Ay Arif, başını qaldır bircə an,Gör zavallı atan nə həsrət çəkir.Açdığın qapıya boylanır anan,Bacın Səhər, Zöhrə nə zillət çəkir.

Anıb ağlamağa gözmü qalıbdır?Dinib, danışmağa sözmü qalıbdır?Dünyada utanan üzmü qalıbdır,Deyəm, tutduğundan xəcalət çəkir.

Hüseyn, ürəkdən yağ çəkilibdir.Şamama pozulub, tağ çəkilibdir.Sənətkara azmı dağ çəkilibdir,Bir oğul dağı da təbiət çəkir?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice