Çöllərindən keçən mənəm,Söz qoşmamış keçəmmənəm,Sularından içən mənəm,Mənim barlı Naxçıvanım,Xoş baharlı Naxçıvanım.Qızların var, xumar gözlü,Mah camallı, şirin sözlü.Göy-dərəli, məxmər duzlu,Başı qarlı Naxçıvanım,Xoş baharlı Naxçıvanım.

Gör nə çalır könül simi:– Şerə verdim mən eşqimi.Mirzə Cəlil, Bəhruz kimiSənətkarlı Naxçıvanım,Xoş baharlı Naxçıvanım.

Zirvələrin dənər qarlı,Şimşəklərin od çaxarlı.Ey axarlı, ey baxarlı,Ey gülzarlı Naxçıvanım,Xoş baharlı Naxçıvanım.

Mən neylərəm sənsiz görən?Doymaz səndə ömür sürən.Ey İslama könül verənDüz ilqarlı Naxçıvanım,Xoş baharlı Naxçıvanım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring