Page 4 of 12 · 25%

Həzrəti-İsmayıl olsun dəlilin,
Yetiş imdadına piri-əlilin!
Necə fərzəndinə ol dəm Xəlilin--
Cəbrail gətirdi qurbandan mədəd,

Əsasi-qiyamət olanda bərpa,
Kimdir qövrə yetən ondan masəva;
Sərdəftəri-rəsul, xətmi-ənbiya
Tənzili-ayeyi-Qurandan mədəd.

Çərxi-fələk salmış məni bu halə,
Malu mülküm tamam getdi zəvalə;
Qaidədir şərməndeyi-əyalə --
Yetişir sahibi-ehsandan mədəd.

Gəlməyibdir mütləq ruyi-zəminə
Tab edən mənim tək qəza qəminə;
Zövrəqi-əltafın dili-həzinə,
Gümanım var, verə tufandan mədəd.

Namərd ətəyindən tutasan yüz il,
Etibarım yoxdur həll ola müşkil;
Olsa, olacaqdır dərdinə, ey dil,
Xələfi-Nəsrullah Sultandan mədəd,

Zakirəm həmişə sən tək sərvərə,
Xoş göstərsin səni xaliq nəzərə
Eyb etməz alişan üməralərə --
İstəmək duayi-pirandan mədəd.

Başqa bir məktubunda Qasım bəy yenə Qutqaşınlı İsmayıl bəyi tərif və tövsif qılıb, başına gələn qəzavü qədəri təhrir edir, vəli öz halından şikayət etmir.

Şair özünü aşiqlər sinfinə daxil qılıb, qiylü qala düşməsini təbii və adi işlər cümləsinə nisbət edir, zira ki, insanın başına qisim-qisim bəlalar gəlməsə və o, cürbəcür bəlalara və müsibətlərə mübtəla olmasa, ənvai-təcrübə və imtahanlar sınaq olunmasa, ruzigarın kürəsində əriyib dəsti-qəza ilə vurulan çəkiclər altında döyülməsə, qəllü qəşdən hərgiz pak ola bilməz və dərəceyi-kəmala irişməz.

Şairin könlü pərvaz edib biladi-Misri və Nil çayının kənarlarını seyrü tamaşa etmək istəyir, taki çox səfərlərdən və təcrübələrdən sonra lazımn ittilaat və kəmalat əxz edə bilsin:

Kəmala yetmək olmaz bisəyahət, haliya könlüm --
Təmaşayi-biladi-Misrü seyri-rudi-Nil istər,

Şair özünü ənbiya zümrəsinə daxil edib, ruzigarın cəfasından azürdədil olmağı eyni-səfahət və həmaqət hesab edir, çünki ruzigardan yetişən cəfalar pis olsa idi, onları ənduhpərvər və bəlakeş İdris, İbrahimxəlil və Əyyubi-səbur özləri üçün eyni-səlah və rahatlıq bilməzdilər, şaki olardılar.

Şair özünü həzrət Yaquba varis bilib, o dəxi fərzəndi-əzizinin qürbətdən gələn buyi-fərəhəfzası ilə xatirini şad və könlünü qəmdən azad eləyir:

Cəfayi-dəhrdən azurdəlik eyni-həmaqətdir,
Bəlanı xoş tutar İdrisü Əyyubü Xəlil istər,

Mənəm varis bu gün Yəqubə, fərzəndi-əzizimdən --
Gələr buyi-fərəh gəh-gəh, əgər rəbbi-cəlil istər.

Bu sözlərdən sonra şair yenə Qarabağın şərir biqərəzlərinə rücu edib, təqazayi-təbiətlərindən naşi zülmü fəsadı zikr qılıb və şeytənətlərinin ucundan vətəni-məlufundan xaric olmağını suzişli sözlərlə bəyan edir. Yenə şairin könlü əziz vətəninin gülüstanında seyr eləməyi arzu edir. Vəli onun əl-ayağı qürbət vilayətdə dar qəfəs içində bağlıdır və qəfəs qeydindən azad olmağa dəlil istəyir:

Edər yadi-gülüstani-vətən qürbətdə dil mürğü,
Qəfəs qeydindən azad olmara daim dəlil istər.

Vəli şair təvəkkül əhlidir. Hər yetən namərdə şərhi-hal etməyi özünə ar bilir. Uzun illər boyu girdabi-bəla və müsibətdə zarü zəbun qalsa da, əlini xakü xaşakə uzadası deyil və dənitəblərə hərgiz pənah aparmaz. Həngami-zərurətdə də olsa, şair nanəcib və namərd kimsələrə əl uzadıb kömək diləməyi özü üçün böyük qəbahət bilib, birkərəlik ölüb qurtarmağı ona tərcih verir. Necə ki, bu barədə özgə bir kəlamında demişdir:

Namərd ətəyindən kişi həngami-zərurət --
Tutmaqdan isə yaxşıdır ölmək, a filani!

Namənin axırında Zakir zarafatyana İsmayıl bəydən təvəqqe edir ki, Mirzə Fətəliyə yazsın ki, ona --yəni Zakirə bir döpü pərvərdə zəncəbil və özü də bir sarı kürki-Ərdəbil göndərsin, çünki Bakının sazaqlı küləyinin əlacı isti Ərdəbil kürküdür. Məzkur naməni eynilə aşağıda yazırıq:

Səni aləmdə, ey arami-can, hər kim zəlil istər, --
Anı zillətdə bu qəmdar könlüm ayü il istər.

Şərabi-cami-bəzmi-iltifatın nuş edən hərgiz
Nə kövsər arizu eylər, nə abi-səlsəbil istər.

Məni qövğayi-şəhri-bəhri-Baki təlxkam etməz,
Nədən kim, aşiqi-şeyda olanlar qalü qil istər.

Kəmalə yetmək olmaz bisəyahət, haliya könlüm --
Təmaşayi-biladi-Misrü seyri-rudi-Nil istər.

Mənə derlər ki, sən «peyğəmbərəm» -- derdin, nə işdir bu?
Deməzlər mərdi-mömin möhnətə əcri-cəzil istər.

Cəfayi-dəhrdən azürdəlik eyni-həmaqətdir,
Bəlanı xoş tutar İdrisü Əyyubü Xəlil istər,

Mənəm varis bu gün Yəqubə, fərzəndi-əzizimdən --
Gəlir buyi-fərəh gəh-gəh, əgər rəbbi-cəlil istər.

Məni-piri-süxəndanın nədir cürmü, xudavənda,--
Üqubətdə o bişərmü cəfakarü mühil[13] istər?

[13]- Tərxan -- Mouravova işarədir.

Tapılmaz beylə bir bədhal zalim hiç millətdə,
Yığılsa bir yerə Əndi, Kumık, Axtı, Rutil istər,[14]

[14]- Əndi, Kumık, Axtı, Rutil -- Dağıstanda olan mahalların və kəndlərin adlarıdır.

Məsəldir ki, xəta bir böylə adəmdən iraq olmaz,
Bu bir əmri-müşəxxəsdir, nə vəhyi-Cəbrəil istər.

Qarabağ içrə ağ gün görmədim mən, tirəbəxt oldum,
Onunçün xatirim ol qövmi-birəhmi qətil istər.

Şəriri-biqərəz olmaq təqazayi-təbiətdir,
İnanma bir kəsi xoşnud aləmdə bəxil istər.

Bizim mərdümləri, zinhar, pənd əfsari bənd etməz,
Oların, naqeyi-kalmık kimi, burnu qəzil[15] istər.

[15]- Qəzil -- qıldan hörülmüş ipə deyirlər.

Edər yadi-gülüstani-vətən qürbətdə dil mürğü,
Qəfəs qeydindən azad olmağa daim dəlil istər.

Nəhayət, şərhi-hal etmək yetən namərdə müşküldür,
Sənin tək bir əmiri-pakzadü baədil istər.

Təvəkkül əhliyəm mütləq, yapışmam xarü xaşakə,
Füsurdə cismim olsun salha qərq abi-sil istər.

Səxavət, ya vəsatət zat iləndir mərdi-biəslə
Muradı hasil olmaz yüz düşə bir kəs dəxil istər.

