Page 2 of 2 · 50%

– Əcəmiyə tərəf döndü: – Neçə il bəsdi tikinti üçün?

– Bəs hökmdar sənədlərlə, sərdabənin layihəsilə tanış olmaq niyyətində deyil?

– Mən Əbubəkr oğluna inanıram. – Cahan Pəhləvan vəzirə baxdı, Səddəin Əsəd hakimin dediklərini başı ilə təsdiqlədi. Hökmdar sualını yenə təkrar etdi: – Neçə il bəsdi?

– Ən azı... on beş il.

– Ən çoxu on il.

– Azdır, hökmdar.

– Çoxdur memar! On il...Əsrin onda biri..

Əcəmi saray sahibinin qırımını görüb nə söz qaytardı, nə də şərtini dilinə gətirə bildi.

Əcəmi hökmdarla bir yerdə nahar edib saraydan çıxanda hava aydın idi. Səndəl ağacını qurşağından çıxarıb barmaqları arasında oynadırdı...

Belə havada Əcəmi həmişə şad-xürrəm görünərdi. Ancaq bu dəfə fikirli idi. Nahar vaxtı saray sahibinin ona verdiyi xəbərləri götür-qoy edirdi: “Əbubəkr oğluna bir xəbər verə bilərəm. Gürcü çarı Georgi mənə namə göndərib... Xəracdan imtina edir və bizimlə həmişə əmin-amanlıqla yaşayacağına söz verir. Amma inanmıram”.

“– Hökmdar... gəlin bu dəfə də sınaqdan keçirin. Axı gürcülərlə tarix boyu möhkəm dostluğumuz olub, hələ Cavanşirin vaxtından... Ağvan hökmdarı gürcü knyazı Atrnersexlə yaxın dost olub, bir-birinə çətin ayaqda kömək əli uzadıblar... Bu biri qonşularımızın sərkərdəsi Baqratuni də onun kimi”.

“– Bəs sonralar Cavanşir kimi bir sərkərdəyə sui-qəsdi kim təşkil etdi? Babək kimi cəsur bir sərkərdəni kim ələ verdi?.. Sidqim sıyrılıb bu qonşulardan, inanmıram onların səmimiyyətinə. İndi də Əbubəkr oğluna başqa bir xəbər verim”.

“– Nə xəbər, hökmdar?”

“– Qızıl Arslandan məktub almışam... Çapar göndərmişdi... Atabəy-əzəmin vəfatından sonra Təbriz hakimi Fələkəddin Əhməd özünü yaxşı aparmır... Özbaşınalıq edir. Əbubəkr oğlu bilməmiş deyil ki, xilafətin iradəsilə Təbriz uzun illərdi ki, Əhmədili nəslinin əlində bir oyuncağa çevrilib. Atabəy-əzəmə əcəl aman vermədi ki, Təbrizi Eldəgəzlər xanədanına birləşdirsin... Açıq qalan bu məsələni, üləmalar demişkən, həll etmək mənim boynuma düşür... Bağdadın tez-tez mənə fəxri əba göndərməsinə, gündə bir xeyir-dua verməsinə baxma, mən Təbrizi Əhmədili nəslinin əlində qoyan deyiləm”.

“– Siz haqlısınız, hökmdar... Qətran Təbrizi hələ zəlzələdən sonra viran olan bu şəhər barədə yazmışdı ki, dünyada Təbrizdən gözəl şəhər yoxdur”.

“– Təbriz nə qədər gözəldirsə, camaatı bir o qədər cəsurdur, igiddir. Buranın adamlarından mənim cavan çağlarımdan xoşum gəlir. Təbrizli az danışar, çox işlər. Pünhan saxlamalı mətləbləri heç kimə faş etməz, çətinliyə müqavimət göstərməyi bazzırır təbrizli. İnsafdı belə bir şəhər ömürlük satqın bir nəslin əlində qalsın?..”

“– Demək, hökmdarın fikri qətidir?”

“– Bəli, qətidir... Bir neçə vaxtdan sonra qonşumunu Marağadan keçirib Təbrizi mühasirə edəcəyəm. Marağanın qazisi Sədrəddin Marağani yaxşı tanıyıram, öddəyin biridi. Atlılarımın Culfa yolunda qaldırdığı tozu görən kimi şəhərin darvazalarını üzümüzə açacaq... Təbrizi isə çalışacağam ki, davasız-dalaşsız, qan tökmədən mənə təslim etsinlər. Əyər Fələkəddin Əhməd təklifimi qəbul etməsə... qılınca əl atmalı olacağam. Çünki bu dava müqəddəs davadır, qəzavtdır... Təbriz bizim olmalıdır!.. Yoxsa Azərbaycan bir gözlü qalib eyibli olur... Aranın üç incisi var, bunun biri Təbrizdir, bir Naxçıvandır, biri də Gəncədir...”

Əcəmi bir an ayaq saxladı, başını qaldırıb səmayə baxdı. Göy üzü yenə təmiz idi. Fikirləşdi: “Dava-dalaşdan elə danışır ki, elə bil Fələkəddin Əhmədlə qılıncağac oynamağa gedir... Mələkə düz deyirmiş ki, Cahan Pəhləvan məramından hələm-hələm dönən ərlərdən deyil...”

Bir tərəfdə Elalnı dağı, bir tərəfdə Ağrı dağı ucalırdı. Ürəyindən qəribə bir hiss keçdi. Bu hiss nədənsə xeyir-duaya çevrilib ürəyində əks-əsda verdi. “Ey ulu tanrı, bəşər övladı, insan oğlu çətinliyə düşən kimi nədənsə səni xatırlayır, sənə bel bağlayır, sənə arxalanır... Qoluma qüvvət, ürəyimə qan, gözlərimə işıq ver. Mən də üçüncü dağı yaradım. Elalnıdan, Ağrıdan sonrakı dağı...”

“Abidə şəhərimizdə ən uca tikili olacaq. Daş kürsülük üzərində yerləşəcək, kitabələri nəxs xətlərlə işlənəcək...”

“– Mən Əbubəkr oğluna inanıram...”

“– Abidə çatma günbəzlə örtüləcək, günbəz konus şəklində olacaq, içərisi də mehrab şəklində...”

“– Mən Əbubəkr oğluna inanıram...”

“– Nəzərdə tutmuşuq ki, ayrı-ayrı naxışlarla işlənən kitabələrdən tam bir qurşaq düzəldək. Abidəninin pəncərələri qızılı sağanaqlı qoz ağacından hazırlanan şəbəkələrlə bəzənsin... O ki, qaldı bir memar kimi mənim şərtimə...”

“– Mən Əbubəkr oğluna inanıram. Və istərəm ki, o saraya inansın...”

Əcəmi Cahan Pəhləvanla olan söhbəti adda-budda xatırlayandan sonra yenə ürəyindən axıb qulağına dolan səsləri dinlədi: “Gərək mənim də abidəm yurdumuzun ulu abidələrinə oxşasın. Elalnı abidəsinə, Ağrı abidəsinə, ey ulu tanrı! Bu, həm də möhür olsun Naxçıvan torpağı üçün. Bu möhür təsdiqləsin ki, Naxçıvan ta qədimlərdən bizim ata-baba yurdumuzdu. Amma bu, səninlə bəhsə girmək deyil, ha! Qoy tikəcəyim abidə əzəməti Elalnıdan əxs etsin, möhkəmliyi Ağrıdan götürsün. Siqləti ona qarşımda açılan bu geniş, bu bərəkətli torpağımız bağışlasın. Qoy günəş səhərlər Elalnının arxasından tulu edəndə, axşam Ağrının arxasına çəkiləndə onun şəfəqləri mənim yaradacağım abidənin üzünü də, məndən sonra Yer üzünə gələcək nəvələrimizin, nəticələrimizin, kötükcələrimizin, yaradıcılarımızın maraqla baxacaqları abidənin yanağını da qızartsın, onu qızılı-gümüşü rəngə boyasın.

Əcəmi göylərdən əbəs yerə xeyir-dua istəmirdi. Ona agah idi ki, hökmdarlar, şahlar adamı asan iş dalınca göndərməzlər. O da agah idi ki, Möminə xatun abidəsini tikmək adi iş deyildi, elə əslində adını çəkdiyi ulu tanrı ilə bəhsə girmək idi...”

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üz-üzə, göz-gözə

...Qədim Dvin ətrafındakı düzənlikdə Cahan Pəhləvanın qoşunu ilə Georginin qoşunu arasındakı döyüş get-gedə qızışırdı. Atabəy-əzəmin sağ olmadığını bilən Gürcüstan hakimi Azərbaycan Atabəylər dövlətinin möhkəmlənməsindən, Təbrizin, Marağanın Eldəgizlər xanədanının tərkibinə daxil edilməsindən bərk narahat olmuşdu və vədini pozaraq otuz minlik qoşunu ilə Dvin üzərinə yenə yürüş etmişdi.Cahan Pəhləvan qardaşının, oğlanlarının bu döyüşdə iştirakına razılıq verməmişdi. Onlar nə qədər təkid etsələr də, şah öz dediyinin üstündə durmuşdu: “Gürcüstan hakimi mənimlə təkbətək üz-üzə gəlmək niyyətindədir. Buna görə də mən necə istəyirəmsə, elə də olmalıdır... Mən sizinlə qardaş və ata kimi yox, hökmdar kimi danışıram. Hökmdarın dediklərini müzakirəyə qoymazlar, onun hökmlərinə düzəliş verməzlər. Mənim əmrim olmadan siz Təbrizdən kənara çıxmırsız. Demetre törəməsinin pişvazına özüm çıxacağam...”

16 min
Dərban və mühafiz (payız söhbəti)

– Ə, nətərsən, ə?– Nətər olacam, demək olar ki, pisdən də pis.

9 min
Xeyirxahlıq

Yay təzə girsə də, havalar isti keçirdi...Günəş düz günorta yerində dayanmışdı. Bəlkə də buna göyrəydi ki, müəzzinlər şəhər əhlini tələm-tələsik zöhr namazına dəvət edib minarələrin şərəfələrindən enərək özlərini məscidlərin, mehrabların sərin hücrələrinə vermişdilər...

10 min
Zaman – nəhrdir

Bir bulağa bir çöp atırsan aram-aram axıb gedir. Bir çaya xəşəb² salırsan sular onları öz axarında aparır.Zaman da nəhrdir. İnsanlar öz mürlərinin illərini çöp kimi, xəşəb kimi bu nəhrə tökürlər. Əcəmi də beləcə tökdü ömrünün neçə-neçə ilini bu həyat nəhrinə. Əvəzində də torpaq üstündə ölməz bir yadigar ucaltdı...

3 min

Poems by other poets