Təşrif
Cahan Pəhləvan bir aya yaxın idi ki, Həmədandan çıxıb Azərbaycan Atabəylər dövlətinin tabeliyində olan şəhərlərə – İsfahana, Mazandarana, Xızıstana baş çəkəndən sonra ən böyük şəhərə – Gəncəyə gəlmişdi. Gəncə səfərindən sonra isə oradan birbaşa Naxçıvana təşrif gətirmişdi, özü də qəfil, təmtəraqsız, heç kimə xəbər vermədən, bir dəstə şəxsi xidmətçi və mühafizəçiləri ilə. Onsuz da Şərur məliki Oğuzun əhvalatından sonra bütün əmirlər, məliklər, rəislər ondan bərk ehtiyat edir, xüsusi mürasilələr¹ almamış, xüsusi çaparlar gəlməmiş hüzuruna təşrif gətirmirdilər, imkan daxilində sarayla əlaqədən, onun sahibi ilə ünsiyyətdən kənar qaçırdılar. Həm də Cahan Pəhləvan son vaxtlar yaman səbirsiz olmuşdu. Onun ova çıxanda təntiklik etməsindən, fərman verəndə tələsməsindən, hökm çıxaranda özünü dalıqaçaraq göstərməsindən, saray adamlarını tez-tez cəzalandırmasından, şuluqluq salan kəndliləri, hərbi qaydanı pozan döyüşçüləri zindanlara saldırmasından, saraydan, darülmülkdən kənarda söz-söhbət gedir, dedi-qodular artırdı. Bəziləri bunu şahın yaşlanmasına yozur, bəziləri əsəbiliyinin artması kimi baxır, bəziləri də Eldəgəzlər nəslindən olanların çox yaşamaması kimi mənalandırırdılar...
Amma həqiqət bu idi ki, Əcəmi darıxan kimi, hökmdar da darıxırdı.
Sərdabənin tikintisinin tez başa çatmasını arzulayırdı. Əcəmi isə istəyirdi ki, əlindən adicə bir sərdabə yox, böyük sənət əsəri çıxsın. Özü Cəmilə, iş yoldaşlarına deyən kimi: “Naxçıvana nəqşi-cahan deyəndə, Mömünə xatın sərdabəsi yada düşsün, fikirlərə gəlsin. Axı bir vaxt gələcək ki, biz gedəcəyik, o yadigar qalacaq. Qoy qalacaq yadigarımız işıqlı olsun, layiqli olsun, bizdən sonra gələn nəsillərimizə fərəh gətirsin, başı ucalıq bəxş etsin...”
Amma Əcəmi ehtiyatı da əldən qoymurdu. O, hökmdarı inandırmışdı ki, əsas niyyəti Mömünə xatın kimi xeyirxah bir insana, böyük bir anaya layiq əbədiyyət evi, qiyamət gününə kimi onun müqəddəs ruhunu özündə hifz edib saxlayacaq son məkan otağı tikməkdir. Axı onu da bilirdi ki, hökmdarlar iki cür olur: birinin yaşa dolduqca ağlı, dərrakəsi çoxalır, öz rəiyyətinə mehri, rəhmdilliyi artır. Birisi isə quduzlaşır, əzazillər, cəfakeş rəiyyət üçün bəlaya çevrilir. Fərman, hökm isə yerində qalır. Onu gah birisi, gah da digəri imzalayır. Əlinin üstündə başqa bir əl olmayan, özünü hamıdan yüksək bilən, özündən aşağıdakılara sürü, naxır kimi baxan hökmdarlar, hakimi-mütləqlər azmı olub dünyada?..
¹ Dəvətnamə
Əcəmi sübhdən Atabəylər meydanına gəldi. Şəhər əhlindən olan köməkçiləri onun ricasına əməl edərək öz işlərinin üstünü kəsdirmişdilər. Bir tərəfdə iki oğlan səliqə ilə bir-birinin üstünə yığılan kərpici xüsusi mancanaqlarla yuxarı qaldırır, bir tərəfdə iki qadın səbət-səbət yumurtaları bir-bir qıraraq ağını sarısından ayırır, saxsı teştlərə doldururdu. Cəmil isə süd və çirişümü bir-birinə qatıb məhlul hazırlayır, onların quzu dərisindən düzəldilən kiçik dağarcıqlara doldurub sərdabənin içərisindəki pillələrlə yuxarı göndərirdi. Əcəmi balaca kərpic parçalarının üstünə xüsusi kaşı çəkən ustanın, bəzək şəbəkələri düzəldən xarratın, kərpic-fiqurlar işləyən cavanın yanına gəldi. Onu ilk qarşılayan Cəmil oldu. Salamlaşdılar.
– Sabahınız xeyir, ustad.
– Sabahınız xeyir, Cəmil... Deyəsən, hamı gəlib, hə?
– Bəli.
Əcəmi növbə ilə hamının işinə baş çəkdi, qəliblərdən çıxan naxışlı parçalardan bir neçəsini götürdü, yoxladı. Təzəcə yuxarı çıxıb şaqulu aşağı sallamışdı ki, Cəmilin səksəkəli səsi eşidildi:
– Ustad... Hökmdar təşrif gətirir...
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-ibrahimov-esrin-onda-biri-tesrif
Use ← → keys to move, R for a random poem
More by this author
Cahan Pəhləvan Təbrizə girmədi, hava isti olduğu üçün gecəni yol gələn qoşuna sübh tezdən əmr verib Ruindəj qalasının ətrafındakı düzənlikdə əyləndirdi.Az vaxt ərzində çadırlar quruldu, atlar yançidar olundu, başlarına torba keçirilib örüşə buraxıldı. Ocaqlar qurulub qazanlar asıldı. Qoşuna səhər yeməyi üçün dinclik verildi.
MəsciddəNaxçıvana saraydan mürasilə gəlməsə də, Əcəmi Cahan Pəhləvanın Təbriz hakimi üzərindəki qələbəsindən xəbər tutmuşdu və bunu Azərşəhrdən gəlib Çuxur Sədə gedən elə bir adam danışmışdı ki, ona inanmaq olardı. Bu xəbər qan tökməyin, dava-dalaşın düşməni olan, sakit təbiətli memarda xoş bir sevinc doğurmuşdu.Evdə otura bilmədi, küçəyə çıxdı, Atabəylər meydanına gəldi. Gün əyildiyi üçün gözünə gəlib-gedən dəymədi. Came məscidinin qənşərinə çatanda ayaq saxladı. Məsciddə günorta namazı çoxdan qurtarmışdı. Baş şeyx Hatib ibn Mübarək evinə getməyə hazırlaşırdı. O, əlindəki Quranı öpüb gözlərinin üstünə qoydu, sonra minbərdə yer elədi, məscidin hücrələrini gözdən keçirdi, heç kim yox idi. Bir az əvvəl buradakı hay-küydən əsər-əlamət qalmamışdı. Kürəyinə zəncir vuranlar, sinələrinə döyə-döyə haray-həşir salanlar dağılışıb evlərinə getmişdilər. Əcəmi birdən qapını açıb içəri girdi. Hatib ibn Mübarək özünü itirən kimi oldu. Bildi ki, Əbubəkr oğlunun bu gəlişi səbəbsiz olmaz. Buna görə gözlədi ki, görsün o nə deyir – Əcəmi isə bilirdi ki, baş şeyxi hələm-hələm söhbətə sövq etmək o qədər asan iş deyil. Əvvəlan, “Allahın xidmətçisi” hər adamla söhbət etməyə həvəs göstərmir, ikincisi, baş şeyx Dəryanurdan sonra Əcəmidən uzaq gəzməyə, onunla üz-üzə gəlib kəlmə kəsməməyə ciddi təlaş göstərirdi...
Boz rəngGün əyilmişdi. Payız günəşi tala-tala boz buludların arasında gah itir, gah görünürdü. Bir azdan Ağrı dağının arxasına enəcəkdi, üfüqdə ancaq bir parça qızartısı qalacaqdı. Bu parça da sonra bir qırığa dönəcəkdi...Dağlara yavaş-yavaş qaranlıq düşəcəkdi... Keçmə payızın axşamından: qəmli-qüssəli, hüznlü-kədərli, səssiz-səmirsiz...
Allah, Peyğəmbər, XəlifəMəhəmməd öləndən sonra onun varisləri xeyli fikirləşməli, götür-qoy etməli oldular. Əhmədi-mürsəlin, Qasimi rəhmətin¹ adını yazmaq, irsini qorumaq, buyurduğu qayda-qanunları hifz edib saxlamaq lazım idi. Doğrudur, daha meraca² gedib-gələn yox idi, amma rəsullahın³ xətəmun-nəbiyin⁴ yer üzərində kölgəsi daim gəzir, ruhu gecə-gündüz dolanır, nəfəsi bir addımda duyulur, Qüreyşi övladları vaxtlı-vaxtında boy atıb böyüyürdülər...Götür-qoy çox çəkmədi, baş sındırmaq da bir o qədər lazım olmadı: varisləri özlərini “xəlifə” elan etdilər, dövlətlərinə isə “xilafət” adı qoydular. Əllərinə Allahın müqəddəs kitabını – Quranı alıb başlarının üstünə İslamın yaşıl ələmini tutub atlarını dördnala obadan-obaya,
Poems by other poets
Dan sökülür... Gün çıxır...Pəncərəmi açır yaz,
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik
Müstəzad: Ey dil, gecələr sübhə dəkin yar eşiyindəEy dil, gecələr sübhə dəkin yar eşiyində — Əfqanə yetişdik,Rəhmi yox olan kafiri-bimar eşiyində — Sən cana yetişdik,