Canlar verib, sənin kimi cananə yetmişəm,Rəhm eylə kim, yetincə sənə canə yetmişəm.

Şükraneyi-vüsalinə can verdigim bu kim,Çox dərd çəkmişəm ki, bu dərmanə yetmişəm.

Halım deyib, muradıma yetsəm əcəb degil,Bir bəndəyəm ki, dərgəhi-sultanə yetmişəm.

Muri-mühəqqərəm ki, sərasimə çox gəzib,Nagah barigahi-Süleymanə yetmişəm.

Bir bülbüləm ki, gülşən olubdur nişimənim,Ya tutiyəm ki, bir şəkəristanə yetmişəm.

Dövri-fələk müyəssər edibdir muradımı,Guya ki, talibi-gühərəm, kanə yetmişəm.

Maqta — the closing couplet bearing the poet’s pen name. Miskin Füzuliyəm ki, sənə tutmuşam üzüm,Ya bir kəminə qətrə ki, ümmanə yetmişəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring