İkinci kitab, üçüncü hissə
Page 1 of 8
1
Ternopola doğru yürüyən tren başdan-başa siyasi münaqişəyə qapılmışdı. Birinci sinifdən tutmuş üçüncü sinfə qədər – hər kəs qruplara ayrılıb, bəhs etmədə idi. Leninin nitqləri, “Pravda”nın məqalələri, bolşevik təbliğatı hər şeydən artıq beyinləri atəşləndirmişdi. Artıq müharibənin əvvəllərində süni olaraq coşdurulmuş vətən hissi sönmüşdü. Burjua qəzetlərinin təhrikinə baxmayaraq, “Son zəfərə qədər müharibə” şüarı da ölmüşdü. Kerenskinin cəbhədə hücuma keçilməsi əmri də əksəriyyət arasında təsir doğurmamışdı. Sülh və asayiş xəyallarda hökm sürən yeganə bir qüvvə idi. Inqilabdan razı olmayanlar üçün hələ vətən, boş da olsa bir məna ifadə edirdi. Bunlar müharibənin davamını, müttəfiqlər arasında imzalanan müahidələrə riayət edilməsini, zəif səslə də olsa, irəli sürürdülər. Komandan qismi isə olduqca bədbindi, ordunun hərbə müstəid olmasına inanmırdı.
Rüstəmbəylə birinci sinifdə əyləşən bir general deyirdi:
– Kerenski Fransa inqilabını sətirbəsətir təqlid edirdi. O vaxt Parisdə olan hadisələr ordunun zəfərinə mane olmurdu. Bu hal bizdə tətbiq olunarmı? Mərkəz deyil, bütün Rusiya başdan-başa çaxnaşmışdır.
İllərdən bəri səngərlərdə bit basan soldat arxaya, evinə və ailəsinə baxır. Vətən hissi bizdə hələ inkişaf etməmişdir.. Mədəni səviyyəmiz sıfra müsavidir. Ərzaq böhranı Rusiyanı dalğalandırır.
Bunları kor gözləri ilə görməyən Kerenski əlindəki qırmızı dəsmalla soldatda inqilab hissi oyatmağa qalxışır. Bu adam sanki səhnədə diktator rolu oynayır, həyatla heç bir əlaqəsi yoxdur. Dövlət işləri kəndirbazlığa dönmüş.
Qarşıda oturan keşiş müsahibinin sözlərini təsdiq edərək, uzun saqqalını tərpədirdi:
– Əh! – deyirdi, – cuhudlar müqəddəs Rusiyanı batırdılar. Taxt yıxıldı, kilsə ləkələndi, əxlaq pozuldu...
Döşü darülfünun nişanlı bir zemstvo əməkdaşı gülə-gülə keşişin sözlərini kəsdi:
– Ata, – dedi, – bədbinliyiniz, zənnimcə, yersizdir; inqilab olmasa yenilik doğulmaz. İnqilab zəruri idi. Təbii pozğunluqların bir gündə düzəlməsini ummaq da əbəsdir...
İnqilab Qərbdə sənələrcə davam etmiş. Bizdə də, şübhəsizdir ki, uzun sürəcək.
Keşiş əllərini havada fırladaraq:
– Əcəb təsəlli verirsiniz! – dedi. – Biz inqilaba hazırmıyıq? Rus mujiki fransız kəndlisi ilə müqayisə edilərmi? Biz bunları din və taxt nüfuzu ilə saxlayırıq. Bu gün bu iki qüvvə yıxıldıqdan sonra mujikin vəhşətinə qarşı nə ilə sədd çəkəcəyik?
Zemstvo əməkdaşı gülümsünərək:
– Ata, – dedi, – zahiri qüvvə ilə adam idarə olunarmı? Mujikdə şüur oyatmalı, onu hazırlamalı, mədəniləşdirməlidir.
General sərt nəzərlə zemstvo əməkdaşını süzdü və ona xitabən söz deməyə tənəzzül etməyən kimi üzünü keşişə çevirdi və istehza ilə:
– İştə, hürriyyət mujikdə şüur oyatdı; hər yerdə üsyan olur, nəticədə də vətən torpağını düşmənə tərk edirik. Başqa yerlərdən vaz gecəlim, keçdiyimiz stansiyalara baxın da, görün nə uyğunsuzluqlar törənir; hər yerdə mujik abadanlığı yıxıb dağıdır.
– General o qədər xəşin bir hala düşmüşdü ki, əməkdaş bir daha ağzını açmağa belə cəsarət etmədi.
