Eyni məkan. Ağabəyim ağa ilə Saday bəy.

Ağabəyim ağa

Saday bəy, bir Allah bilir ki, mən sənin məhəbbətinlə özümü nə qədər xoşbəxt sanırdım. Necə xoşbəxt xəyallara dalırdım. Sən igidsən, dözəcəksən. Ancaq o qürbətdə səndən, bu gözəl Qarabağdan həmişəlik ayrı düşmək mənim üçün çətin olacaq... Çox çətin olacaq, Saday bəy. Vətənin gələcəyi dardadır. Rus padşahı Yekaterina Qafqazı və eləcə də Azərbaycanı istila etmək, Osmanlı imperiyasının yolunu kəsmək cəhdini artıq gizlətmir. İbrahim xanın, atamın isə, güclü bir arxası, köməyi yoxdur. Yəqin ki, sən mənim nə demək istədiyimi...

Saday bəy

Başa düşürəm. Siz başqa cür hərəkət eləyə bilməzdiniz.

Ağabəyim ağa

Qoy böyük Allah hər ikimizin qəlbinə qüvvət versin.

Saday bəy

Amin! Əgər yeddi canım olsaydı, yeddisini də vətənimiz uğrunda qurban verərdim, məhəbbətimdən keçməzdim. Lakin böyük Yaradan bizə bir can verib. Siz düz buyurursunuz, vətənsiz o can bizi xoşbəxt eləyə bilməzdi. Əmin ola bilərsiz, Təbriz, Xoy, Qaradağ igidləri hər an sizin qulluğunuzdadır. Siz özünüzü Tehranda yalqız hiss eləməyin. Tərəkəmə oğlu Saday və onun dostları həmişə sizinlədir.

Ağabəyim ağa

Böyük Allah sizin qılınc çalan qolunuza qüvvət versin.

Saday bəy

Böyük Yaradan sizi vətənimizin azadlığı ilə xoşbəxt eləsin, Ağabəyim ağa.

İbrahim xanın imarətgahı.

Böyük toy məclisi. Ağabəyim ağanı Fətəli şaha gəlin köçürürlər. Cavanlar rəqs edirlər. Səltənət bəyim də, Hüseynqulu xan da, başqa cavanlar da buradadırlar. Hamı böyük şənlik içindədir. Yalnız Qaradağ atlılarının sərkərdəsi Saday bəy xeyli aralıda təkcə dayanıb bu şənliyə tamaşa edir. İbrahim xanın arvadı Tubu xanım və gəlinlik paltarında olan gözəl Ağabəyim ağa saray xadimlərinin müşayiətilə saraydan çıxırlar. Əbülfət ağa İbrahim xana yaxınlaşır.

İbrahim xan

Oğlum Əbülfət, sən neçə minillik tarixi olan İran taxt-səltənətinə Azərbaycan xalqının bir nümayəndəsi kimi gedirsən. Sən atan İbrahim xanın adına layiq hərəkət etməlisən.

Əbülfət ağa

Bilirəm, xan ata. Amma, xan ata, mən vaxtilə Altay dağlarından tutmuş Karpat dağlarına qədər uzanan ölkələrə höcum etmiş Çingiz xanın, Şərqdən Qərbə qədər bütün dünyanı titrədən Əmir Teymurun nəslindən olduğumu unutmamışam.

İbrahim xan

Əhsən! Əhsən, oğlum! Amma çalış ki, düşmənlər öz işləri üçün səndən istifadə etməsinlər.

Əbülfət ağa

Baş üstə, xan ata. Mənimçün hər şey aydındır.

İbrahim xan

Yaxşı, bəs biz neyçün dayanmışıq? Axı sən yola hazırlaşmalısan.

İbrahim xan və Əbülfət ağa gedirlər. Tubu xanımla Ağabəyim ağa səhnəyə daxil olurlar.

Tubu xanım

Qızım, indi səni Tehrana yola salarkən, yeganə təsəllim odur ki, o qərib şəhərdə ağlın, kamalın hər zaman sənə kömək olacaq. Nə etməli, qızım, biz xanzadə qadınların taleyi çox zaman belə olmuşdur. Bizə xoşbəxtlik, sevinc müjdəsi gətirən məhəbbət göyərçini taleyin hansı oxuna isə hədəf olmuşdur. O oğlanı unut. Mən də qadınam, bilirəm ki, bu asan deyil. Ancaq çalış unut. Qoy bu köməksiz vətənimizin səadəti uğrunda göstərdiyin fədakarlıq sənin təsəllin olsun. Səni xoşbəxt eləsin. Bilirsən ki, əgər sən özün vətənimizin böyük taleyi üçün məhəbbətini fəda eləyib bu izdivaca razılıq verməsəydin, xan atan səni məcbur eləməyəcəkdi. Sənin sevdiyin oğlanın da xətri xan atanın yanında əzizdir... Ancaq nə etməli...

