Kitab
Var oldu ki, tabgətirərsən hər əzaba
İnsanı insan eləyər mərifət, elm, bilgi, kitab,Kitab rəfinə düzülən bər-bəzək deyil ki, kitab?
Nizami, Füzuli, Sabir kitaba dönüb yaşayır,İnsanın ən böyük kəşfi sayılsın ilkin, ilk kitab.
Kitab gərək kitab olsun, cömərd olsun, aslan olsun,Düzü-dünyanı tutub, namərd kitab, tülkü kitab.
İndi hər yerindən duran qələm alıb kitab yazır,Çoxalıbdı nadan kitab, cahil kitab, yüngül kitab.
«Ana dili» də kitabdır, «Anayasa» da kitabdır,Var asari-ətiqə, qədim, var bildir ki, bu ilki kitab.
«Kitabi-Dədə Qorqud»a bax, gör özünü, kökə qayıt!Kitabın da soyadı var, dürrdür əsil-köklü kitab.
Kitablar kitabı-kitab, «Qurani-Kərim» də vardır,Ayələri gün işığı ulu Tanrı körklü kitab.
Yanvar, 2006
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-sadiq-kitab
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Wisdom and advice
Yemiyək, içmiyək, boş sözlər danışmayaq,Möhtac olluq düşmənə biz egər çalışmayaq.
Nə bilsinAy üstə, gün üstə söyləyən aşıq,Türkünü bilməyən, farsı nə bilsin.
Dördü nəOn altı gözəlin seyrinə vardım,Gözüm düşdü gözəllərin dördünə.
AyrılıqAh, kim könlüm binasın etdi viran ayrılıq,Qıldı əhvalım yaman, hər vaxtı, hər an ayrılıq,