Oğul, qızpərvazlanıb uçdu,şəhərə köçdü.Quşlar qayıdır baharda;doğulduğu yurdainsan qayıtmağı xoşlamır.Əlacı olandaheç nəyi qayıdıbtəzədən başlamır.Nənəm kənddədi,demirəm yaşıyır,hələ nəfəsi var nənəmin.Bir dəstə oğlu, qızıdüzün-düzün nəvəsi var nənəmin.Məhləyə burulancığırı da qaçıb, yox olub.Doqqazının basdırmasıyorulub yıxılıb,Doqqazında otdizə çıxıb.Nənəmin təkliyiyaprıxmış çəpərimizə çıxıb, –ağı deyir.Nənəmin təkliyidamını ot basmış,suvağı qopmuşev kimi inildəyir.Nənəmin canına yatmırşəhərdəki evlər,şəhərdəki su,balalarının şəhərdəki qayğısı.Gələn kimi azarlayır,kənd deyib zarıyır.Kənddə də təklik

Tavandan hörümçək torukimi sallanır.Təklikdən evin işığıgecə-gündüz yanır.Təklikdən evinpilləkəni sınıb.Bir dəstə oğul-qız anası nənəmyaşayır kənddətəkliyə sığınıb.Səhər – tək,axşam – tək;bir gecətəkliyin qolları üstəcan verəcək...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets