Üçüncü hissə, on ikinci fəsil
Kitabların da taleyi insanların taleyi kimi müxtəlif olur. Xoşbəxt doğulanı var — ürəklərin, ağılların mənəvi qidası olur, əl-əl gəzir, öləndə də əldə ölür, oxucu əlində. Fərli övlad kimi müəllifinin adını uca eləyir.
Bədbəxt doğulanı var — şikəst olur, uzağa gedə bilmir, kitabxanaların, mağazaların rəflərində toz qalağı altında itib-batır, fərsiz övlad təki müəllifinin başını aşağı, gözünü kölgəli eləyir.
Kitab da var, atasının ölümündən sonra dünyaya gələn uşağa bənzəyir, Orxanın kitabı kimi.
... Dram teatrının geniş, işıqlı foyesnndə Nizami muzeyinin təşkil etdiyi Mirzə Cəlil sərgisinin yaradıcı tərtibatçıları Orxanı da unutmamışdılar. Stendlərin birində sənətkarın qocaman tədqiqatçıları ilə yanaşı Orxanın da şəkli vardı. Mirzə Cəlil haqqında yazdığı dərin mənalı, poetik kəlamlarından biri şəklinin altında yazılmışdı. Orxan burada öz müəllimləri ilə, o cümlədən, Salmanla yanaşı dayanmışdı. Demək, Orxan Mirzə Cəlilin şanlı təntənəsinə gəlmişdi.
Zəng vuruldu. Camaat yerlərini tutub əyləşdi. Rəyasət heyətinin başı üzərində, geniş alınlı, nurani sifətli Mirzə Cəlilin pərdəyə bərkidilmiş, iri portreti mehriban bir təbəssümlə salonda oturanlara baxırdı. Sanki kişi dil açıb deyəcəkdi: «Xoş gəlmisiniz, övladlarım. Qədir bilənlərim, xoş gəlmisiniz!».
Məmləkətin adlı-sanlı adamlarından başqa, xaricdən də yazıçılar, alimlər gəlmişdi.
Rəyasət heyətinə düşə bilməyən Salman qabaq cərgələrin birində oturmuşdu. Gözü yuxarıda oturanlarda idi. Xarici qonaqların neçəsinin əlində Orxanın kitabını görəndə o, ürəyində qəribə bir sıxıntı duydu. «Orxan öləndən sonra nəinki ölkəmizin hər guşəsinə, hətta xarici ölkələrə də gedib çıxacaq, yaşayacaq demək!».
Elə bu ara giriş sözü deyən məşhur alim sözünün axırında gözlənilmədən Mirzə Cəlilin cavan və istedadlı tədqiqatçısı, vaxtsız aramızdan getmiş Orxan Əlizadənin xatirəsini bir dəqiqə sükutla yad etməyə çağıranda Salman qulaqlarına inanmadı. Bir adam təki ayağa qalxan zal başına dolandı. Nə vaxt ayağa durduğunu da hiss eləmədi. Salmana elə gəldi ki, hamı ona baxır. Bir dəqiqəlik sukut məhkəmə önündə dayanıb ölüm hökmü dinləyən cani kimi ona ağır gəldi, sarsıdıcı gəldi.
Oturdular. O da oturdu. Ancaq gözlərini açıb rəyasət heyətinə baxa bilmədi. Ona elə gəlirdi ki, Orxan da orada oturub, gözlərini Salmana zilləyib. Qulaqları deyilən, sözləri eşidirdi. Amma heç nə dərk eləyə bilmirdi.
Məşğuliyyət tapdı. Yadına düşdü ki, Orxanın bu gün çapdan çıxmış kitabından bir nüsxə də onun əlindədir.
Açdı. Vərəqlədi. Kitabın çox da böyük olmayan müqəddiməsinin axırında öz adını görüb ürəyini, varlığını məngənə təki sıxan fikirləri unudaraq sevindi.
Salman bu kiçik məqaləni yazanda, həqiqətən, xəsislik eləməmişdi, necə deyərlər, başını açıb Orxan haqqında ən səmimi, ən şirin sözlərini kağıza köçürmüşdü. Məqaləni oxuyan adam Salman Qurbanzadənin Orxana olan məhəbbətini hiss etməyə bilməzdi, burada Salman Orxanın istedadını açaraq tutarlı, yığcam ifadələr işlətmiş, axırda isə gözəl, qabil alimin «yaradıcılığının çiçəkləndiyi vaxt» aramızdan getməyinə bir müəllim, bir elm adamı kimi yana-yana təəssüflənmişdi. İndi budur, Orxan özü burda yoxsa da əsəri burdadır, Mirzə Cəlilin təntənəsinə gəlib. O indi, bax, rəyasət heyətində əyləşmiş, xarici məmləkətlərdən gəlmiş o möhtərəm alimlərlə xaricə gedəcək, tək getməyəcək. Salmanı da özü ilə aparacaq.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-teyyare-kolgesi-ucuncu-hisse-on-ikinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Hacı şəhərin sakit, bağ-bağatlı bir məhəlləsində, akademiyanın və təzə tikilməkdə olan metronun yanındakı binalardan birinin beşinci mərtəbəsindəki tək otaqlı mənzilin qapısının zəngini basdı. Qapının üstünə ağ dəmir lövhədə sarı xətlə «S.A.Hüseynov» yazılmışdı. «Saleh Əlişir oğlu Hüseynov… Bu oğlandan çox şey öyrənmək mümkündü. Ceyhunun dostu olub– Salman, Nadirə onu çox yaxşı tanıyır – atası da Salmanın yaxın adamlarındandı…»
Birinci hissə, on ikinci fəsilŞər qarışan vaxtıydı. Zərli pərdələri kənara çəkilmiş pəncərədən içəri qərib axşam qaranlığı axıb dolurdu. Otaq sükut içində mürgü vururdu. Elə sakitlik idi ki, sanki dörd otaqlı bu mənzildə heç kəs yox idi. Nurəddin yumşaq kresloda yarı uzanmış halda oturub qıçlarını xalça üstə uzatmışdı və nəfəsliyi açıq pəncərədən çölə baxa-baxa fikirləşirdi ki, görəsən arvad-uşaq hardadı. Samirdən səs-səmir yox idi, Mürşüdün evdə olub-olmadığı çox vaxt hiss edilmədiyindən o, təyin edə bilmirdi ki, oğlu burdadı ya yox. Ürəyi sıxılırdı, iri, kobud əliylə ürəyinin üstünü ovxalayırdı, ancaq küt ağrı azalmırdı, təngnəfəslik keçib getmirdi. İşığı yandırmaq lazım idi, ancaq Nurəddin qalxıb qapı ağzındakı düyməyə barmağını uzatmağa ərinirdi.İşdən gələndən sonra elə kresloda bir saatacan çimir eləmişdi, idarədə başını-beynini yorub şişirtmiş gərginlik bir az azalmışdı. Telefon zəngləri, ayrı-ayrı adamlarla söhbətlər, gah qan qaraldan, gah fərəh bəxş eləyən qayğılar hər gün bu və ya digər şəkildə təkrar olunduğundan bezdirici, usandırıcı görünürdü Nurəddinə. Ancaq son vaxtlar deyəsən buna adət eləmişdi. Bunlar olmayanda, xüsusən şənbə və bazar günləri darıxırdı. Səbəbini çox düşünüb tapmışdı; evdə hakimiyyət yox idi. Özünü çox zabitəli, hökmlü adam saysa da, bu kiçik ailə artıq onun idarəsi altından çıxmışdı. Böyük oğlu arvad-uşaq sahibi olandan sonra, demək olar ki, ayağını ata mülkündən çəkmişdi. Hərdən bir zəng eləməklə kifayətlənərdi. Samirə onun narahat, çılğın rəftarına uzun ilər dözə-dözə artıq biganələşmişdi – Nurəddinin xoş sözünün də, qəzəbinin də onun üçün heç bir təsiri və əhəmiyyəti yox idi. Bazar-dükan, biş-düş idi Samirənin işi. Xörəyi yaxşı çıxanda, duzu-tamı yerində olanda sevinirdi. Təzə, yağlı ət, ölüşgəməmiş göy-göyərti, içi puç olmamış turp alanda xoşhal olurdu. Ərinin kitabının, məqaləsinin, əsərinin çıxmasının elə bil zərrəcə ona dəxli yox idi. Sanki onlar tamam yad bir adamın kitabı – əsəri idi ki, Nurəddin evə gətirirdi, ilk vaxtlar yazı stolunun üstə saxlayıb bir neçə gün gedib-gəlib, oturub-durub baxırdı, gələn dostlarına fərəhlə üstünü yazıb bağışlayırdı. Onlar da onu ağız dolusu tərifləyirdi, «Sən bizim böyük alimimizsən, səninlə fəxr eləyirik!» - deyirdilər. Bəzən Samirə xörək gətirəndə, çay verəndə belə söhbətlərin istər-istəməz şahidi olurdu və nədənsə ona elə gəlirdi ki, bax bu adamlar yalandan, könlü xoş olsun deyə, uzaqgörənlik edib Nurəddini tərifləyirlər; ya ikiüzlüdülər onlar, ya da yaltaqdılar. Samirənin, evdar qadın olsa da, universiteti bitirəndən, Nurəddinə ərə gedəndən sonra, ictimai həyatdan, öz sənətindən ayrı düşüb bu dörd divar arasında yaşasa da, bir çox məsələlərdə olduğu kimi, əri barədə də öz fikri var idi. Düzdü, o, bunu indiyəcən dilinə belə gətirməmişdi. Ancaq ürəyindəydi bu fikri və ürəyində deməkdən heç kəsdən, hətta Nurəddinin özündən də qorxmurdu – çünki, - Samirə şükür eləyirdi – nə yaxşı ki, Nurəddinin telepatlığı yoxdu. Yoxsa onun yeganə «azadlığ»ı – qəlbində sərbəst, qorxusuz-ürküsüz fikir söyləmək, düşünmək «azadlığ»ı da əlindən alınardı və onda Samirəni heç nə bu evdə saxlaya bilməzdi. Baş götürüb gedərdi – çünki onda Nurəddin arvadının onun barəsindəki fikrini açıq-aydın oxuyardı və dözməzdi. Samirənin isə, Nurəddini dünyada hamıdan yaxşı tanıyan bir insan kimi, fikri çoxdan qətiləşmişdi: Nurəddinin özü nədi ki, yazdığı da nə ola! Hələ tələbəlik illərində, Heydər Hüseyn, Əli Sultan, Aslan Aslanzadə kimi məşhur alimlərin kəlamlarına qulaq asan Samirənin beynində belə bir qənaət yaranmışdı ki, yaxşı insan olmayan yaxşı kitab yaza bilməz. Kitab yazan adam gərək fövqəlbəşər olsun, təmiz olsun, müqəddəs olsun, lap gərək allah olsun. Alim də, şair də… Bax, gərək belə olsun. Kim deyə bilər, kim ağlına sığışdıra bilər ki, Nizami, Bəhmənyar, Nəsimi, Füzuli, Seyid, Sabir… pis adam olublar?.. Adamın dili quruyar belə desə, ürəyi yanıb parçalanar belə düşünsə!.. Olub – Samirə bilirdi – olub ki, pis adamlar da kitab yazıblar. Ancaq hanı onların kitabları?.. Özlərinin pislikləri oduna yanıb kül olublar o kitablar!
Həsrətağların başına qar yağmışdı, ətəklərində isə hələ də göymeşə uzaqdan qara tala kimi görünürdü. Şaxta adamın üz-
Meşədəar altında nəfəs alan şam meşəsində sakitlikdi. AğaclarınQ yana əyilmiş budaqlarından asılmış sırsıralar bu yerlərdə
Poems by other poets
Keçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
Sən bir dəfə...Günlər sinəmə dağ çəkir,Gedə-gedə,
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Təcnis: Ov bərəsin gözləməyən ovçununOv bərəsin gözləməyən ovçunun,Ovunu görcəkin nə tur sinə,