Nihali-məqsədi sərsəbz olub əflakə yetməzmi,
O kəslər ki, rizayi-xatiri-piri-əlil istər?

Süxən meydanı, qibləm, təng idi, söz müxtəsər keçdi,
Sənin övsafını nəzm etməyə bəhri-təvil istər.

Yetən tək şəhrə hacı bəndəyə bir təxt bəxş etdi,
Bilir ki, bazdəsti olsa, hər yerdə tüfil[16] istər.

[16]- Tüfil -- tərlan və qızılquş üstündə oturmaq üçün qayrılan kürsüdür.

O yerdən azimi-Tiflis çoxdur, yaz ki, Mirzayə,
Filani bir döpü pərvərdə sizdən zəncəbil istər.

Əgərçi var dağistani kürkü Zakirin, əmma
Cənabından dəxi bir sarı kürki-Ərdəbil istər.

Deyildi sabiqən əhli-təvəqqe, şimdi Bakudə
Əlaci-kəsrəti-sərma üçün çizi-qəlil istər.

Dağılmış xanimanı, incimin əxzü süalından,
Tikəndə quş yuva çör-çöp yığıban, zir-zibil istər.

Qasım bəy Zakir həqiqi bir milli şair imiş. Өz əsrinin aynası olubdur və məişəti-milliyyəsini --necə ki, var imiş, -- eyni ilə yazıb, bizim üçün böyük bir yadigar qoyubdur. Өz əsrində şayani-diqqət olmuş olan bir şey qoymayıbdır ki, ona əl aparmamış olsun. O vaxtın adamlarının adabü əxlaqını və dolanacaqlarının övzavü əsasını mahir nəqqaş kimi özlərinə məxsus rənglərlə çəkib bizə göstərir. Məişətin hər bir sinif və təbəqatına ətraflı nəzər yetirib, sairlərin gözlərinə görsənməyən şeyləri görüb, təftiş və tənqid edibdir.

Dusti-həqiqisi Mirzə Fətəli Axundova vilayətin şuluqluğundan, oğruların vüfurundan, yolkəsənlərin əndazədən çıxıb tüğyan etməklərindən, hakimi-vilayətin və divan qulluqçularının onlar ilə yekdil və yekcəhət olmaqlarından, hacı və məşhədilərin bəd əməllərindən, ailələrdə həyavü hicabın götürülməyindən və filcümlə, müasir[lər]inin əxlaqi-zəmimələrindən və çirkin işlərindən və bununla bahəm ata-babadan qalan gözəl adət və ayinlərin məhvü nabud olmağından şikayət edib deyir:

Çəkilib köksümə dağlar, dügünlər,
Kafirə olmasın nəsib bu günlər!
Qınamasın məni könlübütünlər,
Fikrim dağınıqdır, xatirim övraq.

Demək olar ki, Zakirin əsrindən biz yaşadığımız zamana kimi müsəlmanların məişətində çəndan təfavüt vüqua gəlməyibdir. İndi də sabiqi adət üzrə ömür keçirməkdədirlər. Zahirdə guya bir az tərəqqi əsəri görünür, amma həqiqəti-hala diqqət yetirdikdə yəqinlik hasil olur ki, müsəlmanlar mənəvi və həqiqi tərəqqidən yenə də çox uzaqdırlar. Hətta təqəllübdə, xəyanətkarlıqda, büxlü həsəddə və biri-birinin canına və malına düşmən olmaqda irəlikindən bir az da artıcıq qabağa gediblər.

Şairin yetmiş sənə bundan əqdəm yazdığı fəna hal indi də müşahidə ol(un)maqdadır:

Həddən aşıb büxlü həsəd, şərarət,
Yoldaş yoldaşına eylər xəyanət;
Alimdə əməl yox, bəydə ədalət,
İşlərimiz olub saf gərdən-bucaq.

O ki, qaldı insana zinət verən gözəl sifətlərə --ki, ibarət olsun sədaqət və istiqamətdən, dəyanət və qeyrətdən, ittihad və ittifaqdan, ədl və mürüvvətdən, cürət və həmiyyətdən -- bu qisim sifətlərdən din qardaşlarımız daha da ziyadə kənar düşüblər və nə vaxtı millətimiz nicat və səadət yolunu arayıb tapacaqlar, allah bilir.

