Contents
  1. I. litvanyada birinci tatar mühacirləri
  2. Iı. knyaz vitovt zamanı
  3. Iıı. lıtvanyada tatar axınının
  4. Sonrakı davamı
  5. Iv. litvanya tatarlarının üçüncü sıqızmund
  6. Ulusundan əvvəlki halları
  7. V. üçüncü sıqızmund zamanı sıxıntıları
  8. Vı. yeni poloniya qanunları və tatar
  9. Vıı. rus qanunları
  10. Vııı. lıtvanya tatarlarının sayı
  11. Xıx əsrin ortalarındakı xəbərlər
  12. Ix. litvanya tatarlarının
  13. Məişətinə dair
  14. X. xülasə

Page 3 of 5 · 40%

Iv. litvanya tatarlarının üçüncü sıqızmund

Ulusundan əvvəlki halları

Litvanya tatarlarına aid kral Vitovt tərəfindən sadir (qalan) heç bir fərman yoxdur. Lakin Aleksandr və birinci Siqizmund tərəflərindən tatara verilən hüquq və imtiyazların təsdiq olunması göstərir ki, tatarların cəsurluqları və igidlikləri nəzəri-etibarə alınaraq, onlara torpaqlar verilirmiş və əvəzində onlardan daima hərbə hazırlıq və ölkəni müdafiə etməklik tələb olunurdu. Əgər Litvanyaya bəy və yaxud Mirzə gəlsə və onların əsilzadəliyini Litvanya vilmojalarından biri təsdiq etsə, əvvəlki mövqeyini qeyb etmirdi, yəni, hüquq və imtiyazda Knyazlar, panlar və Şlaxtelər ilə bərabər olurdu. Qanun və fərmanlara da tatarın iki qövmə bölünməsi müşahidə olunurdu: əsilzadələr və adi tatarlar. Əsilzadələr üç qismə ayrılmışdı: knyazlar, mirzələr və oğlanlar. Bu təsnif Litvanyada və Rusiyada olan qaydayla tətbiq olunmuşdu; oralarda da əsilzadələr knyaz, pan və boyarlara bölünürdü. Əsilzadələrdən başqa bir də məmləkətdə “adi insanlar” var idi.

Tatar knyazları Altun və başqa Ordu bəylərinin nəslindən sayılırdı. “Bəy” böyük məmuriyyəti olanlara deyilirdi. Məsələn: tümən bəyi, min bəyi, yüz bəyi, on bəyi.

Mirzə ləqəbi “pan” ləqəbinə müqabildir. Krım mirzələri knyazın aşağı sinfindən ədd olunurdu. Bunlar xan şurasında iştirak etmirdilər.

“Oğlanlar” mühüm məmuriyyətlərdə bulunurdular. Xan salonunda iştirak edirdilər və kəndilərinə məxsus əmlakları var idi.

Litvanya “Oğlanları” Ordu oğlanları nəslindən olaraq sonra kiçildilər və əhəmiyyətləri düşdü.

Torpağı olmayan tatarlar, yəni arabaçılar, sənətçilər, tüccarlar və torpağı əlindən çıxanlar adi xalq səviyyəsinə keçirdilər və ağsaqqallarına tabe olurdular. Bunlar yəhudilər ilə bərabər xan vergisini verirdilər.

Tatar arasında “tatar qazağı” deyilən bir taqım da var idi ki, hökmdarlar sarayı xidmətlərinə mənsub olub məktub göndərmək üçün saxlanılırdı. “Qazaqların” da kəndilərinə aid torpaqları və mülkləri vardı. “Xurunji” və “Marşallıq” ləqəbləri tatar ağsaqqallarına (starşina) təəlüq edilirdi. “Xurunji” hərbi xidmət olub, bir istiyaqi idarə edənə deyilirdi. “İstiyaq”ın əsl mənası bayraq deməkdirsə, “nəfər bölügündən” ibarət idi. Xurunjilər kraldan fərman alaraq əsgər torlardılar “voyevoda” və yaxud “hotmana” tədiyə edirdilər.

Litvanya şəhərlərində yaşayan tatarlar hüququnda qeyri millətlərilə bərabər idilər.

Poloniya qanunları torpaq əta olunmuş tatarların ictimai və ailəvi həyatda “dvoryanlar” ilə həmhüquq olmalarını tanıdı. Tatarlar “zemski” əmlakı ələ gətirə bildilər. Məzkur əmlaklara 1496 sənəsindən sonra yalnız “Şlyaxte” (əsilzadələr) malik ola bilirdi.

Tatar torpağının tatar əlində qalmasını təmin etmək üçün kral Vitovt dövrsəltənətindən sonra bu torpaqların “dvoryanlara” satılmasına mane olundu. Tatar satdığı torpaq əvəzində “dvoryanlardan” yeni bir əmlak ələ gətirsə, iki sənə müddətində geri qaytarmaq məcburiyyətində idi. Dvoryanlar da kralın müsaidəsilə olmayaraq, tatar torpağı satın alsalar, əmlaklarını qeyb edirdilər və maaşsız xidmətə məcbur olurdular.

Bir çox tatar torpağının yenə də dvoryanlara keçdiyi üçün 1559 sənəsində Litvanya krallığında təftiş başlandı.

Torpağı olan tatar kəndi xərcinə olaraq əsgərlik yapıyordu. Bunun üçün Litvanya hökuməti tatar kimi cəsur əskərin torpaqda sakin olması və məmləkətə xidmət etməsi yolunda çalışırdı. Torpaqlı tatara maaş vermək də yasaq idi. Son zamanlar tatar əmlakı üçün yarılan məhdudiyyətlər unuduldu. Çünki məhdudiyyət irəlidəki imtiyazlara zidd idi. 1569 sənəsində Litvanyanın qəti surətdə Poloniyaya qoşulması zamanı Litvanyada, Kiyev knyazlığında və Vulində olan Zemski əmlakları fərmansız ələ gətirilənlər böylədə, sabit varis elan olundular. Bu qanun mövcibi ilə tatar əmlakı da hüquq cəhətindən dvoryan əmlakıyla bərabər ədd olundu. Litvanya tatarlarının əksəri, ələlxsus əsirlər kəndi müsəlman qadınlarını yanlarında saxlamağa müqtədir olmadığından kral Vitovtdan sonrakı hökmdarlar tatarın Litvanya qadınlarıyla evlənməsinə müsaidə verdilər. Lakin bir şərtlə ki, tatarlar bir qadından ziyadə almasınlar.

Get-gedə Litvanya tatarlarına bir qadın almaq adət oldu. Əcnəbi qızlar ilə evlənmək tatarın millətinə böyük zərbə vurdu; tatarlar ana dillərini unutmağa başladılar. Hətta Qurani-şərifi anlamaq üçün sətirlərin altında Poloniya lisanında ərəb hərflərilə tərcüməsi yazılmaq adət oldu. Bir çox dini kitablar var ki, Poloniya tərcüməsini havidir. Rus-Litvanya, Rus-Ukrayna şivələrində tərcümələr də qullanılmiş.

V. üçüncü sıqızmund zamanı sıxıntıları

Birinci Siqizmund “Starosta”lar tatar köylüsünü sıxmağa başladı. Hətta əsilzadə qızlarından nigah vergisi belə alınırdı (“qonica”), kral tatara qarşı böylə hərəkətlərdən xoşlanırdı. Lakin Üçüncü Siqizmund dövrü dinə aid yanlış şərhlər sayəsində xristian olmayanları təqib etməyə başladılar və o zamanlar tatarlığa zidd qanunlar da vücuda gəldi. 1588 sənəsi “Litva statu” məcibincə tatar və yəhudi xristianları satın alıb kəndilərinə qul edəməzdilər. Yalnız yeddi sənə çalışdıra bilərdilər və yaxud torpaqlarına qəbul edib, əkin əkdirə bilərdilər. Din dəyişməyə tərcib və təşviq edənləri, tutulmuş və yaxud satın alınmış xristianlara sənət yapanları diri-diri yakmaq ilə qorxudurdu. Tatarlara xristian dairələri (sudenes) tutmaq məmnun idi.

Tatar və yəhudi adamıyla bərabər əmlak icarə etdikdə o adamlara fövqəladə vergi və xidmətlər təyin etməyə haqlı deyil idilər.

