Qansı mahin bilməzəm mehrilə olmuş zar sübh
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Qansı mahin bilməzəm mehrilə olmuş zar sübh,
Hər gün eylər xəlqə bir daği-nihan izhar sübh.
Batdı əncüm, çıxdı gün, ya bir əsiri-eşqdir,
Tökdü dürri-əşki, çəkdi ahi-atəşbar sübh.
Nola gər əmvatə ehya versə sübhün dəmləri,
Zikri-ləlindir kim, eylər dəmbədəm təkrar sübh.
Bir müsəvvirdir ki, zərrin kilk ilə hər gün çəkər,
Səfheyi-gərdunə nəqşi-arizi-dildar sübh.
Müjdə bir xurşiddən vermiş məgər badi-səba,
Kim nisyə eylər ona yüz min düri-şəhvar sübh.
Aşiqi-sadiqdir, izhari-ğəm eylər hər səhər
Ah ilə xəlqi yuxusundan qılır bidar sübh.
Ey Füzuli, şami-qəm əncamına yoxdur ümid,
Bir təsəllidir sənə ol söz ki, derlər var sübh.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-qansi-mahin-bilmezem-mehrile-olmus-zar-subh
Use ← → keys to move, R for a random poem
More by this author
Gördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadı.Sayə tək bir yerdə durmağa qərarım qalmadı.
Görməsəm hər söz açanda ol güli rəna üzünGörməsəm hər göz açanda ol güli-rəna üzün,Göz yumunca əşki-gülgunim tutar dünya üzün.
Görüb mühlik mənim çevrəmdə bəhri-eşq tüğyanınGörüb mühlik mənim çevrəmdə bəhri-eşq tüğyanın.Qaçıb bir dağə çıxdı Kuhkən, qurtarmağa canın.
Ləbin əksi gözüm yaşini mey tək laləgun etdiLəbin əksi gözüm yaşini mey tək laləgun etdi,Zənəxdanın muradım dəstgahın sərnigun etdi.
Poems by other poets · Love
Mari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Ey dil, barı meyxanə sarı bir güzər eyləEy dil, barı meyxanə sarı bir güzər eyləGör məstlərin haləti-vəcdin, nəzər eylə.
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.