Bu tərəqqi əsrində bizim belə geridə qalmağımız və qəflətdə yaşamağımız tezliklə məhvü nabud olmağımıza şəhadət verir.

Axundova yazdığı naməni Zakir bu sayaq başlayır:

Xəbər alsan bu vilanın əhvalın,
Bir özgədir keyfiyyəti-Qarabağ.
Həqdi bundan əqdəm görübsən sən də,
Hanı o qaidə, o qanun, səyaq?

Qüttaüttəriqin vüfuru vardır,
Yaylaqda, aranda qatar-qatardır;
Yenə vurhavurdur, apar-apardır,
Bizim başımızda çatdadı çanaq.

Bu şerlərdən sonra şair Qarabağda oğurluğa və quldurluğa məşğul el-obanın adlarını bir-bir* sadalayıb, «Zərgər Drağard» adamlarının haqqında deyir:

Zərgər Drağarda aləm-aşikar--
Bir ucdan oğurlar, bir ucdan satar;
Vay odur sahibi at başı tutar,
Yüz yerdən tökülür üstünə çomaq.

Sonra Qarabaldır və Ərəblər xalqına və Ərəs qırağında olan kəndlərin əhalisinə və bilümum vilayətdə müşahidə olunan qaydasızlığa keçib yazır:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Molla Məhəmməd Bağdadi "Füzuli" təxəllüs

Molla Məhəmməd Bağdadi türk şairlərinin babası hesab olunur. Ona binaən, Azərbaycan şüəra və üdəbasından bəhs edib də, onların sərvəri və pişrəvi məqamında olan Füzulinin ismi-şəriflərini zikr etməmək bir növ haqqı və əməyi itirmək kimidir. Bir halda ki, ol fəsahət və bəlağət kanının təsiri bu əsrdəki şüəramızın asar və əşarında dəxi müşahidə olunmaqdadır.Məşhur qövlə görə, Molla Məhəmməd ibn Süleyman Kərbəlada və Bağdadın həvalisində Hillə adlı balaca bir qəsəbədə, Sultan Süleymanın əsrində--hicrətin 900-cü tarixində təvəllüd etmişdir. Bəzi rəvayətə görə, yetmiş sənəyə qədər ömür edibdir. Tarixi-vəfatı dürüst məlum deyil isə də, ömrünün müsinn çağında dari-bəqaya rehlət eləməyi öz kəlamından dəxi anlaşılır. Necə ki, deyibdir:

192521 min
Molla Pənah "Vaqif" təxəllüsləri

Azərbaycan türklərinin məşhur və müqtədir şairi Molla Pənah hesab olunur ki, bizim ədəbiyyatımızın banisi və müəssisi adlanmağa onun haqqı vardır. Molla Pənah öz zamanında bir çox ülum və fünuna vaqif olduğu üçün özünə "Vaqif" təxəllüs ittixaz etmişdir.Müasirləri onun dərin elmini və mollalığını müşahidə edib haqqında demişdir: "Hər oxuyan Molla Pənah olmaz!" və bu istilah indi də Zaqafqaz türkləri arasında bir məsəli-məşhurdur. Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şer və qəzəl yazan az olubdur. Müasirləri ona nəzirə yazmağa səy və təlaş ediblərsədə, onun kimi mühəssənatlı, gözəl və açıq kəlam söyləməkdə aciz qalıblar.

192548 min
Şeyx Əbuməhəmməd İlyas İbn Yusif İbn Müəyyəd Nizami

Şeyx Nizami böyük şairlərdən birisi olub. Onun kimi fəsih, rəvantəb və şirinzəban şair dünya üzünə az gəlibdir. Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir. Onun cümləyə məşhur olan "Xəmsə"si ki, ona "Pənc gənc" dəxi deyilir, bimisil və binəzir əsərlərdir ki, həqiqətdə xəzinə malıdır. Bəzi rəvayətə görə, Nizami Qum şəhərində təvəllüd edib nəşvü nüma tapdıqdan sonra Gəncəyə gəlibdir və burada ömrünün axırına kimi qalıbdır. Amma səhihi budur ki, onun ata-babası Qumdan Gəncəyə gələn zaman Nizami hənuz dünya səraçəsinə ayaq basmamışdı və ol gövhəri-pakın təvəllüdü Gəncədə hicrətin 520-ci sənəsində vaqe olmuşdur."Atəşkədeyi-Azəri"də və Ş. Sami bəyin "Qəmusül-əlam"ında Şeyx Nizaminin şəhri-Gəncədə anadan olması sərahətən yazılmışdır. Ədibi-şəhir Müsyö Şerr "Tarixi-ədəbiyyati-ümumi" əsərində Şeyx Nizaminin Gəncədə təvəllüd etməsini təsdiq edir. Bu cəhətə şair "Nizami Gəncəvi" deyilməklə mərufdur. Belə olan surətdə çox ehtimal var ki, Nizaminin anası Gəncəli qızı olmuş ola. Necə ki, bu halda İran təbəəsindən çoxları Qafqaziyaya gəlib, burada evlənib, əhl-əyal sahibi olub kök salırlar, həmçinin sabiqdə dəxi İran dövlətinin hər bir yerlərindən Qafqaz torpağına mühacirət edənlər çox olurmuş və burada İran mədəniyyətini, İran adabü ayinini intişar edirlərmiş. Ol vaxtdan bəridir ki, fars dili və fars ədəbiyyatı bizim vətənimizdə şöhrət və özü üçün böyük hörmət və əhəmiyyət kəsb edibdir. Vəli Şeyx Nizami Qafqaz qitəsində vücuda gəlibsə də, əslən iranlı olmağını inkar və nisyan etməyib "İqbalnamə"sində buyurmuşdur:

192510 min
Şirvan və Şamaxı

Şeyx Nizami böyük şairlərdən birisi olub. Onun kimi fəsih, rəvantəb və şirinzəban şair dünya üzünə az gəlibdir. Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir. Onun cümləyə məşhur olan "Xəmsə"si ki, ona "Pənc gənc" dəxi deyilir, bimisil və binəzir əsərlərdir ki, həqiqətdə xəzinə malıdır. Bəzi rəvayətə görə, Nizami Qum şəhərində təvəllüd edib nəşvü nüma tapdıqdan sonra Gəncəyə gəlibdir və burada ömrünün axırına kimi qalıbdır. Amma səhihi budur ki, onun ata-babası Qumdan Gəncəyə gələn zaman Nizami hənuz dünya səraçəsinə ayaq basmamışdı və ol gövhəri-pakın təvəllüdü Gəncədə hicrətin 520-ci sənəsində vaqe olmuşdur."Atəşkədeyi-Azəri"də və Ş. Sami bəyin "Qəmusül-əlam"ında Şeyx Nizaminin şəhri-Gəncədə anadan olması sərahətən yazılmışdır. Ədibi-şəhir Müsyö Şerr "Tarixi-ədəbiyyati-ümumi" əsərində Şeyx Nizaminin Gəncədə təvəllüd etməsini təsdiq edir. Bu cəhətə şair "Nizami Gəncəvi" deyilməklə mərufdur. Belə olan surətdə çox ehtimal var ki, Nizaminin anası Gəncəli qızı olmuş ola. Necə ki, bu halda İran təbəəsindən çoxları Qafqaziyaya gəlib, burada evlənib, əhl-əyal sahibi olub kök salırlar, həmçinin sabiqdə dəxi İran dövlətinin hər bir yerlərindən Qafqaz torpağına mühacirət edənlər çox olurmuş və burada İran mədəniyyətini, İran adabü ayinini intişar edirlərmiş. Ol vaxtdan bəridir ki, fars dili və fars ədəbiyyatı bizim vətənimizdə şöhrət və özü üçün böyük hörmət və əhəmiyyət kəsb edibdir. Vəli Şeyx Nizami Qafqaz qitəsində vücuda gəlibsə də, əslən iranlı olmağını inkar və nisyan etməyib "İqbalnamə"sində buyurmuşdur:

192510 min

Poems by other poets