Ömrə bel bağlama, ömür əzəldənAmana bənd olub, aman, ay aman!Ölüm qaşnan-gözün arasındadır,Yaxşıya yaxşı ol, yamana yaman.

Danma el-obanı, danma nəslini,Tutsun Kərəm kimi gözün Əslini.Ayır astarından sözün əslini,Gətirmə heç vədə gümana güman.

Yaşa bu dünyada sən comərdyana,Qəlbinin odunda gərək dərd yana.Sadə ol, məğrur ol, axma dörd yana,Dağa dağ deyiblər, dumana duman.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets