Müxəmməs: İki aləmdə gözəl bəhsin qılan hala gərəkİki aləmdə gözəl bəhsin qılan hala gərək,Hər xərabat-muğanat içrə biparva gərək,