Bu, Növfəlin Leyli həşəmətlə rəzm etdigidir və rəzmdə qalib olmayıb sülhə əzm etdigidir
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
Novfəl ki, eşitdi bu cəvabı,Tərk eylədi şahidü şərabı,
Cəm etdi sipahi-binəhayət,Çaldırdı nəfırü çəkdi rə'yət.
Ol qövm bəm oldular xəbərdar,Cəm eylədilər sipahi-xunxar.
Rəf oldu iki tərəfdən azərm,Həngameyi-rəzmi etdilər gərm.
Bir sübh ki, qıldı xosrovi-RumŞam əhünə Hind fəthini şum;
Səyyarədən aldı mehr meydan,Çaldı qılıncın, götürdü qalxan,
Gün xəncəri oldu aşikarə,Gərdun zirehini etdi parə,
Şətrəncsifət ol iki ləşkərBir-birinə durdular bərabər.
Gəh nizə qılırdı cansitanlıq,Gəh navək edərdi xunfeşanlıq.
Ol bənzər idi qədi-nigarə,Bu qəmzeyi-dilfiribi-yarə.
Eylərdi zəbani-tə'ni-şəmşirƏhvali-ədəm vücudə təqrir.
Əhvalına xəlqin ağlayıb zar,Çeşmi-zireh olmuş idi xunbar.
Gürz ilə olurdu xürd hər su,Cövşənlərü üstüxani-pəhlu.
Rəzm oldu bəla yağışlı bir miğ,Rə'dü bərqi tüfəng ilə tiğ.
Göstərdi güzar gürzü peykan,Qalxanda zireh, zirehdə qalxan.
Məcnun olara qılıb nəzarə,Çəkmişdi özünü bir kənarə,
Durmuşdu ələmmisal bibak,Bir ərsədə şərmsarü qəmnak.
Çəkmişdi bu ləşkər içrə rayət,Ol ləşkər üçün dilərdi nüsrət.
Bunlar ilə hay-huy edərdi,Fəth onlara cüstcuy edərdi.
Bu ləşkər ona müinü qəmxar,Ol talibi-fəthi-ləşkəri-yar.
Gər öz sipəhində görsə məqtul,Şükr eyləməyə olurdu məşğul.
V'ər görsə qətili-qövmi-dildar,Dərd ilə qılırdı naləvü zar.
Səbzə kimi, olsa gər müyəssər,Öz ləşkərinə urardı xəncər.
Bir kimsə dedi ki: "Ey siyəhruz!Xəsmini dilərmi kimsə firuz?
Biz can qılırız yolunda pamal,Sən düşmən üçün dilərsən iqbal?
Əqlə bu iş eyləməz dəlalət,Gər aqil isən, nədİr bu halət?"
Məcnun dedi: "Mən fədayi-yarəm,Vəslinə onun ümidvarəm.
Çün ləşkəri-yardır qılan rəzm,Ol rəzmə nə layiq eyləmək əzm?
Çün dust sipahidir edən cəng,Düşmənliyə xoş degildir ahəng.
Xoşdur ki, bulam vüsalə fürsət,Yarım tərəfində ola nüsrət.
Canım ola dust dilpəziri,Ya küştəsi ola, ya əsiri.
Bu mə'rəkədə nişatməndəm,Ol silsilədə əsiri-bəndəm.
Müşkül işə olmuşam giriftar,Əğyarım yarü yarım əğyar.
Gər qətlimə dust çəksə şəmşir,Yox məndə rizadan özgə tədbir.
Xoşnud degilmiyəm bu haləKim, canı verəm, yetəm vüsalə?!"
Çün böylə cəvab eşitdi sail,Ol fəzlü kəmala oldu qail.
Gəldikcə olub ziyadə aşub,Az qaldı ki, Növfəl ola məğlub.
Əlqissə, müyəssər olmayıb kam,Ol gün cədəl oldu sübh ta şam.
Çün oldu əyan təliəyi-şəb,Meydani-sipehri tutdu kövkəb.
Asayişə hasil oldu fürsət,Can almağa verdi mərg möhlət.
Hər səf bir arada tutdu mənzil,Bir-birinə qondular müqabil.
Həmdəmlərə razın açdı NövfəlKim: "Müşküli-halımı qılın həl!
Mən əşcə'i-əhti-ruzigarəm,Xurşidi-sipehri-karzarəm.
Yox kimsədə tabi-tiği-tizim,Əndişeyi-taqəti-sitizim.
Bu rəzmdə bilməzəm nədir halKim, fəthimə nüsrət eylər ehmal?
Əlbəttə ki, Həq rizasıdır bu,Bir əhli-Həqin duasıdır bu".
Ərz eylədilər ki: 'Ey cahandar!Məcnundan olubmusan xəbərdar?
Biz can qılırız onun fədası,Ə'damızadır onun duası.
Biz qəsd edəriz onun muradın,Ol düşmənə bağlar e'tiqadın".
Növfəl ki, eşitdi ol kəlamı,Qalmadı ol əmrə ehtimamı.
Bilmişdi ki, sahibi-nəzərdir,Əlbəttə, duası mö'təbərdir.
Bildi ki, müyəssər olmaz ol kam,Tə'sir qılır dua sərəncam.
Çün vəsl degildi hökmi-təqdir,Müşkül ki, əsər verəydi tədbir.
Vəhm etdi ki, mün'əkis ola hal,Rəzmində mübarək olmaya fal.
Kirdarını görmədi münasib,Nəzr etdi ki, gər olursa qalib,
Zikr etməyə dəxi Leyli adın,Tərk edə bu əmr üçün inadın.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-leyli-ve-mecnun-43
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Hər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər
GözlərinƏqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,