Baxışında var nəzər ol nərgisi-pürxabnin
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Baxışında var nəzər ol nərgisi-pürxabnin,Xeyrli baxış dəgül qoyun saru qəssabnin.
Doldu bağrım qanıdan könlüm könüldən, gözlərüm,Necə kim, biri tökər, biri dolar dolabnin.
Sirri-hüsnün dedi gülşəndə səba andin dürürKim, qızarıb infiali var güli-sirabnin.
Nazpərvər bolma kim, qədri həqiqət kuyidəƏtləsi-şahidən artuxdur biri maşabnin.
Xətti-səbzindən nola örtülsə yüzün səfhəsi;Gizlü qalmaz nuri çün xurşidi-aləmtabnin.
Qıldı hüsnün pərtövi xaki tənimni çak-çak,Xasiyyət budur kətanə pərtövi mətabnin.
Maqta — the closing couplet bearing the poet’s pen name. Yari bildi Kişvərilən müddəinin sidqini,Zahir oldu sirri çün yüzi qara qüllabnin.
Kitabxana.az · https://kitabxana.az/en/works/kisveri-baxisinda-var-nezer-ol-nergisi-purxabnin
Use ← → keys to move, R for a random poem
More by this author
Gəl axı, ey mənim cismi-zəifim içrə sən canım,Vücudum zərreyi-sərgəştə sən xurşidi-tabanım.
Dutaşdı könlümə hicr odu hər yanDutaşdı könlümə hicr odu hər yan,Səni göydürməsün, ey həmnişin, yan.
Məni ta ruzigari-səngidil ayırdı yarimdənMəni ta ruzigari-səngidil ayırdı yarimdən,Nə gördüm ruzi-xoş hərgiz, nə xoşluq ruzigarimdən.
Əgər məni-bikəs ilə yar olasanƏgər məni-bikəs ilə yar olasan,Ümidim var ki, bərxurdar olasan.
Poems by other poets · Nature and spring
Vücudun şərhinə girdim əcəb sirri-Xüda gördüm,Yasanmış iki bənd üstə bu şərhi canfəza gördüm.
Gəldi-getdiEy kamalı kamil olan ariflər,Dünyaya nə qədər var gəldi-getdi,
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəmBilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.
Sevdiyim, ləblərin yaquta bənzərSevdiyim, ləblərin yaquta bənzər,Sərasər dişlərin dürdanədəndir.