Hayıf səndən, Balasadıq!Hayıf sənə, Balasadıq!Sən gedəli, sənin kimiŞerə, sözə canı yanan dərd əhli yox!Biri məşğul, biri «dahi»,Biri paxıl, biri soyuq,Eyham qanan bir kimsə yox!Şerin təşbeh siqlətinə,Mübaliğə sambalına,Tab gətirən adam azdır.Görürsən ki, ya oxumur,Ya oxuyur, başa düşmür.Çünki, kökündən dayazdır.O kəslər ki, əhli-qələmdirlər guya,Mən bu şerri oxuyandaGetmişdilər daş yuxuya.

Sən gedəli,Elə həmən-həməndi o,O sənin gördüyün həyat.Eşit, eşit bu şerimi,Yenə də qal mat-məəttəl,Amma, gəl!

Dolan bir də bu dünyanı,Gördüyünü bir daha gör,Tanıyırdın – bir də tanı!

Yenə haqq söz – aciz, nökər,Yenə yalan – zalım, ağa.Bunlar burda gün altında, aydınlıqda,Sənsə orda kor zülmətdə, haqq yerində.Onlar üzdə,sən dərində.Sən Allah, gəl,Bu misraya diqqət yetir!Gəl ki, bizi ayırmasın ölüm-itim.

Gəl, fikir ver,Kaman sözdən atılan buTək-tək tənə oxlarına.Gəl sinə gər,Bu lallığa, laqeydliyə,Gəl, asi ol, Yerə-Göyə,Gəl, görk olsunbu gəlişin çoxlarına!

Yox-yox. Dayan, səbr elə,Bir misra şeir xətrinə,Dəyərmi, gör qayıtmağa –Bu əzab yurduna yenə.

Burda düyünlə alnını,Burda qaşlarını çat,Qayıt yenə, öz yerinə!Baxma şair dostlarının göz yaşına,Torpağını çək başına,ol rahat!

Sentyabr, 2003

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets