Gəlgil ki, boldu zindəgi sənsiz mana besyar kəm,Canimdə min daği-bəla, konlümdə yüz xərvar ğəm.

Noqlü möyü şəhdü şəkər xanda ki, bolsa mahəzər,Divanə könlüm arizu bolsa yolunda yar həm.

İçgil mey, ey ğönçə dəhən kim, ruzigar ənduhidən,Bolmazdı cami-badədən ta var idi hüşyar cəm.Bixudliğidə şivənim parə qılur pirahənim,Viranədürür məskənim, hər yan bolub divar xəm.

Şö’lə çəkib suzi-nihan yanardı cismim birlə can,Gər tökməsəydi dər zəman bu dideyi-xunbar nəm.

Aşiq ki, yarından qalur, əlbəttə imansız olur,Xasə ki, dərdinə bolur daği-fəraqi-yar sənəm.

Qanını töksə ol pəri billah ki, yeridür, yeri,Bolsa müyəssər Kişvəri sən əsragil zinhar dəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love