Page 3 of 3 · 67%

Əqdəmin səsi sanki qırıldı. Gülmirə onun dodaqlarına baxdı

– yox, onlar tərpənmirdi. Demək, Əqdəm yenə küsmüşdü. Sonra, hardansa, sağ xərəfdəki qəbirlərin yanından danışıq eşidildi. Gülmirə dönüb səs gələn səmtə boylandı. Beş-altı kişi dayanmışdı.

Gülmirənin ürəyi sıxıldı. Son dəfə Əqdəmin şəklinə baxdı, ondan icazə istəyirmiş kimi, astaca «mən gedim» — deyə pıçıldadı, ancaq Əqdəm dillənmədi. Gülmirə ağır addımlarla uzaqlaşanda öz-özünə danışırdı: «Mənim taleyimə baxırsanmı, ilahi! Nə günahım var axı mənim? Gəlmiyə bilmirəm. Gəlirəm də ki, belə. Yox, mən dəli olacağam deyəsən! Hələ Əqdəmin yuxu görüşlərindən xəbəri yox idi». Bir də gördü ki, Orxanın qəbrinin yanındadı. Çoxlu təzə gül qoyulmuşdu məzarın üstünə. Ağ mərmərdən düzəldilmiş baş daşına həkk edilmiş şəkildən Orxan gülümsünə-gülümsünə ona baxırdı. Və hər dəfə Gülmirə bura gələndə, bu şəkli görəndə elə sanırdı ki, Orxan onun gəlişindən belə şad olub gülümsünür. Sevindiyindən gülümsünür ki, onun Gülmirəsi gəlib.

Demək, Şirin arvad, bacıları gəlib gediblər. Kaş bir-az tez kələydi, Şirin arvadı—Orxanın sinəsi dağlı qoca anasını görəydi, söhbət eləyəydi. Adı kimi, özü də şirin arvad idi. Orxan öldüyü vaxtlar burada göründüyü gün yadına düşdü, arvadla olan danışığı qulaqlarında səsləndi: «Ay bala, sən kimsən?», «Mən...» «Yoxsa sən mənim toy görməmiş Orxanımın toy görməmiş istəklisisən, ay bala?»—deyə o zaman Şirin arvad qollarını Gülmirənin boynuna dolayaraq üzündən öpə-öpə hönkürmüşdü — «Gör sən bizi harda görüşdürdün, ay oğul!» «Sakit ol, ana, sakit ol!» «Bəs sən indiyəcən niyə üzə çıxmamısan, ay bala? Mənim muradımı niyə gözümdə qoydunuz, ay qurbanınız olum! Hər dəfə tifilimin yanına bu ümidlə gəlirdim ki, mənə xeyir xəbər verib deyəcək: «Hazırlaşın, filankəsin evinə elçiliyə gedəcəksiniz». Demədi, arzusu gözündə qalanım, arzumu gözümdə qoydu. Hər şeyi hazır idi. Alt paltarından tutmuş sırğasına, saatına, boyunbağısınacan.»

«Mən Orxanın iş yoldaşı idim, ana». «İş yoldaşı?» «Hə, ana» «Bu gülləri sən qoyursan bura?» «Mən qoyuram, ana!»

Heyf, Şirin arvad gəlib gedib. «Görəsən idarədən də gələn oldumu — axı mən hamının yadına saldım, bu gün Orxanın öldüyü gündü. Eh, inanmıram gələn olsun. Çalış bu dünyada ölmə. Öldünmü, tez unudularsan. İnsanlar indi unutqan olublar, Orxan. Sən heç kəsi qınama, heç kəsdən küsmə. — O, dönüb Orxana nəzər saldı: — Aşıq yaxşı deyib — canıyanan ya bir olar, ya iki.»

Gülmirə əlindəki qərənfilləri güllərin lap üstünə, Orxanın şəklinin altına qoydu. Və elə bu zaman, bir az əvvəlki yuxusunu xatırladı. Şirin yuxu idi, güllü-çiçəkli, laləli, kəpənəkli ətirli yuxuydu. Ancaq heyf sonra tufan qopdu — hər şeyi alt-üst elədi

– yuxuda da ayrı düşdülər onlar. Onda, yuxular dünyasında Orxanı əməlli-başlı görə bilməmişdi. İndi gözü dolusu baxırdı ona, doyumluq baxırdı ona. Bugünkü o dəhşətli iclası danışmışdı, Orxan onun hərəkətini bəyənmişdi—daha bu barədə söz salmaq istəmirdi. O bəyənmişdi — bəsiydi. Orxan onun hakimiydi, yol göstərəniydi, bələdçisiydi, inamı, dayağıydı. Gülmirəyə kimsənin məsləhəti gərək deyildi, mühakiməsi gərək deyildi.

Orxanın xəyalı dilləndi sanki: «Niyə qanın qaradı, Gülüm? Sənə deməmişəmmi mənim yanıma gələndə kədəri, qəmi qoy evdə gəl. Axı səni belə görəndə mən də qüssələnirəm!» «Əqdəm qaraltdı qanımı, Orxan! O məni sənə yenə qısqanır, Orxan!» «İncitmə onun könlünü, yazıqdı, Gülü!» «Hə, düz deyirsən, yazıqdı Əqdəm, Orxan. Ancaq mən sonralar başa düşdüm — sən məni ondan çox istəyirmişsən, Orxan. O, indiyəcən bir dəfə də olsa yuxuma girməyib. Yox, bir dəfə görmüşəm — onda da qaşqabaqlıydı, heç danışmadı da, eləcə baxıb-baxıb çıxıb getdi. Amma sən tez-tez gəlirsən yanıma, Orxan. Mənə xoş sözlər deyirsən, oxşayırsan, əzizləyirsən, Orxan!» «Nə qədər ömrüm var, gələcəyəm, Gülüm. Yox, yox, mənim ömrüm qurtarıb, sənin nə qədər ömrün var, kələcəyəm, mehribanım. Sağlığımda deyə bilmədiyim bütün gözəl səzlərimi, şirin sözlərimi sənə deyəcəyəm, Gülüm. Heç kəsə yox, ancaq sənə». «Çox sağ ol, əzizim».

Bu sözsüz, ürək söhbəti bəlkə də çox davam edəcəkdi. Birdən Gülmirə Orxanın qəbrinin yanında təzə bir məzar da görüb heyrətləndi. Necə olmuşdu ki, buna bayaqdan fikir verməmişdi. Onun da üstünə tər güllər qoyulmuşdu. Gülmirə torpaqdan hiss elədi ki, lap təzə qəbirdi. Kimdisə Orxangilin ailə üzvlərindən — çünki Orxan üçün ayrılmış sahənin — dəmir hasarlı sahənin içindəydi. Səksəkə ilə irəli yeridi və qəbrin baş tərəfində torpağa sancılmış dördkünc taxtanın üzərinə yazılmış: «Əlizadə Şirin Əli qızı — təv. 10.10.1915 — vəf. 10.10.1975-ci il». sözlərini oxuyanda heyrətindən donub qaldı. «Demək Şirin arvad da vəfat eləyib. Oğlunun ölümündən sonra çox yaşaya bilmədi yazıq. Dözmədi, köçdü yanına. Yollar yorğunu olmaq istəmədi — birdəfəlik, həmişəlik yığışıb sevimli oğlunun yanına gəldi».

Gülmirə əli dodağında xeyli beləcə dayandı, yenə ixtiyarsız gözlərindən yaş axmağa başladı. Dilsiz sükut içində dəqiqələri yola salandan sonra Orxanın başdaşına tərəf dönüb: «Yazıq Orxanım, anasız qaldın!» — deyə ürəyindən keçirtdi və canlı adama başsağlığı verirmiş kimi;

– Son qəmin olsun, Orxan,— dedi. —Qəbri nurla dolsun. Elə bil Orxan başını tərpədib astaca dilləndi:

– Yox, Gülüm. İndiyəcən anasız idim burda. İndi analı olmuşam, Gülüm.

Gülmirənin gözlərində yaş gilələndi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü hissə, beşinci fəsil

Həmin gün Elməddinin yeməyini vermədilər, havaya da çıxartmadılar. Evdən gələn xörəkdən soyuyub qaxaca dönmüş tikə kababdan, qurumuş təndir çörəyindən bir az yedi — candərdi yedi. İştahası yox idi. Qarın nayihəsini dolaşan sancı çəkilib getmirdi. Elə bil, içərisinə zəhər tökmüşdülər — yandırırdı, doğrayırdı. Ağrıdan bir yerdə qərar tutub dayana bilmirdi. Gah uzanırdı, gah gəzinirdi. Fikirləşməkdən başı şişmişdi. Yaranmış vəziyyəti götür-qoy edir, ancaq axırını bir yana çıxartmağa müvəffəq olmurdu. Həbs olunmağının səbəbi elə orda — məhkəmədə məlum olmuşdu — «Xurma çərdəyi»nin qurbanı idi, həbsxanada təkadamlıqda da elə buna görə yatırdırdılar. Bəs bu şer, ruznamə nə məsələ idi? — bununla neyləmək istəyirdilər? Bəlkə bu yolla onun həbs müddətini uzatmaq, onu illər uzunu dörd divar arasında saxlayıb çürütmək istəyirdilər? Bəlkə tək dustaqlardan deyil, şəhərdən, cəmiyyətdən, dostlarından, ailəsindən ayırmaq, uzaqlaşdırmaq istəyirdilər?!Bu qayğılar, cavabsız suallar saatlar keçdikcə onu yorub əldən salır, namüəyyən hisslər məngənəsində çırpınan ürəyi az qala partlamaq dərəcəsinə gəlirdi. Qəzəbdən dodağını çeynəyirdi. Ancaq çarəsizlik, gücsüzlük önündə aciz olduğunu dərk etdikdə süstəlir, dözmək, səbir etmək, bu oyunun axırının nə ilə bitəcəyini gözləməkdən başqa çıxış yolu olmadığını anlayıb taleyi ilə barışırdı.

