Xoş gəldin
Qədəm qoyub asta-asta,Sən bu diyara, xoş gəldin!Süzdürüb ala gözləri.Qaşları qara, xoş gəldin!
Oğrun durub, qıya baxdın,Mücganın sinəmə çaxdın,Cismimi yandırıb yaxdın,Alışdım nara, xoş gəldin!
Qaynayıb, peymanım dolub,Saralıb gül rəngim solub,Həsrətin çəkməkdən olub,Sinəm sədpara, xoş gəldin!
Dostun vəfasını gördüm,Seçib, sevib, könül verdim,Təzələndi köhnə dərdim,Dərdimə çara, xoş gəldin!
Sinəmdi eşqin dəftəri,Sənsən dilimin əzbəri,Yazıq Aşıq Ələsgəri,Çəkməyə dara, xoş gəldin!
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-xos-geldin-qedem-qoyub-asta-asta
Use ← → keys to move, R for a random poem
More by this author
Qarışdırma Şəmşəddini, Göyçəni,Kəndindən kəndimə yaz, Şair Nağı!
Uzaq vilayətdən qız sevən oğlanUzaq vilayətdən qız sevən oğlan,Yaxın qonşusundan soruş halını.
Bu gündəQan ağla, gözüm, şahi-şəhidana bu gündə,Oğlunu verib ümmətə qurbana bu gündə.
Dörd kitab hər yana yolu göstərirDörd kitab hər yana yolu göstərir,Nəfs ilə mərifət olur şeş cahat.
Poems by other poets
Hər kimin müsahibi yoxdur gəlməsin meydan ara,Ona yol yoxdur gəzib seyr eyləyə ümman ara.
ŞahYer, göy yox ikən bir nəzər qıldın,Əritdin gövhəri, dürr eylədin, şah!
Yurd qayğusuUcundadır dilimin,Həqiqətin əzəmi;
Əlbəttə dili-şadə deyil kimsə qərinəƏlbəttə dili-şadə deyil kimsə qərinə,Həmta ola bilməz ona biçarə Kəminə.