Birinci hissə
Page 7 of 20 · 30%
Ohan keşişin hirsindən dodaqları titrəyirdi. O susdu, lakin erməni rəhbərlərinin cinayətkar hərəkətlərini xatırladıqca odlanırdı. Ohan burunotusunu çəkib, bir az sakit olduqdan sonra erməni xalqına rəhbərlik etməyə qalxışanların tarixçəsini anlatdı. Bu tarixçə çox qanlı və ol-
duqca məntiqsiz bir şey idi. Hələ XVII əsrin sonlarında “Oriy” adlı birisi macəra və zənginlik arxasınca qoşaraq özünü Avropaya salmış, uzun illər Italiyanı, Fransanı, Almaniyanı dolaşıb, cilddən-cildə girmişdi. XIV Luiyə xidmət edən kimi, Pfals qurfürstünə də yaxınlaşa bilmişdi; çeviklik və yaltaqlığı ilə bir müddətdə Vyana sarayına yaramışdı, rəcallara erməni üsyanı vədə verib, Karlovits sülh müahidəsini Vyananının faydasına olaraq çevirmək üçün rəsmi bir vəzifə ilə İstanbula belə getmişdi. Eyni zamanda Oriy Avropa ordularına sursat satıb, zəngin olmaq məqsədini də unutmamışdı. Macəra düşgünü Oriyə bu fəaliyyət az görünür. Bu dəfə o özünü Moskvaya birinci Petronun yanına verir. Böyük bir plan təqdim edir, qurfürstüna Şərqə gedib erməniləri qurtaracaq qoşununa yol istəyir. Buna razılıq göstərilməyir. Yenə erməni üsyanı vəd edilir; casusluq, bələdçilik kimi işlərə hazır olduğunu bildirir. Bu səfər ona Vartapet Minas adlı bir erməni ruhanisi də yoldaş çıxmışdı. Petronun Iran səfəri, Astrabad sahilində bir şəhər salmaq və Hindistana əl uzatmaq fikri vardı. Bu fikir onu çoxdan məşğul edir, lakin Osmanlı və Isveç dövlətləri ilə davam edən müharibə buna mane olurdu. Hər halda Oriy kimi Şərq dillərinə vaqif olan bir adamdan istifadə etmək Petronun cahangirliyinə əlverişli idi. Oriy bu vəziyyətdən lazımınca faydalandı: əvvəla, özünə miralaylıq rütbəsi verilməsini rica etdi; sonra İrana bir rəsmi heyət göndərilməsinə müvəffəq oldu. Petro şah Hüseynə bir məktub göndərib, İranda yaşayan ermənilərin vəziyyətinin yaxşılaşdırılmasını rica etdi. Bu, bəhanə idi. Əsl məsələ Iranı öyrənmək, onun maddi və mənəvi qüvvələrini bilmək, əsgərinin, qalalarının, yollarının vəziyyətinə bələd olmaq idi. Deməli, erməni xalqı bir sıra macəraçıların vasitəsilə atəşə soxulur, ortalıqda böyük imperialistlər məqsədlərinə çatırdılar.
Oriy heyəti Əjdərxan vasitəsilə İrana getdi, dönərkən Üçkilsəyə baş vurdu, erməni ruhanilərinə və məliklərinə dünyalarca vədə verib döndü. Petronu maraqlandıran məlumatlar alınmışdır, artıq İran səfərinə çıxmaq olardı. Petro bu səfəri yapdı və aldadılmış ermənilər də qonşuları ilə düşmənçilik edib, tamamilə çara bel bağladıqları yerdə, Petro Iranı və Qafqazı tərk edib çəkildi. Təbiidir ki, ermənilərin halı xarablaşdı, onlara qarşı böyük bir düşmənçilik vücuda gəldi...
Uzaqdakıların xatirəsi üçün qonşularla düşmənçilik etmək təcrübəsi erməni xalqına baha oturmuşdu. Bunu Ohan gözəlcə bilir və heç vaxt xatirindən çıxarmayırdı. Hər dəfə erməni məsələsi danışılanda onun hirsindən dodaqları əsirdi.
Ohan təkrar burun otusunu çəkib, bir az sakit oldu:
– Pənah xan ruslarla əlaqəyə girişən erməniləri qırdırdı, kəllələrindən minarə tikdirdi, yenə bu məlunlar ayılmadı!
