Dünən Moskvadan yaslı və gözlənilməz bir xəbər gəldi: Saşa Orlov vəfat edib.

Birdən-birə elə bildim ki, yazılarımda sətirlər öldü.

Birinci dəfə idi mən bu cür hiss keçirirdim. Saşa ilə birlikdə Moskvada üzbəüz otura-otura, Bakı ilə Moskva arasında məktublaşa-məktublaşa, telefonlaşa-telefonlaşa dönə-dönə üzərində işlədiyimiz ayrı-ayrı cümlələr yadıma düşdü. O, neçə illər idi ki, mənim yazılarımı tərcümə edirdi və mən istəyirdim ki, bu cümlələr rus dilində də Azərbaycan dilində olduğu kimi səslənsin – eyni çalarları ilə, sözaltı mənaları ilə, hətta eyni ritmi ilə səslənsin. Saşa çal saqqalını, həmişə pırpızaqlı saçlarını qarışdıra-qarışdıra əlindən gələni əsirgəmirdi.

Və indi mənə elə gəldi ki, rus dilindəki kitablarımda o cümlələr öldü.

Sətirlərin bu ölümünü təkcə ruhən yox, az qala, cismani hiss etdim.

Və o kitablarda bir yetimlik duydum.

31 may 1981.

Bakı,

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets