Xeyirxahlıq
Page 2 of 2 · 50%
Rəis də fikirləşirdi: “Bax, sənətkarların da belə-belə gic işlərinə yoxam. Başqalarına xeyirxahlıq göstərmək üçün az qala zülü gedirlər...”
– Bu çulucırıqlar yaxşılıq qanandılar bəyəm? – Axır ki, dilləndi rəis.
– Deyərlər balığı tutdun – at dəryaya... Balıq da bilməsə, xaliq biləcək... O ki, qaldı mənə, insanlara xeyirxahlıq etməkdən xüsusi zövq alıram... Əgər ikinci bir ömür yaşasaydım onu da həvəslə bu işə həsr edərdim... Təkcə özü üçün yaşayanlar nadanlardır, namərdlərdir...
Deyəsən Əcəminin “çulucırıq” bir kəndlidən ötrü keçirdiyi nigarançılıq, göstərdiyi təlaş, dediyi sözlər rəisin qəlbində də rəhm oyatdı.
– Yaxşı... mən razı... İndi hər şeyi yoluna qoyaram... De görüm bu dəfə nədən ötrü təşrif gətirmisən? – Rəis bir az əvvəl verdiyi sualı yenə təkrar etdi və Əcəminin cavabını maraqla gözləməyə başladı.
Əcəmi kürəyini arxayın-arxayın dibaçənin oturacağına söykədi və cavabını elə bil qəsdən xeyli yubatdı. Bir xeyli fikirləşəndən sonra aram-aram danışmağa başladı:
– Bilirsiniz ki, mən sarayın mühüm bir tapşırığını icra edirəm... Onu da bilirsiniz ki, bu il qış yenə sərt keçib... Novruz bayramından sonra da iki-üç həftə işləyə bilməmişik. Bir neçə gündür gecəni gündüzə qatıb əlləşirik ki, abidənin günbəzini də vaxtında qurtaraq. Axı hökmdar məni gözləyir. Amma biz sarayın Yurdçunun Qaratəpə düzlərində saxlanan sürülərindən gətiriləcək südü də, yumurtanı da vaxtında ala bilmirik... Cüzi bir miqdarda gətiriblər, özü də neçə gün bundan əvvəl. Kəci də ləngidirlər. O da sizə bəllidir ki, süddə həll olmayan, südlə yoğrulmayan kəci işlədə bilmərəm. Yumurtasız sirişün hazırlamaq isə heç mümkün deyil. Xüsusən günbəz üçün... İndicə adını çəkdiyiniz Yurdçu kəndinin darğası da deyəsən adamları yesir edib ora-bura aparmaqla məşğuldur... Onu da deyim ki, bir dəfə gətirilən südə çoxlu su qatdıqları üçün işlədə bilməmişik, aparıb axıtmışıq Atabəylər meydanın aşağısından axan çaya...
Əcəminin son sözləri rəisin xoşuna gəlmədi.
– Bütün təqsiri darğanın üstünə yıxmaq da düz deyil... Darğa da şikayətlənir ki, orada işləyənlərin bəzisi yumurtaları oğurlayır, südü küçük kimi yalayır...
Bu dəfə də rəisin sözləri Əcəminin xoşuna gəlmədi:
– Yalandır! – deyə qəti cavab verib etirazını bildirdi. – Bəzən iş dayanmasın deyə mən cibimdən pul xərcləyib bazardan süd alıram, yumurta alıram. Axı şəhərin rəisi kimi, Atabəylər dövlətinin səlahiyyətli şəxsi kimi abidənin yaxşı olması sizin başı ucalığınızdır... Bir də Cahan Pəhləvan kimi sərt, sözü ötkəm bir hökmdarın fərmanını kimin cürəti çatar ki, vaxtında icarə etməyə, onu özünə borc bilməyə?.. Əcəmi saray sahibinin Naxçıvanı tərk edərkən verdiyi tapşırıqları bilə-bilə rəisə xatırlatmaq istədi və deyəsən istəyinə də nail oldu. Rəis sədr kürsüsündə bir az qurcalandı, ayağa durdu və nəsə fikirləşib təzədən əyləşdi. Əcəmi isə sözünün ardını dedi: – Hələ mən onu demirəm ki, mərhum Mömünə xatun ananın müqəddəs ruhu bizim hamımız üçün, Eldəgəzlər sülaləsinə qulluq göstərənlərin hamısı üçün əziz olmalıdır...
Rəisin başını tərpədib Əcəminin dediklərini təsdiq etməkdən başqa çarəsi qalmadı:
– Əlbəttə, əlbəttə...
– Və mən bu fikirdəyəm ki, Mömünə xatun ananın abidəsinin tikilib başa çatacağı illər ərzində siz rəis cənabları da mənimlə birgə cavabdehsiniz... Bunlar mənim sözlərim deyil. Bu sözləri mənə cənab Sədəddin Əsəd hökmdarın adından söyləyib.
Rəis ayrı söz tapa bilmədiyi üçün əvvəl dediklərini yenə təkrar etdi:
Əlbəttə, əlbəttə...
– Onda rica edirəm tədbir görün... Bilirsiniz isti aylarda abidədə görülən hörgü işləri də, üzlük işləri də, naxışlama işləri də keyfiyyətli olur...
Rəis Əcəminin danışıqlarına qulaq assa da, fikri yenə darğanın Yurdçudan gətirdiyi kəndlinin üstündə cəm oldu. Ona bir ağ vərəq uzatdı, sonra da lələk-qələm verib dedi:
– Mən sənin ricanı nəzərə alıb kəndlini azad edirəm... Bir şərtlə: gərək o bir də başından yekə qələt eləməyə... Bir də rəsmi yazın ki, onun borcunu sizə çatası vəsaitdən tutaq... Sən öhdəliknaməni yazana kimi mən də dəftərdara¹ sərəncam verəcəyəm.
¹ Mühasib
Əcəmi heç nə demədən ağ vərəqi qabağına çəkdi, yurdçulunun adını, atasının adını öyrənəndən sonra öhdəsinə götürdü ki, onun son bir ilə aid buğda vergisinin dəyərini ödəyir. Kağıza imza edib rəisə qaytardı.
– O ki qaldı tikili üçün süd və beyza¹ məsələsinə... Yurdçu kəndinin darğasını məcbur edərəm ki, sənin kimi o da öhdəliknaməyə qol qoysun... Və qəti söz versin ki, bundan sonra südü də, beyzəni də Möminə xatuna... yəni mərhumənin məqbərəsinə vaxtında çatdırsın. Əlini əlinə vurdu. Əcəmini bir az bundan əvvəl içəri dəvət edən pişxidmət qapıda göründü: – O yekəbaş qaravulbaşına de ki, dərbanın köşkündəki kəndlini övrətiynən birgə evlərinə buraxsın... Rədd olub getsinlər xarabalarına hər ikisi... Onun borcunu Əbubəkr oğlu ödəyəcək...
Pişxidmət baş endirib çıxdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-ibrahimov-esrin-onda-biri-xeyirxahliq
Use ← → keys to move, R for a random poem
More by this author
...Pəncşənbə günü idi. Əcəmi tezdən durub iş yoldaşlarının təzədən düzəltdikləri evinə, həyətinə nəzər yetirdi. Sərdabədə işi dayandırıb gecə-gündüz bilmədən tikib-quran, təmir aparan həmkarlarının ünvanına ürəyində də olsa dönə-dönə xoş sözlər dedi. Hamıdan çox əziyyət çəkən Cəmilin ata-anasına rəhmət oxudu, bütün qab-qacağın yuyub təmizləyən, pal-paltarını təzələyən Zəhraya xoşbəxtlik arzuladı. Və yenə də sevindi ki, yaxşı olub darvazaya xətər toxunmayıb... Yanğın tez söndürülməsəydi, alov yəqin ki, onu da qarsacaqdı, üstündəki naxışları korlayacaqdı. Hamı da fikirləşəcəkdi, hökmdarın ayağı düşmədi... Şəmsəddin oğlu nəzərlədi Əbubəkr oğlunu...Əcəmi bunları fikirləşə-fikriləşə həyətində bir az qurdalandı, sonra bazara getdi. Məqsədi qonşu uşağı Rəşidin şikəst nənəsi Xədicə qarıya qovun, üzüm alıb gətirmək idi. Alıb evə qayıtdı. Rəşidi səsləyib aldıqlarını ona verdi, sonra tut ağacının altındakı yanı qarsalmış kötüyün üstündə oturub dincini almaq istədi. Anası Badisəba yadına düşdü.
Bu xatirə yenə Əcəmi dilindəndir“...Yetim böyümüşəm, rəhmətlik İbrahim, ha budu, mənə həm ata olub, həm də qardaş. Özümün isə bəxtimi allahtala əzəli gündən qara yazıb... Bir gün gəldi ki, xalam oğluna nişanladılar məni. Əslində mən getmək istəmirdim, qardaşım tək-tənha qalırdı, o halında... Amma sözündən çıxa bilmədim. Xalam oğlu da, ha budu, dinc bala deyildi. “Vur ölüm, haqqımı ver”in biriydi. Gedib qoşuldu qaçaq-quçağa. Toyumuz olmamış vurub öldürdülər... Yazıq hələ əlimdən də tutmamışdı, üz-üzə durub bir kəlmə belə kəsməmişdik... Bizim kənddə də, ha budu, adət var: hansı qızın toyu olmamış nişanlısını başına bir qəzavü-qədər gəldi, o qızın adını daha heç bir oğlan dilinə gətirməz. Gətirsə də, ata-anası razı olmaz... Deyər qarabəxtdi... O ki, qaldı Şahab meydanında gördüyün övrətə, rəhmətlik anamın siğə bacısıdı. Gözümü açandan Xəzangül arvadı özümə doğma xala bilmişəm. Körpə də, ha budu, onun nəvəsiydi... “Qızlar bulağı”na su gətirməyə məni İbrahim göndərmişdi... İndi bəxtimdən ha budu, yüz kərə, min kərə razıyam. Görüm Cəmil qardaş da, Zəhra bacı da “neynim, necə eləyim” deməsinlər. Məni sənə ürcah elədiklərinə görə işləri həmişə avand olsun...”Şəhdigülün nisgilli taleyindən, cavan yaşında başına gələn müsibətlərdən hali olandan sonra bu sadə, ürəyi açıq qıza məhəbbətim birə-on qat artmışdı. Artmışdı deyəndə ki, bu məhəbbəti aramızda, əslində, rəhmətlik bənnanın bacısı özü yaratmışdı. Onun qayğısı, mehribanlığı, uşaq kimi sadəliyi, qəlbinin güzgü kimi təmizliyi, üstəlik, gözəl səliqə-sahmanı məni ona elə bağlamışdı ki, görən deyərdi biz neçə illərin ər-arvadıyıq. Dəryanurdan sonra qəlbimdə yaranan boşluğu özüm də hiss etmədən pünhan-pünhan, qətrə-qətrə doldururdu Şəhdigül.
Əli ŞimşəkƏcəmi Şəhdigülü qaynanasının siğə bacısı Xəzangül arvadın yanında qoyub rəisin tapşırığını yerinə yetirmək üçün atını dağlara sarı sürdü, özü də elə yerlərdən sürdü ki, tez-tez bulağa rast gəlsin. Əcəmi hələ cavanlıq çağlarından bilirdi ki, Əlincə silsiləsinə gedən cığırların, yolların kənarlarında suyu diş donduran neçə-neçə bulaqlar çağlayır... Onun isə uşaq vaxtından bulaqlardan xoşu gələrdi, buludların göz yaşından, gül-çiçəyin, şəbnəmindən yaranıb gah bu daşın altından qaynayan, gah o qayanın dibindən pıqqıldayan bulaqlardan... Dizini yerə qoyub bulaqların göz yaşı kimi duru suyundan içəndə, pıçıltısına qulaq asanda ürəyinə xoş arzular dolardı.İndi də bulaqlara baş çəkə-çəkə, dupduru sularından içə-içə gəlib çıxdı Əlincənin ətəklərinə. Sal qayanın altından çıxan Xanəgah bulağının başında atını əylədi, səndəl ağacını qurşağına keçirib süfrə açdı. Şəhdigülün dəsmala bükdüyü pendir və çörəyi iştahla yedi. Amma bulaqdan ayrılmaq istəmirdi. Sal daşın üstündə əyləşdi. Nəzərləri uzaqlara zilləndi. Uzaqda dumana bürünmüş Əlincə qalası görünürdü.
Söyüd ağacı– Ey söyüd ağacı! Allah-təala məni sənə oxşadanda, ha budu, niyə demədin yazıqdı. Deyəydin ki, bədbəxt eləmə o yetimçəni... Bəlkə özü kimi eləsinə qismət oldu ki, ha budu, onun da heç kimi olmadı... Qoy bir övladları olsun, havadarları olsun, qocalanda əllərindən tutan olsun...Şəhdigül həyətin aşağısındakı söyüd ağacının altında iki dizini də yerə qoyub başını yuxarı qaldırmışdı, ovuclarını ağaca söykəyib elə bil onunla bəhsə girmişdi. Birdən ayağa qalxdı, ev yananda Zəhranın Əcəmiyə bağışladığı balaca xalçanı yovşan süpürgəsi ilə təmizlədi, ikiqat büküb hovuzun yanına qoydu, təzədən nə fikirləşdisə söyüdün hovuzun üstünə uzanan budaqlarından tutub bərk-bərk silkələdi, o tərəf-bu tərəfə əydi, sındırmaq istədi, gücü çatmadı. Birdən həyətdə qəribə bir zümzümə qanadlandı. O, başını söyüdə söykəyib zümzüməsini elə bil ağıya çevirdi: “Əzizim, dillər haray, Sonalar, göllər haray. Fələk qəsdimə durub, haray, ay ellər, haray...”
Poems by other poets
Eşitcək bu sözü təbim həzan dilkəbab oldu,Açıb dürci-dəhanın əql ilən hazırcavab oldu:
TilliBənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
DərdimiQadir Allah birliyini sevirsən,Yetər gələn bir dəvayə dərdimi,
در صحبت شانه هست موی تو دریغبا آینه اتفاق روی تو دریغ