Qasım bəy "Zakir" təxəllüs
Page 2 of 12 · 8%
Bir kəs yüz ola arifü danavü xirədmənd,
Hər ləhzədə təsnif qıla qafiyeyi-çənd.
Çün dövr qarışdırdı, dəxi yadına düşməz
Ətfalü əyalinin adı, fikr edə hərçənd.
Bir neçə zamandır ki, məni dami-bəlası
Ol zalimi-birəhmin edib Bakidə pabənd.
Seyr eylədim əlminnətü-lillah neçə şəhri,
Qalıbdı həmin Tabasaran, Ağqoşa[2], Dərbənd.
[2]-Tabasaran və Ağqoşa -- Şimali Qafqazda yer adlarıdır.
Heyhat, ədavətlə deyəm bir kəsə böhtan,
Yox məndə kəlambaz süxən, tariyə sövgənd.
Bu .... xəlqi-cahan içrə tapılmaz,
Cəhlü həsədü büxldə nə mislü nə manənd.
Bişübhəvü şək töxmi-dədü divdürür bu,
Haşa ki, doğa növi-bəşərdən belə fərzənd.
Göndərmək ilə iki uşağı, səni tarı,
Qüttai-təriqə bu nə ibrətdi, bu nə pənd?!
Xətm oldu bizə, düzdi-vilayət kefə baxsın,
İymirli, Dirağırdə, Səfikürdi, Şıxavənd.
Həqqa, əvəzi-çaqqala baqqalı boğarlar,
Doyranbasanın[3] yerinə dağıldı bizim kənd.
[3]-İymirli, Dirağırdı (Diylağırd), Səfikürd, Şıxavənd və Doyranbasan Qarabağda Şuşa uyezdində kənd adlarıdır. Bunların əhalisi sabiqdə oğurluqla iştihar bulmuş nadinc bir məxluq imişlər. İndi bir növ halal kəsbə məşğul olmaqla güzəran edirlər. Amma yenə də içlərinin oğrusu və əyrisi tükənməyibdir.
Məşhur məsəldir ki, düşər qarə gəzən kəs,
Ev yıxanın evin yıxar, əlbəttə, xudavənd.
Çox zarü təzərrö eləmə, eybdi, Zakir,
Təqdiri-qəzayə gərək adəm ola şakir!
Hər şeydən artıq şairin halını mütəğəyyir edən, onu qeyzü cuşa gətirən, onun nazik təbinə təhrik verən düşmənlərin bəşaşəti və əğniyanın şəmatəti olur. Cümlənin günahı, qüttai-təriqin törətdiyi fəsad və şərarət şairin övladına isnad, əqrəbasına xətm olunur. Bundan sonra daha əhli-zələmə keyfə baxsın, yolkəsənlər şad olsunlar:
Həqqa, əvəzi-çaqqala baqqalı boğarlar,
Doyranbasanın yerinə dağıldı bizim kənd.
Oğrular safa çıxdı, doğrular fəlakətə düçar oldu. Atalar sözünün misdaqınca: «Oğru elə bağırdı, doğru bucağa girdi».
Bu hüzngətirici hal və keyfiyyət indi də bizim bu nizamsız və əsassız zəmanəmizdə kəsrət ilə ittifaq düşməkdədir.
Zakir müttəqi və mütədəyyin bir şəxs olduğu üçün özünə xitabən deyir:
Çox zarü təzərrö eləmə, eybdi, Zakir,
Təqdiri-qəzayə gərək adəm ola şakir.
Ol vaxtın hakimi Tarxan-Mouravov haqqında -- ki, onun hökmü binagüzarlığı ilə şairin kənd-kəsəyi və mal-dövləti tarac və özü və əhlü əyalı ilə əsirü məhbus olunmuşdu, -- Zakir fars dilində suzişli və xeyli mövzun bir tərkibbənd inşad qılmışdı. Bu tərkibbəndin bir yerində şair Qarabağ əhlinə dəxi filcümlə bir niş vurubdur və əhli-vətənin bivəfa və bietibar olmaqlarını göstəribdir. Өz əhli-vilayətindən şair həmişə şaki olub, dostu Mirzə Mehdiyə göndərdiyi bir namədə bu sayaq yazır:
Bizim kimi bir-birinin bədxahi
Tapılmaz, gəzəsən aləmi dahi.
Onun üçün qəzəb edib ilahi,
Xainik aşnaya, yada, əzizim!
Tarxanovun şənində yazdığı kəlamın bir bəndində Zakir əvvəlcə ona və zatına lən oxuyub, sonra qarabağlılara keçir:
Bedin zeşt əxlaqo ətvar tof!
Bedin rəsme-aino rəftar tof!
Bozorgi ke, başəd setəmpişe lən,
Əmiri ke, başəd cəfagər tof!
Əgər həmçenanəst Tərxaniyan,
Bər an qoume-nacenso mordar tof!
Zəhi pure-ərşəd ke, bər valideyn
Konəd kəsb xərvar-xərvar tof.
Bezat, beoulade-an naxələf
Konənd aqelan ləno hoşyar tof.
Əgər rast quyəm, bər u eyb nist,
Beəhle-Qərabağe-biar tof!
Bezaher əniso bebaten xəbis,
Həme bəd del aşena yar, tof!
Ze ğəmmaz in raz bayəd nəhoft,
Betərsəm resanənd əxbar, tof!
Kəsi ke, nəhəd dəste-xod bər zəmin
Ze vey sər zənəd fetnehaye-çenin.
Əgərçi Mouravov-Tarxanovun hökmü və qətnaməsi mucibincə Qasım bəy Zakir və onun oğlu Nəcəfqulu bəy və qardaşı oğlu İskəndər bəy gərək Sibiryaya gedə idilər, vəli bəzi sahibmənsəblərin və Gürcüstan nücəbalarının vasitəsi ilə, xüsusən sərdarın mütərcimi mərhum Mirzə Fətəli Axundovun köməkliyi ilə Zakir Sibiryaya göndərilmədi. Ancaq o, Bakıda üç-dörd ay gözdustağı halında qalıb sonradan vətəninə müraciət elədi.
Nəcəfqulu bəy və İskəndər bəy dəxi Sibiryada çox müddət qalmadılar. Onlar da bir az vaxtdan sonra vətənlərinə qayıtdılar. Əxşasi ki, Qasım bəyin vətəndən sürgün olunmağına səbəb olmuşdular, onun həcvinə layiq olub, qiyamətə kimi töhmət altında qaldılar:
Ço şaer berəncəd bequyəd heca,
Bemanəd heca ta qiyamət beca.
O həcvlərin bəziləri haqq isə də, burada zikr oluna bilməz, əzbəs ki, onlarda namərğub sözlər dəxi istemal olunubdur. Amma bir neçəsi keyfiyyəti-halı bəyan etmək üçün öz məqamında zikr olunacaqdır. Zakirin hər qisim əşarü kəlamı mövcuddur -- qəzəliyyat, mürəbbeat, müxəmməsat, şeri-müstəzad, tərkibbənd, tərcibənd və sairə. Fars dilini dəxi mükəmməl surətdə bilirmiş və bu dildə bir çox abdar şer və qəzəlləri vardır.
Türk qəzəlləri var ki, Füzulinin qəzəllərinə bərabərdir. Müxəmməs və qafiyələri Vaqifinkindən əskik deyil. Amma asarü əşarının cümləsindən artıq əhəmiyyətlisi və məişətimizə münasibətlisi Mirzə Fətəli Axundova, Qutqaşınlı general İsmayıl bəyə, qubernator Mixail Petroviç Kolyubakina, Rəhim bəy Uğurlubəyova, Cəfərqulu xana, Baharlı Mirzə İsmayıla, Zəngilanlı Məhəmməd bəy Aşiqə, Mirzə Mehdiyə və qeyri müasiri olan dost-aşnalarına yazdığı məktublardır ki, cümləsi nəzm ilə açıq və sadə dildə yazılmışdır. Bu məktubatda dürlü məsəllər, zərif kinəyələr və müəmmalı kəlmələr vardır ki, azdan çox və nazikdən yoğun mənalar anlamaq gərəkdir.
Şair Bakıda əsirvar zindəganlıq edən vaxtı öz hali-dilini və başına gələn qəzavü qədəri Kolyubakinə yazıb, bicürmü günah iki nəfər zalım, bimürüvvətin hiylə və şərarəti ilə vətəndən dərbədər düşməsini bəyan edir.
Bilmək gərəkdir ki, ol vaxtları Kolyubakinin Bakıya qubernator olmaq sədası dəxi söylənirdi. Və bu xəbər şairi bir növ xatircəm və təskinül-qəlb etmişdi. Budur Kolyubakina yazdığı namə:
Səndən sora, ey taci-sər, başıma
Gərdişi-zəmanə nələr gətirdi!
İki bimürüvvət ittifaq edib,
Vilayətə yüz şurü şər gətirdi.
Qaçaqlıq binası edən tək Behbud,
Pişnəhad eylədim öz ərzəmi zud,
Tərəfgirlik oldu axırda, nə sud,
Mənim doğruluğum zərər gətirdi.
Yüz ilin ocağın bicürmü günah
Eylədilər viran, vallahü billah!
Bu taleyi-zəbun, bu bəxti-siyah
Daim mənə xövfü xətər gətirdi.
Həştadə yetişdi sinnü salımız,
Bu dövlətdə ağarmışdı yalımız;
Getdi dövlətimiz, mülkü malımız,
Nəxli-təmənnamız kədər gətirdi.
Nücəba hörmətin gözlər nücəba,
Nasəza yaraşmaz böyüyə əsla;
Pədərindən deyil yəqin bil, amma
Hər kimsə ki, nami-pədər gətirdi.
Ədalət var idi bundan əzələ,
Yaman yerə yetib iş gələ-gələ;
Dirəxti-bəxtimiz, əfsus ki, belə
Varə-varə acı səmər gətirdi.
O kəslər ki, eyləmişdi xəyanət,
Əyləşib evində rahət, fəraqət;
Mənim uşaqlarım bivəchü cəhət
Gözlərindən xuni-cigər gətirdi.
Bundan əqdəm kimin olsa üsyanı,
Derlərdi vayenni sud kəssin anı;
Bilmirəm necoldu, o zakon hanı?
Naçalnik zakuni-digər gətirdi.
Məzərrəti əfzun ədaləti yox,
Görünməyib əsla belə....
Өz gəlməyinə məmnun idik çox,
Dalısınca keçəl Nəzər gətirdi.
Tutubdu aləmi zülmi-bihesab,
Müşküldür gətirmək bu möhnətə tab;
Köynük, Biləcəyi[4] etmişdi xərab,
Bizim kəndə ondan betər gətirdi.
[4]- Köynük, Biləcək -- yer adıdır.
Aşura günü tək bir səhər çağı,
Yığdı ərabəyə övrət-uşağı,
Şamə rəvan etdi bimürvət yağı,
Görən yaxa yırtıb, həzər gətirdi.
Əcəb əyyam imiş əyyami-sələf,
Gərək o günlərdə olaydıq tələf;
Çəyirtkə bir tərəf, dolu bir tərəf,
Şum qədəmi gəldi, şərər gətirdi.
İki namərd uyub biri-birinə,
Yetmək olmaz heç birinin sirrinə;
Lənət gəlsin .... pirinə,
Bəd binanı .... gətirdi
Adamda insafü mürüvvət gərək,
Quyruğun kəsməklə tula olmaz köpək;
İlan əti yeyib yerikdə bişək,
O madər ki, belə pəsər gətirdi.
Neçə gün söyləndi bu yerdə əhval,
Qubernator olur ol nikuxisal;
Malımız, mülkümüz mücdədir əlhal,
Hər kim gəlib doğru xəbər gətirdi.
Ey sahibi-şövkət, ey mədəni-şan,
Dadxahəm sizə, aman, əlaman!
Bu zülmü insana eyləməz insan,
Məgər ki, qəzavü qədər gətirdi.
Həmin bu məzmunda mərhum Zakir çərxi-kəcrəftardan şikvə və nalə qılıb, piranəsərlikdə vətəndən dərbədər düşməsini, şan və rütbəsinin puç olmasını, mal və dövlətinin badi-fənaya getməsini, oğrulara və quldurlara tay-tuş olmasını ürəkyandırıcı dil ilə dostu Mirzə Fətəli Axundova yazır. Bu məktub qarelərə dəxi də ziyadə təsir edir:
Piranəsərlikdə çərxi-kəcrəftar
Eylədi vətəndən dərbədər məni;
Neyləmişəm, bilməm, dövri-zalimə,
İncidir düşəndə[5] bu qədər məni.
[5]-Bu sözü iki cürə oxumaq olur; bir «düşəndə»--yəni gahda bir, gah-gah və bir də «döşündə» -- yəni sinəsində məni bu qədər incidir.
Qarabağ mülkündə mən bəxtisiyah
Bir ağ gün görmədim, allaha pənah;
Saldı bəlalərə bicürmü günah
Bir neçə müfsidü töxmixər məni.
Mən bir piri-tənha, zülm bihesab,
Müşküldür gətirmək bu möhnətə tab
Yaman deyə-deyə eylədi xərab
Hamıdan ziyadə üç nəfər məni[6].
[6]- Bu üç nəfərin biri Mirzə Adıgözəl oğlu Hüseyn bəydən və digəri Nəmirli Əmiraslan bəydən ibarətdir. Üçüncüsü, çox ehtimal var ki, Cəfərqulu xana işarə olsun. Şair xanın adını açıq yazmayıb «Yekəpər» ismi ilə bir neçə məqamlarda onu müttəsəf qılmışdır. Əzbəs ki, Cəfərqulu xan böyük cüssəli və qəviheykəl bir vücud imiş.
Kitabxana.az · https://kitabxana.az/en/works/kocerli-azerbaycan-edebiyyati-f-kocerli-i-cild-qasim-bey-zakir
Use ← → keys to move, R for a random poem
More by this author
Molla Məhəmməd Bağdadi türk şairlərinin babası hesab olunur. Ona binaən, Azərbaycan şüəra və üdəbasından bəhs edib də, onların sərvəri və pişrəvi məqamında olan Füzulinin ismi-şəriflərini zikr etməmək bir növ haqqı və əməyi itirmək kimidir. Bir halda ki, ol fəsahət və bəlağət kanının təsiri bu əsrdəki şüəramızın asar və əşarında dəxi müşahidə olunmaqdadır.Məşhur qövlə görə, Molla Məhəmməd ibn Süleyman Kərbəlada və Bağdadın həvalisində Hillə adlı balaca bir qəsəbədə, Sultan Süleymanın əsrində--hicrətin 900-cü tarixində təvəllüd etmişdir. Bəzi rəvayətə görə, yetmiş sənəyə qədər ömür edibdir. Tarixi-vəfatı dürüst məlum deyil isə də, ömrünün müsinn çağında dari-bəqaya rehlət eləməyi öz kəlamından dəxi anlaşılır. Necə ki, deyibdir:
Molla Pənah "Vaqif" təxəllüsləriAzərbaycan türklərinin məşhur və müqtədir şairi Molla Pənah hesab olunur ki, bizim ədəbiyyatımızın banisi və müəssisi adlanmağa onun haqqı vardır. Molla Pənah öz zamanında bir çox ülum və fünuna vaqif olduğu üçün özünə "Vaqif" təxəllüs ittixaz etmişdir.Müasirləri onun dərin elmini və mollalığını müşahidə edib haqqında demişdir: "Hər oxuyan Molla Pənah olmaz!" və bu istilah indi də Zaqafqaz türkləri arasında bir məsəli-məşhurdur. Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şer və qəzəl yazan az olubdur. Müasirləri ona nəzirə yazmağa səy və təlaş ediblərsədə, onun kimi mühəssənatlı, gözəl və açıq kəlam söyləməkdə aciz qalıblar.
Şeyx Əbuməhəmməd İlyas İbn Yusif İbn Müəyyəd NizamiŞeyx Nizami böyük şairlərdən birisi olub. Onun kimi fəsih, rəvantəb və şirinzəban şair dünya üzünə az gəlibdir. Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir. Onun cümləyə məşhur olan "Xəmsə"si ki, ona "Pənc gənc" dəxi deyilir, bimisil və binəzir əsərlərdir ki, həqiqətdə xəzinə malıdır. Bəzi rəvayətə görə, Nizami Qum şəhərində təvəllüd edib nəşvü nüma tapdıqdan sonra Gəncəyə gəlibdir və burada ömrünün axırına kimi qalıbdır. Amma səhihi budur ki, onun ata-babası Qumdan Gəncəyə gələn zaman Nizami hənuz dünya səraçəsinə ayaq basmamışdı və ol gövhəri-pakın təvəllüdü Gəncədə hicrətin 520-ci sənəsində vaqe olmuşdur."Atəşkədeyi-Azəri"də və Ş. Sami bəyin "Qəmusül-əlam"ında Şeyx Nizaminin şəhri-Gəncədə anadan olması sərahətən yazılmışdır. Ədibi-şəhir Müsyö Şerr "Tarixi-ədəbiyyati-ümumi" əsərində Şeyx Nizaminin Gəncədə təvəllüd etməsini təsdiq edir. Bu cəhətə şair "Nizami Gəncəvi" deyilməklə mərufdur. Belə olan surətdə çox ehtimal var ki, Nizaminin anası Gəncəli qızı olmuş ola. Necə ki, bu halda İran təbəəsindən çoxları Qafqaziyaya gəlib, burada evlənib, əhl-əyal sahibi olub kök salırlar, həmçinin sabiqdə dəxi İran dövlətinin hər bir yerlərindən Qafqaz torpağına mühacirət edənlər çox olurmuş və burada İran mədəniyyətini, İran adabü ayinini intişar edirlərmiş. Ol vaxtdan bəridir ki, fars dili və fars ədəbiyyatı bizim vətənimizdə şöhrət və özü üçün böyük hörmət və əhəmiyyət kəsb edibdir. Vəli Şeyx Nizami Qafqaz qitəsində vücuda gəlibsə də, əslən iranlı olmağını inkar və nisyan etməyib "İqbalnamə"sində buyurmuşdur:
Şirvan və ŞamaxıŞeyx Nizami böyük şairlərdən birisi olub. Onun kimi fəsih, rəvantəb və şirinzəban şair dünya üzünə az gəlibdir. Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir. Onun cümləyə məşhur olan "Xəmsə"si ki, ona "Pənc gənc" dəxi deyilir, bimisil və binəzir əsərlərdir ki, həqiqətdə xəzinə malıdır. Bəzi rəvayətə görə, Nizami Qum şəhərində təvəllüd edib nəşvü nüma tapdıqdan sonra Gəncəyə gəlibdir və burada ömrünün axırına kimi qalıbdır. Amma səhihi budur ki, onun ata-babası Qumdan Gəncəyə gələn zaman Nizami hənuz dünya səraçəsinə ayaq basmamışdı və ol gövhəri-pakın təvəllüdü Gəncədə hicrətin 520-ci sənəsində vaqe olmuşdur."Atəşkədeyi-Azəri"də və Ş. Sami bəyin "Qəmusül-əlam"ında Şeyx Nizaminin şəhri-Gəncədə anadan olması sərahətən yazılmışdır. Ədibi-şəhir Müsyö Şerr "Tarixi-ədəbiyyati-ümumi" əsərində Şeyx Nizaminin Gəncədə təvəllüd etməsini təsdiq edir. Bu cəhətə şair "Nizami Gəncəvi" deyilməklə mərufdur. Belə olan surətdə çox ehtimal var ki, Nizaminin anası Gəncəli qızı olmuş ola. Necə ki, bu halda İran təbəəsindən çoxları Qafqaziyaya gəlib, burada evlənib, əhl-əyal sahibi olub kök salırlar, həmçinin sabiqdə dəxi İran dövlətinin hər bir yerlərindən Qafqaz torpağına mühacirət edənlər çox olurmuş və burada İran mədəniyyətini, İran adabü ayinini intişar edirlərmiş. Ol vaxtdan bəridir ki, fars dili və fars ədəbiyyatı bizim vətənimizdə şöhrət və özü üçün böyük hörmət və əhəmiyyət kəsb edibdir. Vəli Şeyx Nizami Qafqaz qitəsində vücuda gəlibsə də, əslən iranlı olmağını inkar və nisyan etməyib "İqbalnamə"sində buyurmuşdur:
Poems by other poets
Dalğın mavi göz kimi dərd andıran dalğalar,Coşduqca könül coşar, durma, amandır, Gölcük!
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
Maral gözlümAh çəkib qan yaş tökrəm,Səndən ötrü maral gözlüm,