Xəzinə üstündə yatan ilan 1
Page 3 of 4 · 50%
Mən bilmirəm nə olub orda, gecə niyə elə çıxıbsan evdən. Bildiyim budu ki, sən gedəndən sonra Qurban əmi çox pis dalaşıb Sultan Mamedoviçnən. Açığını deyim sənə. “Beynini yükləsəm” də, bu elə şeydi ki, alayarımçıq danışmaq olmaz, ay Səməd. Açığı belədi ki, Qurban əmi lap əndazədən çıxıb, deyib: “Çağır o evdən belə filan qızını, bu dəqiqə tərkimə mindirib səyirdəcəm atı aparacam, atacam atasının dağılmışına, uşağı xərc eləsin, bir söz-söhbət də burdan çıxmasın”.
Sultan Mamedoviç bacını yox, Xeyrə arvadı çağırıb. Xeyrəni də ki tanıyırsan. Deyib “ata mindirmək olmaz, bu bir, ikincisi qoynu dolu zənəni atası evinə qaytarsan, nə allah götürər bunu, nə bəndə”.
Qurban əmi qışqırıb ki, “Bəs o cavanın dəli-divanə olub düzlərə düşməyini götürərmi allahımız, bəndəmiz?!”
Arvadı qovub, qalxıb yuxarı, yazıq, binəva bacının üstə düşüb ki, Sultan Əmirlinin evi, ailəsi də, oğul-uşağı da Səməddi! Əmirli nəslinin varisini didərgin salsan, nə sən özün xoşbəxt ola bilərsən burda, nə də Əmirlilər. Çıx get burdan, uşağı xərc elə! Sonra da çıx kəndin ortasına, deynən düşmən sözüdü deyilənin hamısı!.. Nə başını ağrıdım, axırda bacı deyib: “Uşaq-zad olmuyacaq”. Özü də gedib atasının evində oturacaq, ölənəcən heç kəsin üzünə çıxmıyacaq.
Atası evindədi indi.
Arvad ərinin damının altında deyilsə, nədi bu, ay Səməd?!
Haqlıdımı Qurban əmi?
Özü də başa düşür ki, haqlı deyil. Dünən Sultan Mamedoviçi yola salanda ayrı hava çalırdı: “Kəbinin də qalsın, uşağın da. Mənə lazım olan budu ki, Səməd onu bir də o evdə görməsin”, – dedi dönə-dönə. Sultan Mamedoviçə söz verdi ki, bacının özünə də, Əlləzoğluynan Hənifə arvada da tapşıracaq, uşağa xətər dəyməsin.
Təklənəndə Sultan Mamedoviçin gözü dörd olmuşdu. Dəli kimi, öz-özünə danışırdı: “Uşaq əldən gedəcək, əldən gedəcək” deyirdi. “Bezobraziye rahat buraxmıyacaq o bədbəxti. Şübhəsiz, felyeton-filan da olacaq” deyirdi. Məni çağırdı. Soruşdu ki, “Ağlın nə kəsir? Səmədnən danışsam, Səməd onun könlünə nur sala bilərmi ki, uşağa toxunmasın?” Özü soruşdu, özü də dedi: “Bircə balamnan danışacam, balamı xilas eləsin! Bir dəfə açıq, mərdanə kişi söhbətimiz oldu, dözmədi. Yəqin təbiidi. Bir də danışacam, Bircə balam özü qurtarmalıdı məni bu dardan! Kürəyimdən yükü götürsün, bir az yaşayım, iş görüm!” Budu, əslində “yük” dediyim. Elm barədə söhbət getmir hələ.
İndi nə fikirdədi Sultan Mamedoviç? Bilmirəm. Məncə, bu fikirdədi ki, məktub yazasan bacıya, mən aparım verim. Bu işi ləngitmək olmaz, ay Səməd. Sultan Mamedoviç Əlləzoğluna deyib qızı gözdən qoymasın. Bədbəxtlikdən o murdarlar Əlləzoğlunu xəstəxanaya basıblar rayonda. Başa düşürsən?!
Çax-çux səndən çox çəkinir. Bilmirəm hansı belə-filan çatdırıb ona həyətdəki o xançal əhvalatını. Elə ona görə KeQeBeyə çağırtdırdı məni bu səhər, hava işıqlananda, dedi Əmirlilər nəfəslərini necə çəkirlər, o da məlumdu bizə. Sizin o Saşanız o biri rayonda KQB-nin rəisiydi. Altmışa qədər “Muğ” buraxdırdı məhkəmədən. Dözdük. Rütbəsini artırdıq, göndərdik Bakıda müavin elədik, öz ayaqlarıynan güllə qabağına göndərdik. Sultanınız da o yolnan gedir. Hansı kənddə, hansı şəhərdə məhz kimlərdi “Muğ”lar – Bağlar, hamısı uçotdadı. Get mənim adımdan de Səmədə, əlini tərpətməsin, səlamət qalsın, ayrılsın UluBağlardan – “Muğanna”lardan. Onsuz da qırılırlar. UluBağlar, OdƏr, Türk-filanlar. Ümumiyyətlə Türkün qəbri qazılıb, hələ o ikiyüzillik müharibə vaxtı – yeddinci əsrdə Türkün Dədəsi hayana gedir, elə qəbir görür”. “İndi işin axırıdı” – dedi. – Səməd başına çarə qılsın”.
Səmədin beynində dəhşətli fikir dolanırdı: gizlətmədi, dedi:
– Sən axı deyəsən elə Bezobraziyeyə işləyirsən, Müslüm!
Şofer elə bil heç nə eşitmədi.
– Mənim vəzifəm düşməni görmək və tanıtdırmaqdı. Açığı, çox böyük təhlükə var, qardaş!.. Məhlə milisənerləri hərlənirlər dəmir yol xəstəxanasının qabağında. Bu səhər benzin götürəndən sonra ora sürdüm maşını. Palatanın qapısı bağlıydı. Açdırdım. Əlləzoğlu özünü üstümə saldı ki, “Mən dustağam burda! Sultana çatdır, evi mənim əlimnən yandırıblar, gözü kölgəli eləyiblər məni, deyirlər “Səməd səni ağaca çırpanda beynin silkələnib”. Deyirlər “nöyüt qabıynan kibrit əlimizdədi, ayaq iziyin şəklini çəkmişik. Dilindən kağız verib Səmədi tutdurmasan, beyin zədəsindən ölcəksən”. “Sultana sədəqə olum, Səmədi tutdurarammı?!.. “Məni tez çıxartsın burdan, gedim göz-qulaq olum, balama sədəmə toxunmasın”.
Belə şeylər dedi Əlləzoğlu.
Vəziyyət elədi ki, allah göstərməsin, özünə qəsd eliyər bacı. Günü bu gün qəsd eliyər. Ondan sonra, dilim qurusun, ölmüş bil Sultan Mamedoviçi!.. – Müslüm köksünü ötürüb, yaylıqla tərini silə-silə Səmədə baxdı. – Əgər beynini doğrudan da yüklədimsə, bağışla.
Ağır yox, “yük” elə dəhşətli idi ki, Səməd maşını elə bu dəqiqə geri sürdürmək istəyirdi.
– Kənddən çıxmamış deyəmməzdin?! Kitabxananın müsibəti düşdü araya... Orda ikicə kəlmə desəydin ki, iş bu yerdədi, bətnində Sultan Əmirlinin balasını gəzdirən qadının qabağında diz çökərdim mən, yalvarardım! Hamının gözünün qabağında yalvarardım... Gülgəzin özünnən danışardım. Təəccüblənmə! Böyük səhv eləmisən, Müslüm! Düzəltmək lazımdı bu səhvi. Özü də təcili! Qayıtmalıyıq! Xilas eləməliyik uşağı, Müslüm! Zəng vuranlar da cəhənnəm olsunlar, Mirqəzəb də, Pers də! Çax-çux da! Bezobraziyeni bircə çıxışnan darmadağın eliyərəm! Bloknotumda çoxlu şikayətlər var. Bir-birindən müsibətli, açıq cinayətlər eləyib Bezobraziye! Döndər maşını! Döndər gedək benzin götür, qazı bas! Əmim düz fikirləşir. Arvadı bilirsən necə adamdı?! Ürəyindəkini gözləriynən deyən lal-dinməz mələkdi! Başqasının ürəyini də bircə baxışnan görən, nadir həssas insandı! Duyacaq, o saat başa düşəcək sözümü! Yorulmusansa, keç bu yana. Rulda çoxdan oturmasam da, sürrəm. Gözüyün acısını alarsan, sonra özün oturarsan. Döndər! Gedək, yaxşı xəbərnən gələk əmimin yanına!
Təzə yarpaq gözlər məhəbbətlə doldu:
– Qadan alım! Bir dənə oğulsan! Tayın-bərabərin yoxdu! Əmbə qayıdammarıq, qardaşım! Yaxşısı budu məktub yaz, məktubunu aparım. Sənin özünü aparammaram.
– Niyə?!
– Mümkün deyil, ay Səməd. Bezobraziye dağılmasa, qayıdammazsan sən. Tutarlar. Qayıtsan, Sultan Mamedoviçin əhvalı xarab olar burda. Uşağını xilas eləyib gəlib görərsən atası yoxdu.
Səmədin canından üşütmə keçdi.
– Müslüm! Nə çərənləyirsən?! Çoxmu ağırdı kişinin vəziyyəti?!
Müslüm elə köksünü ötürürdü.
– Səni görməsə yaxşı olmuyacaq Sultan Mamedoviç. Bir də... Hər şeyi açıq deyəmmirəm. Açığı... Rayondan qaçırtmışıq biz səni. O murdarların səmtinə qayıtsan, özün orda əlimizdən gedərsən, əmin də burda. Açığı, tələdəsən sən, Əlləzoğlunu elə orda – xəstəxanada öldürüb səni lap asanca, cani kimi gülləliyərlər. Görmədinmi qızışıb Çax-çux!
– Müslüm!.. Bilirəm, silahın var sənin bu maşında. Yolda məni qorumağa gücün çatar, istəsən... Sonrasınnan işin yoxdu. Açarı ver, düş keç bu yana! Keç!
Müslüm açarı çıxarıb ovcunda sıxdı.
– Ay Səməd! Dəliqanlılıq yeri deyil. Neyniyə bilərsən axı sən o canavar sürüsü Bezobraziyeyə?! Bəlkə bir tədbirin var, de bilim, sonra verim açarı da!
Səməd tövşüyürdü.
– Bilmirəm... Hələlik ağlıma gələn budu ki, bu Bakı – Tiflis magistralı boyunda mənim çoxlu tələbəlik yoldaşlarım var. Qazı Məmmədlidə, Kürdəmirdə, Ucarda, Göyçayda. Kürdəmirnən Ucarın arasında bir aləm qohum-əqrəbamız var. Vaxtilə Birinci Aleksandr danışıq aparıb İrannan, Ulu Bağın sarayının dörd dövrəsindən, Elvənd dağının ətəklərindən köçürtdürüb ki, özü nəzarət altında saxlasın. Abı danışdı bunu mənə mülkün küllüyündə. Əmma əvvəllər, partiya məktəbində də Elvəndlilər deyirdilər: “Qohumuq biz”. Yevlax heç, yığamatdı ora. Əmma orda da var bizdən. Abı deyir Bərdədə lap çoxdu. Ağdam da elə, hamı Ağ Türkdü deyir. Gör nə qədər vəzifəli, vəzifəsiz qohum-əqraba sahibiyik biz! Bezobraziyenin qanını içməyə hazıram! Ver açarı! Düş, keç bu yana!
Müslüm üzünü yuxarı tutub, ağzını açıb, dərindən nəfəs aldı. Onun da havası çatışmırdı. Əmma şəhərdə ağır bürküyə yox, professor Məhərrəmovun evinin cəmi yüz-yüz əlli addımlığında dayandıqları bir vaxtda Səmədin qaynadığına dözmürdü.
