Page 6 of 12 · 42%

Şəqayiq, qərənfil, süsən, nəstərən
Zəbani-hal ilə oxur müstəhsən;
Həvayi-kuhsar, səfayi-çəmən
Tən edər cənnətül-məvayə, bir bax!

Necə oldu Cəmşid, Firidun, Kavus,
Söhrabi-namvər, Fəramərzü Tus,
Əsasi-İsgəndər, gənci-Dəqyanus
Tamam getdi badi-fənayə, bir bax!

Bu dari-dünyanın yox etimadı,
Sənin də rehlətin bugün-fərdadı;
Sal yadına nəqli-Şirin-Fərhadı,
Sərgüzəşti-Məcnun-Leylayə bir bax!

Mənim tək deyilsən, əzizim, sənin
Kür kənarı, yol üstüdür məskənin;
Ləzzətini apar gəlib-gedənin,
Nazənini-fərdi-əlayə bir bax!

Hallavarın bu səmtinin gözəli,
Bazar günü gəlisayə çox gəli;
Laçın tumaqəli, tərlan cilvəli,
Səri tər cığalı sonayə bir bax!

Duyuq düşsə əgər verməzlər rüxsət,
Unutma, gah-gah düşəndə fürsət
Molla Əhmədi də axunddan xəlvət,
Al yanına, mələksimayə bir bax!

Fisqü fücur həddən aşıb Şişədə,
Erkəyi, dişisi yaman peşədə;
Mənəm qalan həmin bu əndişədə,
Zəmanə dönübdür, qövqayə bir bax!

Sürahi solunda, badə sağında,
Məzə qabağında, mey dodağında,
Çeşmə kənarında, çay qırağında
Əmmameyi-seyyid, mollayə bir bax!

Vaiz bizə oxur şərhi-Mustafa,
Həramə mürtəkib olmayın əsla!
Өzü lüm-lüm udar batində, əmma
Zahirdə dediyi mənayə bir bax!

Kimdi baxan peyğəmbərə, imamə,
Bu dağılmış düşən deyil nizamə.
Orucluqda şürbi-meyi-gülfamə,
Mahi-məhərrəmdə zinayə bir bax!

Səhra mərdümini şəhr əhli görcək
Yalvarıb, yapışıb oturdar çömlək;
Beş arşında sürüşdürür üç çərək,
Tacirə seyr eylə, sövdayə bir bax!

Baqqal qoyar tərəziyə imanın,
Əsəl qiymətinə satar ayranın,
Qudurmuş it kimi dolar dörd yanın,
Deyən yoxdur Ali-Əbayə bir bax!

Pinəçilər bafta taxar boynuna,
İmperial tökər vərəq oynuna,
Qovurmaçı saat qoyub qoynuna,
İddiayi-əla, ədnayə bir bax!

Həramilər kimi yol üstə yatar,
Tamojnaya çakər olub, mal tutar,
Dünbək çalar, şərab içər, baş atar,
Qövli-bəyzadəyə, tərsayə bir bax!

Dolanır bazarı darra, kvartal,
Döyülür sifətlər, yolunur saqqal;
Gecə get cibinə beş-on manat sal,
Gündüz gəlib nırxa, bahayə bir bax!

Həddən aşıb bu viladə şərarət,
Hər kim bir iş görə, puluna minnət;
Mu qədəri yoxdur ədlü ədalət
Və lakin şöhrəti-bicayə bir bax!

Böyüklərin işi deyil deməli,
Dənidən betərdir feli, əməli;
Böylə görməmişdik bundan əzəli,
İndi karü bari-rüsvayə bir bax!

Xanzadələr şişə taxır rəyəti,
Өzlәrinin deyil malü dövləti;
Orda təpər, harda düşsə fürsəti,
Mujikə seyr elə, ağayə bir bax!

Palajenya nəqli ta olub möhkəm,
Gərək bəy azalda zülmün dəmadəm;
Dəxi də artırır bu əhli-biqəm,
Yanında çalınan zurnayə bir bax!

Piranəsərlikdə mən oldum rüsva,
Düzəlmədi işlər, cana yetdim ta;
Gör nə oyun tutdu, əzizim Mirza, --
Zakirə, təqdiri-qəzayə bir bax!

1848-ci sənədə çıxan zakonun hökmüncə xanzadə və bəyzadələrin ixtiyarı azalır və rəiyyət tayfasına bəzi ixtiyarat və əmniyyət vədə olunur. Vəli qanun və qaydaya adət etməmiş xanzadələr çəndan təzə zakona mültəfit olmayıb, irəlikindən də ziyadə bacardıqları zülmü rəiyyətlərin haqqında əsirgəməzlərmiş.
Burada Zakir xanzadələrin avamlığını və vəhşiyanə hərəkətlərini təyib və təzmim edib deyir: Bu əhlibiqəmin halına heç bir şey təfavüt etməz; yanlarında çalınan zurnaya bax ki, onları bidar və huşyar qılmaz.

Əgərçi burada şair xanların və bəylərin avamlığını, zülm və istibdad tərəfdarı olmaqlarını zəmm eləyir, vəli bu palajeniyanın (qərardadın)" hökmü --ki, xanzadə və bəyzadələr ilə rəiyyət tayfasının arasında gərəkdir bir növ müsavat olsun, -- onun özünü də müztərib və pərişanhal eləyir və buna səbəb şairin ezünün nücəba və xanzadə silkinə daxil və mənsub olmasıdır.

Həmin bu məzmunda ikinci dəfə olaraq təzə bir zakonun elan olunması Zakiri daha da artıq məğmum və dikərkun edib, aşağıda təhrir olunan nalə və şikvələrin inşadına səbəb olur:

Çıxmadı, qurtulaq dərdü bəladan,
Gundə bir zakuni görən canımız.
Hər ayın başında bir yol dəyşilən
Adətu qanuni görən canımız.

Təfavut qalmadı gədayə, bəyə,
Barkeşlər indi keçib yedəyə[20];
Qənaət eyləsin bezə, qədəyə
Cameyi-gülguni görən canımız.

[20]- Barkeşlər -- yəni yük heyvanları indi yedəyə keçibdir. Rəiyyət tayfasının layiqi-hörmət və etina olmasına işarədir.

Bundan isə yegdir diyari-qürbət,
Al başını, dur get, əlbət, səd əlbət;
Yalavac əyaldan çəksin xəcalət
Bəzəkli xatuni görən çanımız.

Yazü qış həmişə sevgili canan
Geyərdi əyninə libasi-əlvan;
Olmasınmı indi sərv tək üryan
Qaməti-mövzuni görən canımız?!

Fətulə-fətulə səfheyi-rudə,
Gəh tərfi-zənəxdə, gahi əbrudə,
Pərişan olmazmı qubaraludə
Müəttər kisuni körən canımız?!

Mübarəkdir bu dünyanın nizamı,
Nəhayət, müşküldür öyrətmək xamı;
Yad edib ağlayın keçən əyyamı,
Mehnəti-əfzuni görən canımız!

Ac qaldıqca rəxtixabi sataçaq,
Gələ-gələ quru yerdə yatacaq;
Uzaqdan sikkəyə güllə atacaq
Min tümən altuni körən çanımız.

Saldıq başımıza nə növi daşı,
Harda biz görmüşük belə pərxaşı?
Rəiyyətlə boyunduruq yoldaşı --
Çakəri-dilxuni görən canımız.

Nə gündə yaradıb xudavənd bizi,
Bir yana apara bilmədik izi.
Gahi Avanesi, gahi Sərkizi,
Gahi də Semyoni görən canımız.

Bəy ikən adımız oldu mülkədar,
Daxi mundan belə bizimçün nə var?
Mükəddər olmazmı sahibiixtiyar--
Əvəki, Ərtuni görən canımız.

Satarıq, sovarıq olub qalanı,
Həq bilir sözümün yoxdu yalanı,
Salsın alta indi öküz palanı
Balışi-pərquni görən canımız.

Sərxeyl ikən yeksər qaldıq ayaqda,
İşlərimiz keçir yaman sayaqda,
Nə tirəbəxt oldu bu Qarabağda
Taleyi-meymuni görən canımız.

Tağar-tağar arpa, buğda əkilən,
Biçilib, döyülüb dama tökülən;
Qan axıt gözündən, ipək çəkilən --
Xali tərazuni görən canımız.

Bu tövr ilə getmək müşküldür yola,
Nə sağa mümkündür qaçmaq, nə sola;
Gərək indən belə digərgun ola
Kari-digərguni görən canımız.

Aparılır qaravula, keşiyə,
Qəht olub bir deşik, girək deşiyə
Buriya döşəsin evə, eşiyə,
Qalini, bahuni görən canımız.

Bu zülmü insana eyləməz insan,
Saf cana yetişdik, aman, əlaman!
Bir neçə laməzhəb, adı müsəlman
Mürtədü məluni görən canımız.

Gəldi, getdi, heyif, əmiri-nəcib,
Feyzi-nəzərindən olduq binəsib;
Necə qəbul eylər naəhl təbib
Haziq Ərəstuni görən canımız.

Lazımdır ki, edək belə qonağa
Ellik ilə malü-mülki sadağa;
Өzgә əmir ilə tutmaz əlaqə
Ta doyunca muni görən canımız.

Ədalətli, mürüvvətli canişin,
Təkyəmiz onadır küllühüm həmin;
Sənaxandır ona ta ruzi-pəsin,
Xəlqə rəhnümuni görən canımız.

Məlcəi-füqəra, mömini-zəlil,
Hamiyi-züəfa, mürşidi-dəlil,
Kərəmi abi-Kür, ətasi Edil,
Səxası Ceyhuni görən canımız!

Qasım bəyin bərgüzidə əsərlərindən birisi də mollaların şənində və üsuli, şeyxi-məzhəblərin əqaidinə dair yazdığı həcvasa kəlamıdır ki, onun mislini bu vaxta kimi Azərbaycan şüərasının asarü əşarında görməmişik. Bu kəlamda Zakirin ən müqtədir və rəvantəb bir şair olması yəqin olunur.

Ondan sonra gələn şairlərdən bir çoxu bu kəlama nəzirələr yazıblarsa da, heç birisi belə fəsahət və bəlağətdə mətləbi yetirə bilməyibdir. Onunla oxucuları aşina etməyi özümüzə borc bilib, burada onu dərc edirik.

Şuşa qalasının ruhaniləri və xüsusən, şeyxi və üsuliməzhəb mollaların əqaid və ətvarı babında yazılmış həcvasa kəlamdır ki, Qasım bəy Zakirin təbi-səlimindən nəşət etmişdir:

Neçələr silsileyi-təbimə təhrik verir,
Rişteyi- nəzmə çəkəm yəni düri-qəltani.

Budu xahişləri kim, baxmayıb ağü bozuna,
Eləyim həcv tamam bayü gədavü xani.

Neyləyim, ölkə bulaşıb nəcisə bir günə,
Pak qılmaz onu gər bağlayasan ümmani

Verməsən vüsət əgər nəzmə, olur namərğub,
Eləsəm cümləsini şərh, düşər tulani.

Çarə oldur ki, yenə hər biridən bir şəmmə
Söyləyib, ta ki, qılam həcv Əmiraslani.

Çünki ol fasiqü facir kimi həcvə layiq --
Tapmaq olmaz, gəzəsən Gəncə, Şəki, Şirvani.

Qalsın, axırda onunla olunur xətmi-kəlam,
Fəsli-əvvəl danışaq məzləmeyi-mollani.

Ah, [bu] müftəxorun dad əlindən, səd dad --
Ki, salıblar necə gör məmləkətə qövğani!

Hərcü mərc eylədilər məzhəbi-isna-əşəri,
Etdilər zirü zəbər bargəhi-imani.

Hər əlif-ba oxuyan adını ruhani qoyub,
Bilməz öz əbcədini, ruha çəkər suhani.

Alimü fazilü ustad, müridü mürşid,
Nə qədər ki, görəsən dövrdə sərgərdani.

Həmə qövğaləri bəhri-dirəmü əqmişədir,
Həmə təqvaləri şali-əməli-Kirmani.

Vermərəm mən oların taəti-bibəhrəsinə --
Tarı şahiddir özü, məsiyəti-düzdani.

Yenə filcümlə üsul ilə üsuli danışır,
O ki, şeyxi lap elə dibdən urur baltani.

Etməyib şərmü həya göz görə Əbdüllahə
Eylər isbat sərasər sifəti-yəzdani.

Bişü kəm xaliqü məxluqdə bir fərq gərək,
Eləsən nik nəzər, bunda təfavüt hani?

Bir quru ismdən özgə dəxi həqqə nə qalır,
Lənət olsun sənə, ey münkiri-həq ruhani!

Bəs deyilmi olalar, vasiteyi-külli-vücud,
Bəs deyil məzhəri-feyzü kərəmi-rəbbəni?

Bəs deyilmi olalar şafeyi-ruzi-ərəsat,
Bəs deyilmi səbəbi-fəthi-dəri rizvani?

Nə rəvadır ki, dəxi bir də edək həqqə şərik
Biz imami, necə ki, ermənilər İsani.

İki tarı yenə mümkündü süluk eyləyələr,
Gərək on dörd yerə bunlar bölələr dünyani.

Qasimi-rizq demək gər bu isə, şamü səhər
Şiri-yəzdan götürüb dəstinə paylar nani.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Molla Məhəmməd Bağdadi "Füzuli" təxəllüs

Molla Məhəmməd Bağdadi türk şairlərinin babası hesab olunur. Ona binaən, Azərbaycan şüəra və üdəbasından bəhs edib də, onların sərvəri və pişrəvi məqamında olan Füzulinin ismi-şəriflərini zikr etməmək bir növ haqqı və əməyi itirmək kimidir. Bir halda ki, ol fəsahət və bəlağət kanının təsiri bu əsrdəki şüəramızın asar və əşarında dəxi müşahidə olunmaqdadır.Məşhur qövlə görə, Molla Məhəmməd ibn Süleyman Kərbəlada və Bağdadın həvalisində Hillə adlı balaca bir qəsəbədə, Sultan Süleymanın əsrində--hicrətin 900-cü tarixində təvəllüd etmişdir. Bəzi rəvayətə görə, yetmiş sənəyə qədər ömür edibdir. Tarixi-vəfatı dürüst məlum deyil isə də, ömrünün müsinn çağında dari-bəqaya rehlət eləməyi öz kəlamından dəxi anlaşılır. Necə ki, deyibdir:

192521 min
Molla Pənah "Vaqif" təxəllüsləri

Azərbaycan türklərinin məşhur və müqtədir şairi Molla Pənah hesab olunur ki, bizim ədəbiyyatımızın banisi və müəssisi adlanmağa onun haqqı vardır. Molla Pənah öz zamanında bir çox ülum və fünuna vaqif olduğu üçün özünə "Vaqif" təxəllüs ittixaz etmişdir.Müasirləri onun dərin elmini və mollalığını müşahidə edib haqqında demişdir: "Hər oxuyan Molla Pənah olmaz!" və bu istilah indi də Zaqafqaz türkləri arasında bir məsəli-məşhurdur. Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şer və qəzəl yazan az olubdur. Müasirləri ona nəzirə yazmağa səy və təlaş ediblərsədə, onun kimi mühəssənatlı, gözəl və açıq kəlam söyləməkdə aciz qalıblar.