8 min
Üçüncü hissə, altıncı fəsil

Axşam saat on birdə Əbdül, görünür, təklikdən sıxıldığından, ya bəlkə çoxdan baş çəkmədiyini xatırladığından gözlənilmədən gəlmiş və ilk dəqiqələrdə onu da, Heyranı da həyacanlandırmış Zərrintac xanımı, oturub xeyli ordan-burdan söhbət eləyəndən, kiçik qardaşını doyunca oynadıb, öpüb-oxşayandan, Heyranla ətraflı tanış olandan, evləndiklərini biləndən, yeyib-içəndən sonra yola salırdı. Zərrintac xanım atası öləndən sonra birinci dəfə idi ki, burada bu qədər oturmuş, Əbdüllə içmişdi. Eyvandan həyətə düşəndə səndələyirdi. Əbdül yıxılacağından qorxub ehtiyatla onun qolundan tutmuş həyətdə dayanan maşının yanına gətirmişdi, qapısını açıb sükanının arxasında oturtmuşdu.– Arvad, yaxşı arvaddı, Əbdül. Dünyaya çox oxşayır. İçəri girəndə elə bildim odur, qayıdıb gəlib. O paltarı, o qızılları sən veribsən ona?

12 min
Üçüncü hissə, səkkizinci fəsil

Hava çoxdan qaralmışdı. Ay qaranlıqda tutqun şəkildə görünən dağın zirvəsindən iki adam boyu yuxarı qalxmışdı. Göydə irili-xırdalı ulduzlar sayrışır, yerdə zəif külək əsir, burula-burula dağların arasına doğru uzanan asfalt yolla irəliləyən qara maşının açıq pəncərəsindən içəri dolur, boğuq bir uğultu əmələ gəlirdi. Ziyaülhəqq sükan arxasında, Şəfi ilə Bəbir arxada oturmuşdular. Maşın Kabil-Bəhram yolu ilə şütüdükcə, hava daha da sərinləşirdi. Bu gəzinti Bəbirin istəyi ilə təşkil olunmuşdu. Ertədən Ziyaülhəqqə tapşırmışdı ki, saat doqquz üçün ustadı evdən çıxartsın, dörd divar arasında qalıb darıxır, həm görüşərik, söhbət edərik, həm də «dustağın» eyni bir az açılar. Demişdi ki, mən «Pamir» kinoteatrının aşağısında sizi gözləyəcəyəm.Ustad «gəzinti» xəbərini böyük sevinclə qarşılamışdı. Ayda bir dəfə, iki dəfə Bəbir belə atüstü görüşməyi lazım və faydalı hesab edirdi. Məleykə xanım da buna artıq adət eləmişdi. Ziyaülhəqqdən başqa kimsənin üzünə qapı açmırdı, kimsəyə inanmırdı. Şəfi onunla gedəndə arvad arxayın olurdu.

6 min
Üçüncü hissə, doqquzuncu fəsil

Gün günortadan keçəndə iyirmi bir nömrəli kameranın dəmir qapısı cinkilti ilə açıldı. Ortalıqda var-gəl eləyən; hövlündən ürəyi bir tikə olmuş Elməddin ayaq saxlayıb alaqaranlıqda gələnin kim olduğunu ayırd etmək istədi — bu qapı dünən beləcə açılmalı idi, onu çağırmalı, vaxtının qurtardığını deməli idilər. Ancaq onun gözü yolda qalmışdı, gələn olmamışdı, ötən gecə öz əzabları, acı xəyalları və tutqun, nagüman sevincləri ilə həbsxanada keçirdiyi bu bir ilin əzablarından, ağrılarından dəhşətli və uzun olmuşdu. Əvvəllər «bir gecə bir ildən uzun ola bilər» desəydilər, şübhəsiz, inanmazdı. Ancaq, indi inanmışdı buna.Gələn, əlitüfəngli nəzarətçi idi. Onun yoğun gövdəsini qapı ağzında görən kimi tanıdı. Burada növbə ilə keşik çəkən bütün nəzarətçilərin arasında, az-çox insaflısı, vicdanlısı bu ortayaşlı, qabaq dişlərinin ikisi çürüyüb tökülmüş, enlisifətli kişi idi — Elməddin adını da bilmirdi, amma on il sonra da görsəydi, tanıyardı. Bu həmin kişi idi ki, ay yarım bundan qabaq, onu hava gəzintisinə çıxaranda, həyətin ortasında arxadan yavaşca, demək olar ki, pıçıltı ilə demişdi:

15 min

Poems by other poets