Dan sökülür,Nur tökülür.Üfüqlərin dodağından.Gənclər durur,Su doldururBizim “Qızlar bulağı”ndan...

Gülür lalə,Gur şəlaləQayalardan axıb gedir,

Daş cığırdanBir gənc oğlanÖz yarına baxıb gedir.

Bu duzlu qız,Ulduzlu qızŞərəfli bir qəhrəmandır.Qəlbən sevir,Könül veribO oğlana çox zamandır.Addım atır,Oğlan çatırTarladakı dəstəsinə.Çatmaq üçünİşdə bu günBax,bu boyu bəstəsinə.

Sığal vurub,Su doldurubSəhəngini qız alınca,Bir də baxır,Qəlbi axırO oğlanın arxasınca...Ötür anlar...Bu cavanlarKətmən vurur yorulmadan.Gün saralır,Qaş qaralır,Hamı dönür tarlalardan...

Bulaq daşır,Pıçıldaşırİşdən dönən sevgililər:– “Tez çıx işə,Ay Bənövşə!Bax, yubanma sabah səhər”!

Uzanır yol...– “Arxayın ol”, –Deyə gedir otağına.Ay yüksəlir,Seyrə gəlirBizim “Qızlar bulağı”na...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets