Page 8 of 20 · 35%

Səfər də papağını dik qoyub, aranı-dağı dolaşırdı.

Səfərin özü Qılınclar oymağından olub çocuqluğunu kənddə keçirmişdi. Qışı aranda, xan torpağında keçirər, yayı isə dağa köçərdilər.

Atası Qarabağ xanının Naxçıvan civarında olan bir vuruşmasında öldürülmüş,

Səfər yetim qalmışdı. Kiçik bir topraqları vardı, bunun məhsulu, malcəhət, toypulu və başqa töycüləri verdikdən sonra, özlərini zorla görürdü. Səfərin atası öləndən sonra iş bir az da çətinə düşdü.

Lakin yetimin çocuqluğunu oymaq nəzərə alaraq hər il iməcilik edib, onun əkininə və biçininə kömək edərdi. Nəhayət, Səfər min zəhmətlə böyüyüb həddibuluğa yetişdi və öz təsərrüfatını özü idarə etməyə başladı. Geniş ürəkli, ucaboylu, qarayanız bir oğlandı. Cıdırlarda at səyirdən, gözəl ox atan, qılınc vuran bir gənc olmuşdu. Adı ellər arasında yayılmada idi. Qızlar, gəlinlər onu görəndə için-için yanar, dilavərlər hörmət edər, qocalar isə igid və mərdliyi üçün onu çox sevərdilər.

Bir gün biçin vaxtı xanın sərkarı30kəndliləri topladı – elliynən xanın taxılını biçib, çuvallara yığmalı idilər. Səfər də unudulmadı. Biçin qurtardı, dərzlər xırmana daşındı, döyməyə başladılar. Yüzbaşı dolaşıb, işləyənlərdən göz olurdu və axşamçağı işdən sonra isə dolmamış çuvallardakı buğdanı oğurlamasınlar deyə, buğdanın üstünə barmağı ilə bir xaç çəkib, gedərdi. Bir səhər küləkli gecədən sonra yüzbaşı yarımçıqçuvalları yoxlayıb, bir neçəsində xaçın pozulduğunu gördü:

– Buğdanı kim oğurlayıb? – deyə gözləri hədəqəsində oynamağa başladı. Kimsədən səs çıxmadı. Yüzbaşı bir də bağırdı, sonra bir-iki adamın qolundan qaba bir surətdə dartıb:

– Tanrı haqqı, gönünüzü soyduraram! – deyə təkrar bağırdı.

Qolundan dartılanın biri də Səfər idi. Igidliyinə yaraşmayan bu hərəkətdən son dərəcə acıqlanıb:

– Yüzbaşı, – dedi, – sənin buğdana qalmamışıq. Bir az özünü yığışdır.

Yüzbaşı gözləmədiyi bu cavabdan daha da acıqlandı:

– Sən xanın üzünə ağ olursan? Ağ olursan? – deyə nökəri çağırdı və Səfəri söyüd ağacına bağlayıb döydürmək istədi.

Səfər nökərlərin əlindən dartınıb:

– Yüyrək at özünə qamçı vurdurmaz! – dedi və dəryazı qapıb, yüzbaşıya cumdu. Səs-küy qopdu. Yüzbaşı yerə yıxılmışdı, boynundan qan fışqırırdı. Səfər də bir at belində toz qopara-qopara dərəyə tərəf qoşurdu.

O gündən bu günə Səfər qaçaq olub, dağ və meşələrə düşmüşdü.

Özü də yüzbaşılara, sərkarlara, əmr-məruflara düşmən kəsilmiş, fəqir-füqara iləsə çox yaxşı rəftar edərdi. Ellərdə, oba və uluslarda göründükdə onun yanına şikayətçilər gələrdi, o saat ağsaqqalları toplayıb, məsələni yoxlar – haqlının haqqını, haqsıza da cəza verərdi.

9

Kazım Vaqifin məktəb yoldaşı idi. Nadir şah zamanı müharibəyə sürüklənib, bir-iki dəfə də yaralanmışdı, karxanası dağıldığı üçün kəsbi kəsilmiş, nəhayət, Pənah xanın oğlu Mehralı bəy Şişə qalasının abadanlığı ilə məşğul olan zaman Qazax mahalından köçüb, Şişədə yerləşmişdi. Əvvəl təbrizli bir şərbafın yanında usta sifətilə işləmişdi.

Sonra İrandakı qarışıqlıq nəticəsi olaraq karvan yolu kəsilib, mal qıtlığı duyulduqda, Şişə şərbaflarının əmtəəsinə tələb artmağa başlamışdı.

Bu əsnada Kazım pul toplayıb xüsusi bir karxana açmış və iki otaqlıq ev tikdirib, əvvəl yaşadığı qara damı tərk etmişdi.

Vaqif öz yerliləri ilə əlaqəsini kəsməyirdi. Həm gedib-gələr, həm də dərdlərinə qalardı. Odur ki, Kazım da Səfər məsələsi üçün Vaqifin yanına getdi. Lələ xəbər verən kimi Vaqif onu içəri çağırdı. Kazım başmaqlarını artırmada çıxarıb, çəkinə-çəkinə içəri girdi. Vaqif pəncərənin içində oturub, şeir yazırdı. Kazımı görər-görməz, qələmi qələmdana qoydu və mehriban səslə:

– Baho, xoş gördük, həmşəhri! – deyə ona pəncərənin içində yer göstərdi. Kazım əllərini təkrar döşünə qoyub. Baş əydi, sonra dizi üstə döşəkçənin üstündə oturdu.

Vaqif mehriban bir nəzərlə onu süzərək:

– Səndən nə əcəb?.. – dedi və cavab gözlər bir vəziyyətdə ona baxmaqda davam etdi.

– Əskik olmayasan, axund! Doğrusu, bir işə düşmüşəm...

Vaqif:

– Nə iş? – deyə cəld soruşdu.

– Qız məsələsidir... Deyərlər: Ölmədik, kordan harayçı gəldi, Qaçaq

Səfər bizim qıza elçi düşüb...

Vaqif heyrətlə:

– Qaçaq Səfər? – deyə sordu: – Hardan hara?

– Axund heç özüm də bilmirəm. Elçi göndərib, istəyir; verim, necə verim; verməsəm də başıma bəla açacaq... Eşşəyə minmək bir ayıb, eşşəkdən düşmək də iki ayıb.

– Yaxşı, bəs o bunu bilmir ki, yurdu – yuvası olmayan bir adama arvad yaraşmaz?

– Elə dərd də orasındadır: öküzün inildəməkdən qarnı quruldar.

Ayıblı ayıbını bilsəydi, heç dünyada ayıb olardımı?

Vaqif düşüncəyə daldı, bir az sonra:

– Yaxşı, mənim köməyim nədən ibarət olmalıdır? – deyə sordu.

– Deyirmiş xan məni balalarının başına çevirsin, günahımdan keçsin, üzə çıxıb kəsbə qurşanım.

Vaqif yenə düşündü:

– Tutalım çıxdı, dələduzluğundan əl götürəcəkmi? Axı, xanla xanlıq edir: divan qurur, asır, kəsir.

– And içirmiş, xanın sadiq nökəri olmaq istəyirmiş.

Vaqif düşüncəli gözlərini barmağındakı əqiq üzüyə dikərək:

– Burada bircə əlac var, – dedi. Və sağ əlinin çeçələ barmağındakı üzüyü hərlədi: – bircə əlac. Tehran bəylərbəyisi elçi göndərib, xan qızı Kiçikbəyimi özünə istəyir. Xan razıdır, yaxında toy olub köçürüləcək.

Kiçikbəyimə ərz etməli, o da atasının qulluğunda xahişmənd olsun. Ayrılıq zamanı xanın ürəyi yumşalacaq, hər nə istəsə, yerinə yetirər. Ya da ki, Şahnisə xanımdan təvəqqə etmək lazımdır. Bu daha məqbul görünər. Elə bu gün Şahnisə xanımın qulluğuna gedəcəyəm: bu xeyir iş üçün məni məşvərətə çağırmışdır. Bu gün qulağına eşitdirərəm, görək nə deyir.

Başını bir tərəfə əyib Vaqifi diqqətlə dinləyən Kazım razılıq elədi:

– Başına dönüm, axund, məni dardan qurtararsan. Amma elə olmasın ki, xanın qəzəbinə tuş gəlim. Bilirsən, ilan vuran ala çatıdan qorxar, dəfələrlə tökülüb-dağılmışam. Indi Allahın mərhəməti və xanın sayəsində təzə-təzə uyuşub balalarımın ruzusunu çıxarıram. Bilmirəm, qismət bu Səfəri hardan gətirib çıxartdı. Deyir: Keçi can qeydindədir, qəssab da piy axtarır.

Vaqif:

– Keçi niyə can qeydindədir? – deyə güldü.

Kazım əllərini ovaraq dedi:

– Axund, bilirsən ki, dilə düşməkdən qorxuram. Bu zamanada dilə düşmək başa bəla açar.

Ən yaxşısı:

Dər rah çinan rov ke qiyamət nə konənd,
Ba xəlq çinan zi ke məlamət nə konənd,
Be məscid əgər rəvi, çinan rov ke tora,
Dər piş nə xanənd, imamət nə konənd…

Vaqif Kazımın ehtiyatkarlığına və mütəvazeliyinə29heyrət edərək, ürəkdən güldü, sonra onu arxayın edib, yola saldı.

Şahnisə xanımın Dovtələb və Xəlfəli meşəsinə baxan bir otağı vardı. Divarları və tavanı naxışlı idi. Pəncərənin iç divarlarına “Leyli və Məcnun”, “Fərhad və Şirin” dastanlarının ayrı-ayrı vaqiələri təsvir olunmuşdu. Şahnisə xanımın döşəkçəsinin üstündə Fərhad külüng ilə dağı yarırdı.

Vaqif içəri girəndə Şahnisə xanımı öz yerində gördü: qaravaşlardan birisi dizi üstə durub, qurama boxçanın bir ucundan tutub nə isə xanıma göstərirdi. Xanım Vaqifi görən kimi qaravaşa işarə etdi, o da boxçanı götürüb çıxdı. Vaqifin salamına cavab olaraq Şahnisə xanım gileyli bir səslə:

Aşiq ( Şahnisə xanım Vaqifi zarafatla “aşiq” deyə çağırardı) gərək çağıram ki, gələsən? Axı Kiçikbəyim – mənim qızım, sənin də şagirdindir.

Usta şagirdinin beləmi qeydinə qalar?.. Buyur, əyləş!

Yol ilə get ki, sənə etiraz eyləməsinlər.
Xalq ilə elə rəftar eylə ki, səni tənələməsinlər.
Əgər məscidə gedirsənsə, elə get ki, səni
Qabağa salmasınlar, səni imam (böyük) etməsinlər.
Bu rübainin sətri tərcüməsi professor Əkrəm Cəfərindir (Red.).
† Mütavaze – təvazölü, təvazökar

Vaqif xanımın qarşısındakı döşəkçədə əyləşdi.

– Haqqın var, Şahnisə xanım! – dedi. – Ancaq baş qarışıqlığı da mənzuri alinizdir. Gəncədə Məmməd xan tüğyan eləyib, Fətəli xan yenə bir-iki kəndimizi dağıdıb... Xülasə, gecə-gündüz bu xanların bir-biri ilə öcəşməsindən başımız ayazımır... – Bu əsnada Vaqifin nəzəri Şahnisə xanımın başının üstündəki Fərhada düşdü. Vaqif buna işarə olaraq, – Bax, o sənin oturduğun döşəkçədə mən oturmalı idim, – dedi.

Xanım məsələni anlamayaraq:

– Necə? – deyə, düşüncə içində qaldı.

– Çünki Fərhadın külüngü başımızdan əskik olmaz.

Xanım arxaya, Fərhadın rəsminə baxıb güldü;

– Aşiq yenə bir söz tapıb düzəltdi, – dedi. – Sən elə bilirsən qız anasının halı sizinkindən yaxşıdır? Tanrı haqqı yox! Bax, Kiçikbəyim kimi bir gülü götürüb Tehrana atıram. Qürbətdə qızım necə olacaq, başına nələr gələcək... Kim bilir?

Şahnisə xanım doluxsundu.

Vaqif təsəlli verdi:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Mirzə Fətəlinin əsərləri başqa dillərdə

MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.

4 min
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqında

FRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).

6 min
Əcəmilik möhürü və onunla mübarizə

ƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...

7 min
Dil məsələsi

DİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.

2 min

Poems by other poets