Büllur külqabının nağılı
Page 4 of 4 · 75%
– Çox əcəb, oxuyarıq! – dedi. – Əvvəli çox yaxşıdır. Adı da orijinaldır: “Anama məktub”. Çox əcəb, Mirzə, çox sağ olun. Mənə dair başqa nə qulluğunuz var?
Gəlib boğazına dirənmiş sevincini gizlətmək üçün Mirzə Manaf bir müddət yalandan öskürməli oldu. Sonra ayağa durub:
– Çox sağ olun, – dedi. Və hörmətli oxucunun nəzərinə indicə çatdırdığımız həmin səbəbə görə yenə yalandan öskürməyə başladı.
Müdir isə ayaq üstdə dayanıb, çox günahkar bir tərzdə Mirzə Manafa baxırdı:
– Gərək məni bağışlayasınız, Mirzə. Sizin bugünkü əziz məclisinizdə yaxından iştirak edə bilməyəcəyəm, çünki yuxarıda bir balaca iş var. Getməsəm, mümkün deyil.
Mirzə Manaf ürəyində “həmişə yuxarılarda olasan, bala” dedi. Amma məclis məsələsindən heç nə başa düşmədi, çünki səhərdən bəri iş gününün az qala yarıdan da çoxunu Mirzə Manaf o sovxa dəm çaydanını Sərvər Sadığa bağışlamaq üçün bir münasib məqam axtarmağa sərf eləmişdi və özünün pensiyaya çıxmağı münasibəti ilə qonşu otaqda düzəldilmiş cah-cəlaldan Mirzə Manafın heç bir xəbəri yox idi.
Mirzə Manafı məclisin başında əyləşdirdilər. Şampanları açıb, Mirzə Manafın şərəfinə sağlıqlar dedilər. Sonra Mirzə Manafa hədiyyələr verildi: Həmkarlar Təşkilatının adından bir qızıl saat, komsomol təşkilatının adından bir dəstə qızılgül... Və şəxsən müdirin adından verilən sonuncu hədiyyəni görəndə Mirzə Manaf özünü saxlaya bilməyib, bir müxtəsərcə ağladı, çünki arif oxucu yaxşı bilir ki, müdirin adından bağışlanan o hədiyyə olsa-olsa məhz o büllur külqabı ola bilərdi və o külqabının altında neçə illərdən bəri Buzbulağın buzları yatırdı...
Dəsmalını çıxarıb, gözünün yaşını siləndən sonra, Mirzə Manaf müdirin sağlığına qaldırılmış badəni axıracan içdi. “Həmişə yuxarılarda olasan, bala!” sözləri ilə ürəyinin ən böyük arzusunu bu gün ikinci dəfə qısa, mənalı, konkret bir şəkildə ifadə eləyib, mandarindən bir dilim də qopartmaq istəyirdi ki, bir də baxıb Sərvər Sadığın qabağındakı konyak şüşəsinin tamam boşaldığını gördü. Mirzə Manaf o səmtə bir də nəzər yetirdi və həmin Sərvər Sadığın sifətində nəsə monoloqa oxşayan bir şeyin də bala-bala qaynayıb-qalxmağa hazırlaşdığını aşkar görəndən sonra məclisi tərk etməyin əsl vaxtı olduğunu başa düşdü...
Sonra Mirzə Manaf bala-bala evə tərəf gedirdi: bir əlində portfeli, bir əlində kağıza bükülü həmin o büllur külqabı...
Və bir az gedəndən sonra Mirzə Manaf bir müddət ayaq saxlayıb, o büllur külqabını da portfelinə yerləşdirdi, çünki o gün günəşli Bakımıza yenə də gün düşmüşdü və guya ki, o günün istisi vursaydı, Mirzə Manafın əlində tutduğu külqabının içindəki buzlar əriyə bilərdi...
Kitabxana.az · https://kitabxana.az/en/works/ekrem-eylisli-bullur-kulqabinin-nagili
Use ← → keys to move, R for a random poem
More by this author
I**Buzbulağın çayxanasında heç vaxt çox adam olmur, o ki qaldı günün bu vaxtı ola: hələ heç on bir də yox idi.
Ön söz yerinə...Hər şeydən çox, dağlar yadımda qalıb.Bir də günəş yadımda qalıb.
Qədim, qara küləkSiz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.
Tənha narın nağılıI**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.
Poems by other poets
Ah-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,
DaşYarıçılpaq,Qədim insan
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd