Dördüncü hissə, altıncı fəsil
Rayonun girəcəyində yeganə benzin doldurma stansiyasına çatanda şər qaralmışdı. Meydan çıraqban idi. Bir dənə də maşın gözə dəymirdi. Ətrafında söyüd ağacları əkilmiş köşkün də işığı yanırdı. Nəzər çox həyacanlıydı. Yol boyu danışmamışdı: benzin satan və kiminsə sözüylə onu da «satan» o alçaq və mərdimazar Yunis Bayramov deyilən o oğlan gözünün qabağından çəkilib getməmişdi. Yola baxmışdı - onu görmüşdü, maşının içinə baxmışdı - onu görmüşdü, gözlərin yummuşdu - yenə onu görmüşdü. İndi budu, gəlib çatıb.
Ürəyi uçuna-uçuna siqaretini söndürüb maşının arxa qapısının külqabısına basandan sonra, Bakıdan kirayələdiyi «Jiquli»nin sürücüsünə dedi:
– Beş-altı dəqiqə məni gözlə, eloğlu. Bu oğlana bir kəlmə söz deyəcəyəm. Onu deyim gedək. Sənə benzin lazım deyil ki?
– Yox, qayıdan baş dolduraram.
Nəzər qapını açıb qoltuqağaclarını böyründən gördüyü və köşkə sarı getdi. «Yunis. Yunis Bayramov.» Oğlanın o həyasız sifəti də, gözləri də yadındaydı. Min il sonra, hətta o dünyada da görsəydi, tanıyardı. Başını girdə pencərədən içəri uzatdı. İşıqda oğlunun üzü aydın görünürdü. Bay səni, «O deyil, Yunis deyil.»- fikir sarsıtdı onu, üşüdü kişi..
– Salam, ay bala..
– Əleykə. - dedi cavan oğlan.
– Mənə Yunis lazımdı.
– Kim? Yunis?
– Hə, Yunis Bayramov. Burda benizin satan işləyir. Yəqin onun növbəsi deyil, hə, bu gün?
Oğlan stolunda qurcalandı:
– Onun növbəsi çoxdan qurtarıb, əmi..
– Haçan olacaq bir də?
– Heç haçan. Çünki Yunis… çoxdan yoxdu, əmi. Görünür, sən gəlməsən, bilmirsən…
– Hə, Çoxdan olmamışam buralarda… Məni başa sal görüm necə yəni yoxdu? Ölüb?
– Yox öldürüblər.
Nəzər susub udqundu. Ani sükutdan sonra:
– Necə yəni öldürüblər? – deyə soruşdu, qəribə bir sevinc içində ürəyinə bir fikir axıb doldu: «Qərib öldürüb, mənim intiqamımı alıb.» Və elə o hissin təsiri ilə tələsik soruşdu: – Kim öldürüb, ay oğul?
Bu sualı verəndə çox arxayın idi ki, benzin satanın dilindən oğlunun adını eşidəcək. Ancaq belə olmadı, oğlan ayrı şey söylədi:
– Bilinmədi. Qanı batdı getdi. Güllə ilə vurmuşdular, pullarını da aparmışdılar… pis adamın qanı halaldı, əmi.
– Pis adam idi Yunis?
– Bilirsən necə? Çox əclaf imiş. Rayonda danışırlar ki, o, bir təmiz adamın – Nəzər müəllim varmış burda – onun yalandan üzünə durub tutdurubmuş. Nahaqdan o cür hörmətli adamı…
– Nəzər onun sözlərinə axıracan qulaq asmadı, lal-dinməz çönüb maşına sarı yollandı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-dunyani-tani-dorduncu-hisse-altinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Rayonun lap mərkəzində, dörd yol ayrıcında qoyulmuş şlaqbaumun yanında iki «Jiquli» dayanmışdı. Balamirzə burdaydı, böyründə də qoluna qırmızı lent bağlamış drujinaçı ⎯ cavan bir oğlan dayanmışdı. Ucaboy, qolsuz köynək geymiş kişi, Balamirzənin qənşərində durub əl-qol ölçə-ölçə nəsə deyirdi. Maşındakılar söhbətin uzandığını görüb bir-bir yerə düşür, mübahisə eləyənlərin başına yığışırdılar. Səkkiz-on nəfərdilər. Altısı qadındı, bir uşaq da vardı.Nəzər qıraqlarına akasiya ağacları əkilmiş səki ilə ağır-ağır gəlirdi. Oğluyla olan bir az əvvəlki söhbətdən yaman dilxor olmuşdu. Qəribin, öz doğma oğlunun onunla belə danışması kişini pərt eləmişdi. Təəssüflə fikirləşirdi ki, bu uşaq ⎯ yəni Qərib onu hələ də yaxşı tanımır. Ürəyi sıxılmışdı, həyətə yenmişdi, bir adam axtarmışdı ki, dərdləşsin, danışsın, fikrini dağıtsın. Sürücü yox idi ⎯ hə, demişdi benzin doldurmağa gedəcək.
Üçüncü hissə, birinci fəsilKaş Ələmdar gəlməyəydi, kaş Simuzər onda evdə olmayaydı, harasa getmiş olaydı, kaş onun o soyuq, ürək yaxan sözlərini eşitməyəydi. Amma hayıf ki, gəlmişdi, demişdi, o da eşitmişdi.O zaman bir əlilə günahsız və məsum qızın uçurub viran qoyduğu, yerlə yeksan elədiyi, o biri əlilə də yaşına heç cür yaraşmayan o isti nəvazişləri, çılğın öpüşləri ilə tikib qurmağa, ovutmağa, bədbəxtliyini, gərəksizliyini unutdurmağa çalışdığı və unutdurduğu könül dünyasını bu boyda ayrılıqdan sonra, gəlib təzədən xarabazara döndərərək getmişdi. Həmin o məşum gün ⎯ səhər tezdən, hamı yatmışkən, pilləkən qayıdıb yatağına girmiş, çarəsiz-çarəsiz gözlərinin qorasını sıxmış, için-için ağlamışdı. Bir azdan qalxıb süfrə açan, ortalığa çay-çörək qoyub kişiləri səşər yeməyinə dəvət eləyən Səltənət xanım yavaşca sivişib qızının otağına keçmişdi, silkələyib çağırmışdı:
Üçüncü hissə, ikinci fəsilUzun,üstünə bəzəkli müşənbə salınmış stolun arxasında qabaq-qənşər iki adam oturmuşdu. Ev yiyəsi Müseyib idi ⎯ başının sarı saçları seyrəlib tökülmüşdü, kipgirdə ətli sifəti, qonur, qaynar gözləri qəribə bir parıltı ilə yanırdı. Qonağı ⎯ Nəzər müəllimdi. Gözlənilməz qonaq idi. Müseyib küçə qapısında təsadüfən rast gəlmiş, belə fürsəti çoxdan gözləyən adam kimi, hədsiz sevinc içində onun qoluna girmiş, demək olar ki, kişini zorla çəkib həyətə salmışdı. Nəzərin ilk anlardakı çaşqınlığı az sonra keçib getmiş, qırışığı açılıb sərbəstləşmişdi. Yanıyca yan basa-basa yeriyən ev sahibi darvaza arxalarınca öz-özünə çırpılan təki gövdəsinə qətiyyən yaraşmayan cır səslə üzünü eyvan tərəf tutub hay-küylə demişdi:⎯ Ay uşaq, ay Simuzər, gör bizə kim gəlib! Elimizin ağsaqqalı, bizim Qəribin atası.
Üçüncü hissə, üçüncü fəsilDünyası alt-üst olmuşdu: Müseyibgildən çıxandan sonra hələ də özünə gəlməmişdi ⎯ sərxoş adamkimiydi. Hara getdiyini, nə elədiyini bilmirdi. İçində söyüb-söylənirdi: «Gərək getməyəydim, görməyəydim, tikəsini kəsməyəydim o namərdin, o qeyrətsizin!»Gördükləri heç ⎯ bunlar aydın idi. Yedikləri də heç ⎯ bunlar da olan şeylər idi. Eşitdiklərindən isə təkcə o ailənin Qəribi tanıması onun əlini-ayağını yerdən üzmüşdü. Gərək öyrənəydi, soruşaydı. Elə bil dilinə qıfıl vurmuşdular, tilsimə salmışdılar Nəzəri orda! «Deyəsən, torbada pişik var! Deyəsən, uşağa qırmaq atıblar. Bizim oğlan da tamahkardı, köpək oğlu. Mənə yox, babasına oxşayıb! Tamahkarın da başına ip salıb istədiyin yerə sürümək çox asan işdi. Yox! Nə qədər gec deyil, məsələ yoğunlamayıb, bunun qabağını almaq lazımdı».
Poems by other poets
Bir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Badi-Səba, tərəhhüm elə binavalərəBadi səba,tərəhhüm elə binavalərə,Arzum yetir vətəndə olan aşinələrə.
«Molla Nəsrəddin» təyyarəsiİki ildir ki, vəfat etmiş ərim Kəblə Cəfər,İşləyib öz başımı saxlamışam bircə təhər,
VıveskalarımızVıveskayı türkcə yaz,Latınca yaz, rusca yaz.