Üçüncü məclis
Page 2 of 2 · 50%
İkinci Irakli (ayağa qalxıb). Get, hər nə dedim öz şahına yetir. Xoş gəldin. (Elçi çıxır.) Siz Allah, bir rövşən dünyaya tamaşa edin. Dünənki xacə, Kərim xanın pişxidməti padşahlıq arzusuna düşüb Keyxosrov, Keykavus məsnədində əyləşib, Gürcüstan padşahının adını vali qoyub, ona hökm yazır, hökm!.. (Ağa Məhəmməd şahın kağızını cırır.) Tarmar olasan sən, ey çərxigərdun! Qara yas libasına dönsün sənin buludların! Gurultun cəlalları pozulmuş, şövkətlərindən düşmüş bədbəxt hökmranların ciyər sədalarına bənzəsin! Bərqin Tehranla Qarabağın arasında xacə istibdadından düzlərə dağılan yetimlərin ahının şöləsi olub, səni yandırıb puç etsin! Puç, puç!.. Ey insafsız, mürüvvətsiz fələk!.. Baranın minlərlə günahsız qırılmış balalar və qardaşlar üstündə tökülən anaların, bacıların göz yaşlarına dönsün! Ulduzlarının hər biri bir sağalmaz yara olub, sənin namərd bədənini əridib yox eləsin! İnsafa gəl, ey biinsaf fələk! Gözlərini bir aç, ey kor fələk! Gör dünyada nə qəhti-ədalət törədibsən! Rəva deyil ki, gədalar padşah mərtəbəsinə çatıb, padşahlara fərman yazalar! Bax, belə fərman, belə fərman! (Ağa Məhəmməd şahın kağızının parçalarını tapdalayır.)
Tavad Sereteli (irəli yeriyir). Padşah sağ olsun, darıxdırmayın ürəyinizi, sizin bu səngərdə hirslənməyin sizə ziyanı var. Allah kərimdir, ümidini Allaha bağla.
İkinci Irakli. Əlbəttə, Gürcüstanın Allahı böyükdür. Heç vədə qəbul etməz ki, Gürcüstanın övrətləri, uşaqları dübarə İran qoşununun qabağında pay-piyada qoyun sürüsü tək İsfəhana gedə. Mənim əvvəl ümidim Allahadır, sonra qoşuna. Öz oğlanlarımı və bir qoca canımı vətənə Qurban demişəm. Qeyrət yeridir, həzərat! Namus yeridir! Namus! Namus! (Bihalət yıxılır səndəlin üstünə.)
Pərdə
İkinci məclis
Tiflisin ətrafı. Pərdə qalxanda bərk top-tüfəng səsi gəlir. İkinci İrakli uca yerdə durub,
yanında Tavad Amilaxvari, Tavad Maçabeli və üç ayrı sərkərdə.
İkinci Irakli. Qoşun şir tək dava eləyir. Tiflisin yolunu oğlum David kəsib və onun toplarının nərəsinin müqabilində Ağa Məhəmməd iki gətirdiyi qoşunca qoşun gətirsə, davam edə bilməz. Qoşunun yasarında Tavad Muxrani deyəsən acizlik göstərir. Bu saat bir adam getsin, ona yetirsin ki, möhkəm dursun. Sərkərdələrdən biri gedir.
Tavad Amilaxvari. Padşah sağ olsun, biz qoşunu üç dəstə etmişik. İranın qoşunu on dörd dəstə olub.
İkinci Irakli. Gürcüstan qoşunu hamısı canından keçib. Canından
keçmiş qoşunun müqabilində İran qoşunu hər neçə dəstə olsa,
davam edə bilməyəcək. Ələlxüsus Sereteli səkkiz min qoşunu ilə dalda durub, hər anda özünü köməyə yetirməyə hazırdır.
Tavad Amilaxvari. Padşah sağ olsun! Bir söz demək istəyirəm. Amma dilim gəlmir.
İkinci Irakli. Nə olub? De görüm!
Tavad Amilaxvari. Solomon padşah bizə xəyanət edib.
İkinci Irakli. Necə, xəyanət?
Tavad Amilaxvari. Göndərdiyi qoşun cümlətanı iki min adammış.
Tavad Sereteli qoşunu topa-topa edib düzlərə dağıdıb imiş ki, çox görünsün. Bu gecə özü də, qoşunu da çıxıb qaçıblar və yollarda da hər nə kənd-kəsək görüblər, hamısını soyub, xaraba qoyub ötüblər.
İkinci Irakli. Ay namərd insan! Allah bu davadan məni salamat qurtarsın, əvəzində yaxşı qulluq edərəm. (Sərkərdəyə) Tavad Maçabeli, dayanma, min atını, çap qoşunun başından ayağına, hamıya ürək ver! Deginən ki, Gürcüstanın ümidi bir Allahadır, bir də öz gücünə. Qoşun ürəklə dava eləsin. (Maçabeli gedir.) Ey bivəfa Solomon!
Tavad Amilaxvari. Padşah sağ olsun, bir qoşunun qabağına bax, gör sənin nəvən Yuhan nə rəşadət göstərir. Bu rəşadətin axırı, inşallah, fəthdir.
İkinci Irakli (ucadan). Qoçaq balam, möhkəm dur! Qorxma, Allahın əli bizim üstümüzdədir! Afərin, Yuhan! Tavad Amilaxvari! İranın üç bayrağı ələ keçdi, budur gətirirlər. Ay sənə Qurban olum, Yuhan! Amma qoşun, deyəsən, zor eləyir. Şahzadə Daviə bir atlı göndər, desin topların bir neçəsini dağın başına çəkib, İranlıları təngləşdirsin.
Tavad Amilaxvari. Padşah, dağın başına dürüst nəzər yetir. Şahzadə Davidin beş topu orada guruldayır.
Tavad Maçabeli (üç bayraq gətirir). Şahzadə Yuhan tərəfindən padşahın xaki-payinə bu üç İran bayraqlarını yıxıram. İnşallah, İran qoşununun hamısı bu bayraqlar tək sənin xaki-payinə yıxılacaq.
Orbeliani (bir nəfər qoşun əhli özünü yetirir). Padşah sağ olsun, evimiz yıxıldı. Ağa Məhəmməd xan tərəfindən hökm oldu, on iki min Mazandaran atlısı hücum elədi. Bir bax, gör qoşun necə pərakəndə olub dağılır.
İkinci Irakli (ucadan). Ey mənim öz ziri-dəstimdən olan qoşun, nə durubsunuz? Vətən namusu əldən getdi! Vurun özünüzü qabağa! (Qılıncı çəkib enir.)
Tavad Amilaxvari (İraklini saxlayıb). Padşah sağ olsun, dayan! Doğrudur, qoşunumuz basıldı, padşahzadələr əhatə olunub, amma cəmi rəiyyət sənin rəşadətinə bələddir və hamı bilir ki, sən vətən, millət yolunda ölməyi xoşbəxtlik hesab edirsən. Bir belə bədbəxtliyin müqabilində ki, vətənə üz verib, sən də öz ölməyinlə vətənin qəmini artırma! Sənin vücudun vətənə, millətə lazımdır.
İkinci Irakli. Millət əldən gedəndən sonra, mənim vücudumun qalmağının faydası yoxdur. (Özünü vurur qoşuna, sərkərdə dalınca.) Yuhan (gəlib təllin üstünə çıxır). Bəs babam necə oldu? Yoxsa onu da öldürdülər? Bu nədir görürəm? Deyəsən babamı İranlılar əhatə edib, tutmaq istəyirlər! Qoymaram tutalar! Gərək mənim üstümdə qalan üç yüz qoşun da yox ola ki, babam əsir ola! (Nərə vurur.) Ey mənim qardaşlarım! Padşah əsir olur, qoymayın! (Qılınc çəkir, təllin üstündən enib gedir, top-tüfəng səsi ucalır. Bir azdan sonra Yuhan Iraklini gətirir). Baba, yaralanmayıbsan ki?
İkinci Irakli. Yox, bala, yaralanmamışam. Niyə qoymadın məni öldürələr, vətəni bu halətdə görməyim?! Yuhan. Yox, baba, nə qədər vətənin nəfəsi var, sən ona lazımsan!
İkinci Irakli. Təbil vurun, qoşun çəkilsin! Davidə xəbər verin nahaq yerə güllələrini sərf etməsin. Topları götürsün, çəkilsin dağlara. Tiflis əhalisinin hamısına xəbər edin ki, durmayıb hər nə maehtacları var, götürüb şəhərdən çıxsınlar. Ax, namərd dünya! Namərd Solomon!
Gedirlər.
İranın qoşunu səhnədən ötür. Ağa Məhəmməd şah Qacar yanında bir
neçə sərkərdə gəlib, çıxır təllin üstünə.
Ağa Məhəmmədşah Qacar. Afərin Gürcüstan qoşununa! And olsun Məhəmmədhüseynxanın qəbrinə, bir belə dava etmişəm, bu rəşadətlə dava edən düşmən görməmişəm! Afərin! Ey İranın qəyur qoşunu, daha sizin vəzifəniz qurtarır. Vurun özünüzü Gürcüstanın paytaxtı gözəl Tiflisə. Zirüzəbər edib, gərək daşı daş üstündə qoymayasınız. Gərək bu gün Gürcüstana məhşər gününün nümunəsini göstərəm. Üç gün qoşuna qarət izni verirəm. Amma, məbadə kəlisalara əl vurasınız... Kəlisa Allahın evidir, ehtiramı – müsəlmana vacibdir. Övrət, uşaq hər nə ələ keçsə əsir edərsiniz. Qocaları qılıncdan keçirərsiniz! (Sərkərdəyə) Sadıq xan, binagüzarlıq bu gün səninlədir. Gərək sən girəsən şəhərin içinə.
