Oyanmaq ümidiləyatıram hər gecə.Oyanmamaq da olarelə-beləcə…Amma, oyanıram…əhdim var.Sıxıram dan ulduzunun əlini,Səhər küləyiKüçədən-küçəyə,avtobusdan-avtobusaatır məni,iş yerinə qədər.Salam, Səhər!Salam, Günəş!Bir də görüşdük…Əlim işdə, fikrim işdə,Bəs xəyalım?!Xəyalımı saçaq-saçaqYolda itirdim,toplamağa yoxdur macalım.«Görəsən süd aldımı anamnəvələri üçün?»«Vyetnamdan nə xəbər, görəsən?»«Kennedinin qatilini tapdılarmı?»«Avtobusda adam çox idi».«Qış elə birdən-birə düşdü,yaman soyuqdu…»«Konduktor necə acıdildi».«Nə yaxşı rast gəldim köhnə dostuma,çoxdangörüşməmişdik».«…Biz də beşgünlüyə keçdik».«İlkinə oyuncaq maşın almalıyam,Orxana köynək…»«Maaş gecikəcəkmi görən?»«Evə zəng elə beşdə»,Əlim işdə, fikrim işdə…Oyanmaq ümidiləYatıram hər gecə,

Oyanmamaq da olarelə-beləcə.Amma, oyanıram, əhdim var.Oyadır hər səhərMəni qayğılar.

Bakı, 1967

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets