Page 2 of 2 · 50%

– Yox, — dedi, — ustad. Düzdü, bir neçə şerimlə rəsmim var. Ancaq mən onları hələ çap etdirmək fikrində deyiləm.

– Niyə?

– Ona görə ki, ustade-möhtərəm, hələ püxtə hesab eləmirəm. Mən onlarda ancaq öz dərdimi qələmə almışam.

– Sənin buna ixtiyarın var, Elməddin. Sən də cəmiyyətin bir üzvüsən. Sənin şəxsi dərd hesab elədiyin hisslər bir yerə yığılanda ictimai dərdə çevrilir. Şəxsi hisslər həmişə qələmə alınıb, indi də yazılır, gələcəkdə də yazılacaq. Bədbəxt o sənətkardır ki, ömrünün axırına qədər ancaq öz dərdlərinə ağlayır...

Bu sözləri eşidəndə Elməddinin bədəninə istilik gəldi. Sanki qarşısında dayanıb dərdli-dərdli, ancaq dəyanətlə danışan şair, Elməddinin cib dəftərçəsindəki intim, şairanə yazıları nəzərdə tutur; çünki onlarda Elməddin ancaq özünə aid, nakam sevgilisinə və qardaşına aid məsələləri qələmə almışdı. Onun şerlərində, kiçik hekayələrində hələ gecələr təpə ətəyində yatan yurdsuz-yuvasız uşaqların, iş üçün növbəyə dayanan solğun sifətli binəsiblərin, özünü asan və üç yetimini başsız qoyan hambalın faciəsi yox idi; onlarda hələ vətənin şanlı-şövkətli keçmişi, indiki ağır vəziyyəti əks olunmamışdı. Xaricilər paytaxtın cah-cəlallı mehmanxanalarında yaşamağa qadir idi, o, bu torpağın oğlu, öz vətənində gecələməyə yer tapmırdı — bu böyük dərd hələ Elməddinin qəlbindən süzülüb ağ kağıza tökülməmişdi. Bax, buna görə o indi xəcalət çəkirdi. Məhəmməd Şəfi danışıb-danışıb ürəyini boşaldandan sonra Elməddindən xəbər aldı:

– Yəqin gəzməyə gəlibsən?!

– Yox, — deyə o cavab verdi, — iş axtarmağa gəlmişəm.

Elməddin belə düşündü ki, Məhəmməd Şəfidən — o mehriban və qayğıkeş adamdan heç nə gizlətmək lazım deyil; hər şeyi olduğu kimi danışsa, daha yaxşı olar.

– İş axtarmağa?!

– Başağrısı verirəm sizə, ustad.

– Yox, yox, danış.

Elməddin başına gələn qəzavü-qədəri müfəssəl Məhəmməd Şəfiyə nağıl etdi. O, diqqətlə Elməddinin söhbətinə qulaq asdı, bu müddətdə iki-üç papiros yandırıb sümürdü.

– Bilirsiniz, ustad, bu hadisədən sonra kənddə qala bilmədim. Qeyrətimə sığışdıra bilmədim. Məhəmməd Şəfi ah çəkdi:

– Başa düşürəm səni, Elməddin. Bizim mühitimizdə namusqeyrət məsələsi ciddi məsələ olaraq qalır. Bu, bir tərəfdən yaxşıdır. Öz adının, ailəsinin qeyrətini çəkməyən adam heç millətinin də qeyrətini çəkə bilməz. Qızın şəkli varmı səndə?

– Yox, ustad.

– Bu olmadı. Şəklini götürsəydin yanınca, qəzetimizdə axtarış elan edərdik. Bəlkə görən, bilən oldu, xəbər edərdilər.

– Yazığın indiyənəcən heç bir dənə də olsa şəkli çəkilməyib, ustad. Yetim qız olub.

Ani fikrə gedəndən sonra redaktor qeyd etdi:

– Biz hər halda elan verərik. Yaşını, nəmini-nişanını axşam yazarsan, səhər verərsən, cümə günü nömrəsinə salarıq. Hə, harda düşmüsən, Elməddin?!

Elməddin sıxılıb balacalaşdı:

– Düzü, ustad... heç yerdə.

– Necə yəni heç yerdə? Bəs harda gecələyirsən?

– Parkda... açıq havada... — Elməddin alnında tər damcıları əmələ gəldiyini hiss elədi.

