Page 3 of 3 · 67%

Onun dodaqları istehza ilə büzüldü.

– Mənə elə gəlir ki, – dedim, – bunu bir fədakarlıq kimi də düşünmək olar...

O, təntimiş, ağlar bir halda:

– Axı, niyə belə düşünürsünüz? – dedi. – Fədakarlıq hər nə qədər nəcib bir duyğu olmuş olsa da, unutmayın ki, könül xudpəsəndliyini də inkar etmək olmaz. Lazımsız bir fədakarlığı onun şəninə necə yaraşdırmaq olar. Yox, belə bir romantika nə ona, nə də mənə lazım olardı...

Sözlərinin axırını öz-özü ilə danışırmış kimi, fikri dağınıq bir halda qurtardı. Bu vaxt gözəl bir gənclə Həsən qapıda göründü. Qızın baxışları soyuqluq və laqeydliklə gözəl gəncdən çevrilərək uzun zaman Həsənə zilləndi. Bu baxışda nəvaziş və məhəbbətlə qarışıq, nə isə, üçüncü bir duyğu da sezilirdi. Bunun nədən ibarət olduğunu təyin etmək çətindir. Lakin bəzən acımaq və təəssüf duyğuları ilə taqətdən düşmüş sevgi belə bir baxışla şəfəqlənir. Onun üzü qürub edən günəş kimi solğun və həlim görünür. Bəzən şikəst oğluna baxan ananın da gözləri, dodaqları beləcə bir ifadə ərz edir, könlünün dərinliklərində ahəstə-ahəstə yanıb tüstülənən bu duyğunu, bəlkə də, o gənc qız öz dili ilə söyləməyə cəsarət etməzdi...


Həsən yenə də ona inanmadı. Özünə inanmamazlıq duyğusunun bu qədər hökmə malik olduğunu heç təsəvvür etməzdim... O, əsəbi hərəkətlərlə otaqda o yan-bu yana gəzinir, tez-tez saçlarını ovuşduraraq:

– Yalan deyir... yalan... axı, o gözəl qız nə üçün belə bir dramla əylənir... Nə üçün?


Bir neçə gündən sonra yay tətilinə buraxıldıq. Ayrıldığımız zaman onun gözləri yaşardı:

– Məni unutma, – dedi.


Üzümüzə gələn il Həsən gəlmədi... Sonralar onun Moskva darülfünununa dəyişilmiş olduğunu öyrəndik. Gülara hiss ediləcək dərəcədə arıqlamış, sakit, eyni zamanda, əsəbi olmuşdu. Biz, demək olar ki, heç danışmırdıq. Nədənsə, bir-birimizdən çəkinirdik. Mən buraxılış imtahanından sonra onu bir daha görmədim.


Darülfünunu bitirəndən təxminən 4 il sonra bir gün Bakıda küçə ilə getdiyim zaman birisi qolumdan yapışdı. Donub qaldım.

– Həsən! – deyə qışqırdım.

Qucaqlaşdıq. O, daha da böyümüş, kökəlmiş, pəhləvan kimi bir oğlan olmuşdu. Siması indi əvvəlki qədər də çirkin görünmürdü. Adəti üzrə, yenə də çox şıq geyinmişdi.

– Gedək bizə, – dedi.

Yol uzunu onun indi darülfünunda riyaziyyat dosenti olduğunu öyrəndim. Qapını açan yaxşı geyinmiş bir az yaşlı rus qadını oldu. Təxminən üç-dörd yaşında gözəl qaragöz bir oğlan uşağı sürətlə yüyürərək «ata» deyə Həsənin dizlərini qucaqladı. Mən uşağı görərək:

– Demək, sənin belə bir igidin də varmış, – dedim.

O biri otaqdan Həsənin anası gəldi. «Xoşgəldin» etdi. Bütün bu illərdə onun əzəmətli siması, demək olar ki, heç dəyişməmişdi. Yalnız geyimində bir az dəyişiklik vardı. İndi əvvəlki kimi döşlüyü yox idi. Çubuq əvəzində əlində uzun papiros vardı.

– Buradamı olursan, xala? – dedim.

– Yox, – dedi. – Uşaqları görməyə gəlmişəm.

Nəvəsini yanına çağıraraq, günəşdən yanmış iri sümüklü əli ilə saçlarını oxşadı. Üzündə mehriban bir təbəssüm vardı.

Maraq və intizar qarışıq bir həyəcan bütün duyğularımı bürüdü. Həsənin həyat yoldaşını görəcəyim fikri, bilmirəm nə üçünsə, mənə, bir növ, ürkək, utancaq bir hiss təlqin edirdi... Qəribədir... Mənə elə gəlirdi ki, onun həyat yoldaşını görəcəyimdən Həsən utanacaqdı. Bir an tez çıxıb getmək istədim... Lakin bu dəqiqədə zəng vuruldu. Uşaq, «anam gəldi» deyə sürətlə qapıya yüyürdü. Ucaboylu, dolğun gərdənli, ağbəniz, gözəl gənc bir qadın gülümsəyərək mənə yaxınlaşdı.

Bu gənc qadın Gülara idi.

1939.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Narahat qocaların məşvərəti

Həmin bu vaxtlarda Bayram babam öz bağlarında tikdirməyə hazırlaşdığı evin işi üçün gəlmişdi. (Özü faytonda əyləşmişdi, iki nəfər strajnik və Qızılbaşoğlu onu müşayiət edirdi). Babam istəyirdi ki, indiki birmərtəbəli evi sökdürüb yerində ikimərtəbəli, böyük evlər tikdirsin. Bunun üçün qapıya guşə daşı, qum daşınırdı. Bayram babamın gəldiyini eşidib qazı ağa ilə şəhərimizdə məhkəmə sədri olan Balaş bəy görüşə gəlmişdilər. Onlar yeni hökumətin taleyi ilə maraqlanırdılar. Söhbət bu barədə gedəndə Bayram babamın üzü qayğılı göründü və o, papiros yandıraraq dedi:– Bilirsiniz, əgər xaricdən kömək olmasa, Müsavat hökumətinin işi çətin olacaq. Düzdür, indi biz əsgər toplayırıq, qoşun təşkil edirik, ancaq bununla iş qurtarmır. Qoşuna silah lazımdı, hərbi işi yaxşı bilən adamlar lazımdı. Bu saat biz köməksiz uşaq kimiyik.

2 min
Yolda yaxalanmış naməlum şəhərli

Bayram babam Qarabulağa gəlməsindən istifadə eləyərək indi qışlaqda olan anası Səkinəni gedib görmək istədi. Mən həvəsə düşərək babama yalvardım ki, qoysun mən də gedim, babam heç bir zaman mənim sözümü, xahişimi rədd etməzdi. Dedi:– Yaxşı, gedək.

3 min
Çarvadar Həbib

Bayram babam bu söhbətin üstündən keçərək zarafatyana soruşdu:– Həbib, yenə dörd aşıqla aran sazdı?

3 min
Qara damın vahiməsi

Biz Kürdoba qışlağına çatanda toran qovuşurdu, yeraltı damların qapılarında qalanmış ocaqlardan gərmə tüstüsünün iyi duyulurdu. Mal-qara kəndə qayıdırdı, inəklərin, buzovların səsi bir-birinə qarışmışdı, itlər hürüşürdü. Qışlağın böyründəki sarıtikanlı düzdə çılpaq dəvələr otlayırdı. Qoyun-quzu isə, yəqin ki, qışlaqdan on beş-iyirmi kilometr aralıdakı Haramılarda idi.Fayton babamgilin dədə-baba damına çatıb dayandı. İtlər qəzəblə hürə-hürə faytonu dövrəyə aldı. Eyvaz əmigilin alabaşı Bayram babamı tanıyıb, quyruğunu buladı. Eyvaz əmi və qonşu damlardakı kişilər yüyürüb: «Ay it! Ay it!» – deyə itləri qovdular. Səkinə qoca da, Fatma nənəm də, Eyvaz əminin arvadı da, tanımadığım başqa yaşmaqlı qonşu gəlinləri də mənim üzümdən öpdülər.

15 min

Poems by other poets