Page 1 of 2

Başı nə qədər qarışıq, fikri nə qədər dağınıq olsa da, Nadirə xanım bir şöbə müdiri kimi son vaxtlar öz əməkdaşı Elviranın — Sarışının işdən tez-tez qaçdığını, bazarda-dükanda göründüyünü, ən ümdəsi isə çox pərt və pərişan olduğunu aydın hiss eləyirdi. Nadirə xanım Sarışına bacardıqca hörmət eləməyə çalışırdı— çünki onun anasını — hələ tələbəlik illərindən oxuduğu fakültənin baş laborantı olan, gözəl-köyçək Xəncər xanımı yaxşı tanıyırdı. Hətta bir zamanlar rəfiqəlik də eləmişdilər. Adı nə qədər qəribə olsa da, özü çox mülayim və mehriban idi, xəncərlikdən onda heç bir əsər-əlamət yox idi. Onda Xəncər xanım ərdə idi, deyəsən, əgər hafizəsi aldatmırdısa, əri şəhərdə hansı məktəbdəsə dərs deyirdi. Xəncər xanım fakültədə tez-tez ağlardı — rəfiqələrinə öz dərdini söylərdi. Sən demə, uşağı olmurmuş. Əri Usub da uşaq istəyən olduğundan, tez-tez Xəncər xanımı döyür, gah evdən qovur, gah boşamaqla hədələyirdi. Bir sözlə, Xəncərə göz verirdi, işıq vermirdi. Hətta bir dəfə ürəyini Nadirəyə də açmışdı. Nadirə onun sonsuz kədərlə dediyi sözləri dinlədikdən sonra: «Belə yaşamağın nə mənası var? Ayrıl, Xəncər. Sən hələ cavansan, təzədən ərə gedərsən, uşağın da olar. Yoxsa o, belə, sənin ömrünü göy əskiyə düyüb çürüdər» — deyə məsləhət də vermişdi. Ancaq Xəncər xanım, qətiyyətsiz qadın olduğundan, bu mühüm addımı ata bilməmişdi. Evdən soyumuşdu, evdə sevinc yox idi; səadət yox idi; Xəncər fakültəyə ürəkdən bağlanmışdı — bütün günü fakültədə olurdu, kollektivin arasında gərəkli-gərəksiz işlərlə başını qatmağa çalışırdı. Onda kafedra müdiri, məşhur dilçi alim, professor İbrahim Sultanzadə idi. İbrahim Sultanzadə Xəncər xanıma da dərs demişdi, qabiliyyətli olduğuna, gələcəkdə yaxşı tədqiqatçı olacağına inanan İbrahim müəllim, təhsil illəri başa çatdıqda, onu fakültədə hələlik baş laborant kimi saxlatdırdı. Xəncər, özündən iyirmi beş yaş böyük olan İbrahim müəllimə çox hörmətlə yanaşırdı. Bunun bir səbəbi İbrahimin ona yaxşılıq etməsiydisə, digər səbəbi də İbrahimin də övladsızlıq odunda gizli-gizli yanmasaydı.

O vaxt danışırdılar ki, İbrahim öz arvadı Leyla xanımı çox sevir, ona görə ondan ayrılmaq, başqa qadınla evlənmək istəmir.

