Kainat sakinləri 2
Page 20 of 23 · 83%
İndi “Dədə Qorqud” adlanan bədbəxtliyimizi yada sal: “iynəyə tikən demədi o Dədə Qorqud. Tikənə sökən demədi o Dədə Qorqud”. Saysız-hesabsız “tədqiqat işləri” yazırlar türkoloqlarımız, “Kitabi Dədə Qorqud”u İslama qədərki möhtəşəm tarixi abidə adlandırırlar! Bilən varsa, o da dillənmir ki, həmin ikiyüzillik müharibənin əvvəlində, BağHəmOd nəsli qırılandan sonrakı Vatikan məkridi “Korkud” (yəni “Qorxut”), Od – Həqiqət əvəzində oğul “əti” yedirt.
Varisimizin Vətənə ən böyük xidməti bu olmalıdı ki, “Kitabi Dədə Korkut” qəbilindən “kitab”ların xalqı məhz tarixi kökdən, OdƏr bəşəriyyətindən, Bağlardan həmişəlik ayırmaq üçün xüsusi hazırlanmış fateh İlan “kitab”ları olduğunu açıq yazsın, açıq danışsın. Yəni əbədi Bağlar nəslindən əbədi insanlığını dərk eləyib ölümdən qorxmamalısan, oğul. GurOdlarda AğÜz (SafAğ mənası) Bağları əvəzinə “yurd”larda “Oğuz bəyləri”, “Oğuz buğaları”, yazanların arxasında İlan qıvrılıb, oğul, “Oğuz” əvəzinə AğÜz yazanı dərhal çalsa da, qorxmamalısan!
Vatikan monaxları “Dədə Qorqud”un lap ilk kəlmələrindən qorxudurlar: “Dədə”miz ölkənin hansı səmtinə gedir qəbirqazana rast gəlir. Bu qazannan “Salur Qazan” adını yanaşı qoy. “Salur” dialektdi, “salır” deməkdi. Qəbri qazanımız, milləti qəbrə salanımız elmsiz Qazan xandı! İlan “alimlər”i bunu da görməzliyə vururlar!.. “Zəncir”i – mühasirəni qırmaq ümidiynən əsrlər boyu “Qapı açaq, Qapı açaq!” – deyən “Qıpçaq”ları “Oğuz bəyləri”nə düşmən qələmə verən “kitab” ifşa olunmayınca, Odu əvəzində “at”ı, BağBağÜnü əvəzində “papağı”ynan öyünən “kişi qeyrəti” verib patriarxal bataqlığa sürüyəcəklər bədbəxt xalqımızı!
Daxilimizdədi bu bataqlığa sürüyənlər İnstitutlarda, mədəniyyət ocaqlarındadılar!
Vətənin həqiqətlərini danan adam vətəndaş olammaz, oğul!
Dilçilərin iddiasına görə “vətən ərəb sözüdü”. Bu düzdü. Əmma həm də yalandı. Çünki “Vətən”in əsli EvOdündü. “Ərəb”ə dönənim təhrif eləyib, qılıncının ucunda qaytarıb verib sənə. “Qorod”a, “Qord”a, “qurd”a döndərilən GurOdu isə həm “Rus”a dönənim təhrif eləyib, həm “Ərəb” – “Fars”, həm də sən özün: “yurd” demisən.
İndi beş “yurd”unu (vilayətini) – GurOdunu tanı.
Birinci GurOd, dedim, ƏrEydi təkrar eləyirəm, “Ray”a (cənnətə), əfsanəyə döndərilib, “Bibliya”nın səhifələrində qalıb. “Ariy”ə döndərilib, “Hind”ə, “Fars”a, “Erməni”yə məxsus “ali irq” məfhumu olub. Nəhayət, “Rey” adlandırılıb verilib İlan müttəfiqi “Fars”a!
İkinci GurOdun adı ƏrÜzdü. Məna işığı deməkdi. Mərkəzi “Təbriz”i “Təbriz” eləyib xəstə bir xatunun tərləyib sağalması barədə əfsanəynən bağlayıblar ki, əsli – OdEv ƏrÜz unudulsun. Ağ Əmirnən Boz Əmir xüsusi yazmışdılar ƏrÜz OdƏrlərinin OdEvi barədə. ƏrÜz – “Ar az” çayının o tay-bu tayı ƏrÜz GurOduna aiddi. Geri sananan əlliminillik tarix boyunca “Assuriya”lıların, “Qrek”lərin basqınları dövrlərində, yeni tarixnən əsasən ikiyüzillik müharibə dövründə tərik düşən, səkkiz yüz ikinci il “Vizantiya” – “Kiyev” müqaviləsindən sonra “Rus”a, “Bender”ə dönənlər, təkrar eləyirəm, ƏrÜz GurOdundan gedənlərdi.
Üçüncü GurOdun adı AğÜzdü. SafAğ İnsan Üzü – mənası deməkdi. Təhriflərin “Oğuz” adlandırdıqları, OdAğÜz Bağlarıynan ünsiyyət əvəzinə “buğa”larnan “güləşdirilən” “bəy”lərin bu yurdunun mərkəzi “Bərdə” adlandırılan BirOddu. Nizami “Xəmsə”sinin başına oyun açan “fars katiblərinin sözüdü bu “Bərdə”. Üstəlik, Nizaminin adıynan yazırlar ki, əvvəllər ayrı cür olub “Bərdə”nin adı. Xalqı çaşdırmaq, kökdən ayırmaq üçündü hamısı! “Ağdam”ın tarixini tamam pozub atıblar. Ağ OdMən adında möhtəşəm şəhər olub BirOdnan bir yerdə. Dəfələrnən dağıdıblar. Dəfələrnən! İlanın uzun sürən fitnə-fəsadları nəticəsində “Ermənistan” sayılan ƏrMən, “Rum” sayılan Ərim torpaqları, OdƏr – “Kür” çayından cənuba, şimala doğru uzanan düzənli, bağlı ərazi bu GurOda daxildi.
Dördüncü GurOdun adı ÜzAğdı. Bu da SafAğ İnsanın Üzü – mənası deməkdi. Gah soldan sağa, gah sağdan sola, gah da ortadan sağa, sola oxunan sirli “söz”lər – ƏsÜzlər – Yaradan mənalar Dilinin sirlərini biləndə “AğÜz”nən “ÜzAğ”ın fərqini də biləcəksən. Hələlik bunu bil ki, “Yer”də biz OdƏr sözlərini oxuyanda, yazanda, tələffüz eləyəndə OdAğÜzdən hökmən bağlanırlar bizə, hansı sözü soldan sağa, hansını sağdan sola və ya ortadan sağa, sola oxumağı səssiz – Ünsüz deyirlər beynimizə. Belə olmasa, “ÜzAğ”ı “Yer” dili qaydasıynan, “mənanın SafAğ İnsanı” kimi oxuyarıq. Halbuki, təkrar eləyirəm, “AğÜz” kimi “ÜzAğ”ı da SafAğ İnsanın mənası kimi anlamalısan və bilməlisən ki, bu Üz – məna ərazisində tək bircə nəfər insanın təhrifi bütün əhalinin təhrifi qədər böyük faciə sayılır. Çünki Kainatın bütün varlıqları kimi, insan da insana bağlıdı. Burdakı – Yerdəki bağlılıq ən uzağı üç-dörd nəsildən sonra itir, OdAğÜzdəkilər isə lap Olam zamanından yadda saxlayarlar nəsillərini, “Yer”də bir uşaq anadan olanda orda – yuxarıda sevinişirlər, ordan-bura uşağı İşığa bələyə-bələyə güldürürlər, oynadırlar “Yer”dəki bircə körpənin təhrifi OdAğÜzdə min-min insana dərd verir! Bu münasibətnən, birinci GurOdun adına – ƏrEyə bir də diqqət yetirək: ƏrEy – Uca İşıq. Yəni birinci GurOd bütün planeti – EyƏri təmsil eləyir. İkinci GurOdun adı – ƏrÜz də, üçüncü GurOdun adı – AğÜz də, dördüncü GurOdun adı ÜzAğ da birinci adnan bağlıdı: bu mənalar təhrif ediləndə bütün planet EyƏrdən – Uca İşıqdan məhrum olur, yəni EyƏrin – Uca İşığın mənbəyi OdÜnEyƏsi – “Günəş”i tanımır, insan şüurca və demək, həm də cismən yalnız torpağa bağlanır, OdƏrliyini – Həqiqət İşığı olduğunu dərk eləmək qabiliyyətini itirib, OdƏrBağdan yox, “torpaq”dan yarandığına inanır.
