Contents
  1. I. litvanyada birinci tatar mühacirləri
  2. Iı. knyaz vitovt zamanı
  3. Iıı. lıtvanyada tatar axınının
  4. Sonrakı davamı
  5. Iv. litvanya tatarlarının üçüncü sıqızmund
  6. Ulusundan əvvəlki halları
  7. V. üçüncü sıqızmund zamanı sıxıntıları
  8. Vı. yeni poloniya qanunları və tatar
  9. Vıı. rus qanunları
  10. Vııı. lıtvanya tatarlarının sayı
  11. Xıx əsrin ortalarındakı xəbərlər
  12. Ix. litvanya tatarlarının
  13. Məişətinə dair
  14. X. xülasə

Page 4 of 5 · 60%

Vı. yeni poloniya qanunları və tatar

Litvanya tatarlarının sıxıntıları üçüncü Siqizmundun vəfatıyla sona çıxdı. Dördüncü Vladislav tatarın imtiyazlarını qaytardı və 1662 sənəsi Pan Kazimir dövrü tatarın haqlarını rəsmi olaraq seymdə tanıdı.

Mixail və Üçüncü Pan zamanları qanunlar tatarın sadiqliyini qeyd edib, haqlarını təsdiq etdi.

Qısası, Tatarlar hüquq və ixtiyarlarında dvoryanlar ilə bərabər oldular. On səkkizinci əsrin sonunda yeni camelər yapmaq və əskilərini təmir etmək haqları ədd olundu.

Yalnız Poloniya qanunları üçüncü Siqizimund dövründən sonar tatarlara seym və senat məclislərinə daxil olmağa müsaidə vermədi. Bunda da təəccüb yeri yox, çünki xristianlar üçün belə bir məhdudiyyət var idi. O zamanlar katoliklərdən kənar başqa qüvvə tanınmırdı.

Poloniya təqsimindən sonra tatarın bir hissəsi Prusiya və Avstriya dairəsinə köçdü. Hüquq cəhətindən yeni idarə tatar həyatında təğyir doğurmadı. Siyasi haqlardan başqa, qeyri haqlara malik idilər. Varşava hersoqluğu meydana çıxdıqda burada tatar haqları tanındı. Hətta tatar seym məclislərində belə iştirak edirdi.

Hal-hazırdakı Poloniya məmləkətində müsəlmanlar əvvəlki
hüquq və imtiyazlarını qeyb etməmişlər.

Vıı. rus qanunları

Litva vilayətlərinin Rusiyaya qoşulmasından sonra tatarların yenə hüququna təcavüz olunmadı. 1794 sənəsində ikinci Yekaterina Litvanya general qubernatoru Knyaz Reninin adına göndərilən fərmanda tatarların xatiri saxlanmasını əmr edirdi. Çariça tatarların nəcib və cəsur bir millət olduğunu yad edərək onların hüquq və imtiyazlarının baqi qalmasını Knyaz Reninə dərxatir edirdi.

1797 sənəsində Litvanya tatarlarından atlı alay təşkil olundu. Əvvəlcə alayın adı “Pinsk alayı”, sonra “Tatar-oğlan alayı” və hal-hazırda “48-ci tatar-draqun alayi” adlanır. 1799 sənəsi 13 şubat fərmanı mövcibincə tatarlar xüsusi qanunlara tabe oldular. Əsilzadələr, dvoryanlar ilə hüquqda birləşdilər.

Vııı. lıtvanya tatarlarının sayı

Litvanya tatarının sayı get-gedə azalmaqdadır. Vaxtilə bunların bir qolu Türkiyəyə və Krıma hicrət etmiş. 1616 sənəsində təb olunmuş “Alferqan tatar” ünvanlı əsərdə tatarın sayı yüz min və silah daşımağa müqtədir olanlar isə on min göstərilir. Tatarların rəvayətinə görə Kral Vitovt zamanı Litvanyada tatar mühacirinin miqdarı qırx beş min idi. Narbut yazır ki, Kazimir Yaqoylanın zamanı Litvanyada on minlik bir məhəlli tatar qüvvəsi var idi.

“Risaleyi-tatar” müəllifi 1558 sənəsində tatarın nüfuz rəqəmini iki yüz minə çıxarır. Şübhəsiz ki, müəllif ifrata uğrayır, tatar Litvanyada az olmalı idi.

1631 sənəsi İoan Qerdem tərəfindən Litvanya tatarının əmlakı təftiş olunub, böylə məlumat verilir: Altı vilayətdə yeddi yüz doxsan xanə var imiş. Əgər hər xanə, yaxud ailəni on erkəkdən ibarət saysaq sakinlərin sayı 8000 olurdu. Ticarət, sənət və arabaçılıq ilə idxal edənlərin sayı təqribən beş min idi.

Cəmiət 13000 can, on üç min tatar qadınlarını çolunu və çocuqlarını da nəzərietibarə alırsaq, bütün Litvanya tatarının sayı 60 mindən ziyadə olamaz.

Türklər Podolyayı təxliyə etdikdən sonra bir çox tatarlar Türkiyəyə köçdülər və orada üç yerdə sakin oldular. Dubruğda, Bursa ətrafında və Qızıl Irmaq sahilində rəsmi statistika məlumatına binaən zikr olunan məskənlərdə tatarın sayı 3 mindir. Şimdi Litvanyada bir çox köy var ki, tatarlardan iz belə qalmamış.

Xıx əsrin ortalarındakı xəbərlər

O zaman mənbələri sabit rəqəmlər göstərmirlər. Bunun üçün aldığımız məlumat təqribidir.

Vilen quberniyası - 2000

Qoren - 300

Qrodnen - 800

Minsk - 1500

Volin - 200

Podol - 100

Aqustovsk - 150

Lublinsk - 130

iştə on doqquzuncu əsr məlumatına binaən Litvanya tatarının miqdarı təqribən beş min səksəndir. Təbiidir ki, son vaxtlar bu rəqəm bir az daha düşdü. Avropa müharibəsi işləri büsbütün dəyişdirdi.

Ix. litvanya tatarlarının

Məişətinə dair

Litvanya tatarlarını üç qismə təqsim etmək mümkündür. Əmlak sahibləri, xüsusi sektorlarda yaşayanlar və şəhər, qəsəbə xalqı; əmlak sahibləri zəngin deyillər, torpaqları az olduğundan hərbi xidmətlərə gedirlər. Familiyaları əcnəbiləşmiş, məsələn: Bazarovski, Subclovski, Qcrbiçinski, Xumçiski, Sulkeviç və başqaları. Bu nəsillər Litvanya tatar əsilzadələrindən olub ötədən bəri məmləkətdə xidmətləri ilə məşhur olmuşlar.

Köylü tatarlar zəmindarlıq ilə məşğuldurlar. Şəhər və qəsəbə tatarı isə xüsusi məhlə və soqaqlarda yaşayaraq dürlü işlər ilə uğraşırlar. Məsələn: Minsk şəhərində yaşıllık (səbzəvat) satırlar, Penskdə dəriçilik yarırlar. Başqa yerlərdə arabaçılıq edərlər.

Litvanya tatarları çocuqlarını ərəbcə oxudurlar. Minsk şəhərində came nəzdində tatarlar var ki, gözəlcə ərəb xətti yazırlar. Bunlar Qurani-Şərif və başqa ruhani kitablar yazısıyla məşğuldurlar.

Hökumət məktəblərində də tatarlardan istifadə edirlər. Qəza məktəblərini ikmal edənlər hökumət müəssisələrində xidmətdə bulunurlar.

Tatar əsilzadələri arasında elm adamları çoxdur. Bəziləri bir kaç Avrora lisanlarından başqa türk-tatar dillərini də bilirlər. Qərb quberniyalarında mədrəsələr yoxdur, oraların ruhani işləri Krım məktəbləri tərəfindən idarə olunur.

Mövcud on iki molla xalq tərəfindən intixab olunur. Əvvəlki hökumət zamanında Litvanya tatarlarının məhkəmələri və qaziləri də var idi. Xristianlar belə bir çox vəqt tatar məhkəməsindən istifadə edirdilər. Kral Mixail dövründə Poloniya tatarlarına İstanbuldan fitvalar gəlirdi. Üçüncü Pan Subeski Türkiyədən gələn fitvaları mən etdi.

On yeddinci əsrin əvvəllərində Becəvinin rəvayətinə görə Litvanya tatarlarının altmış camei var imiş. Evdəki ibadətxanaları isə “Risaleyitatarlar” yüzə qədər sayır. Hal-hazırda iyirmi bir camei qalmış. Vilen quberniyasında – 2; Minsk – 8; Qrunensk – 3; Volinda – 2; Podolda – 2; Poloniya çarlığında – 2.

(Aqustov və Lubbilin quberniyalarında)

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Altıncı şəkil

Lüqsemburq bağı. Xiyabanın bir tərəfində geniş çəmən görünür. Ətrafı ağac və çiçəkliklə əhatə olunmuşdur. Ağaclar arasında heykəllər düzülmüş. Xiyabanın iki tərəfinə iskəmiyələr qoyulmuşdur. Mürəbbiyələr arabacıqda çocuqlar gəzdirirlər. Cürbəcür kişi və qadınlar gəlib keçir. Bəhicə bir iskəmiyə üzərində oturub qarşıdakı mənzərəni tabloya köçürür. Sabah günəşi ağacların altına sarı ləkələr səpmişdir.İbadulla** (gülümsəyərək yaxınlaşır. Bəhicə ayaq səsini eşidirsə də, əhəmiyyət verməyir). Bonjur, Bəhicə xanım (şlyapasını çıxarır və əl verməyə cəsarət etməyərək, ayaq üstə qalır).

7 min
Yeddinci şəkil

Bəhicənin atelyesi. Geniş pəncərəli yüksək bir otaq. Sağ tərəfdə bir qapısı var. Divarlardan bir çox*şərq janrlı tablolar asılmışdır. Bir tərəfdə molbert üzərində qurtarmamış bir şəkil qoyulmuşdur, yanında*

8 min
Birinci hissə

“İbrahim xan... hüzuruna yaxın, qulluğunun nədimi, baş katibi və dövlətinin möhkəm bir sütunu*olan qazaxlı Molla Pənah Vaqifi yanına çağırdı. Vaqif kamal, ədəb və elm sahibi bir sima idi. Əgər*

2 h 10 min
İkinci hissə

1**Şimaldan gələn xəbərlər saray mühafillərində böyük əndişələrə səbəb olurdu. Tiflisdən Mirzə Əliməmməd ağaya yazıldığına görə, şimali Qafqazdakı Qızlar qalası tərəfə rus qoşunu toplanırmış, İraklinin yanına bir rus gəlib, nə isə danışırmış...

1 h 45 min

Poems by other poets