Mirzə Əliməmməd:
– Bizim xan müdara ilə dolanmaq istəyir. Yusif Əminin bizə yağı olduğunu bilirdik. Amma o, Qalaya gəldi, xan ilə görüşdü. Dedilər: xan onu öldürəcək. Amma... öldürmədi: Qonağa zaval yoxdur, – dedi.
Özünə də bir at bağışladı...
– Onları duz-çörək tutsun! – deyə Ohanın yenə dodaqları titrəməyə başladı.
8
Xanlıq zamanı Şişədə su qıtlığı hiss olunurdu. Şəhərdə bir neçə şirin sulu quyu vardı ki, buna da keşikçi qoyulmuşdu, növbə ilə xalqa su paylanardı. Bu yalnız bişmişə və içməyə sərf olunardı, paltar yumaq üçün ətrafdakı Xəlfəli və Daşaltı çaylarına gedərdilər. Şirin quyulardan başqa ikinci su mənbəyi Çuxur məhəllədəki Mehralıbəy bulağı idi, ancaq bu bulağın suyu şor idi.
Günlərin bir günü Şişə ailələrindən biri Xəlfəli çayının qırağına düşüb, paltar yumaq tədarükündə idi. Bu ailəyə mənsub on altı-on yeddi yaşlarında bir qız çay aşağı enərək meşənin ətəklərində çırpı yığırdı.
Bir də qız çay qırağı ilə gələn qarayanız, yaraşıqlı bir atlıya rast gəldi. Atlı ona yaxınlaşıb atını saxladı və əlinin arxası ilə nazik bığlarına toxunaraq:
– Haralısan ay gözəl? – deyə soruşdu.
Qız qıpqırmızı kəsilib yerində donub qaldı. Gözlərini yuxarı qaldırmağa cürət etməyib, oğlanın üzəngiyə söykənmiş tozlu başmağına və qıvraq sarınmış qara dolağına tamaşa edirdi.
– Kimlərdənsən?
Qız zorla eşidilən bir səslə:
– Şərbaf Kazımın qızıyam, – dedi.
Oğlan qıza müştəri gözüylə baxdı: çarqatın27altından süzülən qara telləri gül yaprağı kimi qızaran yanağına dağılmışdı; çırpı tutan əlləri yuvarlaq köksünə sığınaraq, qərib quş kimi hürkmüşdü... Qara dolaqlı oğlan atını sürüb ailəyə yanaşdı, salam verdi, salam aldı:
Böyük baş yaylığı
– Allah qonağı istəmirsiniz?
Otun üstündə bardaş qurub oturmuş Kazım kişi yerindən qalxaraq:
– Allaha da qurban olum, qonağına da! – dedi və atın başından yapışdı.
Oğlan atdan düşdü, yüyənin gəmini atın ağzından çıxarıb, tapqırını boşaltdı, otlamağa buraxdı. Sonra gəlib süfrənin qırağında oturdu.
Yaşmaqlı arvad qalxıb yemək gətirdi. Oğlan yeyib yavaş-yavaş danışırdı.
Sözarası:
– Qalada nə var, nə yox? – deyə soruşdu.
– Sağlığın, təzə bir şey yoxdur. Hər yerdə qaçaq Səfərin sözü danışılır.
– Nə danışırlar?
– İgidliyindən, qoçaqlığından, insaflılığından. Şəhərdə bir yetimin malını əmisi vermirmiş, bunu eşidir, adam yollayıb hədələyir. O günü yetimin malı özünə çatdı.
Oğlan yeyə-yeyə qulaq asır, qəlbində xoşhallanır, sevinirdi. Kazım darayı boyağından sonra əlində qalmış qırmızı rəngə baxa-baxa sözündə davam edirdi:
– Deyirlər, bir kənddə əmr-məruf28bir qocanı orucunu yediyinə görə döydürür. Qoca and içir ki, azarlıyam, mənə oruc düşməz, əmrməruf qulaq vermir. Qocanın çubuq altdaca canı çıxır. Xəbər Səfərə yetişir, gəlir. Kənddə divan qurur. Əmrmərufu elə qocanınca qəbrinin üstündə asdırır...
Oğlan altdan-altdan Kazıma baxır: Kazımın gözləri parlayır, üzündə bir fəxr duyğusu ifadə olunur.
Oğlan yeməyini bitirib, deyir:
– Ay dayı, Allah çörəyini bol eləsin, süfrən həmişə açıq olsun!