Ağabəyim ağa

O, mərd igiddir, ana. Bu nisgilli ayrılığa o da mənim kimi dözəcəkdir. O mənim xan atamdan da rəncidəxatir olmadı. Çünki bizim məhəbbətimizi Allah vətənimizə qurban elədi.

Tubu xanım

Qoy böyük Allah vətənimiz üçün hər cəfaya hazır olan igidlərimizin himayədarı olsun.

İbrahim xan, Mirmöhsün ağa və başqa saray əyanları saraydan çıxırlar. Ağabəyim ağa xan atasının qarşısında diz çökub əlindən öpür. Xan onu qaldırıb alnından öpür. Sonra Əbülfət ağa yaxınlaşıb atasının qarşısında diz çökür. Xan onu da qaldırıb alnından öpür. Musiqi sədaları altında səhnə dəyişir. Şuşa qalasının Ağdama baxan tərəfində qala divarlarının üstündə tək-tənha dayanmış Saday bəyi görürük. O, arana gedən yola baxaraq, Ağabəyim ağanın çox uzaqdan eşidilən məşhur bayatısına qulaq asır:

Əzizinəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Tehran cənnət də olsa,
Yaddan çıxmaz Qarabağ.

İşıq sönür.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qaçaq Xanmurad və Selbasarlıların obamıza basqını

Yastı qayanın üstündə cavanlar dayımın öz qohumu Ağakişi haqqındakı məzəli söhbətinə qulaq asıb, qəhqəhə ilə gülürdülər. Bir də gördük dağın dalından bir dəstə atlı çıxıb obaya girdi. Qabaqda da Qaçaq Xanmurad. Dayımgil qalxıb onların qabağına yeridilər, Qaçaq Xanmuradın rəngi ağappaq idi, havanın isti olmasına baxmayaraq, çiynində yapıncı var idi. O, atdan düşən kimi dayım soruşdu:– Nə olub, Xanmurad, birtəhər görünürsən?

20 min
Bayram babamın obaya gəlməsi və Qızyetərin əhvalatı

Səhəri gün heç gözlənilmədən Bayram babam Qızılbaşoğlu Alı ilə gəldi. Babam qaçarağı və nəcib cinsdən olmağı ilə məşhur kəhər atını minmişdi. Belində onatılan tapança, ayaqlarında zərif xromdan tikilmiş uzunboğaz çəkmə var idi. Babam həmişə yaxşı geyinərdi, uzun, təpəsi gen papağı ən bahalı dəridən olardı.O, atdan düşən kimi birinci mənim üzümdən öpdü və onun çallaşmış, qumral bığlarından gələn papiros iyi məndə sevincli bir hiss oyatdı. Babam bacım Mahtabı qucağına götürüb üzündən öpdü. Atamın, anamın kefini soruşdu. Ancaq nə Fatma nənəmlə salamlaşdı, nə də dayımla... Babamın gəlişi az qala bütün obada bayram şənliyi əmələ gətirdi, kişilər onun başına toplaşdılar.

21 min
Möhnət qocanın söylədikləri. Qızyetərlə çoban Mahmudun əhvalatı necə nağıl oldu?..

Möhnət qoca uzun demisindən dərin nəfəs alıb dedi:– Sarıyataqlı Dəlisoy Gülmalının altı qızı olmuşdu. Yeddinci qızı olanda Gülmalı arvadını o ki var kötəkləyib dedi:

9 min
Muradın söylədikləri

Möhnət qocanın söylədiyi bu misraların «Qızyetərlə çoban Mahmud» nağılına nə dəxli vardı? Nə üçün Möhnət qoca bu misraları heylə ürəkdən, heylə dərdli-dərdli deyirdi? Və bu sözləri söylərkən tamaşa elədiyi dağlarda nə görürdü? Kimləri görürdü? Yoxsa dağlardakı dumanda yox olub gedən cavanlığını, cavan sevgilisini görürdü?Mən birinci dəfə olaraq Möhnət qocanın və dumanlı dağların nisgilini duyurdum, amma anlaya bilmirdim ki, bu nisgil, bu qəribə kədər nədən ibarətdir? Sonralar da bu nisgil, bu kədər həmişə mənimlə idi. Sonralar da mən uzaq dağlara baxanda, aşıqların sazına, xanəndələrin muğamına qulaq asanda o kədəri, o nisgili hiss edirdim, amma mənasını anlaya bilmirdim, doğrusu, heç anlamağa da cəhd eləmirdim. Axşamlar gün batıb çıraqlar yananda da, el bir yurddan o biri yurda köçəndə də mən eyni kədəri, eyni nisgili hiss edirdim.

7 min

Poems by other poets