Kainat sakinləri 2
Page 19 of 23 · 78%
⁶⁸ “Məhşər dərəsi”, “Cəhənnəm dərəsi” də deyilir. danda hökmən mənim yanımdan keçir, tavana baxa-baxa qımışır: “Sudba Prometeya naçertana na tvoyom lbu! Sudba Prometeya!”
Bayaq burda sən çox fikirləşirdin, eşitmədin, Müslüm dedi: “suiqəsd təklifi Kiknadzedən çıxıb”. Məhərrəm məni nə qədər qorusa da, şübhəsiz, bu dəfə öldürtdürəcək məni o Qiyenaynan yanaşı oturan fanatik. Mənim ölümüm səni – SafAğ yolunda olan balamı sarsıtmamalıdı! O Kiknadzeyə, Qiyenaya-filana da kin bəsləmə! Eşidirsən?! Kin öldürür SafAğı. Əbədiyyətini alır!.. Necə deyərlər, Allah özü versin bəlasını. Rusca “otpuşşennıye” deyirlər elə kin mücəssəmələrinə. Yəni özbaşına buraxılıb, öz daxiliynən məhvə aparacaq özünü. Əmma Midi Qiyenalarnan yanaşı gedən belə “rabotniklər” in bizə vurduqları zərbələri heç kəs vurmur, oğul. “Sudba Prometeya” deyir. Yəni işgəncəyə məhkum olunmusan... Bu səhər zalda yenə bu ifadəni eşidəndə fikirləşdim ki, “Prometey taleyi” barədə xüsusi danışmalıyam sənə. Çünki bir nəfərin taleyi deyil bu işgəncəyə məhkumluq, bütün “Yer” Bağlarının, xalqımızın, daha doğrusu, bütün BağOdEyin – Bağdayın taleyidi.
“Mif”lərin hamısı ifşa olunmalıdı. Hamısı! Əmma “Prometey” barədə ayrıca, xüsusi danışılmalıdı.
Qrek deyir: “Prometey” Olimp dağından “Allah”ların odunu oğurlayıb insanlara verdiyinə görə Zefsin qəzəbinə keçib, Qafqaz dağlarında zəncirlənib, əbədi işgəncəyə məhkum olunub. Qartal illər uzunu, həmişə Prometeyin köksünü deşir, əmma Prometey ölmür, çünki ölümsüz Zefsin Yer qızı Medeyadan olan ölümsüz oğludu.
“Mif”ə bax, oğul:
“Bağ”ların “od”u əslindən – Oddan – həqiqətdən uzaq, adi ocaq odu imiş! Olam – “Olimp” imiş, özü də qeyri-müəyyən məkanda – göydə! Olamın – “Olimp”in sahibi Ulu Bağ ƏsƏlMən isə yerli-dibli yoxmuş, variantdan-varianta keçən təhrif “söz” – Zefs varmış! Nəinki Bağday, təhrif söz “Midiya” da yoxmuş! Yer qızı “Medeya” varmış! Bağdayı “əbədi zəncirləyən” mühasirəyə salan, OdƏri – “Kərəm”i “köynək”də saxlayan fatehlərin planet miqyaslı hakimiyyəti içində Elm yayan saysız-hesabsız SafAğ Alimləri FərOd⁶⁹ Bağdaylar da yoxmuş, tək-tənha “Pro Metey” varmış!
⁶⁹ Fars variantı “Fərhad”dan azmış “FərOd”un əsli – OdƏrcəsi EvƏrEy Oddur. Qreklərin tələffüzündə EvƏr EyOd – “pro”, Bağday – “Metey” EvƏr EyOd Bağday (Bağdayın uca İşıq Evinin Həqiqəti) “Pro Metey” şəklinə düşüb.
