Qıldı zülfün tək pərişan halimi xalin sənin
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Qıldı zülfün tək pərişan halimi xalin sənin,
Bir gün, ey bidərd, sormazsan: nədir halin sənin?
Getdi başından, könül, ol sərvqəddin sayəsi,
Ağla kim, idbarə təbdil oldu iqbalin sənin.
Zinət üçün cism divarında etməzdim yerin,
Çəkməsəydi eşq can lövhində timsalin sənin.
Tiz çəkməzsən cəfa tiğin məni öldürməyə,
Öldürər axır məni bir gün bu ehmalin sənin.
Qərqi-xunabi-cigər qılmış gözüm mərdümlərin,
Arizuyi-xali-mişkinü rüxi-alin sənin.
Damigahi-eşqdən tut bir kənar, ey mürği-dil,
Sınmadan səngi-məlamətdən pərü balin sənin.
Sayəvəş çoxdan, Füzuli xaki-payin yaslanır,
Budur ümmid ilə ki, bir gün ola pamalin sənin.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-qildi-zulfun-tek-perisan-halimi-xalin-senin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Doğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
Ey könülTa keçəl-küçəllər oldu imdi yarın, ey könül!Qarə oldu yar əlində ruzigarın, ey könül!
Vükəlayi-millətəGətməsə Batmanqılıc tranə, nəzm etməz qəbul,Cəlb edək ol zatı iovriyyəlle, Allah eşqina.
Qu quşunun nəğməsiDeyirsən: “Məhəbbət şerlərininHamısı qısadır – bir bənd, iki bənd”