Sadıqxan. Baş üstə, qibleyi-aləm!
Ağa Məhəmmədşah Qacar. Ələ keçən əsirlərin hamısını itaətə gələn xanlara bağışlayacağam ki, satıb pullarını xəzinələrinə qoyub, mənim iltifatımı görsünlər. Qoşunun dal tərəfi salamatdır. Cəmi qoşunu, hər nə var, doldurun Tiflisə, dörd tərəfdən od vursunlar. Dayanma, Sadıq xan, get. (Sadıq xan gedir.) Qoy Irakli və cəmi Gürcüstan İranın qüdrətini görsünlər. Gərək İraklini bir halətə salam ki, gəlib mənim ayağıma sürünə. Gərək Gürcüstana bir divan tutam ki, onun ancaq bir adı dünyada qalsın. (Məclisi alov işığı tutur.) Gərək nağıllarda danışılsın ki, bəli, Gürcüstan adında keçmişdə bir vilayət var imiş. (Şeypur səsi gəlir.) Nə şeypurdur?
Sərkərdə. Qibleyi-aləm! Vali tərəfindən elçi gəlir.
Ağa Məhəmmədşah Qacar. Qoşuna xəbər elə, elçiyə yol versin. (Sərkərdə gedir.) Yəqin, Irakli öz mənfəətini anlayıb, təbəiyyət etmək istəyir. Çox aqilanə iş görür. Həm öz canını qurtarır, həm camaatın canını.
Tavad Keyxosrov Aveliani (elçi sifətində daxil olub, kağızı verir). Gürcüstan padşahı İkinci İrakli tərəfindən xidmətinizə məktubdur.
Ağa Məhəmmədşah Qacar (oxuyur). Əgər sən özünü şah və cəmi İranın hökmranı hesab edirsən, nə üçün mənim paytaxtımı dağıdırsan və rəiyyətimi əsir edirsən? Əgər sən padşahsan, padşahanə rəftar et. Sənə lazımdır ki, fəthdən sonra camaata əminlik verəsən ki, ürəyi sənə yapışa. Sən, gəl mənim bu təklifimi qəbul et! Davanı dayandır. Əsirləri azad et. Sonra mən hazıram səninlə ittifaqnamə bağlamağa. Mən söz verirəm ki, bizim aramızda ittifaqnamə bağlansa, ona elə əməl edim, nə növ ki, mənim insafım, ürəyim və ədalətim mənə buyurur. Əgər mənim bu təklifimi qəbul etməyəsən, bil ki, mən ondan sonra Gürcüstanın hifzindən ötrü axıracan çalışacağam. Cəmi gürcü tayfasının ürəyi qisas arzusu ilə doludur. Və əlavə, Gürcüstanla həmməzhəb olan Rusiya heç vədə sənin Gürcüstana elədiyin zülmü qəbul etməz. (Elçiyə.) Gedib valiyi-Gürcüstana bizim də şərtlərimizi yetirərsən. Əgər qəbul etsə, biz söz veririk əsirləri azad edək. Tiflisdə dağılan evlərin təmiri üçün pul verək və vali ilə ittifaqnamə bağlamağı qəbul edək. Əvvəla, Qarabağdan Gürcüstana davaya gələnlərin verilməsi; ikincisi, öz oğlanlarının birini girov versin və üçüncü, Gürcüstan valilərinin əlinə Azad xandan keçən almazı göndərsin.
Gürcüstanelçisi. Mən padşah tərəfindən sizə cavab verməyə vəkiləm. Padşah, namusuna və səltənətinə toxunan heç bir təklifi qəbul etməyəcək.
Ağa Məhəmmədşah Qacar. Onda ixtiyar sahibidir. Gedə bilərsən. Xoş gəldin. (Elçi gedir) Elçini salamat ötürün, getsin. (İşıq artıb məclisi tutur.) Bəh, bəh, bəh!.. Nə gözəl çıraqbandır! Yan ey Gürcüstanın gözünün nuru, şairlər təbinin mayəsi, gözəl Tiflis! Yanginən, ta hurilərin gül çöhrəsinə bənzər şölən asimana bülənd olsun. Yanginən, ta afitabi-aləməfruz və cahangərd dastanını dünyanın hər qitəsinə yetirsin! Yanginən, ta buludlar səyyahları humaylar tamaşaya gəlsinlər! Sən də tamaşa et, ey uzaqdan almaz tək parıldayan Qaf dağı! Bu yanan sənin ürəyİndir! Tamaşa elə, ey qoca Şeyx Sənan! Gələcək zəmanələrdə ziyarətinə gələnlərə Tiflis macərasını nağıl elə! Qoy cəmi dünyada, yerlərdə, göylərdə zərb-dəsti Ağa Məhəmməd şah Qacar dillərdə söylənsin!
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-aga-mehemmed-sah-qacar-ucuncu-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
“Molla Nəsrəddin” jurnalı və xüsusən Cəlil Məmmədquluzadə haqqında xatirat yazmaq, demək, 27 sənə bundan işə düşmüş və 25 sənə dolanmaqda davam etmiş bir çərxi nəzərə gətirmək deməkdir. Bu çərxin mehvəri Mirzə Cəlil və onun jurnalı idi. Onun ətrafında ən yavıqlıqda dolananlar “Molla Nəsrəddin”in tərəfdarları, ona öz fikirləri ilə, qələmlə kömək verənlər idilər. İkinci sıra jurnalı oxuyanlar, ondan həzz aparanlar və onun rəvacına çalışanlar; üçüncü sırada “Molla Nəsrəddin” tərəfindən zərbələrə, taziyanələrə, istehzalara, tənqidlərə düçar olub olmazın föhşlərini verənlər, el arasında “Molla Nəsrəddin” haqqında növbənöv latayilat söyləyib iftiralar buraxanlar idi. Belə bir mühit içərisində “Molla Nəsrəddin” davam edib gəldikcə dostlarını artırıb, düşmənlərini zəif salmağa nail oldu.Hesabsız hədə kağızlarına, föhşlərə, həcvlərə, maddi və “mənəvi” vədlərə etina etməyərək öz tutduğu məqsəddən, məsləkdən bir qədər geri durmamaqla Mirzə Cəlil öz azacıq dostları ilə birlikdə axırda qalib gəlib, həmişəlik bir ad və Azərbaycan ədəbiyyatında xüsusi bir çığır – “Molla Nəsrəddin” dövrü qoya bildi.
Keçmiş günlərdənBirinci türk teatrosunu mən Şuşada 1881-ci il yay fəslində gördüm. Mənə necə təsir bağışladığından burada danışmaq istəmirəm; ancaq bunu demək istəyirəm ki, Qori seminariyasının tələbələri və oranı bitirmiş müəllimlər Şuşa teatrosunun birinci pionerləri olmuşlar. Onlar hər bir yay tətilində şəhərə toplaşdıqdan sonra, həvəskarlar adı ilə biriki tamaşa göstərirdilər. Başqa əsərlər olmadığından Mirzə Fətəlinin komediyalarından oynayırdılar; hasil olan paralar isə yoxsul tələbələrin mənfəətinə sərf edilirdi. O vaxtkı aktyorlardan ancaq Muxtar Muradovun – İndi də sağdır – adını çəkməyi burada lazım bilirəm.1892-ci il yay fəsli idi. Müəllimlər həmişəki qayda ilə toplaşıb Xandəmirovun “teatro salonunda” Haşım bəy Vəzirovun “Evlənmək su içmək deyil” adlı komediyasını oynayırdılar.
Ədəbi dilimiz haqqındaAxır zamanlarda ədəbi türk dili məsələsi yomiyyə bir məsələ surətdə meydana çıxmışdır. Azərbaycan türklərinin ədəbi bir dili varmı, ya yoxmu? Bu xüsusda bir neçə kəlmə söyləmək istəyirəm. Mənim aşağıda yazdığım sözlər mübahisəyə səbəb olarsa – daha da gözəl.1905-ci il inqilabınadək Azərbaycanda ədəbiyyat yoxluğunu cürətlə etiraf etmək olar. Nərimanovun, Qənizadənin və mənim tərəfimizdən beş-üç kitabça buraxılmışdırsa da bunlar dəryada bir qətrə hesab oluna bilərdilər. Türk dilində qəzetə və jurnal çıxarılmasına sabit çar hökuməti qəti olaraq icazə verməyirdi.
Məşədi Qulam qiraət öyrənirBir pərdə, iki şəkildəİştirak edənlər:
Poems by other poets
Müəllimlik — bu bir incə sənətdir,Bu yolu hər gedən olmalı incə.
Qəzəl: Bəh, baharın yenə gəldi yelin həmhəməsiBəh, baharın yenə gəldi yelin həmhəməsiQış keçib getdi o qar və külək və dəmdəməsi
Bala deyə mənSənə qurban olum, sodagər başı,Əcəb qaldım bir cüt bala deyə mən,
Gətirdi nəşeyi-mey, saqiya, nə şurə məniGətirdi nəşeyi-mey, saqiya, nə şurə məni,Ki, şövqi-arizi-canan çəkib hüzurə məni.