192548 min
Şeyx Əbuməhəmməd İlyas İbn Yusif İbn Müəyyəd Nizami

Şeyx Nizami böyük şairlərdən birisi olub. Onun kimi fəsih, rəvantəb və şirinzəban şair dünya üzünə az gəlibdir. Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir. Onun cümləyə məşhur olan "Xəmsə"si ki, ona "Pənc gənc" dəxi deyilir, bimisil və binəzir əsərlərdir ki, həqiqətdə xəzinə malıdır. Bəzi rəvayətə görə, Nizami Qum şəhərində təvəllüd edib nəşvü nüma tapdıqdan sonra Gəncəyə gəlibdir və burada ömrünün axırına kimi qalıbdır. Amma səhihi budur ki, onun ata-babası Qumdan Gəncəyə gələn zaman Nizami hənuz dünya səraçəsinə ayaq basmamışdı və ol gövhəri-pakın təvəllüdü Gəncədə hicrətin 520-ci sənəsində vaqe olmuşdur."Atəşkədeyi-Azəri"də və Ş. Sami bəyin "Qəmusül-əlam"ında Şeyx Nizaminin şəhri-Gəncədə anadan olması sərahətən yazılmışdır. Ədibi-şəhir Müsyö Şerr "Tarixi-ədəbiyyati-ümumi" əsərində Şeyx Nizaminin Gəncədə təvəllüd etməsini təsdiq edir. Bu cəhətə şair "Nizami Gəncəvi" deyilməklə mərufdur. Belə olan surətdə çox ehtimal var ki, Nizaminin anası Gəncəli qızı olmuş ola. Necə ki, bu halda İran təbəəsindən çoxları Qafqaziyaya gəlib, burada evlənib, əhl-əyal sahibi olub kök salırlar, həmçinin sabiqdə dəxi İran dövlətinin hər bir yerlərindən Qafqaz torpağına mühacirət edənlər çox olurmuş və burada İran mədəniyyətini, İran adabü ayinini intişar edirlərmiş. Ol vaxtdan bəridir ki, fars dili və fars ədəbiyyatı bizim vətənimizdə şöhrət və özü üçün böyük hörmət və əhəmiyyət kəsb edibdir. Vəli Şeyx Nizami Qafqaz qitəsində vücuda gəlibsə də, əslən iranlı olmağını inkar və nisyan etməyib "İqbalnamə"sində buyurmuşdur:

192510 min
Şirvan və Şamaxı

Şeyx Nizami böyük şairlərdən birisi olub. Onun kimi fəsih, rəvantəb və şirinzəban şair dünya üzünə az gəlibdir. Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir. Onun cümləyə məşhur olan "Xəmsə"si ki, ona "Pənc gənc" dəxi deyilir, bimisil və binəzir əsərlərdir ki, həqiqətdə xəzinə malıdır. Bəzi rəvayətə görə, Nizami Qum şəhərində təvəllüd edib nəşvü nüma tapdıqdan sonra Gəncəyə gəlibdir və burada ömrünün axırına kimi qalıbdır. Amma səhihi budur ki, onun ata-babası Qumdan Gəncəyə gələn zaman Nizami hənuz dünya səraçəsinə ayaq basmamışdı və ol gövhəri-pakın təvəllüdü Gəncədə hicrətin 520-ci sənəsində vaqe olmuşdur."Atəşkədeyi-Azəri"də və Ş. Sami bəyin "Qəmusül-əlam"ında Şeyx Nizaminin şəhri-Gəncədə anadan olması sərahətən yazılmışdır. Ədibi-şəhir Müsyö Şerr "Tarixi-ədəbiyyati-ümumi" əsərində Şeyx Nizaminin Gəncədə təvəllüd etməsini təsdiq edir. Bu cəhətə şair "Nizami Gəncəvi" deyilməklə mərufdur. Belə olan surətdə çox ehtimal var ki, Nizaminin anası Gəncəli qızı olmuş ola. Necə ki, bu halda İran təbəəsindən çoxları Qafqaziyaya gəlib, burada evlənib, əhl-əyal sahibi olub kök salırlar, həmçinin sabiqdə dəxi İran dövlətinin hər bir yerlərindən Qafqaz torpağına mühacirət edənlər çox olurmuş və burada İran mədəniyyətini, İran adabü ayinini intişar edirlərmiş. Ol vaxtdan bəridir ki, fars dili və fars ədəbiyyatı bizim vətənimizdə şöhrət və özü üçün böyük hörmət və əhəmiyyət kəsb edibdir. Vəli Şeyx Nizami Qafqaz qitəsində vücuda gəlibsə də, əslən iranlı olmağını inkar və nisyan etməyib "İqbalnamə"sində buyurmuşdur:

192510 min

Poems by other poets