Rüstəmbəy ətrafındakılarla mübahisəyə girişməkdən çəkinirdi, bu adamlar ona olduqca yabançı görünürdü. Hər yerdə eşitdiyi siyasi söhbətlər onu təngə gətirmişdi. Qalxıb koridora çıxdı. Qonşu vaqonda bir ukraynalı bir dəstə rusla söz güləşdirirdi. Ruslardan biri:
– “Ukrayna” məmləkətin kənarındakı torpağa deyilir. Bu adda bir dövlət olduğu bizə bəlli deyil. Sonra milli dili, mədəniyyəti mənliyi olmayan bir İnsan kütləsinə “millət” deyilmirmi?
Ukraynalı dərin bir küdurətlə:
– Ukrayna olanda hələ Moskva dövlət təşkil etməmişdi. Mədəniyyətə gəldikdə siz bizim deyil, biz sizin müəlliminiz olmuşuq. Siz Velikoruslar hər şeyi inkar etməyə öyrənmisiniz. Başqa millətləri məhkum edərək, cinayətkar hərəkətinizi doğrultmağa çalışırsınız... Bax da, bizim dilimiz yoxmuş. Bəs, Şevçenko “Kobzar”ını nə dildə yazmışdır.
– Yox, əfəndim, bu fırıldaqçılıq artıq davam etməz: millətlər öz müqəddaratlarını özləri təyin etməlidirlər...
Rüstəmbəy vaqonları dolaşdı, hər yerdə eyni – Kerenskinin Kiyevə gəlməsi, paytaxtda işçilərin nümayiş edib hakimiyyətin şuralara verilməsini istəmələri, milli məsələ ətrafında münaqişələr, sülhmü, müharibəmi?.. kimi məsələlərin beyinləri alovlandırması. Hər şeydən artıq bolşeviklərin elan etdikləri şüarlar əksəriyyət arasında rəğbət qazanmada idi.
Rüstəmbəy bu haldan olduqca məmnun qalaraq, vaqonuna dönüb uzandı.
2
Rüstəmbəy idarəsinə dönüb, vəziyyəti tamamilə dəyişilmiş gördü: əməkdaşlar Vanyanı müfrizə başçısı seçmişdilər. Bundan əsla dilgir olmadı. Vanya ilə səmimi olaraq görüşdü və “bir həftə sizə qonağam, sonra Kiyevə dönəcəyəm”, – deyə əvvəlcədən xəbərdarlıq etdi.
Günorta yeməyindən sonra Rüstəmbəy bir az istirahət edib, hamama getmək istədi. Vanya brek qoşdurdu. Rüstəmbəy arabaçı Pleşşukla yan-yana oturub yola düşdü.
Pleşşuk sabiq ağasına qarşı hörmətinə davam edirdi. Rüstəmbəyin xidmətindən xaric edilməsi bu hörmətə yoldaşlıq rəngi vermişdi.
Rüstəmbəy:
– Nə var, nə yox? Necəsiniz? – deyə Pleşşukdan soruşdu.
Pleşşuk çoxdan söhbətə hazır kimi:
– Nə olacaq? Hər işlər pozulan kimi, müfrizə də pozuldu. Bütün bölüklər işdən çəkilib, buradakı meşəyə yığılmışdır. Əməkdaşlar keflə məşğuldurlar... Sizin gəlmənizdən heç də məmnun olmayacaqlar. İndidən sizə xəbər verirəm...
Bu sözlərdən sonra Pleşşuk Rüstəmbəyin üzünə zənlə baxdı və sözlərinin təsirini görməyib susdu. Rüstəmbəy onu məyus etməmək üçün:
– Cəbhədən nə eşidilir? – deyə sordu. Pleşşuk açılışdı:
– Hələ bir xəbər yoxdur. Ancaq buradakı qol ordunu göndərmək istədilər, soldatlar getmədi. Mitinqin qərarı bu oldu.
Rüstəmbəy gülümsündü. Pleşşuk da gülümsünərək:
– Yoldaş müdir, – dedi, – xalq yorulmuş, müharibəyə həvəs qalmamışdır... bir də, bağışlayın, mən çox oxumamışam, amma müharibənin mənasını anlayıram. Bizi ölümə yollayırlar, ortalıqda kapitalistlər pul qazanır...
Pleşşuk sözlərini qurtarıb, cəsarətsiz olaraq Rüstəmbəyi süzdü və onun üzündəki təbəssümdən ilham alıb, iclaslarda eşitdiyi fikirləri birbir ona söylədi.
Rüstəmbəy Pleşşukun tamamilə bolşevik təsirinə düşdüyünü duydu; çünki təxir etmədən sülh yapma, düşmən əsgərləri ilə qardaşlaşma, hakimiyyətin əməkçilərə verilməsi kimi fikirlər milyonların ruhunda zəmin bulan bolşevik məhsulu idi.
Rüstəmbəy böyük maraqla:
– Mitinqlər tez-tez olurmu? – deyə sordu.
Pleşşuk sevinclə:
– Tez-tez...Indi iş adama yapışmır; hər kəsi mitinqdə, iclasda, kitabxanada, savad kursunda görərsiniz. Soldatlara dərs deyirlər. Onlara məruzə olur. Hamının gözlərini açmaq istəyirlər... Bilirsiniz, çar idarəsi və keşişlər xalqı qaranlıqda saxlamışdı, indi hürriyyətdir.
Brekin hamamın qapısında dayanması Pleşşukun sözlərini yarımçıq buraxdı. Rüstəmbəy camaşırını götürüb, zemstvo təşkilatı tərəfindən taxtadan yapılmış hamama getdi.
3
Axşam Vanyanın bir qonağı gəlmişdi. Seyrəksaqqal, sarıbəniz bu adamın əynindəki köhnə pencəkdən poçt məmuru olduğu duyulurdu.
Məmur ibtidai məktəbi bitirdikdən sonra poçta girmiş və iyirmi il cürbəcür poçt qulluqlarında bulunduqdan sonra, nəhayət, hürriyyət sayəsində poçta vida demiş və bir aylıq təbliğatçı kursunu bitirib, cəbhəyə göndərilmişdi. Bunda o qədər həvəs vardı ki, ilk çıxışını səbirsizliklə gözləyirdi.
Vanyaya müraciət edərək:
– Siz yalnız hansı iclasda danışacağımı bildirin də, yerdə qalanını özüm bilərəm, – deyirdi.
Vanya vüqarla:
– Yoldaş, sizi yoldaş Quxmana təhkim etmişik, sabah gedib görüşərsiniz.
Bu gün gəldiniz, tələsməyin, sabah işə başlarsınız.
Məmur təkrar-təkrar eyni məsələyə dönmək istəyirdi.
Rüstəmbəy hər gün Vanyanın yanına cürbəcür adamların gəlib təlimat aldığını görürdü. Vanyanın artıq rəsmən bolşevik firqəsinə daxil olduğu bəlli olurdu.
Vanya bir gün Rüstəmbəylə uzun-uzadı danışdı, bolşeviklərin siyasi proqramlarını izah edib, onun da firqəyə girməsini tövsiyə etdi.
Rüstəmbəy həmişəki kimi, yenə açıq danışmaqdan çəkinərək, firqəyə girməməsinə bəhanələr gətirdi.
Vanya mehriban səslə:
– Rüstəmbəy, – dedi, – monarxist olmadığınızı bilirəm; biləks, çarlığa düşmənsiniz. Hürriyyəti səmimi olaraq istəyirsiniz; kadetlərin xətti-hərəkətləri xoşunuza gəlmir; onların İstanbula göz dikmələri sizin sinirinizə belə toxunur.. Deməli, yolunuz sosialistlərlə birdir...,
bolşeviklərdən başqa həqiqi sosialistlər varmı?
Rüstəmbəy gülümsünərək:
– Bunların hamısı doğru, – dedi. – Lakin... mən məhkum millətə mənsub olduğum üçün, federasiyadan başqa yol tanımıram. Bolşeviklər federasiyanı tanıyırlarsa, gec-tez onlarla qol-qola gedəcəyimə əmin ol.
Vanya müzəffər bir sima ilə firqəsinin milli məsələ haqqındakı bütün qərarlarını izah etməyə başladı. Nəticədə Rüstəmbəydən qəti bir cavab almayaraq susdu.
Ağır və uzun sükutdan sonra başqa bir mövzu sahəsinə keçilib söhbət qızışdı. Köhnə xatirələr, macəralar canlı lövhələr kimi gözlərinin önündən keçərək, onları gecənin yarısına qədər əyləndirdi.
4
– Cəbhə yarılmış!
– Almanlar gəlir!
– Düşmənin süvarisini yaxın kənddə görmüşlər!
– Axırımızdır!.. – deyə ətrafdan səslər eşidilir.
Həyəcan bütün xalqı şaşırmışdı. Rüstəmbəy küçəyə çıxdı. Rəngləri üzlərindən götürülmüş adamların hərəsi bir tərəfə qaçırdı; küçəni başa çıxıb, şəhərin ortasından gecən şose yola yaxınlaşdı... Burada gördükləri təsəvvürün fövqündə idi: avtomobillər, adi arabalar, batareyalar, zirehli avtolar, süvarilər, əlvan alaylara mənsub əlitüfəngli və tüfəngsiz soldatlar, inəklər, atlar... bir-birinə qarışaraq sürətlə çəkilirdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-studentler-ikinci-kitab-ucuncu-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Cavan qız sinni-şəbabətə yetişmişdi. Zahir və batinində çocuqluq əsərləri məhv olub gedirdi: boy ucalıb, gəysu dolğunub, simasında da ayrı məlahət görünürdü. Sitarənin könlü daha əyləncələr diləməzdi, fikirindən də uşaqlar ilə laqeydanə oynamaq keçmirdi. Axşamadək Sitarə pəncərənin önündə oturub xiyalatda idi; bu xiyalat həyatə və məişətə doğru idi. Sitarə pəncərədən bağçaya baxırdı: çiçəklər, otlar, güllər bahar günəşinin ılıq şuasının altında ruhlanıb, təravətlənib, gözəl qoquyurdular; quşların hərəsi bir nəğmə oxuyub, insana ləzzət verirdi.Sitarə bunlara baxırdı, şad olurdu, durub həyətə gedirdi və hər çiçəkdən birini dərib; hər güldən bir yarpaq üzüb, hərəsindən də bir həzz aparıb bir lətafət anlıyırdı. Sitarə bağçanı dolanırdı, fırlanırdı. Güldən çox gül, çiçəkdən çox çiçək. Lakin ürəkdə bir aramlıq, ruhda bir sakitlik yox idi. Sitarə ixtiyarsız çiçəkləri əldən yerə tökub, yenə pəncərənin önünə çəkilirdi. Və başını çiyninə qoyub fikirə gedirdi. Sitarənin xiyalında bir cavan oğlanın əksi nəqş bağlamışdı. Bu oğlan Sitarə kibi zərif, lətif bir cavan idi; gecə gündüz Sitarə ilə gəzib dolanardı. Bunlar bir birinə əşq yetirib, bir can bir cəsəd olmuşdular. Dadlı, dadlı, söhbətlər, səfalı, göz yaşları, bunların həyatını saadət nuru ilə ışıqlandırdı. Qız xoşbaxt, oğlan xoşbaxt – ikisi də əl ələ verib şad və xürrəm diriliyin geniş bağında ömür sürürdülər; gül yığıb, çiçəklər dərib, qoxusundan ruhipərvər olurdular. Onda Sitarənin ürəyi aram tapıb ruhu sakit olurdu. Sitarə tamam xiyalat aləminə qərq olub dünyadan xəbəri yox idi. Evdə bir söhbət olardımı, yeni bir iş ittifaq düşürdümü – bunların heç birindən Sitarə agah olmazdı. Bəlkə arvad qonaqları gəldikdə, onlara görünüb, çaydan xərəkdən verib, yenə o biri otağda pəncərənin önünə keçərdi.
Müsəlman arvadının sərgüzəşti«Dədəmin övladı olmamağına görə nəzir eliyir ki, bir qızım olsun seyidə verim. Odur ki məni on bir yaşıma tamam olanda Mir Qasım adlı bir qırmızı saqqala ərə veriblər.Bir ildən sonra seyid yox oldu. Ora seyid, bura seyid? mə’lum oldu ki, seyid kəntdə evlənib bir uşağı da var.
Cuma axşamıKərbəlayı Həsən axşam bazardan qayıdanda paltarını soyunub, şəbkülahını geyinib, zircamədə gəldi süfrənin başında oturdu, və arvada tapşırdı ki, arvad, sən atayın goru bu gecə ölülər gələcək, elə dolanaq ki dava şava olmasın, bəlkə rəhmətliklərin ruhları şad qayıda gedə.Arvad ərinin cavabında başını aşağı salıb dinmədi və qaşlarını qovzuyub ağzını büzdü. Arvad elə bil bunun ilə onu demək istəyirdi: «Oyana get, ağrım sənin ürəyinə, mənim səndən zəhləm gedir».
1905-ci ilKöhnə imarətin yuxarı mərtəbəsinin pəncərəsindən uzun bığlı və zəhimli bir baş çıxıb neçə dəfə «Alı, Alı!» deyib çağırdı, səsə artırmanın altında at axırlarının qabağında uzanan nökər Alı öz özünə belə cavab verdi:– Boğazına biləyim, ay Məhəmməd Səfi ağa! Elə bilirsən qədimki zaman kibi çağıranda səsinə baş üstə gələcəyəm?! Xeyir, o zaman getdi! İmdi bəyin sözünə bir qəpik verən yoxdur!
Poems by other poets
İki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
Gər zülfün ilə beylə ola aşina gözünGər zülfün ilə beylə ola aşina gözün,Axırda başıma gətirər min bəla gözün.
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Taxıl bitkiləriÇəltik deyir:**Taxılların başıyam,