– Bağışla, yaxşı qulluq eləyə bilmədik, – dərvişin tapdığından.
– Çox razıyam, sağ olun, Allah bu uşaqları sənə başatan versin!..
Ay dayı, bilirsən... mən Səfərin adamıyam. O səni tanıyır... Özü də sənnən qohum olmaq istəyir.
Kazım yerində qurcandı, diqqətlə oğlana baxdı, utancaq bir təbəssüm üzünə yayıldı.
– Açıq danışaq, ay dayı, qızını Səfərə verərsənmi? Mən sənin yanına elçiliyə gəlmişəm.
Kazım yenə yerində qurcandı, arvadının üzünə baxdı, arvad bir az da yaşmandı.
– Nə deyirəm, mən ondan yaxşısını ki, tapmayacağam, ancaq... axı o, qaçaqdır... Ev-eşiyi... – Kazımın dili dolaşdı. Oğlan onun fikrini anladı:
– Bilirəm nə demək istəyirsən; oğlanın evi-eşiyi olmalıdır... Qorxma, qorxma, bunların hamısı düzələr...
Bununla söhbət bitdi. Oğlan atın belinə atılıb, meşədə yox oldu.
Bir axşam yağmurlu bir havada qapı döyüldü. Kazım çıxdı. İldırım çaxır, göy nərə vururdu.
– Kimsən?
– Allah qonağı.
Kazım qapını açdı, qonağı evə gətirdi. Qara neft çırağının işığında oğlanı tanıdı. Görüşdülər. Onu elçi sifətilə qəbul edib. Çox hörmət etdilər.
Kazım cəsarətsiz bir səslə:
– Yaxşı, ay igid, – dedi, – Mənim sözüm yoxdur, amma qızın anası bir az nəmnüm eləyir... yəni onun da ərki var: əmək qoyub qız böyüdüb...
– Vermək istəmir?
– Yox, bir şey demir... Ancaq... deyir ki, Səfər qaçaqlığın varağasını büksün... kasıblığa qurşansın...
Oğlan Kazımın sözlərini dinləyib, düşündü. Evlənmək məhək daşı imiş: İnsanın nə olduğu evlənmək istəyəndə bilinərmiş. Evlənən kəsbkar, başı aşağı olmalı imiş. Ən böyük igidlik külfəti dosta-düşmənə möhtac qoymamaq imiş. Kişiyə söysələr də, gərək qulaq ardına vursun... Oğlana Kazımın sözləri, mülahizə və fikirləri tamamilə yabançı gəlirdi. Bu yeni zehniyyət şəhər zehniyyəti idi. Oturaq həyatdan, istirahət arzusundan irəli gəlirdi... Oğlan çox götür-qoy elədi. Düşündü, daşındı, incindi, gördü geri dönməyə çarə yoxdur.
– Ay dayı, – dedi. – Səfər nə desəniz, onu eləməyə hazırdır. Ancaq...
Neçə adam öldürmüş bir qaçaq üzə çıxa bilərmi? Xan nə deyər?..
Kazım bir az fikrə gedib dedi:
– O söz versə, dinc dursa... üzə çıxmaq asandır...
Bir ildən bəri meydana çıxmış qaçaq Səfərin adı günü-gündən şöhrət tapmaqda idi. Onu Araz ilə Kür arasında tanımayan yox idi: kənddə hansı bir evə gəlsə, çörəklənib yola salınır, koxaların və məliklərin hədəsinə baxmayaraq, onu kimsə xanın əlinə vermək istəmirdi.
Xalq qaçaq Səfərə şərqilər qoşmuşdu, onu igid, mərd ədalətli deyə tərənnüm edirdi. Bu məsələ dəfələrlə sarayda danışılmış, tədbirlər görülmüş, dalınca atlılar göndərirmiş, nəticədə heç bir şey çıxmamışdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-iki-od-arasinda-birinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqındaFRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).
Əcəmilik möhürü və onunla mübarizəƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...
Dil məsələsiDİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.
Poems by other poets
Əqrəb əqrəbə toxundu,qırmızı lent kəsildi elə bil.
Nagahan bir dərdə düşdün olmadı dərman, CavadNagahan bir dərdə düşdün olmadı dərman, Cavad!Yüz fəraqü həsrətü dərd ilə verdin can, Cavad!
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Elm tərifində deyilibdirMÜXƏMMƏS**Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,