11
Page 1 of 3
Prokuror Əsədov əllərini qalife şalvarının cibinə qoyub otaqda hirslə gəzinirdi. Pəncərədən süzülüb düşən günəş şüaları onun təzəcə silinmiş uzunboğaz, xrom çəkmələrində əks edirdi. Əsədov parıldayan çəkmələrini döşəməyə daha bərk basır, yeridikcə ləngərlənirdi.
Pəncərənin yanında oturan Nəsib dayı çox fikirli idi. İmran da burada idi. O, divar tərəfdəki skamyada kolxozçularla oturub papiros çəkirdi. Onun saçı uzanmış, üzümi tük basmışdı, Üzünün sümükləri görünürdü. Başını qaldırıb adamların üzünə baxmırdı, sanki onlardan çəkinirdi. Hamı susurdu. İçəndəkilər, eyvana yığılan kolxozçular söhbətin nə ilə qurtaracağını gözləyirdilər.
Rayondan "İyirmi altılar" kolxozuna təhkim edilmiş Əsədov düz bir saat idi ki, camaatı idarəyə yığıb sarğu-sual açmışdı. Gün günorta yerinə qalxmışdı. Kolxozçular işə tələsir, prokuror isə heç kəsi buraxmaq istəmirdi. Nəhayət, o, otağın ortasında dayandı, əlini göy şevyot köynəyinin üstündən çəkdiyi enli qayışa keçirdib, qəzəblə Nəsib dayıya baxdı.
– Mən təəb edəcəyəm ki, sizin məsələniz raykomun bürosunda həll edilsin. Kolxozun dağılmasına yol verə bilmərik. Sizə kim ixtiyar verib ki, yaz əkin planın srıvat eləyəsiniz'?! De görüm, indiyəcən yeri niyə şumlamamısınız? İki gündən sonra səpin başlayır, bəs hanı şumunuz?
– Yaxşı olar, bunu MTS-dən soruşsanız.
– Nə?! MTS mənim nəyimə lazımdır? Mən sizi tanıyıram, siz də cavab verəcəksiniz.
– Yoldaş Əsədov, boş yerə niyə çığır-bağır salırsınız? Raykom sizə bizim kolxoza göndərib ki, işə kömək edəsiniz, dava-dalaş salmağın nə mənası var?
– Bəs nə edək, yoldaş Nəsib? Siz kolxozu dağıdacaqsınız, biz də durub baxacağıq? Yox, bu işə hamıdan qabaq sən, bir də ağranomunuz cavab verəcək. Mən yenə soruşuram ki, de görüm pambıq sahələri indi;>cən niyə əkilib qurtarmayıb?
– Yenə deyirəm, bunu MTS-dən soruşun.
– MTS-in bura nə dəxli var?
– Var, özü də lap çox. Direktor bu boyda kolxoza ayrılan traktorları verməyəndə, işimiz əlbət geri qalacaq...
– Vaxtında gedib alaydınız.
– Getmişdik, - bayaqdan söhbətə qulaq asan İmran dilləndi, əliboş qayıtdıq. Vermədi.
– Niyə?
– Bilmirəm. - İmran çiynini çəkdi.
Əsədov yuxarıdan aşağıya kinayə ilə İmranı süzdü.
– Amma boş-boş danışmağı bilirsən.
– Bu nə deməkdir?
– Bu o deməkdir ki. nə özün bir iş bacarırsan, nə də başqalarını işləməyə qoyursan.
– Düzdür, - idarədə oturanlardan kim isə dilləndi. Dərhal otağa səs-küy düşdü.
– İndiyəcən bizim kolxozda belə biabırçılıq olmamışdı.
– Əkini də, səpini də hamıdan əvvəl qurtarardıq.
– Bəs indi nə oldu? Kim əlinizi tutdu?
– Nə bilim, hərə bir söz deyir. Kolxozda böyük-kiçik tanınmır.
– Sən də söz danışdın!
– Düz deyirəm də, İmran kəndə gəldi-gəlmədi işimiz düz gətirmədi.
– Ə, onda nə günah var, o neyləsin?
– Bacarmadığı işə özünü soxmasın. Allahın beş traktorunu ala bilmir, yeni üsuldan, aqrotexniki qaydada becərmədən danışır.
Əsədov deyilənləri dinlədikdən sonra İmrana baxdı. O, başını aşağı salıb dalbadal papiros sümürürdü.
– Eşidirsən ki?
– Eşidirəm...
İmran daha bir söz demədi. Doğrudan da kolxozun bu ilki vəziyyəti ağır idi. Artıq havalar düzəlmişdi. Çöllərin qarı təmiz götürülmüş, təpələr, yamaclar yaşıllaşmışdı. İndiyəcən şum işi çoxdan qurtarmalıydı. Bəzi kolxozlar artıq səpinə başlamışdı. Ancaq "İyirmi altılar" kolxozu artıq səpiləsi yerin heç üçdə birini də şumlamamışdı. Nəsib kişi ilə dalaşandan və axırıncı iclasdan sonra Kosaoğlu heç nəyə qarışmaq istəmirdi. İmran isə MTS-ə ayaq döyməkdən yorulmuşdu. Direktor hər gün bir bəhanə ilə onu əliboş qaytarırdı. Nəsib dayı bir neçə dəfə raykoma gedib, katibə şikayət etmişdi. Direktor cavab vermişdi ki, günah özlərində olub, vaxtında gəlmədilər, traktorların hamısını kolxozlara payladıq, İndi fürsət düşən kimi o biri kolxozlardan bir neçə traktor alıb "İyirmi altılara" göndərəcəyəm. Lakin günlər gəlib keçmiş, direktor vədinə əməl etməmişdi.
Briqadirlər hər gün İmranın üstünə düşür, "mənim yerim qaldı" - deyə hay-haray salırdılar. İmran tez-tez Nəsib dayının yanına qaçıb kömək istəyirdi. Aqronom hiss edirdi ki, camaat yavaş-yavaş ondan üz döndərir. Hətta o bir-iki dəfə arxasınca ağız büzüb gileylənənlər olduğunu da görmüşdü. Suya gedən arvadlar qulağı eşidə-eşidə İmranı asıb-kəsirdilər.
– Deyəsən, bu il zəhmətimiz hədər gedəcək, bildir bu vədə Kosaoğlu hər yeri əkdirmişdi.
– Ay qız, adam uşağa iş tapşıranda elə olar də. İmranın ağzına kim baxacaq? Onu kim tanıyır?
– Vallah düzcə deyirsən. Kosaoğlunun ağzının kəsəri var. Haraya getsə sözünü tuturlar. Amma bu...
– Siz Allah, bəsdi, o neyləsin? Rayona yeni gəlib, kimdi onun sözünə baxan?
– Bəs Kosaoğln niyə qıraqda durur?
– Nə bilim, deyirlər ki, açıq eləyib.
– Ay qız, kimdən?
– İmrandan. Nəsibdən. Kişini qoymurlar öz ağlıynan iş görsün.
– Kosaoğlu işə qarışmasa çətin olacaq.
– Kişini iclasda biabır eləməsəydilər, indi traktorları yan-yana düzmüşdü.
– Haradan alacaqdı o qədər traktoru?
– Ay qız, uşaq olma, bütün MTS direktorları onun dostu deyilmi? İmran bu cür sözləri eşitdikcə duz kimi əriyir, camaatın gözünə belə görünmək istəmirdi.
Onu ən çox narahat edən MTS direktorunun hərəkəti idi. Axı o niyə belə inad edirdi? Nə üçün "İyirmi altılar" kolxozuna barmaqarası baxırdı? Axı, deyirlər, o, Kosaoğlunun dostudur. İndi nə olub? Bəlkə də burada elo Kosaoğlunun da əli var?
İmran bir dəfə şübhələrini Nəsib dayıya açmışdı. Nəsib dayı isə gülümsünüb:
– Ağlım kəsmir ki, o belə iş edə, - demişdi. - O, öz əli ilə öz işini dala salmaz. Təqsir direktordadır. Plansız iş görüb, traktorları düz bölməyib...
...Ortada təkəbbürlə gəzinən Əsədov, nəhayət, sükutu pozdu.
– Axşam açıq partiya iclası çağır, görək bu işə camaat nə deyir? İclasda elə eyni sözlər təkrar edildi. Əsədov əlini stola çırpıb Nəsib dayının, İmranın üstünə qışqırdı. Camaat bir-birinə qarışdı. Kimi onları müdafiə edir, kimi də Kosaoğlunu təqsirləndirirdi.
– Kişini niyə incidirsiniz?
– Neçə ilin sədridir, qoyun işini görsün!
– Ona söz verin, görək nə deyir?
– Bu saat, - deyə Əsədov iclası sakitləşdirdi. - Buyur görək, yoldaş Kosaoğlu. Qurban ağır-ağır ayağa durub xitabət kürsüsünə yaxınlaşdı. Bir-iki dəfə içini arıtlayıb susdu, camaatın nəfəsini dərmədən ona qulaq asdığını yəqin edəndən sonra sakitcə sözə başladı.
– Mən sizdən küsməmişəm. Məni yandıran qədirbilmüzlərdir. Deyin görüm indiyəcən sizə bir pislik eləmişəmmi? Həmişə planı doldurmuşuq. Pulumuz pul olub, mükafatımız da mükafat. İndi siz özünüz soruşun, bunlar məndən nə istəyirlər? Stol istəyirlərsə, buyursunlar.
Onsuz da mən yorulmuşam. İmran cavandır, qoy indi o işləsin.
– Mən stol davası eləmirəm və sizin yerinizə də keçmək fikrim yoxdur.
– Olsa da bacarmazsan. Tutduğun iş göz qabağındadır.
– Düzdür, - deyə yerlərdən qışqırdılar, - o, uşaqdır, özün işə qarış.
Kosaoğlu məğrur bir görkəm aldı:
– Mən işə qarışanda gərək əl-ayağa dolaşan olmasın.
– A kişi, nə əl-ayağa dolaşan? Sən nə danışırsan? Bizə bu saat iş lazımdır. Raykom məni bura göndərəndə deməyib ki, dəfədaraq açın.
Mənə deyib ki, yerin deşiyindən də olsa traktor tap, yeri şumla. Vəssalam. De görüm fikrin nədir?
– Fikrim odur ki, onlar əlinin arxasını yerə qoyub geri dursunlar.
İki gündən sonra mənim kolxozumda əkilməmiş bir çərək yer tapsanız, boynumu vurun. Mən kişi adamam. Tüpürdüyümü yalamaram.
– Sən arxayın ol, - deyib Əsədov mübahisəni yekunlaşdırdı, - işə mane olanlarla haqq-hesab çəkəcəyəm.
Onlar məktəbin alt tərəfindəki təpənin üstündə dayandılar. Qabaqdakı arxın o tayında Tiflisə doğru uzanan asfalt yolda maşınlar hərəkət edirdi. Fanarlar uzaqdan bir cüt göz kimi parıldayır, get-gedə güclənərək gecənin bağrını dəlir, dərələri, təpələri işıqlandırırdı; maşınların arxasındakı qırmızı işıqlar getdikcə kiçilir, mayböcəkləri kimi işıldayıb yox olurdu. Yol boyunca düzülmüş kəndlərin, Dəlidağın döşünə səpələnmiş fermaların işıqları titrəşirdi. Harada isə, lap uzaqda tənha bir traktorun ahəngdar tırıltısı eşidilirdi. İlıq yel əsirdi. Havada ruhu oxşayan rütubət qarışıq ətir vardı. Torpağın rayihəsi havaya hopmuşdu. İmran dərindən nəfəs alıb köksünü ötürdü. Onunla yanaşı dayanan Zeynəb İmranın qoluna toxundu.
– Hava torpaq ətri verir, ay İmran, daha yazdır...
– Hıy?..Hə... doğrudan da...
– Ə, fikrin hardadır?
– Fikrimmi?
– Bax, ay da doğub, gör hava nə gözəldir!
– Bilirəm.
– Bilirsən, bəs burnunu niyə sallayıbsan?
Kitabxana.az · https://kitabxana.az/en/works/ismayil-sixli-ayrilan-yollar-11
Use ← → keys to move, R for a random poem
More by this author
Qatar səhər tezdən Bakıya çatdı.Onlar Nərgiz müəlliməgilin evini tapdılar. Üçüncü mərtəbədəki qapının zəngini basanda içəridən ayaq səsləri eşidildi. Kim isə qapının arxasından:
22Nəsib dayı adəti üzrə bu gün yenə hamıdan əvvəl yuxudan durub kolxoz idarəsinə getdi. O, axşamdan verdiyi tapşırıqları yoxlamalı, maşınları yola saimalı, sonra briqadalara getməliydi.Son partiya iclasından sonra Kosaoğlu çəkilib kənarda durur, əlini ağdan qaraya vurmurdu. Artıq yer əkdirdiyinə və kolxozçuların pulunu düzgün paylatdırmadığına görə partiya iclasında ona töhmət elan edildikdə Kosaoğlu qulaqlarına inanmamış, "Necə? Mənə, Kosaoğlu Qurbana töhmət verirsiniz? Ə, başınıza at təpib?" - deyə qışqırmış, sonra da, təklifi irəli sürən Nəsib dayının üstünə düşmüşdü. "Ə, heç nə danışdığını bilirsənmi? Ağlını başına yığ, isti yerini soyuq eləmə".
23İmran dan yeri ağaranda yuxudan durub geyindi və həyətə çıxdı. Əvvəlcə qolundakı saata, sonra qızaran üfüqlərə baxdı. Göy üzünə səpələnmiş ulduzlar solğunlaşıb bir-bir sönürdü. Yalnız şərq tərəfdə dan ulduzu iri almaz parçası kimi titrəyirdi."Yaman gecikmişəm" - deyə o, fikrindən keçirdi.
24Zeynəb yarı arxı keçəndə diksinib dayandı. Ona elə gəldi ki, yarğanın dibindən qalxan kölgə sinəsinə ötüb qaratikan kolları arasında gizləndi. Hətta oradan şıqqıltı eşidildi.Zeynəb ayaq saxladı, ürəyi döyünə-döyünə qulaq asdı. Çöllər səssiz idi. Yalnız gecə böcəkləri qəmli-qəmli ötürdü. Elə bil onlar isti payız günündən sonra axşam sərinliyində dincələn çöllərə laylay çalırdılar. Cırcıramaların, çəyirtkələrin bu məhzun nəğmələri Zeynəbi darıxdırdı. Onun da qəlbini hüzn bürüdü. Ürəyində özünün də başa düşmədiyi hisslər oyandı. Tərəddüd içində dayanıb pıçıldadı: "Bu nə idi? Bu zaman yarğanda gizlənən kim ola? Düz adamdırsa, niyə yolla getmir?"