Beşinci GurOdun EyÜn ÜzAğdı adı, şərti olaraq Yan ÜzAğ deyirik. Əslində dördüncü GurOd ÜzAğnan beşinci GurOd Yan ÜzAğ – “Qanzak” – “Qazax” da üçüncü GurOd AğÜz ərazisi sayılıb, geri sananan tarixin axırına yaxın “Qrek”lər Bağdayın içərilərinə soxulub ərazini kiçik-kiçik xanlıqsayağı dövlətlərə parçalayanda Ulu Bağ, məcburiyyət qarşısında, bütün AğÜz – “Oğuz” OdƏrlərini şərti olaraq dördüncü adlandırılan ÜzAğ ərazisinə, sonra da mərkəzi Yan ÜzAğ – “Qazax” sayılan şərti beşinci GurOdun ərazisinə köçürüb. Yeni tarixin başlanğıcında Qrek-Latın-Fars qoşunları beşinci GurOdu da tutanda Ulu Bağ özü OdƏrMən – “Türmən”⁷¹ qoyun yataqlarında, çobanlarının arasında gizlənib, əhalinin böyük əksəriyyəti isə, BağOdEy – Uca Həqiqət Bağı ərazisindən kənarda, təhrif insan ərazisində, müvəqqəti altıncı GurOd UcAğda yerləşib. Bu UcAğa SarUcAğ⁷² da deyilir. Çünki təhrif ərazidə, adətən hər şey yalnız Sar iradəsindən asılı olur. Adı sonralar “Sircik”, “Səlcuq” şəklində təhrif olunan o SarUcAğa ixtiyar verilib ki, fatehləri Bağday ərazisindən çıxarmaq üçün könüllü “ölümə” – ikinci doğuluşa razılıq verən OdƏrlərdən ƏrSarlar⁷³ hazırlasın. ƏlAğ EySarımızın SimOd məclisinin qərarıynan ƏrSarlara indi bizə möcüzə kimi görünən qabiliyyət verilib: döyüşə girişəndə bədənlərindən-əllərindən qılınclarına SafAğ İşıq keçirmiş, atlarıynan bərabər özləri də möhkəm zirehli “Qrek-Latın” legionerlərinin zirehlərini qılıncnan yox, qılıncın ucundan çıxan SafAğ İşıqnan kəsirmişlər. Sonralar təhriflərin dilində “rıtsar”a çevrilən ƏrSarlara daha bir möcüzəli qabiliyyət verilibmiş: uzaq məsafədən SarUcAğın Ünüynən bərabər ƏsAğÜz – “Saz” Ünü eşidə-eşidə vuruşurmuşlar. Arada deyim bil ki, bütün dəstanlarımızda, o cümlədən “Koroğlu” dəstanında qılıncnan yanaşı Saz Yeni tarixin başlanğıcındakı ƏrSarlarnan əlaqədardı, “dəstan”a – OdƏs OdÜnə keçib. Tiflisdən o yanlarda “Sak” – ƏsAğ, Tiflisdən bəridə “Kəpənəkçi”, “Saraclı” kəndlərində “Səlcuq”lardan doğulan uşaqlar da “Saz”ı lap birinci dəfədən çalırlar: irsiyyətdən!
⁷¹ “Türmən” indiki Ağstafa (qədim AğÜz OdEv) rayonunun ərazisində Ceyrançöl adlanan örüş yerlərinin, Muğanlı kəndinin yaxınlığındadır.
⁷² Türməndən qərbi Sibirə qədər ərazi.
⁷³ ƏrSar – “Rıtsar”.
Tariximizin son dərəcə maraqlı səhifələri var, oğul. Vaxtı çatanda hamısını biləcəksən. O altıncı, ərazidən kənar GurOdun mərkəzi OdEv ƏlƏs adlanıb, sonralar təhriflərimizin dilində “Tiflis”ə, “Tbilisi”yə dönüb. OdEv ƏlƏsin əhatə elədiyi ərazilər də geniş olub. “Atilla”nın – OdƏlin vaxtında “Sibir” də UcAğ sayılırmış. “Vərəsə”mizi oxuyanlardan başqa, heç kəsin xəbəri yoxdu ki, İlan legionlarının, hətta ƏrSarları üstəliyən, Sibirə qədər gedən vaxtları da olub. Məhz o vaxtlar SarUcAğı “Zir ciy”ə, “Sir ciy”ə, “Səl cuq”a çevirən də “mədəni Qrek”di.
İlanın Moskva “alim”ləri haray çəkirlər ki, “Səlcuq”ların nəinki “Midiya”ya, heç “Azərbaycan” a da dəxli yoxdu! Halbuki, fatehləri beşinci GurOd Yan ÜzAğdan – “Qazax”dan məhz ƏrŞarlar qovublar, SağSan – SağƏsÜn Ulu Bağ məhz ƏrSarların sayəsində qayıdıb Qazağa.
İlanın yazdırdığı “tarix” “Fars səltənəti” adlandırır Ulu Bağ Sağ-ƏsÜnün beş GurOdlu Bağdayını! Yalnız biz bədbəxtlərə məlumdu ki, EvƏrƏs – “Pers”iya” özü də Bağdaya daxil olan ərazidi, əhalisi də OdƏrlərdi, İsgəndər “Kəbir” ayırıb bizdən o OdƏrləri. “Pers” dili tədricən ayrılıb “Dəri” adlanan “dil”dən yaranıb. Bayaq bu barədə danışanda deməliydim ki, “Qrek”, “Ərəb” dili qarışıb “Dəri” “dil”inə.
Oxuyursan: “Sasani hökmdarı Yəzdigird!” Farsdilli Nizami də “Yəzdigird” yazırsa, necə inanmayasan ki, doğrudan da “Fars”dı bu “Yəzdigird”, “Sasani”di, “Bəhram Gurun atasıdı!” Nə yaxşı ki, Nizaminin rəmzlərinin hamısını pozmayıblar: Bircə sətrdə qalıb: “Bəhramın atasının Odu Qazaxda idi!” Fəhmli oxucu duruxur: “Qazaxda?!” “Sasani paytaxtı “Rey” sayılırsa, Bəhramın təxti-tacı “Rey”dədirsə, atasının “Atəş”i – Odu niyə Qazaxda olsun?!” Axtar bu “niyə”nin cavabını, daha “Vərəsə”də də tapmazsan. Yalnız Sultan Əmirlinin dilindən eşidə bilərsən ki, “Bəhram Gur”un – BağƏrim Gurun atasının Odu – adı, rütbəsi “Yəzdigird” deyil, ƏsOd GurOddu. Bayaq dediyim GurOd – “kürd” ordusunun Sarları həmişə ƏsOd GurOd rütbəsi daşıyıblar. Bu Od – ad – rütbə Yan ÜzAğ – “Qazax” GurOdundan da “Yəzid” yox, ƏsOd (Yaradan Od) idi!
Kitabxana.az · https://kitabxana.az/en/works/isa-huseynov-kainat-sakinleri-2
Use ← → keys to move, R for a random poem
More by this author
Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.
Xəzinə üstündə yatan ilan 5– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.
Xəzinə üstündə yatan ilan 6İblis zənən palıdın kölgəsindən, atasından xeyli geridə dayanmışdı: Səssiz-səmirsiz, addım-addım yeriməyə başlayanda qatı kölgədə lap əvvəlki durnaboğaz gözəl, həməncə şirin-şıtıq elqızı kimi görünürdü: gülgün badamı gözlərini süzdürüb, əsməri yanaqlarında zənəxdanları çökələ-çökələ gülümsəyib, indicə başlayacaqdı ki, “Sən bir yaxşı-yaxşı bax mənə, fikirləş, gör Gülgəzi alacaqsan, yoxsa məni?” Müsibət içində Səməd beləcə xəyallandı. Əmma xəyal tez keçdi. Gülbəniz kölgədən günə çıxar-çıxmaz, hədsiz kök, vulqar qadının yırğalanan döşləri də Səmədə dedi ki, bu zənən öz sözünü də vulqar açıqlıqla deyəcək.Belə oldu.
Xəzinə üstündə yatan ilan 7...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!
Poems by other poets
Ürək doğuldu,böyüdü, yaşa doldu,
Olmazam vəsl ilə asudə ki, həngami-vüsalOlmazam vəsl ilə asudə ki, həngami-vüsalRəşk qıllam ona kim, həsrəti-didar çəkər.
Oldu: Bürci-nəhsə düşdü kövkəbi-bəxtimBürci-nəhsə düşdü kövkəbi-bəxtim,Fələk zülmü mənə nümayan oldu,
Deyişmə: Bulaq üstə duran gözəl— Lətif:Bulaq üstə duran gözəl,