Kainat sakinləri 2
Page 17 of 23 · 70%
Necə olub bu?
Təfsilatına qulaq as.
Geri sananan tarixin dörd mininci illərinin axırında. QalAğımızın o vaxtki ƏlAğı – “Allah”ı EySar ÜnEv OdAğÜzdən xəbər verib ki, Qreklər onun – EySar ÜnEvin çarmıxa çəkilməyini⁶⁶ Qrek Kesarının adından silib, EyOd OdƏrlərinin özlərinin üstünə yıxırlar, xalq arasında ziddiyyət düşüb, parçalanma var, icmalarda qan, qırğın ola bilər, Qreklərdən gizlin, bir Sar göndərin, ərazini gəzsin, ünümü icmalara çatdırsın... Ulu
⁶⁶ İsraildə “Yəhudi” əqidəsinə görə, ƏlAğ EySar Bağ deyil, EySar ÜnEv (İsay) isə həqiqi Bağ Oğlu sayılır. Odur ki, xristianlıq (“staroxrestyanstvo”) ƏlAğ EySardan çox-çox əvvəllər çarmıxa çəkilmiş başqa bir EySarla bağlıdı. Bağ ƏsƏlMən o vaxt BağSar – “Musa” rütbəsində işləyirmiş. Üç min on səkkizinci ildə HəmOdÜndəki SarEyində SinOd məclisi çağırıb, EySar ÜnEvin Ününü – xəbərini danışıb, deyib SinOd üzvləri – əbədi Sarlar Yer mühitində qocalıblar, ağır xəbərlər eşidə-eşidə icmalar arasında gəzməyə dözməzlər, buna görə də Ulu Bağ təklif eləyib ki, əlli yaşı təzə tamam olan EvƏrimə Sar ÜnAğ (SafAğ İnsan Ünü Hökmdarı) rütbəsi verilib EyOd Sarı təyin edilsin.
EvƏrim gedib, Misir EvƏrEyÜnün – “Faraon”un, çətinə düşəndə isə Ulu Bağın özünün köməyiynən EyOd – “İud” icmalarında qırx il Sar olub, Qreklərin təhrikiynən “Fələstin Ərəb”ləri EyOd icmalarını dağıdandan sonra isə, əbədi Sarlarımıznan birlikdə, ta Bağdayın batinliyinə qədər GurOdlarda – “Yurd”larda, yəni vilayətlərdə Sar olub. “Vərəsə”mizi oxuyanlar bilirlər ki, EvƏrim Sar ÜnAğ yeni tarixin yeddinci əsrində də “Yer”də, “Mədinə”də olub, hələ də davam eləyən ziddiyyətlərin yatırılmağında iştirak eləyib.
İlanın “Din”i isə bu Elm cəngavərinin Sar ÜnAğ rütbəsini “sarı inəyə” (qızıl inəyə) döndərib! “Müqəddəs Quran”da “Allah” “Musa”ya deyir: “Yəhudilər adam öldürüblər. Mübahisə eləyirlər, qatili tapa bilmirlər, xəstələniblər. Onlara de bir sarı inək tapsınlar. İnək nə qoca olsun, nə cavan. Orta yaşlı olsun. İnəyi kəsib, yarısını xəstə Yəhudilərə vursunlar!”
Təəccüblənmə. Tərcümə xətası deyil, əbədi sarlarımızı ən iyrənc əfsanələrlə həyatdan, həqiqətdən ayıran quldar hiyləsi məhsuludu. Üç min on səkkizinci ildə verilən Sar ÜnAğ rütbəsi “sarı inəyə” döndərilib “kəsilib, yarısı xəstə Yəhudilərə vurulub, Yəhudilər sağalıblar, daha heç kəsi qatillikdə taqsırlandırmayıblar!”
Bəs niyə “yarısı?”
Sar ÜnAğ bütün başqa OdƏr rütbələri kimi, bütün ƏlAğlara aiddir. Ulu Bağ da Sar ÜnAğdı, EySar ÜnEv də Sar ÜnAğdı (EvƏrimi dedim), ƏlAğ EySar da SarÜnAğdı. Dörd qardaşdan ikisini gizlədib İlan, “Yəhu”di”lərə “İsay Novin”nən “Avram”ı, yəni “sarı inəyin yarısını” verib və qəhqəhə çəkə-çəkə yazıb: “...yarısını Yəhudilərə vurdular”. “Verdilər” yox ey, “vurdular” – “atdılar” – “tulladılar”! (İnəyin cəmdəyinin yarısını elə bil itə tullayıblar). Üstəlik xalqın böyük bir qismi yarım şaqqa inəyin ətiynən sağalıblar! Sar olan EvƏrimin – “Avram”ın adı da yoxdu burda. Niyə? Çünki quldar qələmi Sar rütbəsi əvəzinə Saranı verib “Avram”a! Sarlığa getmək nədi?! “sürgün olunub” “Avram”, “Midiya”dan “Misr”ə, “Faraon”a pənah aparıb, Saranı arvadı kimi yox, bacısı kimi təqdim eləyib, “məsələnin üstü açılanda ordan da qovulub!” Bizim Şamaxı tərəfdəki “cuhud”lara danışdım bu Sara əhvalatını, soruşdum ki, niyə susursunuz?! Savadlı oğullar yetirmisiniz, niyə etiraz eləmirsiniz ki, “Bibliya” bütün xalqı əxlaqsız qələmə verir!.. Başqa biabırçı şeylər oxudum “Bibliya”dan: “...kolların diblərində pis-pis işlərlə məşğul olursunuz...” Açıq dedim: “bütün milləti homoseksualist qələmə verir Bibliya!” – dedim. Nə desələr yaxşıdı: “Sən get bunları “Bibliya”nı milyon tirajnan çap eliyən qardaşlarımız russkilərə de Moskvada!..” “Soruş ki, Bağ Atanın Oğlu bu qədər murdardısa, “prorok”luğunu niyə qəbul eləyirik biz?!”
Sonrasına bax.
“Müqəddəs Bibliya”ya görə, Sara hadisəsinin üstündə “Boq” “Avram”a düşmən kəsilib: “Avram i Boq vsyu noç borolis. Utrom Avram pobedil Boqa”. – “Bibliya”dandı bu, gözün bərələməsin, bala! Bayaq başqa cür oldun mən bunu deyəndə, hiss eləmədin. Oğlunu atadan ayırmaqla kifayətlənməyib “svyataya Religiya”, əlbəyaxa döyüşdürüb! Üstəlik, “Avram” “Boq”a qalib gəlib. Bağ Ataya! Bəs “işıq” idi Bağ Ata, Məryəm ananı işığıynan hamilə eləyirdi, burda niyə belə güləşən-vuruşan oldu?! “...pobedil Boqa” sözlərinin ardınca gör nə yazılıb: “... i poşel, obyavil, çto krup svinyi ne syedobno”. “Getdi elan elədi ki, donuzun budu yeməli deyil.” Niyə? Çünki “Boqun əli toxunub donuzun buduna!” Oxuyub dəhşətə gəlirsən ki, bu donuz hardan çıxdı? “Boq”nan döyüşən “Avram”dısa (“Boq”un əli “Avram”ın “buduna toxunubsa”), “Avram”ı niyə svinya adlandırırsan, ay “kitab” yazdıran İlan?!. Belə coşuram, sonra da köksümü ötürüb qalıram! Çünki “Religiya”nın əlinin üstündə əl yoxdu, oğul, necə istəyir, o cür də təhqir eləyir! Mənim coşmağımdan nə çıxar?!
Ən dəhşətlisi isə budu ki, qırx il OdEy (Uca Həqiqət) yayan EvƏrimin OdEyini türkcə “dəyə”yə çeviriblər, “Midiya”dan qovub başqa yerlərdə ev tikməyinə, yurd-yuva salmağına da ixtiyar verməyiblər guya!
Niyə?
Çünki, sadəcə fateh kitabıdı “Bibliya”. Geri sananan tarixin üç mininci illərindən indiyə qədər, beş min il müddətində müharibə ocağına döndərilib ƏsƏrƏl – “İsrail”. Budu bax Fateh məkri, “Quran”da təkrar olunur: “Kafiri müharibələrdə öldür!” Dərk elə indi: Stalin niyə dəridən çıxırmış qırx səkkizinci ildə ki, “Yevrey”lərə məhz orda – İsrayılda dövlətçilik verilsin! Sadəcə, “Yevrey”i müharibəyə çəkmək üçün əlverişlidi ora. Ərəbə qarşı döyüşsün və bütün Ərəb aləmi Yer üzündən silsin EyOd OdƏrini!
Diqqət yetir, indi, gör “Avram”ın düşməni “Boq” “Avram”ın xalqına nə deyir:
“Narod, iduşşiy nedobrım putyom... Narod ne imenovavşiysya imenem moim”.
Necə yəni “mənim adımla adlanmayan xalq?!” EyOd OdƏrlərinin adı EyOd (Uca həqiqət) təhrif dillərdə nə qədər təhrif olunsa da, məlum deyilmi ki, “İsrail”də indi müstəqil olan xalqın adı məhz Bağ adıynan bağlıdı?! “Boq” adından belə hökm verən “Religiyanın” məqsədini anlamaq üçün baş sındırmaq lazım deyil.
Gör nə deyir “Bibliya”:
“On (Boq) obratilsa v nepriyatelya ix, sam voyeval protiv nix”. Niyə? “Boq” niyə düşmən olub “İsrail”lilərə, niyə döyüşüb onlara qarşı? Çünki “oni” (“İsrail”lilər) oskorbili svyatoqo duxa yeqo!” Sadəcə, “İsrail” “xrist”i – Qrek “Boq”unu qəbul eləmədi. Bağı olmazın uydurmalarnan təhqir eləyən İlan öz əməlini “İsrail”lilərin adına yazıb ƏsƏrƏli Bağdan tamam ayırandan sonra, yəni “Xristos”a sahib olub Bağ Oğlu Bağ EySarın adını “İis+us” yazandan sonra, birdən-birə gör necə qışqırır:
“Vozstan, svetis, Yerusəlim... nad toboyu vossiyayet Qospod...” Oxuyursan, deyirsən: “Bıy! O nəydi, bu nədi?!” Sonrasına bax: “More boqatstvo, sostoyaniye narodov pereydut k tebe. Kidarskiye ovtsı pereydut k tebe”.
Nə oldu birdən-birə?! “Xalqların varidatı niyə Yerusəlimə keçməlidi?! Üstəlik “Kidarskiye ovtsı” – OdƏrlərin qoyun sürüləri niyə Yerusəlimə verilməlidi?!” Bu dərəcədə əcaib hökmün səbəbi nədi?
Bir adı var bunun: vəhşilik!
Vəhşi ehtiraslar qulu, Quldar İlan bütün bəşəriyyəti küt heyvanat görüb niyyətini açıq deyir: Bağlarını səndən, səni Bağlarından ayırdım; birinin edamını sənin boynuna atdım, ikincini öz bacısına evlənən heyvan elədim, üçüncüsünü quzuya döndərdim! Başın üstə KeSarımın qılıncı! “Beytül müqəddəsiyin” edam yerində əsgərlərimin çarmıxı! İndi mərhəmətli ola bilər Quldar: “Vozstan, svetis, Yerusəlim... nad toboyu vossiyayet Qospod”. – “Qalx ayağa, parla, Yerusəlim!..” Cənab Boq işıq saçacaq sənin üzərində!” Nəyə görə? Əlinin toxunduğu yer murdar sayıldığına görə?! Düşmən Boq niyə dost oldu birdən-birə?!
Mərhəmətli “Qospodin” açıq deyir sözünü: qoşul mənə, xalqların varidatını talayaq, OdƏrlərin qoyun sürülərinə sahib olaq!
Və oldular, ay oğul! Sürülərimi verib kolxozlara, kolxozları verib rusa! Rus yığır, yığışdırır, Vatikana göndərir! Casus monaxlar ordusunun qarınları şişir dama dönür!
Qoyun əhvalatından təəccüblənmə. Quldara çoxdan məlumdu ki, “qoyun”un – qu yunun yunu, dərisi, əti, südü yalnız Bağday torpaqlarında xeyirlidir. “Müqəddəs kitab”da xüsusi səslənən “Kidarskiye ovtsı pereydut k tebe” sözləri Bağday ərazisinə dikilmiş fateh gözlərindən xəbər verir, oğul.
Fateh yaxşı bilir ki, donuz deyil “Odarskaya zona”nınkı, qu yundu! Qoyun kababının dadı burada!
Özün düşün indi: məqsədinə necə çatıb İlan? Kimlərin əlləriynən soyur Tərik – Türk OdƏrlərini?!
Keşiş Vissarion yetirməsi İosif öldü. İosif yetirməsi Mirqəzəb cəzalanır. Əmma bütün planet əsir-yesirdi “Xaç” mərkəzinin pəncəsində. İndi özün daha aydın dərk eləyərsən ki, Stalinin şəxsiyyətinə pərəstiş kompaniyası, Mirqəzəbin məhkəməsi ətrafında hay-küylər də SSRİ-nin guya dəyişdiyini nümayiş etdirmək, gözdən pərdə asmaq üçündü. “Stalin repressiyasının qurbanları” adında uzun bir siyahı var Məhərrəmdə; güllələnən, islah düşərgələrində öldürülən “milli kadrlar”a ölümündən sonra “reabilitasiya” verəcəklər. Şair-dramaturq Hüseyn Cavidə, şair Mikayıl Müşfiqə, şair Əhməd Cavada “bəraət verməknən”, əsərlərini xalqa qaytarmaqnan, şübhəsiz, nə isə verirlər bu xalqa. Adları heç kəsə məlum olmayan “muğ”ları – Bağları, “pantürkist”, “panislamist” damğalı alimləri niyə qaytarmırlar xalqa?! Qaytarsaydılar, tək bu xalqı yox, bütün planeti maarifləndirərdilər, o da ki, İlanın nəfəsini kəsərdi!
Kitabxana.az · https://kitabxana.az/en/works/isa-huseynov-kainat-sakinleri-2
Use ← → keys to move, R for a random poem
More by this author
Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.
Xəzinə üstündə yatan ilan 5– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.
Xəzinə üstündə yatan ilan 6İblis zənən palıdın kölgəsindən, atasından xeyli geridə dayanmışdı: Səssiz-səmirsiz, addım-addım yeriməyə başlayanda qatı kölgədə lap əvvəlki durnaboğaz gözəl, həməncə şirin-şıtıq elqızı kimi görünürdü: gülgün badamı gözlərini süzdürüb, əsməri yanaqlarında zənəxdanları çökələ-çökələ gülümsəyib, indicə başlayacaqdı ki, “Sən bir yaxşı-yaxşı bax mənə, fikirləş, gör Gülgəzi alacaqsan, yoxsa məni?” Müsibət içində Səməd beləcə xəyallandı. Əmma xəyal tez keçdi. Gülbəniz kölgədən günə çıxar-çıxmaz, hədsiz kök, vulqar qadının yırğalanan döşləri də Səmədə dedi ki, bu zənən öz sözünü də vulqar açıqlıqla deyəcək.Belə oldu.
Xəzinə üstündə yatan ilan 7...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!
Poems by other poets
Ürək doğuldu,böyüdü, yaşa doldu,
Olmazam vəsl ilə asudə ki, həngami-vüsalOlmazam vəsl ilə asudə ki, həngami-vüsalRəşk qıllam ona kim, həsrəti-didar çəkər.
Oldu: Bürci-nəhsə düşdü kövkəbi-bəxtimBürci-nəhsə düşdü kövkəbi-bəxtim,Fələk zülmü mənə nümayan oldu,
Deyişmə: Bulaq üstə duran gözəl— Lətif:Bulaq üstə duran gözəl,