Page 2 of 3 · 33%

– Bıy nəyi var ki, ürəyində tikə qalıb, bu saat sığaram ətər gedər işinə...

Bu arvadın adı Yetər idi.

Kərbəlayı Qurban çubuğu doldurub, damağına aldı və Nənə xanımdan bir od istədi; o da samavardan maşa ilə bir od çıxardıb, çubuğun başına basdı və üzünü döndərib, kərbəlayıya dedi:

– Ay kişi, niyə dinmirsən? Çubuğu sonra da çəkə bilərsən, bircə dillən!

– Sən atayın goru, məndən əl çək! Mən arvad deyiləm ki sizin işinizi biləm. Qaldı Yetərə, yəni o bilmir buraya Şaqqulunun xeyir işindən ötrü gəlib?

– Kişidi dayna, cavab verdi!

Bu sözləri Nənə xanım deyəndə Yetər ağzını yaşmıyıb, qoca qoyun bağıran kibi güldü. Kərbəlayı Qurban çubuğu ağzından çıxardıb, başladı:

– Ay balam, axır bir söz yoxdur deyim... çayınızı için, gedin bəlkə Şaqquluya bir halal süd əmmişini tapasınız. Baxın, göyçəyini alın, üzü yola, fəqir və işlək olsun. Daha bir sözüm yoxdur; allah bu işdən bizə çox xeyir versin!

Yetər yaşmanıb dedi:

– Amin! Amin! Gün o gün olsun gəlinin sənə qulluq eləsin, başına dönüm, yazıqsan!

Nənə xanım çay töküb, bunlara verdi. Bu halda Şaqqulu əlində bir aftaba çıxıb, həyətə getdi. Və sonra üzünü ətəyinə silə-silə gəldi oturdu. Yetər yaşmanıb, yavaşca buna pıçıldadı:

– Qadan alım, gör sənə nə qız tapacağam.

Şaqqulu bunun üzünə dik baxıb və sonra qızarmış üzünü aşağı saldı.

Çaydan sonra Nənə xanım Yetər ilə çarşavı bürünüb, qız axtarmağa getdilər. Bir evə girib, iki evə girib, axırda elçilər getdilər birinə. İçəri gircək gördülər günün qabağında palas salınıb, bir qız yun daramağa məşğuldur. Gendən baxan kibi qız bunlara xoş gəldi və iləri yeriyib, su istəmək bahanası ilə qızı danışdırdılar. Qız cəld üstünü çırpıb, qızara-qızara otağa qaçdı.

– Kimsiniz? Niyə gəlmirsiniz? deyə-deyə qızın anası, qonaqların qabağına çıxdı. Nənə xanım Yetər ilə bir balaca otağa girdi. Otaq keçə və palaslar ilə döşənmişdi. Suvaqsız divarda qədim tüfənglər və qılınclar asılmışdı; rəflərdə pas basmış mis qablar üst-üstə yığılmışdı. Otağın küncündə bir dəyirmi masa görünürdü. Bunun üstünün qalın tozu, masanın burada heç bir işə yaramadığını xəbər verirdi. Çirkli pəncərədən az işıq düşməyə görə otaq qaranlıq idi....

Qonaqlar döşəklərin üstə oturdular. Qız bir azdan sonra əlində bir qab su qapıdan girdi. Elçilər qızı təzə paltarda görəndə heyran-heyran bir-birlərinin üzünə baxırdılar. Qırmızı paltar və üzünə tökülən qara zülflər qızın nazik bədəninə daha da gözəllik verirdi... Qızın adı Pəri idi. Bunun gülüş sifəti və hər nə deyiləndə «bəli» deməyi, elçilərə çox xoş gəldi. Yetər əlindən burunotu qabını cəld döşəyin altına qoyub, üzünü qıza döndərdi...

– Bıy, atam anam boyuna, buxununa qurban!

Pəri qızarmış üzünü aşağı saldı və suyu verib, o biri otağa girdi. Burada iyirmi altı yaşında, iri burunlu bir qız oturub, corab toxuyurdu və hərdən bir əlilə ocaqdan kömür götürüb, qabağındakı samavara salırdı. Bu qız Pərinin böyük bacısı Sənəm idi.

O biri otaqda Yetər macal tapıb istədi söhbət açsın. Nənə xanım ilə bir iki dəqiqə pıçıldaşandan sonra ev sahibinə dedi:

– Başına dönüm, doğrusu yoldan keçirdik istədik burada bir az su içək, amma... qız bizə xoş gəldiyindən oturub qalmışıq.

Bir dəqiqə sakitlik keçdi. Qonaqların üzündən cavab gözləmək məlum olurdusa da, ev sahibi həmişə dinməz baxırdı.. Yetər yenə badrondan burunotunu avıcının içinə töküb və iki barmağı ilə burnuna çəkib, əlini döşəyə sildi və bir iki asqırıb, öskürüb yenə dedi:

– Başına dönüm, bircə de görüm adın nədir? – Sən yaxşı adama oxşuyursan.

– Məşədi-Fatmadır.

– Bu su gətirən qızındırmı?

Məşədi Fatma yavaş səs ilə «bəli» deyib, başını aşağı saldı.. Yenə sakitlik düşdü. Bu dəfə Yetər istədi mətləbi daha aşkar eləsin... Ona görə üzünü Fatmaya çöndərib, dedi:

– Başına dönüm, Məşədi-Fatma, allahdan gizlin deyil daha səndən niyə gizlin olsun; sənin qızın bizə çox xoş gəlib. Bunun da (əlini Nənə xanıma uzatdı) bir başı aşağı oğlu var; onu sənə nəkrə verir. Dahı, imdi özün bilərsən nə elərsən....

Bu halda Pəri əlində çay içəri girdi və çayı verib, nənəsinin işarəsilə cəld çıxdı.. Nənə xanım dedi:

– Məşədi, bizi tanımırsan, biz də səni. Amma inşallah axırda görərsən biz necə adamıq.

Nənə xanım söz danışdıqca, Yetər də başını tərpədirdi; deyə-deyə:

– Elə yaxşı adamdırlar, allah bəndəsi! Bircə parça da çörəkləri var.

Məşədi-Fatma həmişə fikirdə idi. Sifətində hərdən bir şadlıq görünürdü; amma elçilərə dürüst cavab vermirdi. Bunlar sual etdikcə ki, nə deyirsən, qızı verirsənmi; deyirdi:

– Sizin xoş sifətizə verməyə mən razıyam, amma gərək uşaqların dədəsi də razıdırmı?

Elçilər çayı içib, durdular ayağa getməyə. Və vədə verdilər ki, iki gündən sonra birdə gəlsinlər. Qonaqlar otaqdan çıxanda başmaqların Pəri çiftliyib, yanında durmuşdu. Nənə xanım qızın üzünə həsrət ilə baxıb, birdən gülə-gülə çənəsinə əlin uzatdı:

– Bıy, boyuna qurban olum, ay mənim balam!....


Gün orta idi. Müəzzin uca səs ilə əzan verirdi. Kərbəlayı Qurban Nənə xanım ilə süfrənin qanarında üzü qibləyə əyləşmişdilər. Bunlardan o yana Yetər üzünü bürüyüb, oturmuşdu və evin dalında Şaqqulu manqalın üstə kabab bişirirdi. Nənə xanım əzanın səsini eşitcək, bərk səs ilə Şaqqulunu çağırdı:

– Şaqqulu! Şaqqulu qurban olum bir tez gəl!

Şaqqulu gələn kibi yanında yer göstərib, dedi:

– Başına dönüm əzan deyilir; tez ol otur süfrənin başında üzünü də qibləyə çeyür, ömrün qırx gün uzansın!

Şaqqulu «A kişi, sən atayın goru qoy görüm» deyib, getdi kabab bişirməyə.

Çörək yeyildi. Kərbəlayı Qurban ayaqlarını uzadıb, çubuğu almışdı, damağına və hərdən bir ağzından halqa-halqa tüstü çıxardırdı. Şaqqulu pəncərəyə söykənib, bığını bururdu, Nənə xanım Yetər ilə söhbətə məşğul idi. Birdən kərbəlayı ayaqlarını cəld çəkib, soruşdu:

– Bıy, ay Yetər, de deyin görək bu gün nə təhər oldu?

Yetər gülümsünüb, başladı:

– Kərbəlayı, sənə layiq bir yaxşısını tapmışıq; o sənin gəlinin olsa daha dərdin olmaz.

Şaqqulu bu sözləri eşitcək, Yetərin üzünə zənn ilə baxırdı. Elə bil istiyirdi işdən tez xəbərdar olsun. Yetər yaylığına burunotunu silib, yenə nağıl eləməyə məşğul oldu:

– Kərbəlayı, bir əyirən, bir toxuyan, bir odun, qurdun parası! Dahı belə şey olmaz! Özü də çox gözəldir: ağ, ağ, qırmızısı da qırmızı; uzun boylu, saçı dabanında, uçuq evin dirəyi bir qızdır...

Yetər danışdıqca kərbəlayı deyirdi:

– Çox yaxşı, çox yaxşı! De tez olun kəbin kəsdirək!

Şaqqulu işdən xəbərdar olub, həyətə getdi. Burada bir ağacın dibində öz özünə deyirdi:

– Deyəsən məni doğrudan evləndirirlər. Əgər belədirsə, pis əhval deyil!


Gecə oldu. Çıraqlar yanmışdı. Qız evində bərk söhbət var idi. Məşədi-Fatma ərinə və oğlanlarına elçilərin gəlməyindən nağıl eliyirdi. Əri cavab verirdi:

– Mən kişini tanıyıram: öz işində kasıbkar bir adamdır. Amma oğlu bir az «dələduz»dur.

Onda arvad deyirdi:

– A kişi, dələduz olanda nə olar; cahıldır, ağlı başına gələcəkdir. Ver getsin, qızı saxlayıb un çuvalına tay qayırmıyacaksan ki; məsləhətdir ver başından rədd olsun!

Kişi Məşədi-Fatmaya cavab verdi:

– Hacının qızı, doğrusu ürəyim gəlmir bu sövdəyə girim; elə ha vaxt fikir eliyirəm, heç başıma batmır!

– Ay kişi, elə sən əvvəldən ağılsız oldun. Sən yaxşı bilirsən ki böyük qız çirkin olub, evdə qalıb. O elə bədbaxt olub imdi də istiyirsən ki bu da elə bədbaxt olsun!...

– Yox, Hacının qızı, bir iş də var: axır böyük qız dura-dura kiçiyi ərə vermək yaxşı deyil. Gərək əvvəl Sənəmi verək, sonra Pərini.

– Eyy, ay kişi, heç iş bilən deyilsən vallah! Böyüyü göstərsən axır almazlar. İndi Pərini görüb bəyəniblər. Deyək ki verik. Kəbin kəsilsin, sonra keçəndə Pərinin əvəzinə Sənəmi köçürərik.

Kişi bir müddət fikirə gedib, sonra bərk güldü:

– Vallah əgər şeytanın da ağlına belə fikir gələsə. Doğrudan gərək belə ola xa-xa-xa-! Sabah elçilər gələndə deyin «başına dönüm veririk; çox yaxşı adamsınız, vallah veririk; sizdən yaxşı daha kimi tapacağıq ki, gedək kəbin kəsdirək»!


Gün gündən keçirdi. Toy yavıqlaşırdı. Kəbin kəsilmişdi. Nənə xanım gündə qapını, bacanı silib, süpürüb, təmizliyirdi ki, Şaqqulunun xeyir işi var. Amma Şaqqulu hələ nişanlısını görməmişdi. Yetəri ha vaxt görəndə deyirdi:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Bir cavanın dəftəri

BİR CAVANIN DƏFTƏRİ*22 mayis, 1905. Deyəsən atam getməyimə razı olacaq. Anama qaldıqda, o çoxdan razıdır. Məqsədim xalamı görüb, ziyarət etmək deyil – onu bir o qədər də könlüm istəmir – şəhərimizdən bıqmışam, qaçmaq istəyirəm. Tühaf deyilmi, orta məktəbin altıncı sinfinin tələbəsi hələ öz şəhərindən başqasını görməmişdir. Halbuki buralardan bıqdım, yoruldum; gözlərim yeni yerlər, yeni simalar, yeni üfüqlər görmək istəyir. “Yenilik” – deyə bütün varlığım hıçqırır. Gör atam nə deyir:

59 min
Millətpərəstlər

Məşədi Qasım günorta vaxtı bazardan evə qayıdanda gördü küçədən əli kitablı bir balaca qız gəlir. Çox zənn ilə baxıb Məşədi gördü ki, qızın müsəlman qızına çox oxşarı var. İrəli yeriyib soruşdu:– Qızım, sən kimin qızısan?

2 min
Vətən

Mənsur şeirPəncərədən baxıram. Pəh-pəh! Nə gözəl mənzərə, nə dadlı hava!.. Başmaq seyrinə çıxmaq meylindəyəm. Paltarımı geyirəm; papağım yoxdur. Ora papaq, bura papaq?.. Papağı (eyib olmasın) bizim uşaqlar aparıb, zibil arabası qayırıblar. Xülasə, geyinib evdən çıxıram. Pəh-pəh! Nə gözəl hava!.. Həzin-həzin əsən külək ruhuma ləzzət verir, bülbül, gül...

2 min
Hərrac

Böyük sərvət və mülk sahibi Hacı Kərim iki gün əvvəl vəfat etmişdi. Arvadı Gövhər dörd qızını və beş yaşındakı oğlunu başına toplayıb, Hacının ortalığa tökülmüş paltarlarına baxaraq ağlayırdı. Ağıçı da hərdəm yanıqlı bir ağı dedikdə evi hönkürtü götürürdü. İki cilo ağlaşıb, ağıçı uzaq məhəllələrdən gəlmiş arvadlara mərhumun səxavət və kəramətindən rəvayət etmədə idi ki, birdən həyətə üç-dörd cavan girdi. əvvəl cavanların gəlməsinə əhəmiyyət verilmədi, lakin onların qız qaçırmaq meylində olduqları göründükdə arvadlar bir-birinə dəydi! Gövhər özünü qızların üstünə atıb, dəhşətli səslə çığırdı. Əlləri tapançalı cavanlar otağa girdilər, qaba bir surətdə Gövhəri kənar edib, böyük qızı götürmək istədilər. Qız anasına sarılıb çığırdı. Gövhərin əllərini tutdular, qızı ondan zor ilə aralayıb, qapıya doğru sürüdülər. Qara saçları bir-birinə qarışdı. Köynəyinin bir tərəfi cırılıb, vücudu çölə çıxdı. Cavanlar qızı qaldırıb, birinin arxasına qoydular. Qışqırıq hönkürtüyə qarışdı. Apardılar. Qız uzaqlaşdıqca səsi də yavaş-yavaş qulaqlardan çəkilməyə başladı. Gövhər özünü küçəyə atdı, qızdan bir nişanə görmədi. Başından yapışıb, hissiz bir halda yerə yıxıldı. Bir də qalxdı:– Ay qardaşlar, balamı kim apardı? – deyə soruşduqda, qızı aparan dabbağ Cavadın oğlu “dələduz” Həsən olduğu bəlli oldu. Bu hadisə şəhərin hər bir guşəsində danışılanda Şırım Ballı cəhrə üstə əllərini göyə qovzayıb, Allahdan belə istiğasə edirdi:

5 min

Poems by other poets