Lakin “statun” ötəndən bəri dönər əmlaka malik tatarları başqa litvanyalılar ilə hüquqda bərabər etdi. 1566 və 1569 sənələri qanunları tatar üçün qeyb etmədilər. Bu qanun məvcibi adam yaralamaq cəzası cərimə idi. Öldürmək cəzası ölüm idi. Dvoryanların şəhadəti əhəmiyyətli olduğu kimi, məzkur qanunlar tatar şəhadətini də dvoryanlar şəhadəti qüvvətində tanıyırdı.

Türk müvərrixi Becəvi rəvayət edir ki, Poloniyada altmış tatar köyü var, hər köydə bir came. Camedə xütbə oxunduqda kralın adı yad olunur. Köylərdə xalq çoxdur və kəndiləri varlıdırlar. Yeni hamamlara ehtiyac varsa da, Poloniyalılar yapılmasma mane olurdular. Tatarlar quranlarını ərəb hərfləri ilə yazırdılar. Lakin şərhə lüzum gördükcə Poloniya lisanına müraciət edirdilər. Məmləkətə vergi əvəzinə də hərbi xidmət üçün üç yüz kişi aralarından göndərirdilər. Kralın məktubları belə tatarlar vasitəsilə göndərilir. Çünki tatarlara xristianlardan çox inanılır.

1906 sənəsindən başlayaraq tatar sıxıntısı artır; tatar qadınlarını sehrçilikdə ittiham edirlər. Bir çoxları da Kufə Moskulatı buldular və xəttini anlamayaraq şeytanlar ilə tatartarın əlaqəsinin vasitəsi deyərək bir çox adamları atəşə atıb yakdılar. Tatara qarşı “Pyotr Çijevski”nin “Alferqan tatar” adlı əsəri meydana çıxdı. İki dəfə təb olunan bu kitabda tatarlara olmayacaq iftira və böhtanlar isnad edilir.

Bu iftiraya qarşı “Anologiya tatar” ünvanlı bir əsər təb olundu (1640 sənə). Get-gedə yenə tatara xristian qızları ilə evlənməyi, xristian xidmətçiləri saxlamağı, Kral və dvoryan əmlakı icarə etməyi mən etdilər. Tatar yeni camelər yarmağı və təmir etməkdə də haqqını qeyb etdi. Osmanlı hökuməti sonrakı zamanlarda Litvanya tatarlarını haqsızlara qarşı müdafiəyə girişdi. Bu yolda Adil Gəray xan da çalışdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Altıncı şəkil

Lüqsemburq bağı. Xiyabanın bir tərəfində geniş çəmən görünür. Ətrafı ağac və çiçəkliklə əhatə olunmuşdur. Ağaclar arasında heykəllər düzülmüş. Xiyabanın iki tərəfinə iskəmiyələr qoyulmuşdur. Mürəbbiyələr arabacıqda çocuqlar gəzdirirlər. Cürbəcür kişi və qadınlar gəlib keçir. Bəhicə bir iskəmiyə üzərində oturub qarşıdakı mənzərəni tabloya köçürür. Sabah günəşi ağacların altına sarı ləkələr səpmişdir.İbadulla** (gülümsəyərək yaxınlaşır. Bəhicə ayaq səsini eşidirsə də, əhəmiyyət verməyir). Bonjur, Bəhicə xanım (şlyapasını çıxarır və əl verməyə cəsarət etməyərək, ayaq üstə qalır).

7 min
Yeddinci şəkil

Bəhicənin atelyesi. Geniş pəncərəli yüksək bir otaq. Sağ tərəfdə bir qapısı var. Divarlardan bir çox*şərq janrlı tablolar asılmışdır. Bir tərəfdə molbert üzərində qurtarmamış bir şəkil qoyulmuşdur, yanında*

8 min
Birinci hissə

“İbrahim xan... hüzuruna yaxın, qulluğunun nədimi, baş katibi və dövlətinin möhkəm bir sütunu*olan qazaxlı Molla Pənah Vaqifi yanına çağırdı. Vaqif kamal, ədəb və elm sahibi bir sima idi. Əgər*

2 h 10 min
İkinci hissə

1**Şimaldan gələn xəbərlər saray mühafillərində böyük əndişələrə səbəb olurdu. Tiflisdən Mirzə Əliməmməd ağaya yazıldığına görə, şimali Qafqazdakı Qızlar qalası tərəfə rus qoşunu toplanırmış, İraklinin yanına bir rus gəlib, nə isə danışırmış...

1 h 45 min

Poems by other poets