– Neçə gündü şəhərə gəlibsən?

– Bir həftədi.

– Bütün bu günləri elə parkda gecələmisən?

– Bəli, ustad.

– Bəs mehmanxanaya niyə düşmürdün?

– Düzü, — Elməddin dili topuq çala-çala cavab verdi,— mehmanxanaya getdim, bir gecəsinə iki yüz rupi istədilər. Mənim cəmisi yüz neçə rupi pulum var idi. Qalanını da bu gecə parkda dilənçilər cibimdən çıxardıblar...

Məhəmməd Şəfi Elməddinin utana-utana dediyi bu sözləri eşidib köksünü ötürdü:

– Be...lə de!

– İş axtardım, yoxdu.

– Çətindi, Elməddin, iş məsələsi çox çətindi.

– Bir yüngülvari iş olsaydı. Dolanmaq üçün. Ağırlığından qorxan deyiləm. Daş daşımağa da razıyam, ustad, hambal olmağa da. Təki o kəndə bir də qayıtmayım.

– Demək, qəti qərara gəlmisən ki, daha oraya qayıtmayasan?

– Bəli, ustad. Burada acından öləcəyəm, dilənçi olacağam, ancaq qayıtmayacağam.

Elməddinin səmimi-qəlbdən, ürəklə dediyi bu sözləri Rəhgüzər dinləyib gülümsündü:

– Qətiyyətin xoşuma gəlir, oğul. Kişi gərək qətiyyətli olsun, — ayağa qalxdı, — dur gedək nahar eləyək, sonra bir şey fikirləşərik...

– Çox sağ olun, ustad. Siz gedin, naharınızı yeyin. Mən toxam. Məhəmməd Şəfi xəfifcə gülümsündü:

– Sənin pulunu cibindən çıxaran dilənçilər indi səndən toxdular. Dur gedək... — O, ərkyana Elməddinin qolundan tutub qaldırdı və küçəyə çıxdılar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü hissə, on səkkizinci fəsil

Elməddin döyülmüş, əzgin adam kimi yataq otağına girdi, soyunub çarpayısında uzandı, üzünü də, kədərli və dilxor vaxtlarında olduğu kimi, divara çevirdi. Simin yanına gələndə onu uzanmış görüb təəccübləndi.– Bıy, sən təzədən yatdın? Elməddin çevrilmədən;

13 min
Üçüncü hissə, on doqquzuncu fəsil

Əfsanə son dərəcə mürəkkəb, ziddiyyətli, sevinc dolu, eyni zamanda kədərli, illərdən bəri arzuladığı, can atdığı, indi isə baş çıxara bilmədiyi, anlamadığı, buna görə də qaçmaq istədiyi, lakin niyə, hara, kimin yanına qaçacağını bilmədiyi dolaşıq bir aləmə düşmüşdü. Bu aləm onun üçün maraqlı idi, yeni idi. Bu aləmdə hamıdan — Reyhan anadan da, Şahindən də gizli saxladığı xəyal dünyasının baş qəhrəmanı — Elməddin yaşayırdı; o Elməddin ki, həsrətini çəkə-çəkə ömrünün ən əziz, ən şirin bir parçasına çevrilmişdi — bax, həmin Elməddini tapmışdı Əfsanə. Bu evə qədəm basanacan onun üçün ancaq bir məsələ mövcud idi. Elməddini görmək, onunla danışmaq, onun gözlərinə baxmaq... vəssalam. Daha sonra nə olacaqdı, nə ola bilərdi — bunlar barədə düşünməmişdi Əfsanə. Ancaq indi görürdü ki, yox, bu görüş o fikirləşdiyi qədər də asan deyilmiş — burda neçə-neçə həlli müşkül suallar varmış! Əfsanə Elməddini görüb toxtamışdı, qəlbini illər boyu sıxıb əzən həsrətiqubarı azalmışdı. Aşkarda, xəlvətdə, Əfsanə Elməddinə çox baxmış, gözünün həsrətini öldürmüşdü. Amma yenə narahat, yenə nigaran idi. Həyatda insaflı, mürüvvətli olmağı hər şeydən üstün tutan və insanlardan da çox zaman bunu uman Əfsanə Elməddinin, o, evdən çıxıb gedəndən sonra başına gələnləri, çəkdiyi əziyyətləri, mənəvi əzabları gecələr yatağına uzananda da, tək qalanda da götür-qoy eləyir, ölçüb-biçir, onun haqlımı, haqsızmı olduğunu müəyyən etməyə çalışır gah haqq qazandırır, gah da ittiham edirdi. Həyat bir dənizdi — onun nəzərində, — bu dənizin fırtınalı qoynuna düşən adam məhv də ola bilər, yarımcan halda özünü birtəhər sahilə də çatdıra bilər — dəyişib əclaf da, yaxşı insan da ola bilər. Bəli, həyat, bir-birinin dalınca qanad açıb sürətlə uçan illər insanın tək zahirində, saçlarında, üzündə əl gəzdirmir, o eyni zamanda insanın ürəyini də, hisslərini də yonub-baltalayır, ya büllurlaşdırır, ya kobudlaşdırır — axırı ki, nə isə dəyişilir, nə isə ölüb gedir, nə isə doğulur! Əfsanə ömrünün-gününün elə vədəsini yaşayırdı ki, dünyanın kitablara yazılmamış bu hikmətini başa düşürdü və bu mizanla Elməddinə baxanda onda müəyyən dəyişikliklər görürdü. Bunu, əlbəttə, təbii sayırdı Əfsanə. Elməddin kişiləşmişdi, Elməddin artıq uşaq atası idi, onun indi özünə görə adısanı vardı. Kənddə beş-on adamın tanıdığı, qardaşının haqqını tapdadığı və böyük-kiçik gözlədiyinə görə məhəbbətini belə dilinə gətirməyən, üstünə su səpilmiş ocaq kimi korun-korun yanan, başıaşağı Elməddin deyildi. Elməddin, Siminin də danışdığına görə, özünün də müşahidə etdiyinə görə, qarşısına nə isə çox ali, uca bir məqsəd qoymuş, bu yolda həbsxanalardan, ölümündən belə çəkinməyəcəyinə and içmiş tamamilə yeni bir adama çevrilmişdi. İndi onun, dünən Əfsanənin tapılması münasibətilə nə qədər xərc çəkib təşkil etdiyi böyük qonaqlıqda gördüyü kimi, necə də şan-şöhrətli, mehriban əqidə-məslək dostları vardı ki, Elməddin onlarla fəxr eləyirdi. Şəfi kimi böyük sənətkarın dostu olmaq məgər hər kəsə nəsib olan səadət idi? Əfsanə özü də, dünəndən bəri Elməddinin bu cah-cəlalına baxıb uşaq kimi sevinirdi və düşünürdü ki, Elməddinin bu mərtəbəyə gəlib çıxmasında hardasa, nədəsə onun da kiçik bir payı var. Ya bəlkə heç yox idi? Olsa da, olmasa da, Əfsanə Elməddinin bu gününə, bu məqamına baxıb fərəhlənirdi. Ancaq, hiss edirdi ki, bu fərəh azdı, onun qəlbindəki boşluğu doldura bilmir, kədəri, qüssəni tamam silib apara bilmir — bu onu ağrıdırdı. Nəydi bu boşluq, nədəndi? Heç özü də düz-əməlli baş çıxarda bilmirdi. Bax, buna da sevinirdi ki, Elməddinin indi Simin kimi mehriban, ağıllı, həssas yoldaşı var, inanırdı ki, Simin ona qəlbən bağlıdı, onu xoşbəxt edib. Gül parçası kimi Əfsanəsi var Elməddinin! Siminin təkidiylə bu adı seçiblər! Bunlar az idi? Hələ, Simin ona öz bacısı kimi baxır: bir «bacı» deyəndə, necə deyərlər, beşi də ağzından düşürdü — o gün bazara apardı, Əfsanəni təpədən-dırnağa bəzəndirdi, geyindiribkeçindirdi. Bunu kim edərdi? Hətta doğma qardaşarvadı da eləməzdi! Bütün bunlar da hardasa sevinc idi, fərəh idi, dərindən düşünəndə adamı mütəəssir edir, göz yaşardırdı. Lakin... lakin həmin boşluq dolmurdu, həmin o adsız qüssə-kədər çəkilib getmirdi, aman allah!Neçə gündü burda idi, öz ürəyinə də baxırdı, Elməddinin, Siminin ürəyinə də. Öz ürəyini görə-görə baş çıxara bilmirdi — Siminin, Elməddinin sözlərini eşidirdi, hərəkətlərini görürdü, gözlərini görürdü. Elməddin, şübhə yox idi ki, bu günlərdə çox tutulmuşdu, kədərli idi — gah üz-gözündən sevinc yağırdı, gah da fikir dəryasına qərq olurdu. Yaz havasına bənzəyirdi. Dolurdu, boşalırdı. Demək olar ki, bir gözü ağlayırdı, bir gözü gülürdü Elməddinin. Deyirdi. Danışırdı, qonaqlıqda şer söyləyirdi, ancaq Əfsanə bütün bu hərəkətlərin, sözlərin, hətta səsinin, gülüşünün arxasında ən həssas adamların duya biləcəyi bir nisgil, bir qüssə oxuyurdu. Özü də Əfsanə anlayırdı ki, bu sınıqlıq, bu qırıqlıq Elməddində o, onu «vəfasız» adlandırandan sonra əmələ gəlib. «Gərək belə deməyəydim— dilim quruyaydı, lal olaydım, gərək belə deməyəydim» — deyərək peşmançılıq hissi keçirirdisə də, əli heç yana çatmır, yanıb yaxıla-yaxıla qalırdı.

8 min
Dördüncü hissə, birinci fəsil

Reyhan nənə qapını itələyib açmaq istəyəndə qarşısında ağappaq bir adam görüb səksəndi və:– Bismillah!—dedi. Qar adam arvadın qorxduğunu o dəqiqə

11 min
Dördüncü hissə, ikinci fəsil

Gecədən xeyli keçmişdi. Ətraf da, kiçik həyət də, iki kiçik pəncərəsindən işıq gələn tək otaq da bayırdakı qar kimi yumşaq bir sükut içində mürgü vururdu. Təkcə küncdəki dəmir buxarı üstündəki kiçik bir çaydan aramla öz «mahnısını» oxuyurdu. Bəbir bu axşam sükunətinə qərib bir həzinlik gətirən zümzüməni dinləyə-dinləyə sol əlini alnına qoyub miz arxasında işləyirdi. Bu, həmin otaq idi ki, atasından küsüb ayrılandan sonra kirayələmişdi, neçə il burda tək-tənha yaşamışdı, kişi ilə barışandan sonra isə həmin xudmann otağı əldən verməmiş, oranı özü üçün ehtiyat iş mənzili eləmişdi. Yazmaq istəyəndə, tək qalıb düşünmək istəyəndə o bura çəkilir, bəzən günlərlə çölə çıxmırdı. Belə hallarda Hikmətəli axşamlar onun yeməyini, içməyini hazırlayıb bura gətirir, qapıdan verib gedirdi. Bəbir bəzən gizli iclaslarını da burada keçirirdi.Bu axşam saat səkkizdə stol arxasında idi. Bel-buxunu, qələm tutan barmaqları ağrıyırdı. Yorulduğunu hiss eləyib qələmi yerə qoydu, şirincə gərnəşdi. Çaydanın cızıltısı güclənmişdi, «Bir piyalə qəhvə içmək pis olmaz!» — deyə fikrindən keçirirdi, ayağa qalxmaq istəyirdi ki, küçəyə baxan, qalın pərdəli pəncərənin şüşəsi astaca döyüldü. Qeyri-iradi pəncərəyə sarı boylandı, özündən asılı olmayaraq bədənindən soyuq bir gizilti axıb keçdi. Gecənin bu vaxtı kim ola bilər! Ürəyinə gəldi ki, ya Şəfidi, ya Ziyaülhəqdi. Yox, ola bilməzdi — çünki onlar gündüz burda idilər, Hikmətəli? O da bir az əvvəl gedib! Başqa buranı heç kəs tanımır! Demək kimdisə yad adamdı. O tez stolun üstəki vərəqləri büküb xalçanın altına təpdi, Leninin kitabını rəfdəki kitabların arasında gizlədi və sonra bu hərəkətinə özü də güldü: «Guya onlar gəlsələr bunları axtarıbtapmayacaqlar? Eh, boş şeydi», — deyib iki pəncərənin arasına gəldi və şüşənin qabağına keçmədən (hər ehtimala qarşı, birdən vurarlar!) yavaşca xəbər aldı:

10 min

Poems by other poets