Bu kim, ölməkdürür, adı fəraqi-yar imiş, bildim,Bu qan, bu dig ki, derlər, ğeyrəti-əğyar imiş, bildim.

Bu kim, qalur gözi açux ölür çağında aşiqnün,Sevir dildarini, ol həsrəti-dildar imiş, bildim.Görünməz zərrəcə azğın nigara, deridim, leykənGülər çağında, ey xurşid, ağzın var imiş, bildim.

Zəmanə bəzmidə hər kim ki, içdi şərbəti-vəslin,Fəraqın zəhrini dadmaq ana naçar imiş, bildim.

Rəqib sözünə baxmazdım visalın istəyib, əmmaMəni məhrum edən bu bəxti-nahəmvar imiş, bildim.

Dəhanın fikridür hər dəm, ədəm saru uçar könlüm,Ba açux dünyada anun məqamı dar imiş, bildim.

Cəhanü canidən, ey Kişvəri keçmək bolur asan,Vəli məhbub canidən keçib düşvar imiş, bildim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love