Bu bədbəxtliyimiz barədə danışanda “Yevangeliye” – “Şad xəbər” düşür yadıma: “Quzu gəlir, başının üzərində saysız-hesabsız təhrif adları!” “Bibliya”, “pop”ların “tolkovaniye”si: EyAğ – “Ayaq”, ƏsAğ – “İsak”, OdEy – “dəyə”, ƏsEvÜn – “sivnya”, BağOd – “bud!..” Həqiqəti öldürən təhrif dil, təhrif şüur əməli fatehin “zənciri”ynən çox sıx bağlıdı, oğul. ƏrEy – “Rey” vilayətindən başlamış, ƏrMən – Ərim – “Rum” (Türkiyə) ərazisinə, indiki “Borçalı” da daxil olmaqnan GurUc – “Gürcü” torpaqlarının ucqarlarına qədər, ƏrƏs – “Risa” gölü səmtindəki silsilə dağ ətəklərində Qrek əhalisi elə zəncir kimi düzülüb ki, gəzsən, diqqət yetirsən, “mif” müəllifi Quldarın məharətinə heyran olarsan!
Bədbəxtlik burasındadı ki, əsrlər keçdikcə, zəncirin həlqələri içərilərimizə yeriyir. EvƏr Ey Od Bağdaya “Fərhad” deyən “Fars”nan Qrek dilində “Pro Metey” deyən “Rus” da zəncirliyən olub. EvƏrEy – “Yevrey”im özünü “Russkiy” adlandırıb “Pro Metey” Abıların özlərindən başqa şagirdlərini də “zəncirləyir!” Bədbəxt “Otar Kiknadze” necə dərk eləsin ki, “Pro Metey” Sultanı yox, özünü, xalqını, Vətənini zəncirləyir!
Ruhdan düşmə, bircə balam! Daxilini qaynatma! Eşit, düşün, dərk elə ki, düşmən yoxdu, dilsiz-şüursuz cahil var. Planetin indiki mühitində cahil insan o qədər güclü görünür ki, cəmisi əlli ildən sonra bu cəhalət dövranının qurtaracağına, Elmimizin bütün “Yer” miqyasında yayılacağına heç kəs inanmır! Həqiqətə qayıdış olacaq. Sən görməlisən o zamanı, daxilən yüngülləşməlisən. Necə deyərlər, inşallah, Ün eşidəndə, dərsini birbaş OdAğÜzdən alanda belə gərgin olmuyacaqsan.
Saşanı öldürdülər, yerində ondan da cavan, ondan da Saf Pünhanımız var. Mənzil kirələmişik şəhərdə, oturub yazır. Hələlik KPSS-in ifşasıynan məşğuldu. OdAğÜzdən mənə deyilib: “Səmədin köməkçisi olacaq o Pünhan...”
Vanna otağının dal divarındakı xırda pəncərələrdən Bakının xilaskarı Xəzrinin sərin nəfəsi vurmağa başlamışdı. Sultan paltarını götürüb pərdə dalında geyindi, qayıdıb “tyubik”də oturdu, “julik”in⁷⁰ dibindəki arağı iki qədəhə tökdü.
– İçək o uzaq görünən yaxın zamanda yenidən görüşəcəyimiz günün şərəfinə! “Araq” deyil bu, ƏrAğdı. SafAğ İşıq. Gülmə. Həqiqisi, safı olsa, bir çox “Yer” xəstəliklərinin dərmənidi... Meyvələr, çiçəklər, otlar, bütün “təbiət” – OdEvdi, Həqiqət Evidi – EyEsÜndü, qışqırır, haray çəkir ki, OdEvdə OdƏrMənəm – Həqiqət İşığıyam, türkcə “dər məni”
⁷⁰ Kiçik şüşə deyirəm, ey ÜnƏsdən uzaq “insan”, sən isə elə “dərman” deyirsən, heç düşünmək də istəmirsən ki, OdƏrə niyə “dər” deyirsən, mənə niyə “man” deyirsən! Saatlarnan bax bu cür Ün gələcək beynina, formaca eyni, məzmunca müxtəlif sözlər deyildikcə, beynində kino-kadr kimi dəyişən görüntülər görəcəksən, çətinlik çəkmədən dərk eləyəcəksən ki, Ün sahibinin dediyi “OdƏrMən” insana aiddi, yoxsa “dərmənə” və ya başqa bir şeyə... Beynin yorulanda, demək olar ki, heç eşidilməyən pıçıltıya keçib, ancaq görüntülərnən danışırlar. Burdan belə nəticə çıxır ki, ən səs-küylü yerlərdə təhrif insanlar bir-biriynən qışqıra-qışqıra danışdıqları halda da sən Ün eşidə bilərsən. İclasda-filanda da OdAğÜznən danışarsan, ətrafında heç kəs xəbər tutmaz. Bax bu möcüzəli xüsusiyyətə görə “təfəkkür dili” deyirik OdƏr dilinə.
Dilə şüurlu münasibət olmuyan yerdə insan yoxdu. Xalqının mənşəyindən, OdƏr bəşəriyyətindən, ikinci doğuluşdan, əbədi həyatdan xəbərsiz olan “ən savadlı” adamlar, Akademiklər də deyirlər: “Bu xalqın öz dili var! OdƏrə-filana ehtiyacımız yoxdu!” Bir dostumuz var Akademiyada Məmməd Cəfər. Deyirəm: “Tarixi öyrənsinlər, danmasınlar! Biz məgər yeni dilmi vermək fikrindəyik?! OdƏr dili – beynimizin tarixidi. BağÜnünün! Kainatnan əlaqə vasitəsidi!”
İlana inam nəticəsində BağÜnlə verilən OdƏr adları əvəzində İsgəndər Zülqərneynin parçaladığı torpaqlarımızın hər parçası bir Qrek “söz”üynən adlandırılıb, nəhayət, “akademik” Midi Qiyenanın “kitab”ındakı “Atropatan” “söz”ü dilə-ağıza düşüb. Gör dilə şüursuz münasibət nə dərəcədədi ki, o tay, bu tayın ziyalıları sayılan tarix, ədəbiyyat, dil, etnoqrafiya, coğrafiya alimləri arasında bir nəfər də etiraz eləmir bu yad-yabançı “Atropatan”a! Açıq-aydın “OdƏr batan”a sonrakı “Adr bicana!” Lap adi, sadə məntiqnən soruşa bilərsən ki, Qrek mənim OdƏrimə, “Atri”, “Atro” deyirsə, niyə mən də “Atro” deməliyəm? Qrek mənim BağOduma “pat” deyib, niyə mən də “pat” deməliyəm?! İlan “alim”inin “fantaziya”sına bax: “Atropatan”dan “Adrbidan” – “Adr bican” – “Azərbaycan”! Yenə deyirəm bunu, yəni nə yurdun-yuvan olub sənin, nə də dilin! Yəni “qədim dünya” deyəndə də “Qrek”i, Latını düşün, “qədim dil”, “qədim mədəniyyət” deyəndə də! Ən yaxşı halda, “ŞumƏr”, “Sak”, “Skif” ola bilərsən sən. Rusiyanın indiki “qara torpaq” zonasında mədəniyyət abidələri tapılan “Skif”lər!
Nədi bu “skif?!”
Hamı ciddi qəbul eləyir bu “söz”ü. Bəziləri deyirlər: “Əskifər” sözündəndi, Qrek dilində “Skif”ə çevrilib”. Yalnız İlanın İblis xarakterinə bələd olan bədbəxt “Pro Metey” – EvƏrEyOd Bağday Abılar, Sultanlar açıb danışırlar ki, “Skif”in – “Əskifər”in əsli ƏskiEvƏrEy nə qədər təhqir olunsa da, öz ucalığını qoruyub saxlayır. Bağ nəslini “Skif”, “buğa” adlandırmaqnan cahil öz murdar beyninin iyrəncliyini göstərir, oğul!
İndi keçirəm başqa şeylərə – daha ciddi təhriflərə. O təhriflər ki, vətənimizi Yer üzündən köklü-köməcli silir. Diqqətli ol.
Sultan şüşəni şüşəyə çaqqıldatdı, Müslümü astadan lap yaxına çağırıb soruşdu:
– Sui-qəsdin vaxtını öyrənə bilərsənmi?
Müslümün baxışı divara sancıldı.
– Məhərrəm Abbasoviç oxrananı məhz bu gecə evin tinlərinə düzübsə, demək, bu gecəyə təyin olunub. Baş tutmuyacaq. Arxayın olun!
– Afərin! Get işini gör!
Səməd ayaq üstə idi. Gərgin dayanmışdı.
– Əmi! Belə gecə!.. Olmazmı başqa vaxta saxlayasan söhbətini?
Sultan elə bil heç nə eşitmədi.
– Olamdan sonra ilk GurOd – “Yurd” (vilayət) bilirsən ki, ƏrEydi.
ƏrEynən birlikdə beş GurOd – “Yurd”u olub Bağdayın.
Təfsilatnan deyəcəm hansılardı beş GurOd.
Fantastikadan da fantastik murdarçılıqlar eşidəcəksən indi.
Beş GurOdu “beş qurd”a, beş canavara çevirib İlan “alim”i, Vətəndən, Elmdən, Bağlarından tərik düşənlərimə deyir: “Beş qurddan yaranmısan sən”, beş qancıqdan doğulmusan, buna görə də bayrağında qurd başı var. Bağ nədi, OdƏr nədi! Farsın qədim dilini öyrən, OdƏr dili yox, “Dəri” dili olub sənin dilin! Beş GurOdun təxminən birində “kird”ləşmişik – “kürd”ləşmişik; GurOd ordu hissələrimiz “Pəhləvi”lərin arasında qalıb, dili dəyişib! GurOdMən qalalarımıza “Girdman” demiblər. Min dəfə yaz, arazidə gəz, haray təp ki, “Kəlbəcər” – “Gəlibbəsər” deyilsən, “qurd” deyilsən, “Skif” deyilsən sən, kimdi inanan?! Elmdən, dildən – şüurdan məhrumu necə inandırasan ki, uzun ağac ucunda aşılanmış qoyun dərisinə həkk olunmuş it başı bayraq deyil, Qrek-Latın legionlarıynan əsrlər uzunu döyüşlərdə qırılıb azalan ƏskiƏr (“əskər”) GurOdlarımız Qrek-Latın-Fars qoşunlarından qorunmaq üçün qoyun sürülərinin, naxırların yaxında it xılları – köpək sürüləri saxlayırmışlar. Volqa boyuna, “qara torpağ”a qaçan təriklərimiz fürsət tapıb Bağdaya qayıdanda ƏskiƏr OdƏrlərini haman it başlı işarələrnən tapırmışlar. “Türk bayrağı” deyilən şey yoxdu, oğul. Tünd mavi, zümrüdü rəngdə, üstü ulduzlarnan – kəhkəşannan bəzəkli AğEy (“Əxi”) – Uca SafAğ İnsan bayrağı, BağOdEy – Bağday bayrağı var ki, o da saraylardan yığışdırılıb gizlədilib, əvəzində Xilafətin bayrağı asılıb.
Kitabxana.az · https://kitabxana.az/en/works/isa-huseynov-kainat-sakinleri-2
Use ← → keys to move, R for a random poem
More by this author
Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.
Xəzinə üstündə yatan ilan 5– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.
Xəzinə üstündə yatan ilan 6İblis zənən palıdın kölgəsindən, atasından xeyli geridə dayanmışdı: Səssiz-səmirsiz, addım-addım yeriməyə başlayanda qatı kölgədə lap əvvəlki durnaboğaz gözəl, həməncə şirin-şıtıq elqızı kimi görünürdü: gülgün badamı gözlərini süzdürüb, əsməri yanaqlarında zənəxdanları çökələ-çökələ gülümsəyib, indicə başlayacaqdı ki, “Sən bir yaxşı-yaxşı bax mənə, fikirləş, gör Gülgəzi alacaqsan, yoxsa məni?” Müsibət içində Səməd beləcə xəyallandı. Əmma xəyal tez keçdi. Gülbəniz kölgədən günə çıxar-çıxmaz, hədsiz kök, vulqar qadının yırğalanan döşləri də Səmədə dedi ki, bu zənən öz sözünü də vulqar açıqlıqla deyəcək.Belə oldu.
Xəzinə üstündə yatan ilan 7...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!
Poems by other poets
Ürək doğuldu,böyüdü, yaşa doldu,
Olmazam vəsl ilə asudə ki, həngami-vüsalOlmazam vəsl ilə asudə ki, həngami-vüsalRəşk qıllam ona kim, həsrəti-didar çəkər.
Oldu: Bürci-nəhsə düşdü kövkəbi-bəxtimBürci-nəhsə düşdü kövkəbi-bəxtim,Fələk zülmü mənə nümayan oldu,
Deyişmə: Bulaq üstə duran gözəl— Lətif:Bulaq üstə duran gözəl,