– Sən Ucar, Kürdəmir-filan deyirsən. Buralardı tanıdığın-bildiyin. Mənim babalarımın əsli bilirsənmi hardandı? Qarsdandı, Borçalıdan o yanda AğBabalıdandı. Hamısı Ağdı ey! SafAğ! Ağ tərik – Türk! İndi tək Qarsdakılar qalıblar. AğBabalı mahalını büsbütün köçürdüblər yurdyuvalarından. Sən elə bilirsən tək Vatikannan Eçmiədzinin, Rusun əməlidi bu? Xeyr, qardaşım. Allah bilir hansı əsrdə “Rey”dən – ƏrEydən qovublar AğBabaları. “Baba” deyillər, BağBağÜn. “Bababani” adı daşıyan BağBağÜnlər. ƏsƏrEy OdƏrləridirlər... İndi gör nə deyirəm: Sultan Mamedoviç xeyli adam gizlədib orda-burda AğBabalıların. Bəzilərini Moskva, Leninqrad Yevreylərinin himayəsinə göndərib, bir aləm xərc çəkiblər adlarını dəyişdirib pasport alıblar, gizlin yaşayırlar. “Xəzinə”mizin əsli, ən qədimi Vatikandakı o Papa adlı İlanın altındadı. Bağları hər yerdə batırır, qardaşım! Hər yerdə! Belə bəladı bu. Sənin Ucarınmucarın, Kürdəmirin, Ağdamın-filanın neyniyə bilər Bezobraziyeyə?! Nə Stalin ölüb, nə Hitler, nə də ilanlar padşahı – şahmar İlanın minlərnən Stalinləri, Hitlerləri!.. Əvvəl-axır belə söhbət olmalıydı bizim aramızda. Bədbəxtlik burasındadı ki, EsƏrEydən OdƏrlərin xəbəri olmayan “Yevrey”lərin, “Cühud”ların əliynən öldürürlər bizi, qardaşım! Elələri də ki, bilirsən, yüz-yüz milyonlarnandı bu xaraba dünyada!.. Başa düşdünmü dediyimi?! Mətləbim əvvəlkidi: səbrini bas! Kükrəmə! Qayıtmaq olmaz, qardaşım! Səbr! Səbr! Səbr elə, qadan alım! Bir-iki bayram böyügəm səndən. Özün bilirsən, çox istəyirəm səni. İndiyəcən bir dəfə də sözündən çıxmamışam. İndi də çıxmaram. Qayıdaq deyirsən, qayıdarıq. Əmbə səbr elə, qulaq as, başqa sözüm də var.
Kitabxana.az · https://kitabxana.az/en/works/isa-huseynov-xezine-ustunde-yatan-ilan-1
Use ← → keys to move, R for a random poem
More by this author
Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?
Süleyman padşahın xəzinəsi 7Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...
Süleyman padşahın xəzinəsi 8Fəlakətdən xəbərsiz Səməd zalda bayaqkı yerində təkcə oturmuşdu.Uşaqlıqdamı, ilk gənclikdəmi, nə vaxtsa, əzələlərini daşlaşdırmaq fikrinə hələ təzə düşdükləri günlərdə, əzələ qayğısından başqa heç bir qayğıları olmayan çağlarda sədr Mədədin ərköyünü ilə Cəfər əmi – Lüt Cəfərin qaynı Yusif, Sudüşənlə meşənin arasında kərpickəsənlərin sarı torpaq çıxartmaq üçün qazdıqları dərə kimi dərin qaznağa su buraxmışdılar, göl düzəltmişdilər. Hər gün məktəbdən çıxanda birbaş o gölün qırağına yüyürərdilər, kitab-çantalarını bir yana, paltarlarını o biri yana atıb, suya baş vurardılar, “eşmə” üzə-üzə çıxıb, canı sulu-sulu meşəyə cumub, ağacların budaqlarını turnikə çevirərdilər, pambıq əkini üçün köklənmiş sahə kənarında kötükləri ştanqa çevirərdilər, turnikdə oynamaqdan, ştanq qaldırmaqdan pörtəndə isə bir də suya baş vurub çıxıb, paltarları qoltuqlarında, çantaları çiyinlərində, kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan evə qayıdıb, Ayna bacının, Gülbənizin və ya Gülgəzin həmişə hazır saxladıqları süfrənin qırağında çıl-çılpaq oturub, bir əllə çörək yeyib, o biri əllə “Ədəbiyyat müntəxəbatının”, “Cəbrin”, “Həndəsənin”-filanın vərəqlərini o yan-buyana aşırandan sonra yenə gölə cumardılar. Ömrün necə şirin çağları varmış! Əmma elə gün olmazdı ki, Qıllı Qeybalı şirinə acı qatmasın. Dantes Qeybalı yox, o vaxtlar Qıllı Qeybalı və “Ataman” deyilən pələpüsür oğlan suyun altında qara camış kimi peyda olub Səmədin ayaqlarından asılanda, Qudalı uşaqları da cin-şəyatin kimi qaynaşa-qaynaşa Yusifin əl-qoluna sarılardılar. Sudan kənarda sədr Mədəd vardı, Qılınc Qurban vardı, adı Lüt qoyulsa da partkomluğunda qalan Cəfər əmi vardı, orda sədrin ərköyünü ilə partkomun qaynına yaxın düşmək çətin idi, suyun altında isə ərköyünün tərifli qara, gur saçlarından çəngə-çəngə qopartmaq olardı, “Yusif kimi gözəl Yusifin” ağzını cırmaq, burnunu burub əzmək, şişirtmək olardı. Odur ki, suyun altında nə qədər qalmaq mümkündürsə, bir o qədər qalıb, lap boğulunca vuruşardılar. Xüsusən sədr Mədədlə Qudalı ağsaqqalı Rəhimin idarədə-iclasda sözləşdikləri günlərdə suyun altında vuruşma çox çəkərdi. Elə çox ki, qıllı camışla cinşəyatin dəstəsinin ardınca sudan çıxanda göl dibinin həyəcanla dolu, uğultulu sükutu Səmədin beynindən getməzdi.
Süleyman padşahın xəzinəsi 9Səməd səndələyirdi. Əmma beyni açıq idi. Əmisinin ardınca gedə-gedə, bayaqkı müəmmalı qandan, ocaq, tüstü qoxusundan içərisinə necə üzüntülü, qat-qarışıq hisslər dolduğunu, eyni zamanda bu hissləri cilovlamaq üçün indi bir o qədər çətinlik çəkmədiyini bütün aydınlığı ilə başa düşdü. Qırmızı tuf daş binanın pillələrini qalxanda, özünün düşündüyü kimi “əməlli başlı toxtamışdı”. Qəbul otağında dörd divarın dördünün də dibində sıx cərgə ilə düzülü stullardan çesuyçalılar bir nəfər kimi gurultu ilə ayağa qalxdılar. Bu gurultuda gizlin məna vardı: birbaş dermantinli qapıya gedən əmisinin ardınca yeriyib heç kəsə baxmasa da, Səməd hiss etdi ki, həbs xəbərini burda da eşitmişdilər və teleqramdan sonra yarımallah olan Sultan Əmirlinin bu dəfəki qələbəsindən sarsılmışdılar, məhz buna görə də, stullardan dik atıldılar, qısıq, müti, rəzil qullara çevrildilər. Pıçıldaşıb, “Kişi, Kişi” dedilər.Qısıqlığı, qorxaqlığı, mütiliyi, rəzilliyi Səməd dermantin qapının sağında, küncdə dayanmış üç nəfərin üzündə daha aydın gördü. O üç nəfərdən – Xudiyev dəstəsindən birincisi prokuror Sayılovdu. İkincisi milis rəisi Gülənovdu. Üçüncüsü RİK Atamalı idi.
Poems by other poets
— Ləzgi Əhməd:Səndən bir xəbər alım, a Xəstə Qasım,
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
Khosrow and Shirin, chapter 41شبی از جمله شبهای بهاریسعادت رخ نمود و بخت یاری