Ey quduz atlasların yaxasında qıvrılan,Alovlu Fransanın damarlarını soran,Mühitlərə qan saçan “mədəniyyət” ocağı,Tarixlərdə ən böyük faciələr qucağı.Sinəndəki tufanlar, fırtınalar, boralar,Bax mənim də qəlbimi zaman-zaman yaralar.O vəhşi göbəyində qanların çağladığı,Köksündə kölələrin inləyib ağladığı,Milyonlarla ac, çılpaq sürünən insanlarınYer altında gizlicə boğduğu göz yaşları,“Altun” deyə zövq üçün kəsilən qurbanlarınGecələri Senaya fırladılan başları,“Haqqım” – deyə üsyanlar, tətillərlə qaynaşan,“Ölüm” – deyə acıqlı taleyilə oynaşan,Acizlərlə əylənmək, gülmək asan deyildir,Onların dəmir qolu dik başları əyildir.Qorx ki, salonlarında içilən qanlı şərabMənim yıxdığım çarın içdiyinə dönməsin.Möhtəşəm sarayların dönüb olmasın xarab,Dünyaya kin püskürən tacın yerə enməsin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets