Canə basdım qönçəvəş peykanını, ey tazə gül
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Canə basdım qönçəvəş peykanını, ey tazə gül,Dözmək içün hicrinə düzdüm dəmirdən bir könül.
Vəh nə sairsən ki, oddan su çıxardın, sudan od,Tərlədib rüxsarını gül-gül qılanda tabi-mül.
Yandırıb əczayi-tərkibim, külüm verəsən yelə,Yox yolundan dönməgim, varım sənindir cüzvi küll.
Mərdümi-çeşmim yığar navəklərin mümkün sanırOl ağaclar birlə tutmaq əşk dəryasinə pül.
Ey könül, lövhi-əməl nəqşi-bəqadən sadədir,Fani etmə ömrün ol sevdadə kim, baqi degül.
Surətaray olma, təhsili-kəmali-mə’ni etKim, bəhayim növ’ün etməz adəmi zərbəft çül.
Nola dersəm qədr ilə əfzun Məsihadən səni,Yerü göy mizan olub fərq olmuş ağrdan yünül.
Atəşi-dil öylə suzandır ki, basmaz hiç kim,Rəhm edib navəklərindən özgə zəxmim üzrə kül.
Maqta — the closing couplet bearing the poet’s pen name. Hasilin əvvəl qəmi-canandı axir təki-can,Bu imiş qismət, Füzuli, xah ağıla, xah gül.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-cane-basdim-qonceves-peykanini-ey-taze-gul
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Sərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
Qəzəl: Ötən ay gəlmişidim şəhrə, ey Raci, hilal-asaÖtən ay gəlmişidim şəhrə, ey Raci, hilal-asa,Məni üryan ü ləğər görcəkin el baxmadı əsla
ƏrizəEy Cavanşir mülkünə sultan, baüzzü vüqarCanişin Hacıbəy Sultan, cənab Şahmar
Mürəbbe: Sevdim bir cavan on dörd yaşındaSevdim bir cavan on dörd yaşındaO tərfə çağına qurban olduğum