Xəncər İbrahim müəllimin kafedrada tez-tez çayını təzələyirdi, əsərlərini makinada çap eləyirdi. Çox vaxt işdən sonra da onlar ikisi kabinetdə tək qalırdı — İbrahim otaqda gəzinə-gəzinə əlindəki kiçik, iki bükülmüş və kəsilmiş (o belə vərəqlərə yazmağı xoşlardı) varaqdan Xəncər xanıma diktə edirdi. Yaxşılığı, qayğıkeşliyi İbrahimi Xəncərin gözündə ucaltmışdı. Övladsızlıq dərdi isə, onları heç özləri də hiss etmədən o qədər yaxınlaşdırmışdı ki, bir də gördülər Xəncər ana olub, İbrahim ata. İbrahim də, Xəncər də, əlbəttə, bundan çox şad idilər. Hər ikisi yerə-göyə sığışmayan bir sevinc içində yaşayırdı. Ancaq bu sevinci hər ikisi gizlətməyə çalışırdı. O zaman söz-söhbət dalğası bütün fakültəni gəzib dolaşdı. Hamı işin nə yerdə olduğunu bilirdi, ancaq heç kəs nə Xəncərə, nə İbrahimə bir söz deyirdi. Kimin nəyinə lazım idi? Usub sakitləşmişdi, toxtamışdı, özünün dediyi kimi, «sarı dişiyə» oxşayan balaca qızını duz kimi yalamaqdan doymurdu. Xəncər xoşbəxt olmuşdu. Usub Xəncəri daha döymürdü, söymürdü, gecə-gündüz başına dolanırdı, «Mənim üçün bir oğlan da doğsan, sənə qızıldan heykəl qoyacağam, mənim Xəncərim!» — deyirdi. İki ildən sonra həqiqətən Xəncər bir oğlan da dünyaya gətirmişdi, ancaq, uşaq üç aydan sonra sətəlcəmdən ölmüşdü. Elvira evdə Xəncərin, Usubun sevinci olmuşdu, kənarda İbrahim Sultanzadənin. Artıq qocalıb ağırlaşmaq üzrə olan İbrahim hərdən Elviranı görəndə hədsiz dərəcədə sevinirdi, Elvira beş-altı yaşına çatanda, anası onu yanına salıb tez-tez kafedraya, gətirirdi. İbrahim uşağı ürəyincə öpüb oxşayır, nəvaziş göstərirdi, uşaq da ona isinişirdi.

Bax, indi Nadirə xanımın şöbəsində işləyən Elvira — Sarışın həmin o uşaq idi və əlbəttə o, xəbərsiz idi ki, həyatının onun özünə də məlum olmayan səhifələrini Nadirə xanım çox yaxşı bilir. Yaxşı ki, bilmirdi. Yoxsa o, gərək baş götürüb burdan qaçaydı. Elvira bunu da bilmirdi ki, həyatının sonrakı bəzi məqamlarından da Nadirə xanımın xəbəri var. Elvira böyüyüb onuncu sinfi bitirdikdən sonra, Xəncərin və xüsusən İbrahimin himayəsi sayəsində vaxtilə anasının oxuduğu fakültəyə daxil olandan, ərə getməli bir qız olandan sonra, Xəncər xanım, hələ də əlaqəsini kəsmədiyi, zəngləşdiyi, görüşərkən məhrəmanə söhbətlər elədiyi Nadirə xanıma nəhayət, bir dəfə ürəyini sıxan nisgili açıb söyləmişdi: «Eh, qızdı da, böyüyür, amma özü boyda bir dərdi də var qızın, Nadirə heç açıb-ağartmalı döyül, qalmışam kəsilə-kəsilə. Səni də bacı hesab eləyib danışıram, vallah.» «Axı nə olub ki?» «Sən özün bilirsən, mən necə səliqəli adamam. Amma bu qız bir pintidi, bir pintidi ki, daha deməli deyil. Bilmirəm kimə oxşayıb pintilikdə, pələşdikdə. Tək bu olsaydı, dərd yarı idi, üstəlik də çoxdanışandı bu bədbəxtin qızı. Ay allah, adam nə qədər danışar? Səhərin gözü açılandan başlar, gecəyarısınacan üyüdüb tökər, yoruldum deməz: saxlamasan, ipini çəkməsən dayanan deyil. Deyirəm, ay qız, bir az səliqəli ol, bir az az danış, belə getsə sənə yiyə duran olmaz, kimsə səninlə yola getməz, bala, qalıb evdə qarıyarsan. Deyir «naplevat na vse. Mne nikto ne nujen.» Başa düşmür, qanmır. Özü ilə Cəfər adında bir yaxşı oğlan oxuyurdu, Sədərəkliydi. Elə gözəl, elə ağıllı oğlan idi ki... Elviradan da yaman xoşu gəlirdi. Şərait yaratdım, ikisini də yanıma salıb evə gətirdim, dedim oturun, dərslərinizi bir yerdə hazırlayın. Yaxşı yemək-zad da hazırlayıb qoydum. Cəfər iki gün gəldi, sonra aradan çıxdı. Deyirəm a qızım, bəs heç Cəfər gəlib ketmir? Deyir qovladım. Çüşkənin biridi. Sonra öyrənmişəm, yeyib içəndən sonra oğlana deyib ki, qab-qaşığı yığışdır. O da yığışdırmayıb, bu o qədər danışıb ki, yazıq da baş götürüb qaçıb. Beləcə neçəsini qaçırdıb. Belə getsə üstümdə qalacaq bədbəxtin qızı.» «Görünür, tək uşaq olduğuna görə ərköyün böyüdübsən, Xəncər. İndi də qabağında dura bilmirsən. Pintilik də, çox danışmaq da, qocalar demişkən, deyingən olmaq da ən gözəl azı, qadını belə hörmətdən salar, Xəncər. Pintilik və acı dil qadının ən böyük düşmənidi, ən böyük müsibətidi. Darıxma, bir dözümlü, səbirli oğlana rast gələr, alıb saxlar.» «Allah ağzından eşitsin, ay bacı.»

Lakin bir neçə ildən sonra, hələ Elvira bu instituta gəlməmişdən qabaq, Nadirə xanım təsadüfən küçədə Xəncərlə qarşılaşıb hal-əhval tutanda məlum olmuşdu ki, Xəncər qızı ərə verib: onların bəxtindən qabaqlarına Elviradan da bir az pinti, hələ üstəlik qulaqları da ağır eşidən bir oğlan çıxıb. Elvira Bəybalanın yanında «təmizkardı»; nağıllardakı deyingən Fatı qarını kölgədə qoyan Elviranın səhərdən axşamacan üyüdüb tökməsinin də Bəybalaya heç dəxli yoxdu — çünki eşitmir: arvadının yüz, min sözündən birinə ya «hə» deyir, ya da «yox». «Elvira əvvəllər bundan yaman əsəbiləşirmiş, partlamaq dərəcəsinə gəlirmiş, ancaq Xəncər onu çətinliklə də olsa başa salıb ki «sənin üçün elə bu yaxşıdı, qız. Qulağı eşitsə, Cəfər kimi, Kərim kimi, Sulduz və Sabir kimi o da qoyub qaçar səni. Qalarsan ortalıqda, bu Bəybalanın qədrini bil, qız». İndi yaşayırlar, iki də totuq-potuq oğulları var.»

Nadirə, əlbəttə, buna çox sevinmişdi. «Hər qızın, hər qadının öz taleyi və öz tayı var dünyada. Hər kəs öz həyatını yaşamalıdı.» — demişdi Nadirə və Xəncərin yerə-göyə sığışmayan ana sevincinə şərik olmuşdu. Sonra Elvira dilçilik üzrə müdafiə etmişdi. «İbrahim əmisi», şübhəsiz, ona bu işlərdə — mövzu seçməkdə, rəhbər tapmaqda, məqalə çap etdirməkdə və s. hədsiz köməklik göstərmişdi və bundan əvəzsiz bir sevinc duymuşdu. Elvira İbrahimi atası Usubdan çox istəyirdi, ona bir arxa, bir dayaq kimi baxırdı. Elvira özü bilmirdi bunu, ancaq İbrahimin canı idi o! İbrahim onun üçün hər şərait yaratmaq imkanına malik idi və yaradırdı da. Bu qayğıların, köməkliklərin içində Elviraya ən çox ləzzət eləyən və yadında qalan bu olmuşdu ki, professor İbrahim Sultanzadə — dağdan ağır o boyda kişi, özünün «əmilik», əslində isə atalıq borcu bilərək o vaxt institutun direktoru olan Aslanzadənin yanına gəlmiş, Elviranı burada işə düzəltmişdi. İndi Elviranın üç uşağı vardı. Sonuncusu qız idi, Xəncər xanım isə iki il əvvəl ölmüşdü. Elvira əri Bəybala və üç uşağı, Xəncərin pulu ilə — əlbəttə, İbrahim də xeyli kömək eləmişdi — tikilmiş kooperativ evdə yaşayırdı. Köməyi yox idi, qızı körpə idi deyə Elvira arabir işdən yayınırdı və Nadirə də, bir qadın kimi onu başa düşdüyündən, çoxusu da Xəncər xanımın xatirinə üstünü vurmurdu, hörmət eləyirdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, onuncu fəsil

Dünya xanım az bir müddət içində təzə həyata, ev-eşiyə isinişmişdi, uyğunlaşmışdı. Elə sərbəst gəzib-dolanırdı ki, deyirdin bəs on ildi bu evdə, bu adamların arasında yaşayır. Deyib-gülən, dərd-qəm çəkməkdən uzaq, «bu gün varsan, gününü xoş keçir, sabah nə olacaq, olacaq» — deyə düşünən bir qadın təsiri bağışlayan Dünya xanım Nəcməddinin cah-calalını görüb az qala ağlını itirmişdi. Yatıb yuxuda da görə bilməyəcəyi, təsəvvürünə belə gətirə bilməyəcəyi bir səadət, bəxtiyarlıq onun cavan könlünü sehrli-sirli duyğularla doldurmuş, əvvəllər dörd divar arasında təklikdən, qüssədən solğunlaşmış sifəti indi çıraq kimi yanmağa başlamış, qara gözlərinə sanki nur seli axıb tökülmüşdü. Bəxtəvərlik onsuz da gözəl olan Dünyanı daha da gözəlləşdirmiş, sonalaşdırmışdı. O, nağıllardan, əfsanələrdən uça-uça gəlib bu həyət-bacaya, Nəcməddinin çiyninə qonmuş bir mələk kimi öz qoca ərinin ömrünü də nağıllaşdırmış, əfsanələşdirmişdi. Nəcməddin təzə eşqə düşən bir cavan oğlan təki xəyalpərvər olmuş, nikbinləşmiş, geyim-keciminə, yeməyinə xüsusi fikir verməyə başlamış, hərəkətlərində, yerişində-duruşunda çeviklik əmələ kəlmişdi. Taleyindən, yaradanından isə elə razı idi ki... «Yaradan var, vallah, var!—deyirdi öz-özünə. — Məni unutmadı o, səadət verdi mənə, ömrümü-könlümü işıqla-sevinclə doldurdu mənim. Səni tanımayana lənət, ya rəbbi!» Nəcməddin Dünyanın böyür-başında yenicə ailə qurmuş cavan ər kimi hərlənir, xəlvətə düşən kimi gəlini sonsuz bir həvəs və eşqlə bağrına basıb öpür, qucağına götürüb körpə uşaq sayağı fırladır, çarpayının üstünə atıb başını sinəsinin üstünə qoyub sevincindənmi, həyəcanındanmı titrəyə-titrəyə onu əzizləyir, nəvazişlər içində itirib-batırır, sonra ipək təki yumşaq saçlarından tutmuş ayaqlarına qədər duz kimi yalayırdı; yorulub qalxanda isə Dünya xanım kişinin gözlərindən axan yaşı görüb təəccüblənirdi. Bütün bu müddət ərzində sonsuz nəvaziş içində, əzizlənmələr içində əriyib yumşalmış, uşaqlaşmış, gülməkdən, qıdıqlanmaqdan uğunmaq dərəcəsinə gəlmiş Dünya xanım dünyada heç qadının heç bir kəs tərəfindən belə dəlicəsinə sevilə bilməyəcəyi hissindən sonsuz dərəcə biixtiyar olaraq Nəcməddnnin yaşarmış gözlərindən öpə-öpə, onun mirvari göz yaşlarını, demək olar ki, dili ilə qurudaquruda deyirdi:– Daha niyə ağlayırsan, ay dəli?

9 min
Birinci hissə, on birinci fəsil

Gecə saat onu keçmişdi. Divar saatının yeknəsəq çıqqıltısından başqa otaqda heç bir səs-səmir eşidilmirdi. Bəbir barmaqlarının yazmaqdan keyidiyini hiss eləyirdi, ancaq fikirlərini kağıza köçürmək, «Nə etmək lazımdır?» adlı nəzəri-siyasi məqaləsini qurtarmaq istəyirdi. Dörd sutka idi ki, yazırdı, həvəslə, şövqlə yazırdı, Söz üçün axtarmırdı, çünki hər şeyi ölçüb-biçmiş, demək olar ki, əvvəl beynində yazmışdı. Məmləkətin iqtisadi-ictimai vəziyyəti ona beş barmağı kimi bəlli olduğundan heç bir çətinlik çəkmir, faktları kəskin dillə qələmə alır və yazdığı çap olunandan sonra qopacaq hay-küyü, tufanı göz önünə gətirir, ürəyi həm fərəh, həm də kədər hissilə dolurdu. Ona görə sevinirdi ki, onu oxuyan nə qədər adamın gözü açılacaq, tərəfdarları, dostları çoxalacaqdı. Kədərlənirdi, ona görə ki, düşmənləri də çoxalacaqdı; özü də bunlar adi düşmənlər olmayacaqdı; pullu, vəzifəli adamlar olacaqdı, hökumət olacaqdı; şübhəsiz, şahənşahın da qəzəbinə səbəb olacaqdı bu məqalə. Amma çəkinmək lazım deyil, hücumu bir an da zəiflətmək olmaz, geri çəkilmək olmaz — Bəbir belə düşünürdü və yazırdı. Nəhayət, son cümləni yazıb nöqtəni qoydu. Sonsuz sevinc içində şirin-şirin gərnəşib keyimiş barmaqlarını açıb yumdu, qaraya baxmaqdan, yuxusuzluqdan şişib qızarmış gözlərini ovuclarının içi ilə ovxaladı...Yazılmış vərəqləri dəcləyib bir-birinin üstünə yığaraq fərəhlə baxıb gülümsündü... Xəyala getdi... Qəzet səhifələri... Sonra əl-əl gəzən qəzetləri... gördü...

10 min
Birinci hissə, on ikinci fəsil

– Məleykə, ay Məleykə!Yan otaqdan Məleykə cavab verdi:

11 min
Birinci hissə, on üçüncü fəsil

Dünya cənnətə düşmüşdü. Hər şey gözünü oxşayır, ürəyini sonsuz bir fərəh hissi doldururdu: ev canlı muzey idi. Səkkiz otaq dünyanın nadir əşya və şəkilləri ilə elə zövqlə bəzənmişdi ki, baxdıqca doymaq olmurdu, duyğularını, əsəblərini dincəldirdi. Vaxt ötüb-keçdikcə Dünya, nəhayət taleyinin üzünə həmişəlik güldüyünü tam aydınlığı ilə dərk edir, sevincindən yerə-göyə sığışmır, günbəgün qəşəngləşir, gül kimi açılırdı. Lakin bu səadətli günlər çox çəkmədi. Haradansa lənətə gəlmiş bir fikir axıb ürəyinə doldu və bəxtiyarlıq içində xumarlanan, nazlanan Dünyanın xoşbəxtliyinin üstünə gizli su çiləməyə başladı, onun qəlbini sıxdı, gözlərinə kədər kölgəsi saldı. Ona heç kəs güldən ağır söz deməmişdi bu evdə, kimsə xətrinə dəyməmişdi, gözün üstə qaşın var deməmişdi. Ancaq o, pərişan olmuşdu. Səbəbini isə özündən başqa heç kim bilmirdi. Əslində bu qorxu, pərişanlığın səbəbi özünə də tam aydın deyildi. Lakin ağıllı, uzaqgörən, həssas bir qadın olan Dünya tutqun, dumanlı şəkildə anlayırdı ki, onun bu bəxtiyarlığı əbədi deyil, tez keçib-gedəcək və başına sonralar olmazın müsibətlər gələcək. Anlayırdı və qorxurdu. Onu düşüncələrə qərq eləyən, gözlərinə yol çəkdirən də elə bu qorxu idi. Dünya düşünməyə başlamışdı ki, Nəcməddin qoca kişidir, ömrünün çoxu gedib azı qalıb, beş gündən, beş aydan, uzaqbaşı beş ildən sonra dünyadan köçüb gedəcək, o zaman Dünyanın qolundan tutub atacaqlar bayıra bu cənnətdən. Onun burda heç nəyə haqqı çatmayacaq — necə gəlmişdisə, eləcə də çıxıb getməli olacaqdı. O dəhşətli günü gözünün qabağına gətirdikcə, xəyalında canlandırdıqca yazıq varından yox olur, əhvalı pozulur, yuxusu ərşə çəkilir, tikəsi boğazında qalırdı.Nəcməddin onunla kəbin kəsdirməmişdi, Dünya neçə dəfə işarə eləmişdisə də, kişi özünü o yerə qoymamış, nəhayət bir dəfə qəti fikrini bildirmişdi:

8 min

Poems by other poets