Öldürmə cövr ilən məni kim, yarunam sənün,Qıl bir nəzər ki, yari-vəfadarunam sənün.

Canü cahanü dinü dilü səbrü huş ilə,Ey gövhəri-yeganə, xəzinədarunam sənün.

Can ver iki ləbindən, əgər yarisən mana,Ey çeşmeyi-həyat ki, bimarunam sənün.

Özgə həvavü özgə həvəs məndə qalmadı,Ey sərvinaz, ta ki, həvadarunam sənün.

Maqta — the closing couplet bearing the poet’s pen name. Gülzari-hüsndür yüzün vü bəndə Kişvəri,Şirin kəlam bülbüli-gülzarunam sənün.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love