Paxıllıq dəryası dərindir, girmə,Sahilə çıxarmaz bu nəfəs səni.Çalış ta indidən nəfsini öldür,Yoxsa öldürəcək bu nəfs səni.

Ömürdür hər günə, aya darılma,Toyuna çal-oyna, vaya darılma!Qismətinə düşən paya darılma,El-oba sevməyib paydan küsəni!

Qoy hər gün qəlbinə bir sirdaş artsın,Qoyma bir qapıya kimsə daş atsın.Təmiz ürəkli ol, təki yaşatsın,Təmiz çörək səni, təmiz su səni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death