Həyat ətirli güldür,Gülümə qurban olum.Dağdı, dənizdi, göldü,Gölümə qurban olum.

Coşub, çağlayan könül,Açıb, bağlayan könül,Gülüb, ağlayan könül,Könlümə qurban olum.

Dağ sökülüb, – dedilər,Bel bükülüb, – dedilər– Arif ölüb, – dedilər,Ölümə qurban olum.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice